"Economist": Rusiya iqtisadiyyatı zəifləyir, lakin çökmür

"Economist": Rusiya iqtisadiyyatı zəifləyir, lakin çökmürEkspertlər Rusiya iqtisadiyyatında tükənmə əlamətlərinin artdığını qeyd etsələr də, ölkənin müharibəni davam etdirmək üçün hələlik kifayət qədər resurslara malik olduğunu bildirirlər.

Qayanrinfo "The Economist"ə istinadən xəbər verir ki, Rusiyanın hərbi iqtisadiyyatı getdikcə daha çox çətinliklə üzləşir, lakin yaxın perspektivdə onun sürətli çöküşünü göstərən əlamətlər müşahidə olunmur.

Son dövrlərdə müxtəlif analitik mərkəzlərin iqtisadçıları Rusiyada iqtisadi vəziyyətin pisləşdiyini vurğulayırlar. Məsələn, Kil Dünya İqtisadiyyatı İnstitutu Rusiya iqtisadiyyatının "struktur tükənməsi" ilə üzləşdiyini bildirib. Hətta rəsmi statistikaya görə, 2026-cı ilin birinci rübündə ölkənin ÜDM-i 0,2 faiz azalıb.

Bununla belə, nəşr qeyd edir ki, Ukraynaya qarşı genişmiqyaslı müharibənin başlanmasından sonra Rusiya iqtisadiyyatı gözlənilən çöküş ssenarilərinə baxmayaraq fəaliyyətini davam etdirib. Ölkə ticarət əlaqələrini Çin və Hindistana yönəldib, həmçinin hərbi xərclərin, infrastruktur layihələrinin və sosial ödənişlərin maliyyələşdirilməsi üçün büdcə ehtiyatlarından geniş istifadə edib.

"The Economist"in məlumatına görə, 2022-2025-ci illər ərzində Rusiyada adambaşına düşən real ÜDM 12 faiz artıb. Bu göstərici inkişaf etməkdə olan böyük iqtisadiyyatların tempindən geri qalsa da, bir çox ekspertlərin proqnozlaşdırdığı dərin iqtisadi böhran ssenarilərindən daha yaxşı nəticə hesab olunur.

Nəşr bildirir ki, əlavə dəyər vergisinin (ƏDV) 20 faizdən 22 faizə qaldırılması 2025-ci ilin sonunda istehlakçı xərclərini artıraraq iqtisadi aktivliyi dəstəkləyib. Lakin bu təsir 2026-cı ilin əvvəlində zəifləyib.

Alternativ iqtisadi göstəricilər isə iqtisadi geriləmədən daha çox artım tempinin yavaşımasını göstərir. Rusiyanın "VEB" bankının məlumatları mart və aprel aylarında iqtisadi fəallığın müəyyən qədər sürətləndiyini, bunun əsas səbəblərindən birinin isə neft qiymətlərindəki artım olduğunu göstərir.

Əmək bazarında vəziyyət mürəkkəb olaraq qalır. İş tapmaq əvvəlki illərlə müqayisədə çətinləşsə də, işsizlik səviyyəsi hələ də tarixi minimuma yaxın - təxminən 2 faiz səviyyəsindədir.

Eyni zamanda, Ukraynanın enerji infrastrukturuna endirdiyi zərbələr və neft qiymətlərinin sonrakı enişi Rusiyanın enerji ixracını çətinləşdirir. Buna baxmayaraq, 2026-cı ilin aprel ayında mal ixracının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə bir qədər yüksək olub.

Nəşrin məlumatına görə, Rusiya ötən il hərbi ehtiyaclara ÜDM-in təxminən 7-8 faizini yönəldib. Tənqidçilər hesab edirlər ki, bu həcmdə hərbi xərclər digər iqtisadi sahələrdən işçi qüvvəsini çəkib çıxarır və dövlət maliyyəsini zəiflədir. Bununla belə, "The Economist" qeyd edir ki, müdafiə xərclərindəki əlavə artım müharibədən əvvəlki dövrlə müqayisədə təxminən ÜDM-in 3-4 faizi səviyyəsindədir ki, bu da əhəmiyyətli olsa da, iqtisadi çöküş yaratmaq üçün kifayət etmir.

Nəşr vurğulayır ki, Rusiyanın fiskal problemləri hələlik kritik həddə çatmayıb. Hakimiyyət vergiləri artırmaq, ehtiyat fondlarından istifadə etmək və ya daxili bazardan borclanmaq imkanlarını qoruyub saxlayır.

Proqnozlara görə, 2026-cı ildə Rusiya iqtisadiyyatı təxminən 1 faiz böyüyə bilər. Bu göstərici Fransa və Kanada üçün gözlənilən artım templəri ilə müqayisə oluna bilər. Yeni sanksiyalar, neft qiymətlərinin azalması və ya Ukraynanın enerji infrastrukturuna hücumlarının güclənməsi iqtisadi artımı daha da zəiflədə bilər. Lakin nəşrin qənaətinə görə, Rusiyanın hərbi iqtisadiyyatına ciddi zərbə vurmaq üçün daha radikal amillər tələb olunur.

