Rusiyada təşviş başladı... - 10-dan çox vilayətdə benzinə llimit qoyuldu

Rusiyada təşviş başladı... - 10-dan çox vilayətdə benzinə llimit qoyulduUkrayna ordusunun Rusiyanın daxilindəki neft emalı zavodlarına (NEZ) endirdiyi ardıcıl və dağıdıcı zərbələr Rusiya Federasiyasında misilsiz yanacaq böhranına yol açıb. Artıq ölkənin onlarla vilayətində, o cümlədən Sibir və mərkəzi regionlarda benzinin və dizel yanacağının satışına sərt limitlər tətbiq olunmağa başlayıb.

"AzPolitika" yerli "Teleqram" kanallarına istinadla xəbər verir ki, iyunun 23-də Novosibirsk, Saratov, Penza, Voronej, Omsk, İrkutsk, Vladimir vilayətlərində, Krasnoyarsk diyarında və Şimali Osetiyada rəsmi qurumlar yanacaq qıtlığını idarə etmək üçün xüsusi rejimə keçdiklərini bəyan ediblər.

Analoji böhran cəmi iki gün əvvəl - iyunun 21-də Kerç boğazındakı logistik qovşağın vurulmasından sonra ilhaq edilmiş Krımda da yaşanmış və yarımadada benzinin azad satışı tamamilə dayandırılmışdı.

Rusiyanın müxtəlif vilayətlərində "spekulyativ tələbatın qarşısını almaq" bəhanəsi ilə tətbiq edilən limitlər belədir:

Saratov vilayətiində avtomobil üçün cəmi 30 litr benzin limiti qoyulub.

Voronejdə "Lukoyl"a məxsus yanacaqdoldurma məntəqələrində şəhər daxilində bir dəfəyə 30 litr benzin və 60 litr dizel, magistral yollarda isə 60 litr benzin və 200 litr dizel buraxılır.
Rusiyada təşviş başladı... - 10-dan çox vilayətdə benzinə llimit qoyulduOmsk vilayətində isə şəhərdə maksimum 40 litr benzin, 80 litr dizel, magistrallarda 40 litr benzin, 200 litr dizel verilir.

Krasnoyarsk diyarındakı "Qazpromneft"ə məxsus yanacaqdoldurma məntəqələrində bir çənə maksimum 40 litr benzin vurulur.

Penza vilayətində isə vəziyyət belədir: Yanacağın qablara doldurulması qəti qadağan edilib, yalnız avtomobilin çəninə vurulur. Fiziki şəxslər üçün limit 100 litr benzin və 200 litr dizeldir.

Vladimir vilayətinin rəhbəri Aleksandr Andreyev isə əhaliyə müraciət edərək logistik problemlər səbəbindən şəxsi avtomobillərdən istifadəni minimuma endirməyə çağırıb. Şimali Osetiya rəhbəri Sergey Menyaylo isə defisiti nəzərə alaraq yanacağın "toxunulmaz ehtiyatının" yaradılması barədə əmr verib.

Böhranın gizlədilməsi cəhdləri də diqqətdən qaçmayıb. İrkutsk vilayətinin qubernatoru İgor Kobzev iyunun 22-də "Telegram" kanalında rəsmi olaraq etiraf etmişdi ki, "Qərbdə Ukrayna PUA-ları tərəfindən neft emalı obyektləri sıradan çıxarılıb" və bir çox regionlar, o cümlədən İrkutsk "əl ilə idarəetmə" rejiminə keçib.

Lakin "Sibir.Realii" nəşrinin diqqətini çəkən məqam o olub ki, iyunun 23-də qubernator həmin postu redaktə edərək Ukrayna PUA-larının zərbələri və NEZ-lərin sıradan çıxması barədə hissəni tamamilə silib. Görünür, Kreml rəsmi şəxslərin bu dərəcədə açıq etiraflarından narahat olub.

Federal Antiinhisar Xidməti (FAX) ölkədə spekulyativ təkrar satışların qarşısını almaq üçün Rusiya daxilində onlayn ticarət platformalarında (marketpleyslərdə) benzinin satışına tam qadağa qoyub. İyunun ortalarından etibarən ölkədə yanacağın qiyməti astronomik sürətlə artmaqdadır.

"Reuters" agentliyinin sahə üzrə anonim mənbələrə istinadən yaydığı məlumat Rusiya iqtisadiyyatının qan itirdiyini göstərir.

Məlumata görə, Ukrayna dronlarının intensiv hücumları nəticəsində Rusiya iyun ayının ortalarına olan göstəriciyə görə gündəlik benzin istehsalının tam 25 faizini itirib.

