75 yaşlı qadının üzərindən keçən marşrutun rəhbəri İradə Əliyeva kimdir?

75 yaşlı qadının üzərindən keçən marşrutun rəhbəri İradə Əliyeva kimdir?Xəbər verdiyimiz kimi, iyunun 20-də Sabunçu rayonu ərazisində 214 saylı marşrut xətti üzrə hərəkət edən "Daewoo" markalı avtobus 1951-ci il təvəllüdlü Bağda Sovin qızını vuraraq öldürüb.

Gununsesi.info xəbər verir ki, AYNA-nın açıqladığı məlumatda 75 yaşlı qadının ölümünə səbəb olan 214 saylı marşrut xəttinin "Ayşən LTD" MMC-nin müvəqqəti istismarında olduğu bildirilib.
Qeyd edək ki, daha əvvəl də "Ayşən LTD" şirkətinə məxsus müntəzəm marşrut xətlərində işləyən avtobusların iştirakı ilə ağır qəzalar baş verib.
17 iyul 2016-cı il tarixində "Ayşən LTD"nin müvəqqəti istismarında olan 171 saylı marşrut xətti üzrə xidmət göstərən 10 TF 993 dövlət qeydiyyat nişanlı "Daewoo" markalı avtobus və "Shacman" markalı yük maşınının iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 21 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
1 oktyabr 2018-ci il tarixində "Ayşən LTD" şirkətinə məxsus 160 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 10 TG 106 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu qatarla toqquşub. Nəticədə 42 sərnişin xəstəxanaya yerləşdirilib, 2 nəfər həyatını itirib. İstintaq zamanı məlum olub ki, sürücü əvvəllər məhkum olunmuş şəxs olub.
25 noyabr 2019-cu il tarixində Xəzər rayonunun Binə qəsəbəsində "Ayşən LTD" şirkətinə məxsus 160 saylı xətt üzrə hərəkətdə olan marşrut avtobusunun iştirakı ilə baş verən qəzada 1 nəfər ölüb. Sərnişin Əminova Rəsmiyyə Zülfiqar qızı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
25 yanvar 2020-ci il tarixində Maştağa qəsəbəsi ərazisindəki körpüdə "Ayşən LTD" şirkətinin müvəqqəti istismarında olan 107 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu "VAZ-2107" markalı avtomobillə toqquşub. Toqquşmadan sonra avtobus yoldan çıxıb. Hadisə nəticəsində 7 nəfər xəsarət alıb.
13 oktyabr 2021-ci il tarixində Mərdəkan istiqamətində hərəkətdə olan 99 DH 343 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı yük avtomobili aeroport yolunda "Ayşən LTD" şirkətinin müvəqqəti istismarında olan 171 nömrəli marşrut xətti üzrə hərəkət edən 10 TH 116 dövlət qeydiyyat nişanlı sərnişin avtobusuna çırpılıb. Nəticədə 5 nəfər həyatını itirib, 21 nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Məlumat üçün bildirək ki, "Ayşən LTD" şirkəti 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı cəmi 10 manat olan şirkətin rəhbəri Əliyeva İradə Zülfü qızıdır.
Əliyeva İradə Zülfü qızı böyük həcmdə təbii qaz istehlakçısı kimi də qeydiyyatdadır. Belə ki, fiziki şəxs kimi İradə Əliyeva bir il ərzində Zirə Tərəvəzçilik-Südçülük sovxozu ərazisində 1 milyon 90 min kubmetr təbii qaz istehlak edib.
Bundan başqa, Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") 14 may 2021-ci il tarixli məlumatına görə, Azərbaycandan olan 30 hüquqi və fiziki şəxsə Rusiyaya pomidor ixracına icazə verilib. Həmin şəxslərdən biri də Əliyeva İradə Zülfü qızı olub. Fərdi sahibkar kimi vergi uçotuna (VÖEN - 1201293472) alınan Əliyeva İradə Zülfü qızının Zirə Tərəvəzçilik-Südçülük sovxozu ərazisində istixana sahibi olduğu bildirilir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 957   Tarix: 23 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

20 ildən sonra ARB-dən çıxarılır

"Kriminal" verilişinin aparıcısı Ceyhun Həmidov ARB TV-dən ayrılacağını açıqlayıb. -a istinadən xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib. C.Həmidov bildirib ki, kanaldan öz istəyi ilə deyil, rəhbərliyin qərarı ilə ayrılmalı olacaq. Onun sözlərinə görə, bu qərar sentyabrı

12:17 109
.