İyunun 19-da Almaniyanın "Frankfurter Allgemeine Zeitung" nəşri Rusiyanın müharibəyönümlü iqtisadi model səbəbindən "partlayış təhlükəsi daşıyan vəziyyətə" düşdüyünü və istənilən iqtisadi şokun ciddi böhrana səbəb ola biləcəyini yazmışdı.

Bundan əvvəl "Bloomberg" agentliyi Kremlin müharibənin maliyyələşdirilməsi üçün getdikcə daha çox bahalı daxili borclanmaya üstünlük verdiyini bildirmişdi. Agentliyin hesablamalarına görə, yaxın on il ərzində Rusiya dövlət borcu üzrə faiz ödənişləri üçün ÜDM-in ən azı 15 faizinə bərabər vəsait xərcləyəcək.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 586   Tarix: 23 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

20 ildən sonra ARB-dən çıxarılır

"Kriminal" verilişinin aparıcısı Ceyhun Həmidov ARB TV-dən ayrılacağını açıqlayıb. -a istinadən xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib. C.Həmidov bildirib ki, kanaldan öz istəyi ilə deyil, rəhbərliyin qərarı ilə ayrılmalı olacaq. Onun sözlərinə görə, bu qərar sentyabrı

12:17 109
.

Bu gün Azərbaycan öz yeni gələcəyini inşa edir

"Prezident İlham Əliyev Cəbrayıl və Zəngilan rayonlarına 2023-cü ildə baş tutan səfəri zamanı yeni inzibati və yaşayış binalarının, komplekslərinin, kəndlərin, uşaq bağçasının təməlinin qoyulmasında, Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin, "Cahangirbəyli" su elektrik stansiyasının açılışınd

10:33 182
.

Rusiyada pirotexnika zavodunda baş verən yanğın 22 evə ziyan vurub

Rusiyanın Yaroslavl vilayətinin Kubrinsk kəndində pirotexniki vasitələr istehsal olunan müəssisədə baş vermiş yanğın nəticəsində 22 çoxmənzilli binaya ziyan dəyib. "Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Yaroslavl vilayətinin qubernatoru Mixail Yevrayev sosial şəbəkələrd

30.09.2026 228
.

"Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk"

Azərbaycan Prezidenti İlham Əliyev Çin Sədri Si Cinpinə təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Sədr,. 1 Oktyabr - Çin Xalq Respublikasının Yaranması Günü münasibətilə Sizi və Sizin simanızda dost Çin xalqını öz adımdan və Azərbaycan xalq

11:21 115
.

Azərbaycan yeni mərmiatan dron istehsal edib

Azərbaycan yeni mərmiatan dron istehsal edib. BİG.AZ- "Report"-a istinadla xəbər verir ki, "Boran" dronu mərmi və əl qumbaralarının daşınması üçün nəzərdə tutulub və ilk dəfə ADEX-2026-da nümayiş edilir. "Boran" adlı dron mərmi və əl qumbaralarının hədəfə çatdırılması məqsədil

30.09.2026 221
.

Tarixi qələbələrin başlanğıc günü

"Hər bir tarixi nəticəni yaradan və formalaşdıran hadisə olur. İstənilən nəticəni zəruriləşdirən bir istinad nöqtəsi var. Bu baxımdan qürur duyduğumuz qüdrətli Azərbaycanın əsası xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyevin 1993-cü il oktyabrın 3-də prezident seçilməs

11:32 171
.

Azərbaycanda yeni agentlik fəaliyyətə başlayıb

Azərbaycan Respublikası Prezidentinin 24 fevral 2026-cı il tarixli 607 nömrəli Fərmanına uyğun olaraq yaradılmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi fəaliyyətə başlayıb. xəbə

10:10 190
.

Ulu Öndər Heydər Əliyev - xilaskar və böyük strateq!

"Sirr deyil ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyətə malik önəmli tarixlər mövcuddur və bu tarixlərdən biri də xalqımızın gələcəyinin, müqəddəratının həll olunmasını əks etdirən 3 oktyabr 1993-cü ildir. Məhz həmin gün xalqımız özünün gələcək taleyini, müqəddəratını həll edən seçim etdi

11:14 180
.

Ulu Öndər Heydər Əliyev və gələcəyə açılan məktəb qapısı

"Təhsil haqqında danışanda əslində bir ölkənin gələcəyindən danışırıq. Çünki bu gün məktəbə gedən uşaq sabah cəmiyyətin müxtəlif sahələrində öz sözünü deyəcək. Ulu Öndər Heydər Əliyevin təhsilə münasibətinin əsasını da məhz bu düşüncə təşkil edirdi. O, məktəbi yalnız bilik verilən məkan kimi deyil

12:04 108
.