Kupçasız torpaqlar: Vətəndaşların bilməli olduğu hüquqi prosedurlar

Kupçasız torpaqlar: Vətəndaşların bilməli olduğu hüquqi prosedurlar"Azərbaycanda sənədsiz torpaq sahələrinin rəsmiləşdirilməsi minlərlə vətəndaşı maraqlandıran məsələlərdən biridir. Mütəxəssislərin sözlərinə görə, belə torpaqların sənədləşdirilməsi üçün ilk növbədə onların hüquqi statusu müəyyən edilməlidir".

Bunu BiG.AZ-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli bildirib.

O, qeyd edib ki, sənədsiz torpaq dedikdə faktiki istifadə olunan, lakin mülkiyyət hüququnu təsdiq edən çıxarışı (kupçası) olmayan torpaq sahələri nəzərdə tutulur. Bu kateqoriyaya sovet dövründə ayrılmış torpaqlar, bələdiyyələr tərəfindən verilmiş, lakin rəsmiləşdirilməmiş sahələr, icra hakimiyyətlərinin sərəncamı əsasında istifadə olunan torpaqlar, bağ massivlərində yerləşən ərazilər, vərəsəlik yolu ilə keçmiş, lakin rəsmiləşdirilməmiş torpaqlar, eləcə də özbaşına zəbt olunmuş sahələr daxildir:

"Hər bir torpaq sahəsinin sənədləşdirilməsi mexanizmi onun hüquqi vəziyyətindən asılı olaraq fərqlənir. Buna görə də ilk mərhələdə hüquqi araşdırma aparılmalıdır. Araşdırma zamanı torpağın hansı kateqoriyaya aid olduğu, dövlət və ya bələdiyyə mülkiyyətində olub-olmaması, baş plana uyğunluğu, mühafizə zonasında yerləşib-yerləşməməsi, həmin torpaq üzrə başqa şəxsə hüquq verilib-verilməməsi və kadastr məlumatlarının mövcudluğu müəyyən edilir.

Sənədləşdirmə prosesində şəxsiyyət vəsiqəsi, etibarnamə, icra hakimiyyətinin sərəncamı, bələdiyyə qərarı, torpaq ayrılması haqqında arayış, köhnə texniki pasportlar, bağ kitabçaları, üzvlük vəsiqələri, kommunal və vergi ödənişlərinə dair sənədlər, həmçinin notarial qaydada təsdiq edilmiş müqavilələr tələb oluna bilər.

Növbəti mərhələdə torpaq sahəsində geodeziya və ölçmə işləri aparılır. Bu zaman torpağın sərhədləri müəyyən edilir, koordinatlar götürülür, plan-sxem hazırlanır və elektron kadastr məlumatları formalaşdırılır.

Torpağın statusundan asılı olaraq vətəndaşlar aidiyyəti dövlət qurumlarına, bələdiyyələrə, yerli icra hakimiyyətlərinə və ya məhkəmələrə müraciət edə bilərlər.

Əgər torpaq sahəsinin inzibati qaydada sənədləşdirilməsi mümkün olmazsa, məsələ məhkəmə qaydasında həll edilir. Bu zaman uzunmüddətli istifadə faktı, şahid ifadələri, ödəniş sənədləri, tikiliyə dair sübutlar, xəritələr, arxiv materialları, foto və video materiallar sübut kimi təqdim oluna bilər. Məhkəmə qərarı əsasında isə torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatı aparıla bilər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 696   Tarix: 23 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

20 ildən sonra ARB-dən çıxarılır

"Kriminal" verilişinin aparıcısı Ceyhun Həmidov ARB TV-dən ayrılacağını açıqlayıb. -a istinadən xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib. C.Həmidov bildirib ki, kanaldan öz istəyi ilə deyil, rəhbərliyin qərarı ilə ayrılmalı olacaq. Onun sözlərinə görə, bu qərar sentyabrı

12:17 109
.

Bu gün Azərbaycan öz yeni gələcəyini inşa edir

"Prezident İlham Əliyev Cəbrayıl və Zəngilan rayonlarına 2023-cü ildə baş tutan səfəri zamanı yeni inzibati və yaşayış binalarının, komplekslərinin, kəndlərin, uşaq bağçasının təməlinin qoyulmasında, Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin, "Cahangirbəyli" su elektrik stansiyasının açılışınd

10:33 182
.

Rusiyada pirotexnika zavodunda baş verən yanğın 22 evə ziyan vurub

Rusiyanın Yaroslavl vilayətinin Kubrinsk kəndində pirotexniki vasitələr istehsal olunan müəssisədə baş vermiş yanğın nəticəsində 22 çoxmənzilli binaya ziyan dəyib. "Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Yaroslavl vilayətinin qubernatoru Mixail Yevrayev sosial şəbəkələrd

30.09.2026 228
.

"Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk"

Azərbaycan Prezidenti İlham Əliyev Çin Sədri Si Cinpinə təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Sədr,. 1 Oktyabr - Çin Xalq Respublikasının Yaranması Günü münasibətilə Sizi və Sizin simanızda dost Çin xalqını öz adımdan və Azərbaycan xalq

11:21 115
.

Azərbaycan yeni mərmiatan dron istehsal edib

Azərbaycan yeni mərmiatan dron istehsal edib. BİG.AZ- "Report"-a istinadla xəbər verir ki, "Boran" dronu mərmi və əl qumbaralarının daşınması üçün nəzərdə tutulub və ilk dəfə ADEX-2026-da nümayiş edilir. "Boran" adlı dron mərmi və əl qumbaralarının hədəfə çatdırılması məqsədil

30.09.2026 221
.

Tarixi qələbələrin başlanğıc günü

"Hər bir tarixi nəticəni yaradan və formalaşdıran hadisə olur. İstənilən nəticəni zəruriləşdirən bir istinad nöqtəsi var. Bu baxımdan qürur duyduğumuz qüdrətli Azərbaycanın əsası xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyevin 1993-cü il oktyabrın 3-də prezident seçilməs

11:32 171
.

Azərbaycanda yeni agentlik fəaliyyətə başlayıb

Azərbaycan Respublikası Prezidentinin 24 fevral 2026-cı il tarixli 607 nömrəli Fərmanına uyğun olaraq yaradılmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi fəaliyyətə başlayıb. xəbə

10:10 190
.

Ulu Öndər Heydər Əliyev - xilaskar və böyük strateq!

"Sirr deyil ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyətə malik önəmli tarixlər mövcuddur və bu tarixlərdən biri də xalqımızın gələcəyinin, müqəddəratının həll olunmasını əks etdirən 3 oktyabr 1993-cü ildir. Məhz həmin gün xalqımız özünün gələcək taleyini, müqəddəratını həll edən seçim etdi

11:14 180
.

Ulu Öndər Heydər Əliyev və gələcəyə açılan məktəb qapısı

"Təhsil haqqında danışanda əslində bir ölkənin gələcəyindən danışırıq. Çünki bu gün məktəbə gedən uşaq sabah cəmiyyətin müxtəlif sahələrində öz sözünü deyəcək. Ulu Öndər Heydər Əliyevin təhsilə münasibətinin əsasını da məhz bu düşüncə təşkil edirdi. O, məktəbi yalnız bilik verilən məkan kimi deyil

12:04 108
.