Sosial şəbəkələrdə yayılan "süni yumurta" videoları təşviş yaratmalıdırmı?

Sosial şəbəkələrdə yayılan "süni yumurta" videoları təşviş yaratmalıdırmı?"Son dövrlərdə sosial şəbəkələrdə qidaların süni şəkildə hazırlanması ilə bağlı müxtəlif videolar geniş yayılır. Bu videolarda ən çox müzakirə olunan mövzulardan biri də "süni yumurta" iddialarıdır. Mütəxəssislər isə bildirirlər ki, bu cür görüntülər əksər hallarda yanlış təəssürat yaradır və istehlakçıların narahatlığına səbəb olur".

Bunu BiG.AZ-a açıqlamasında qida eksperti Asim Vəliyev bildirib.

O, qeyd edib ki, internetdə yayılan videoların bir qismi laboratoriya təcrübələri, oyuncaq istehsalı və ya bitki mənşəli yumurta əvəzedicilərinin nümayişi ilə bağlı olur. Bu səbəbdən istehlakçıların təşvişə düşməsinə əsas yoxdur. Azərbaycanda indiyədək süni yumurtanın satışda olması ilə bağlı hər hansı rəsmi məlumat və ya təsdiqlənmiş fakt qeydə alınmayıb:

"Yumurtanın görünüşü və quruluşu onun saxlanma şəraitindən və müddətindən asılı olaraq dəyişə bilər. Saxlanma müddəti keçmiş və ya köhnəlmiş yumurtanın bişirildikdən sonra fərqli görünməsi, ağ hissəsinin daha rezinvari olması saxtakarlıq əlaməti hesab edilmir.

Bundan əlavə, iqtisadi baxımdan bir yumurtanın süni şəkildə hazırlanması olduqca baha başa gəlir. İstehsalçılar üçün belə məhsul hazırlamaq sərfəli deyil. Dünyada bitki mənşəli yumurta əvəzediciləri mövcud olsa da, onlar "süni yumurta" deyil. Bu məhsullar xüsusi qablaşdırmada satılır, tərkibi açıq şəkildə göstərilir və əsasən müəyyən qidalanma tərzini seçən insanlar üçün istehsal olunur.

Yumurta ilə bağlı əsas risk onun süni olması deyil, düzgün saxlanılmaması və kifayət qədər bişirilməməsidir. Xüsusilə çiy və ya az bişmiş yumurtalarda qida zəhərlənməsi riski daha yüksək olur. Buna görə də istehlakçılar ilk növbədə məhsulun təzəliyinə və gigiyenik şəraitdə saxlanılmasına diqqət yetirməlidirlər.

Yumurtanın qabığı qırıldıqda xoşagəlməz qoxunun hiss olunması onun istifadəyə yararsız olduğunun əsas göstəricilərindən biridir. Alış zamanı qablaşdırma, istehsal tarixi və saxlanma şəraiti diqqətlə yoxlanılmalıdır. Mənşəyi məlum olmayan yerlərdən alınan məhsullarda risk daha yüksək hesab olunur.

Təbii yumurtanın qabığı adətən bir qədər nahamar və mat olur. Həddindən artıq parlaq və hamar qabıq müəyyən emal proseslərindən xəbər verə bilər, lakin bu, məhsulun süni olması anlamına gəlmir. Təzə yumurta sındırıldıqda sarısı bütöv və qabarıq qalır, ağ hissəsi isə öz strukturunu qoruyur.

Bundan başqa, yumurtanın qabığında çirk və ya nəcis qalıqları olduqda, onu istifadə etməzdən dərhal əvvəl yumaq tövsiyə olunur. Yumurtanın əvvəlcədən yuyularaq soyuducuda saxlanılması qabıq üzərindəki qoruyucu təbəqəni zəiflədə və bakteriyaların içəri keçmə riskini artıra bilər. Həmçinin yumurtaların soyuducunun qapı hissəsində saxlanılması məsləhət görülmür. Çünki qapının tez-tez açılıb bağlanması temperatur dəyişikliklərinə səbəb olur. Qabığında çat olan yumurtaların alınması isə qida təhlükəsizliyi baxımından riskli hesab edilir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 735   Tarix: 23 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

20 ildən sonra ARB-dən çıxarılır

"Kriminal" verilişinin aparıcısı Ceyhun Həmidov ARB TV-dən ayrılacağını açıqlayıb. -a istinadən xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib. C.Həmidov bildirib ki, kanaldan öz istəyi ilə deyil, rəhbərliyin qərarı ilə ayrılmalı olacaq. Onun sözlərinə görə, bu qərar sentyabrı

12:17 109
.

