"Kontakt Home", "Baku Electronics" və "Music Gallery"nin endirim kampaniyalarına İNANMAYIN - Ekspert
Son 10 ildə Azərbaycanda ən çox şikayət olunan sahələrdən biri elektronika məhsulları satan mağazalarla bağlıdır. Şikayətlərin sayına görə birinci yerdə "Kontakt Home" mağazalar şəbəkəsi gəlir. İllərdir bu şəbəkə müştəri narazılığı, məhsulların qüsurlu çıxması və şikayətlərin çoxluğu ilə gündəmdədir.
Bu sözləri Tribuna.az-a Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirib. O qeyd edib ki, şikayətlərin sayına görə ikinci yerdə "Baku Electronics", "Music Gallery" və digər şəbəkələr gəlir:
"Adını çəkdiyim bu şəbəkələrdə çox vaxt aldadıcı reklam kampaniyaları keçirilir. Həmçinin onların endirim kampaniyaları da aldadıcı və saxta olur.
Məsələn, "Kontakt Home" vaxtilə "Şeş qoşa" adlı kampaniya keçirirdi. Şeş qoşa atan müştərilərə məhsul verilirdi. Lakin müştəri məhsulu evə apardıqdan sonra hər hansı problem yarananda onu qaytarmaq və ya dəyişdirmək istəyəndə bildirirdilər ki, məhsul kampaniya çərçivəsində alındığı üçün geri qaytarılması və ya dəyişdirilməsi mümkün deyil.
"Baku Electronics"də də belə aldadıcı kampaniyalar və endirim aksiyaları tez-tez keçirilir.
Əvvəllər "Music Gallery" ilə bağlı şikayətlər yox idi. Bu şəbəkəni "Kontakt Home" aldıqdan sonra oradan da şikayətlər gəlməyə başlayıb".
E.Hüseynov endirimlə satılan məhsullardan da danışıb. O bildirib ki, mağazalarda qüsurlu çıxan, müştərilər tərəfindən geri qaytarılan və ya texniki servisdə olmuş məhsullar çox vaxt endirimlə satışa çıxarılır:
"İstehlakçıların əksəriyyəti bilmir ki, mürəkkəb elektron məhsulların da istifadə müddəti olur. Telefon, televizor, soyuducu, tozsoran və digər elektron məişət avadanlıqlarının hissələrinin hər birinin ayrıca istifadə müddəti var. Zaman keçdikcə həmin hissələrin resursu azalır. Məhsul istifadə olunmasa belə, bəzi hissələr sıradan çıxa bilər.
Endirimə ən çox belə məhsullar çıxarılır. Bu məhsullar uzun müddət anbarlarda qalıb, bəzən isə rütubətli şəraitdə saxlanılıb.
Endirimə çıxarılan ikinci əsas kateqoriya isə alındıqdan sonra geri qaytarılmış məhsullardır.
Yuxarıda adını çəkdiyim şəbəkələri müştəri məmnuniyyəti düşündürmür. Onlar daha çox qüsurlu məhsulu sataraq gəlir əldə etməyi düşünürlər.
"Kontakt Home" mağazalarından alınmış qüsurlu məhsulların geri qaytarılması və ya problemin qarşılıqlı razılaşma yolu ilə həll edilməsi, demək olar ki, mümkün deyil. Alıcılar bunu mütləq nəzərə almalıdırlar".
Qarşı tərəfi dinləməyə hazırıq.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 747 Tarix: 23 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş20 ildən sonra ARB-dən çıxarılır
"Kriminal" verilişinin aparıcısı Ceyhun Həmidov ARB TV-dən ayrılacağını açıqlayıb. -a istinadən xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib. C.Həmidov bildirib ki, kanaldan öz istəyi ilə deyil, rəhbərliyin qərarı ilə ayrılmalı olacaq. Onun sözlərinə görə, bu qərar sentyabrı
12:17 109 Bu gün Azərbaycan öz yeni gələcəyini inşa edir
"Prezident İlham Əliyev Cəbrayıl və Zəngilan rayonlarına 2023-cü ildə baş tutan səfəri zamanı yeni inzibati və yaşayış binalarının, komplekslərinin, kəndlərin, uşaq bağçasının təməlinin qoyulmasında, Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin, "Cahangirbəyli" su elektrik stansiyasının açılışınd
10:33 182 Rusiyada pirotexnika zavodunda baş verən yanğın 22 evə ziyan vurub
Rusiyanın Yaroslavl vilayətinin Kubrinsk kəndində pirotexniki vasitələr istehsal olunan müəssisədə baş vermiş yanğın nəticəsində 22 çoxmənzilli binaya ziyan dəyib. "Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Yaroslavl vilayətinin qubernatoru Mixail Yevrayev sosial şəbəkələrd
30.09.2026 228 "Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk"
Azərbaycan Prezidenti İlham Əliyev Çin Sədri Si Cinpinə təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Sədr,. 1 Oktyabr - Çin Xalq Respublikasının Yaranması Günü münasibətilə Sizi və Sizin simanızda dost Çin xalqını öz adımdan və Azərbaycan xalq
11:21 115 Azərbaycan yeni mərmiatan dron istehsal edib
Azərbaycan yeni mərmiatan dron istehsal edib. BİG.AZ- "Report"-a istinadla xəbər verir ki, "Boran" dronu mərmi və əl qumbaralarının daşınması üçün nəzərdə tutulub və ilk dəfə ADEX-2026-da nümayiş edilir. "Boran" adlı dron mərmi və əl qumbaralarının hədəfə çatdırılması məqsədil
30.09.2026 221 Tarixi qələbələrin başlanğıc günü
"Hər bir tarixi nəticəni yaradan və formalaşdıran hadisə olur. İstənilən nəticəni zəruriləşdirən bir istinad nöqtəsi var. Bu baxımdan qürur duyduğumuz qüdrətli Azərbaycanın əsası xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyevin 1993-cü il oktyabrın 3-də prezident seçilməs
11:32 171 Azərbaycanda yeni agentlik fəaliyyətə başlayıb
Azərbaycan Respublikası Prezidentinin 24 fevral 2026-cı il tarixli 607 nömrəli Fərmanına uyğun olaraq yaradılmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi fəaliyyətə başlayıb. xəbə
10:10 190 Ulu Öndər Heydər Əliyev - xilaskar və böyük strateq!
"Sirr deyil ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyətə malik önəmli tarixlər mövcuddur və bu tarixlərdən biri də xalqımızın gələcəyinin, müqəddəratının həll olunmasını əks etdirən 3 oktyabr 1993-cü ildir. Məhz həmin gün xalqımız özünün gələcək taleyini, müqəddəratını həll edən seçim etdi
11:14 180 Ulu Öndər Heydər Əliyev və gələcəyə açılan məktəb qapısı
"Təhsil haqqında danışanda əslində bir ölkənin gələcəyindən danışırıq. Çünki bu gün məktəbə gedən uşaq sabah cəmiyyətin müxtəlif sahələrində öz sözünü deyəcək. Ulu Öndər Heydər Əliyevin təhsilə münasibətinin əsasını da məhz bu düşüncə təşkil edirdi. O, məktəbi yalnız bilik verilən məkan kimi deyil
12:04 108