Sosial şəbəkədə qazanılan populyarlıq bir günlük, itən hörmət ömürlükdür

Sosial şəbəkədə qazanılan populyarlıq bir günlük, itən hörmət ömürlükdürSəhər işə gəlirsən, yolda xəbərlərə baxırsan ki, dünyadan xəbərdar olasan. Xəbərlərin bir çoxu isə sosial şəbəkəyə istinadən dərc edilən qalmaqallardan ibarətdir. Keçirsən sosial şəbəkələrə ki, yenə nə oldu, kim-kimi "dalayıb".

Sanki bir qrup insanın həyatı yalnız başqalarının paylaşımlarından asılı vəziyyətə düşüb. Mütləqdir ki, hər paylaşıma cavab versinlər. Əksər paylaşımların altında eyni insanların rəyi var. Bu qədər enerjini haradan alırlar? Sanki hər deyilən sözə cavab vermək məcburiyyəti hiss edirlər. Kimsə status yazır, mütləq cavab gəlməlidir. Biri tənqid edir, dərhal canlı yayım açılır. Bir paylaşım edilir, ardınca onlarla "story", "repost", videolar, ittihamlar başlayır. Elə bil susmağı unudublar, ya nə bilim bunu artıq zəiflik əlaməti kimi qəbul edirlər. Səbəb nədir?

Nə vaxtdan etibarən hər fikrə cavab vermək məcburiyyətə çevrildi? Nə vaxtdan etibarən insanın dəyəri onun neçə nəfərlə mübahisə etməsi ilə ölçülməyə başladı? Daha qəribəsi odur ki, insanlar artıq təkcə öz həyatlarını deyil, ailələrini, şəxsi münasibətlərini, uşaqlarını, hətta valideynlərini də bu savaşın içinə çəkirlər. Dünənə qədər "ailə dəyərlərindən" danışanlar indi daha çox gündəm olmaq üçün ailə üzvlərini belə rahatlıqla müzakirə mövzusuna çevirirlər.

Bir vaxtlar şəxsi həyat qorunan sərvət idi. İndi isə sanki ən yaxşı kontent məhz şəxsi həyatdır. Kim boşandı, kim xəyanət etdi, kimin övladı nə dedi, kimin ailəsində nə baş verdi... İnsanların faciələri artıq xəbər yox, əyləncə materialına çevrilib. Ən ağrılı tərəfi isə budur ki, bütün bunlar izlənmə və populyarlıq uğrunda edilir.

Bir neçə il əvvəl tanınmaq üçün insanın istedadı olmalı idi. İndi isə qalmaqal kifayətdir. Nə qədər uca tonla, sərt danışsan (bağırsan da oxuya bilərsiniz), nə qədər çox söysən, nə qədər çox təhqir etsən, bir o qədər çox izlənirsən. Alqoritmlər də bunu mükafatlandırır. Sosial şəbəkələr sanki belə bir mesaj verir: "Sakit olsan, görünməyəcəksən." Bəlkə buna görə də insanlar daha yüksək səslə danışmağa, daha ağır ifadələr işlətməyə, daha çox qalmaqal yaratmağa çalışırlar? Çünki bilirlər ki, qalmaqal baxış gətirir.

Artıq elə videolarla qarşılaşırıq ki, insan utanır. Bəzən telefonu bağlamaq istəyirsən. Elə sözlər işlədilir ki, onları ailə ilə birlikdə izləmək mümkün deyil. Elə ifadələr səslənir ki, bir vaxtlar küçədə deməyə utanardılar. Bir sözlə gözlərimiz utanır gördüklərimizdən. Zəka onun aşağı dartılmasına inad edir, tərbiyyə bir küncdə qısılıb qalıb. Milyonlarla insanın qarşısında necə rahatlıqla vulqarlıq etmək olar?

Məni bir şey də düşündürür əslində. Biz nə vaxt bu qədər "açıq sözlü" olduq? Əslində isə burada açıq söz yox çılpaq söz demək yerinə düşər. Açıq danışmaq həqiqəti deməkdir. Açıq danışmaq tənqidi mədəni şəkildə ifadə etməkdir. Açıq danışmaq kiminsə şəxsi həyatını ayaqlar altına atmaq deyil. Kimisə ailəsi ilə şantaj etmək, övladını müzakirəyə çıxarmaq, mərhum insanların adından istifadə etmək, xəstəlikləri lağa qoymaq, insanların faciəsini kontentə çevirmək heç deyil. Ən təhlükəlisi isə odur ki, buna artıq öyrəşirik, adi bir hal kimi qəbullanırıq. Gəlin düzünü deyək, son illərdə əksəriyyətimiz ailəmizdən, ətrafımızdan eşitmədiklərimizi ağır söyüşləri bir paylaşımda görəndə artıq təəccüblənmirik. Canlı yayımda təhqir eşidəndə normal qarşılayırıq. Çoxları isə insanların bir-birini alçaltdığını izləyib əylənir. Və məlum olur ki, biz yox, onlar cəmiyyətə əməlli-başlı təzyiq edib, adiliyi, dəyərsizliyi normalmış kimi qəbul etdirirlər. Bu isə artıq təkcə sosial şəbəkələrin problemi deyil, cəmiyyətin, hər birimizin, doğulmamış uşaqlarımızın problemidir.