Bu gün Azərbaycan öz yeni gələcəyini inşa edir

"Prezident İlham Əliyev Cəbrayıl və Zəngilan rayonlarına 2023-cü ildə baş tutan səfəri zamanı yeni inzibati və yaşayış binalarının, komplekslərinin, kəndlərin, uşaq bağçasının təməlinin qoyulmasında, Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin, "Cahangirbəyli" su elektrik stansiyasının açılışınd

10:33 182
.

Rusiyada pirotexnika zavodunda baş verən yanğın 22 evə ziyan vurub

Rusiyanın Yaroslavl vilayətinin Kubrinsk kəndində pirotexniki vasitələr istehsal olunan müəssisədə baş vermiş yanğın nəticəsində 22 çoxmənzilli binaya ziyan dəyib. "Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Yaroslavl vilayətinin qubernatoru Mixail Yevrayev sosial şəbəkələrd

30.09.2026 228
.

"Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk"

Azərbaycan Prezidenti İlham Əliyev Çin Sədri Si Cinpinə təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Sədr,. 1 Oktyabr - Çin Xalq Respublikasının Yaranması Günü münasibətilə Sizi və Sizin simanızda dost Çin xalqını öz adımdan və Azərbaycan xalq

11:21 115
.

Azərbaycan yeni mərmiatan dron istehsal edib

Azərbaycan yeni mərmiatan dron istehsal edib. BİG.AZ- "Report"-a istinadla xəbər verir ki, "Boran" dronu mərmi və əl qumbaralarının daşınması üçün nəzərdə tutulub və ilk dəfə ADEX-2026-da nümayiş edilir. "Boran" adlı dron mərmi və əl qumbaralarının hədəfə çatdırılması məqsədil

30.09.2026 221
.

Tarixi qələbələrin başlanğıc günü

"Hər bir tarixi nəticəni yaradan və formalaşdıran hadisə olur. İstənilən nəticəni zəruriləşdirən bir istinad nöqtəsi var. Bu baxımdan qürur duyduğumuz qüdrətli Azərbaycanın əsası xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyevin 1993-cü il oktyabrın 3-də prezident seçilməs

11:32 171
.

Azərbaycanda yeni agentlik fəaliyyətə başlayıb

Azərbaycan Respublikası Prezidentinin 24 fevral 2026-cı il tarixli 607 nömrəli Fərmanına uyğun olaraq yaradılmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi fəaliyyətə başlayıb. xəbə

10:10 190
.

Ulu Öndər Heydər Əliyev - xilaskar və böyük strateq!

"Sirr deyil ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyətə malik önəmli tarixlər mövcuddur və bu tarixlərdən biri də xalqımızın gələcəyinin, müqəddəratının həll olunmasını əks etdirən 3 oktyabr 1993-cü ildir. Məhz həmin gün xalqımız özünün gələcək taleyini, müqəddəratını həll edən seçim etdi

11:14 180
.

Ulu Öndər Heydər Əliyev və gələcəyə açılan məktəb qapısı

"Təhsil haqqında danışanda əslində bir ölkənin gələcəyindən danışırıq. Çünki bu gün məktəbə gedən uşaq sabah cəmiyyətin müxtəlif sahələrində öz sözünü deyəcək. Ulu Öndər Heydər Əliyevin təhsilə münasibətinin əsasını da məhz bu düşüncə təşkil edirdi. O, məktəbi yalnız bilik verilən məkan kimi deyil

12:04 108
.