Qorxu yoxsa hörmət? Valideyn-övlad münasibətlərinin görünməyən tərəfi

Qorxu yoxsa hörmət? Valideyn-övlad münasibətlərinin görünməyən tərəfiMüasir dövrdə valideynlərlə yeniyetmələr arasında ünsiyyət problemi cəmiyyətin ən çox müzakirə olunan mövzularından birinə çevrilib. Bir çox ailələrdə valideynlər övladlarının davranışlarına təsir göstərməkdə, onlarla ortaq dil tapmaqda və istiqamət verməkdə çətinlik çəkirlər. Texnologiyanın sürətli inkişafı, sosial şəbəkələrin həyatın ayrılmaz hissəsinə çevrilməsi, nəsillər arasındakı baxış fərqləri və yeniyetmələrin daha çox müstəqillik istəyi ailədaxili münasibətlərə də təsir göstərir.

Bəs niyə valideynlərin sözü əvvəlki qədər təsirli olmur və ailələr bu problemin öhdəsindən necə gələ bilər?

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən psixoloq Samirə Bağırova bildirib ki, bu məsələyə fərqli prizmadan yanaşmaq lazımdır.

"Əvvəllər valideyn sözünün 'kəsəri' çox vaxt hörmətdən deyil, qorxudan qaynaqlanırdı. Uşaq etiraz etmirdi, çünki cəzalanmaqdan, danlanmaqdan və ya rədd edilməkdən çəkinirdi. Bu isə hər zaman sağlam münasibət demək deyildi.

Bu gün isə bir çox uşaqlar öz fikirlərini daha açıq ifadə edir, şəxsi sərhədlərini qorumağa çalışırlar. Bu, müəyyən mənada müsbət dəyişiklikdir. Çünki cəmiyyətimizdə ailə modellərinin əksəriyyətində şəxsi sərhəd anlayışı kifayət qədər formalaşmayıb. Lakin digər tərəfdən, bəzi ailələrdə sərhədlər o qədər zəifləyib ki, valideynin yönləndirici rolu da aradan qalxıb. Nəticədə uşaq təcrübəsiz olduğu halda bütün qərarları özü verməyə çalışır.

Valideyn-övlad münasibəti nə qorxu üzərində qurulmalı, nə də tam sərbəstliyə əsaslanmalıdır. Ən sağlam model qarşılıqlı hörmətə söykənən münasibətdir. Uşaq valideyndən qorxduğu üçün deyil, onun təcrübəsinə və qayğısına güvəndiyi üçün sözünə qulaq asmalıdır.

Valideynlərin sağlam olmayan şəxsi münasibətləri də uşağın onlara olan güvənini zədələyə bilər. Problem uşaqların çəkinməməsində deyil, ailədə hörmət və sərhədlərin pozulmasındadır.

Motosiklet nümunəsinə gəldikdə isə, məsələ təkcə valideyn sözünə baxmamaqdan ibarət deyil. Yeniyetməlik dövründə risk hissi zəifləyir, müstəqillik ehtiyacı artır və gənclər təhlükələri tam qiymətləndirə bilmirlər. Bu zaman valideynin rolu sadəcə qadağa qoymaq deyil, riskləri izah etmək, sərhədlər müəyyənləşdirmək və etibarlı ünsiyyət qurmaqdır.

Dünyaya uşaq gətirməklə valideyn olunmur. Valideynliyi bacarmaq üçün ilk növbədə uşaqla sağlam ünsiyyət qurmağı öyrənmək lazımdır", - deyə psixoloq vurğulayıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 985   Tarix: 23 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

20 ildən sonra ARB-dən çıxarılır

"Kriminal" verilişinin aparıcısı Ceyhun Həmidov ARB TV-dən ayrılacağını açıqlayıb. -a istinadən xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib. C.Həmidov bildirib ki, kanaldan öz istəyi ilə deyil, rəhbərliyin qərarı ilə ayrılmalı olacaq. Onun sözlərinə görə, bu qərar sentyabrı

12:17 109
.

Bu gün Azərbaycan öz yeni gələcəyini inşa edir

"Prezident İlham Əliyev Cəbrayıl və Zəngilan rayonlarına 2023-cü ildə baş tutan səfəri zamanı yeni inzibati və yaşayış binalarının, komplekslərinin, kəndlərin, uşaq bağçasının təməlinin qoyulmasında, Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin, "Cahangirbəyli" su elektrik stansiyasının açılışınd

10:33 182
.

Rusiyada pirotexnika zavodunda baş verən yanğın 22 evə ziyan vurub

Rusiyanın Yaroslavl vilayətinin Kubrinsk kəndində pirotexniki vasitələr istehsal olunan müəssisədə baş vermiş yanğın nəticəsində 22 çoxmənzilli binaya ziyan dəyib. "Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Yaroslavl vilayətinin qubernatoru Mixail Yevrayev sosial şəbəkələrd

30.09.2026 228
.

"Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk"

Azərbaycan Prezidenti İlham Əliyev Çin Sədri Si Cinpinə təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Sədr,. 1 Oktyabr - Çin Xalq Respublikasının Yaranması Günü münasibətilə Sizi və Sizin simanızda dost Çin xalqını öz adımdan və Azərbaycan xalq

11:21 115
.

Azərbaycan yeni mərmiatan dron istehsal edib

Azərbaycan yeni mərmiatan dron istehsal edib. BİG.AZ- "Report"-a istinadla xəbər verir ki, "Boran" dronu mərmi və əl qumbaralarının daşınması üçün nəzərdə tutulub və ilk dəfə ADEX-2026-da nümayiş edilir. "Boran" adlı dron mərmi və əl qumbaralarının hədəfə çatdırılması məqsədil

30.09.2026 221
.

Tarixi qələbələrin başlanğıc günü

"Hər bir tarixi nəticəni yaradan və formalaşdıran hadisə olur. İstənilən nəticəni zəruriləşdirən bir istinad nöqtəsi var. Bu baxımdan qürur duyduğumuz qüdrətli Azərbaycanın əsası xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyevin 1993-cü il oktyabrın 3-də prezident seçilməs

11:32 171
.

Azərbaycanda yeni agentlik fəaliyyətə başlayıb

Azərbaycan Respublikası Prezidentinin 24 fevral 2026-cı il tarixli 607 nömrəli Fərmanına uyğun olaraq yaradılmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi fəaliyyətə başlayıb. xəbə

10:10 190
.

Ulu Öndər Heydər Əliyev - xilaskar və böyük strateq!

"Sirr deyil ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyətə malik önəmli tarixlər mövcuddur və bu tarixlərdən biri də xalqımızın gələcəyinin, müqəddəratının həll olunmasını əks etdirən 3 oktyabr 1993-cü ildir. Məhz həmin gün xalqımız özünün gələcək taleyini, müqəddəratını həll edən seçim etdi

11:14 180
.

Ulu Öndər Heydər Əliyev və gələcəyə açılan məktəb qapısı

"Təhsil haqqında danışanda əslində bir ölkənin gələcəyindən danışırıq. Çünki bu gün məktəbə gedən uşaq sabah cəmiyyətin müxtəlif sahələrində öz sözünü deyəcək. Ulu Öndər Heydər Əliyevin təhsilə münasibətinin əsasını da məhz bu düşüncə təşkil edirdi. O, məktəbi yalnız bilik verilən məkan kimi deyil

12:04 108
.