Bu gün Azərbaycan öz yeni gələcəyini inşa edir

"Prezident İlham Əliyev Cəbrayıl və Zəngilan rayonlarına 2023-cü ildə baş tutan səfəri zamanı yeni inzibati və yaşayış binalarının, komplekslərinin, kəndlərin, uşaq bağçasının təməlinin qoyulmasında, Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin, "Cahangirbəyli" su elektrik stansiyasının açılışınd

10:33 182
.

Rusiyada pirotexnika zavodunda baş verən yanğın 22 evə ziyan vurub

Rusiyanın Yaroslavl vilayətinin Kubrinsk kəndində pirotexniki vasitələr istehsal olunan müəssisədə baş vermiş yanğın nəticəsində 22 çoxmənzilli binaya ziyan dəyib. "Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Yaroslavl vilayətinin qubernatoru Mixail Yevrayev sosial şəbəkələrd

30.09.2026 228
.

"Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk"

Azərbaycan Prezidenti İlham Əliyev Çin Sədri Si Cinpinə təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Sədr,. 1 Oktyabr - Çin Xalq Respublikasının Yaranması Günü münasibətilə Sizi və Sizin simanızda dost Çin xalqını öz adımdan və Azərbaycan xalq

11:21 115
.

Azərbaycan yeni mərmiatan dron istehsal edib

Azərbaycan yeni mərmiatan dron istehsal edib. BİG.AZ- "Report"-a istinadla xəbər verir ki, "Boran" dronu mərmi və əl qumbaralarının daşınması üçün nəzərdə tutulub və ilk dəfə ADEX-2026-da nümayiş edilir. "Boran" adlı dron mərmi və əl qumbaralarının hədəfə çatdırılması məqsədil

30.09.2026 221
.

Tarixi qələbələrin başlanğıc günü

"Hər bir tarixi nəticəni yaradan və formalaşdıran hadisə olur. İstənilən nəticəni zəruriləşdirən bir istinad nöqtəsi var. Bu baxımdan qürur duyduğumuz qüdrətli Azərbaycanın əsası xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyevin 1993-cü il oktyabrın 3-də prezident seçilməs

11:32 171
.

Azərbaycanda yeni agentlik fəaliyyətə başlayıb

Azərbaycan Respublikası Prezidentinin 24 fevral 2026-cı il tarixli 607 nömrəli Fərmanına uyğun olaraq yaradılmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi fəaliyyətə başlayıb. xəbə

10:10 190
.

Ulu Öndər Heydər Əliyev - xilaskar və böyük strateq!

"Sirr deyil ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyətə malik önəmli tarixlər mövcuddur və bu tarixlərdən biri də xalqımızın gələcəyinin, müqəddəratının həll olunmasını əks etdirən 3 oktyabr 1993-cü ildir. Məhz həmin gün xalqımız özünün gələcək taleyini, müqəddəratını həll edən seçim etdi

11:14 180
.

Ulu Öndər Heydər Əliyev və gələcəyə açılan məktəb qapısı

"Təhsil haqqında danışanda əslində bir ölkənin gələcəyindən danışırıq. Çünki bu gün məktəbə gedən uşaq sabah cəmiyyətin müxtəlif sahələrində öz sözünü deyəcək. Ulu Öndər Heydər Əliyevin təhsilə münasibətinin əsasını da məhz bu düşüncə təşkil edirdi. O, məktəbi yalnız bilik verilən məkan kimi deyil

12:04 108
.