Anadolular demiş empatiya qurmağa çalışdım ki, bunu edənlərin də niyyətini öyrənim, bəlkə yazıqların heç pis məqsədi yoxdu? Maraqlıdır, sosial şəbəkədə məşhur olmaq sizə nə verir? Bir neçə min bəyənmə, bir neçə yüz şərh, bir neçə gün gündəmi zəbt etmək... Bəs sonra? 3 gündən sonra bunların təsir qüvvəsi itir. Yenə başlayacaqsınız kimisə alçaltmağa, söyməyə, böhtan atmağa, ailələri qarşı-qarşıya qoymağa? Doğurdan bunlar üçün dəyərmi? İnsanların yaddaşında söyüşlə qalmaq həqiqətən bu qədər vacibdir? Bəlkə həmin enerjini öz işimizə, peşəmizə, ailəmizə, övladımıza, yeni nəsə öyrənməyə sərf etsək daha qazanclı çıxarıq? Bir şeyi unutmayaq sosial şəbəkədə qazanılan populyarlıq bir günlükdür, itirilən hörmət isə ömürlük./Lent.az

Səbinə Əvəzqızı


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 658   Tarix: 23 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

20 ildən sonra ARB-dən çıxarılır

"Kriminal" verilişinin aparıcısı Ceyhun Həmidov ARB TV-dən ayrılacağını açıqlayıb. -a istinadən xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib. C.Həmidov bildirib ki, kanaldan öz istəyi ilə deyil, rəhbərliyin qərarı ilə ayrılmalı olacaq. Onun sözlərinə görə, bu qərar sentyabrı

12:17 109
.

Bu gün Azərbaycan öz yeni gələcəyini inşa edir

"Prezident İlham Əliyev Cəbrayıl və Zəngilan rayonlarına 2023-cü ildə baş tutan səfəri zamanı yeni inzibati və yaşayış binalarının, komplekslərinin, kəndlərin, uşaq bağçasının təməlinin qoyulmasında, Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin, "Cahangirbəyli" su elektrik stansiyasının açılışınd

10:33 182
.

Rusiyada pirotexnika zavodunda baş verən yanğın 22 evə ziyan vurub

Rusiyanın Yaroslavl vilayətinin Kubrinsk kəndində pirotexniki vasitələr istehsal olunan müəssisədə baş vermiş yanğın nəticəsində 22 çoxmənzilli binaya ziyan dəyib. "Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Yaroslavl vilayətinin qubernatoru Mixail Yevrayev sosial şəbəkələrd

30.09.2026 228
.

"Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk"

Azərbaycan Prezidenti İlham Əliyev Çin Sədri Si Cinpinə təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Sədr,. 1 Oktyabr - Çin Xalq Respublikasının Yaranması Günü münasibətilə Sizi və Sizin simanızda dost Çin xalqını öz adımdan və Azərbaycan xalq

11:21 115
.

Azərbaycan yeni mərmiatan dron istehsal edib

Azərbaycan yeni mərmiatan dron istehsal edib. BİG.AZ- "Report"-a istinadla xəbər verir ki, "Boran" dronu mərmi və əl qumbaralarının daşınması üçün nəzərdə tutulub və ilk dəfə ADEX-2026-da nümayiş edilir. "Boran" adlı dron mərmi və əl qumbaralarının hədəfə çatdırılması məqsədil

30.09.2026 221
.

Tarixi qələbələrin başlanğıc günü

"Hər bir tarixi nəticəni yaradan və formalaşdıran hadisə olur. İstənilən nəticəni zəruriləşdirən bir istinad nöqtəsi var. Bu baxımdan qürur duyduğumuz qüdrətli Azərbaycanın əsası xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyevin 1993-cü il oktyabrın 3-də prezident seçilməs

11:32 171
.

Azərbaycanda yeni agentlik fəaliyyətə başlayıb

Azərbaycan Respublikası Prezidentinin 24 fevral 2026-cı il tarixli 607 nömrəli Fərmanına uyğun olaraq yaradılmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi fəaliyyətə başlayıb. xəbə

10:10 190
.

Ulu Öndər Heydər Əliyev - xilaskar və böyük strateq!

"Sirr deyil ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyətə malik önəmli tarixlər mövcuddur və bu tarixlərdən biri də xalqımızın gələcəyinin, müqəddəratının həll olunmasını əks etdirən 3 oktyabr 1993-cü ildir. Məhz həmin gün xalqımız özünün gələcək taleyini, müqəddəratını həll edən seçim etdi

11:14 180
.

Ulu Öndər Heydər Əliyev və gələcəyə açılan məktəb qapısı

"Təhsil haqqında danışanda əslində bir ölkənin gələcəyindən danışırıq. Çünki bu gün məktəbə gedən uşaq sabah cəmiyyətin müxtəlif sahələrində öz sözünü deyəcək. Ulu Öndər Heydər Əliyevin təhsilə münasibətinin əsasını da məhz bu düşüncə təşkil edirdi. O, məktəbi yalnız bilik verilən məkan kimi deyil

12:04 108
.