Göstərici Həcm (Gündəlik) Status
Rusiyanın daxili benzin tələbatı 110 000 ton Pik yay mövsümü minimumu
Hazırkı real istehsal həcmi 90 000 ton Defisit: 20 000 ton/gün
Mənbələr bildirir ki, təkcə ötən həftə Rusiyanın iki ən nəhəng müəssisəsinin - Moskva NEZ-i və Tatarıstandakı "TANECO" NEZ-inin fəaliyyətinin tamamilə dayanması bazardan əlavə olaraq gündəlik 15 000 ton benzinin itməsinə səbəb olub. Bu isə istehsalı son ayların ən minimal səviyyəsinə endirib və ölkə daxilində kütləvi benzin qıtlığı zənciri yaradıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 424   Tarix: 23 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda yeni lazer idarəetməli raket hazırlanıb

Azərbaycan istehsalı "MGK MK-82 500 LBS" lazer idarəetməli raketi ilk dəfə "ADEX 2026" sərgisində nümayiş etdirilib. BİG.AZ -a istinadla xəbər verir ki, çəkisi 250 kiloqram olan raket döyüş şəraitində lazerlə işarələnmiş sabit hədəfləri məhv etmək üçün istehsal olunub. Raket Azərbaycand

30.09.2026 222
.

Bu gün Azərbaycan öz yeni gələcəyini inşa edir

"Prezident İlham Əliyev Cəbrayıl və Zəngilan rayonlarına 2023-cü ildə baş tutan səfəri zamanı yeni inzibati və yaşayış binalarının, komplekslərinin, kəndlərin, uşaq bağçasının təməlinin qoyulmasında, Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin, "Cahangirbəyli" su elektrik stansiyasının açılışınd

10:33 182
.

Azərbaycan-İran münasibətlərində yeni səhifə: əsas gündəmdə nə var?

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin İrana səfəri Bakı-Tehran münasibətlərinin hazırkı vəziyyəti və gələcək perspektivləri baxımından diqqət çəkir. Səfər çərçivəsində İranın yüksək səviyyəli rəsmiləri ilə bir sıra görüşlər keçirilib, siyasi, təhlükəsizli

12:19 110
.

Uzun fasilədən sonra İsrail-Qəzza sərhədində həyəcan siqnalı

Uzun müddətdən sonra ilk dəfə İsrail ilə Qəzza zolağı arasındakı sərhəd ərazisində hava hücumu sirenləri səsləndirilib. xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin (İMQ) sözçü ofisinin ilkin məlumatına görə, Nahal Oz şəhərində şübhəli raket təhlükəsi ilə əlaqədar həyəcan siqnalı verilib. İlkin məlumatlar

10:23 124
.

Siyavuş Novruzovun əsgərlik təklifinə etiraz etdi: "Düzgün saymıram"

"Azərbaycan öz ərazi bütövlüyünü təmin etdiyindən ordu quruculuğu sahəsində işlərinin aparılması, onun taktiki və strateji hərəkətləri, yeni qoşun növlərinin yaradılması, bunların təminatı, təchizatı yeni baxışlar tələb edir". Bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri, parlamentd

12:39 171
.

Paytaxtın bu ərazilərində işıq kəsiləcək

Yasamalın bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. BİG.AZ xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Məlumata görə, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatını

10:00 129
.

Sahibkar-dövlət münasibətlərinin təməlində Heydər Əliyev siyasəti

"Azərbaycanın müstəqillik tarixində iqtisadi inkişafın, sahibkarlıq mühitinin formalaşmasının və özəl sektorun inkişafının mühüm mərhələlərindən biri Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ölkənin bazar iqtisadiyyatına keçidi, mülkiyyət münasibətlərində dəyişikliklərin aparılması və milli sahibkarla

11:43 109
.

Kürdəmirdə toyda zəhərlənənlərin sayı 89 nəfərə çatdı

Kürdəmirdə toyda zəhərlənən şəxslərin sayı 89 nəfərə çatıb. Qaynarinfo xəbər verir ki, onların böyük əksəriyyətinə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Qeyd edək ki, hadisə yerinə AQTA-nın əməkdaşları cəlb olunub yoxlamalar aparılıb və az sonra bununla bağlı ictimaiyyət

10:24 144
.

Polşada ABŞ-nin daimi hərbi bazası yaradılacaq

ABŞ-nin milli təhlükəsizlik strategiyasına Polşada daimi hərbi bazanın yaradılması daxil edilib. BİG.AZ xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış mətbuat konfransında bildirib. O qeyd edib ki, ABŞ-nin yeni strategiyasında əsas məqamlardan biri məhz Polşada amerikalı hərbçilə

30.09.2026 212
.