Nazirlər Kabinetində yüksək vəzifəyə gətirilən Natiq Məmmədov kimdir? - FOTO

Nazirlər Kabinetində yüksək vəzifəyə gətirilən Natiq Məmmədov kimdir? - FOTOBu ilin aprelindən baş nazir təyin edilən Novruz Məmmədov Nazirlər Kabinetində kadr islahatlarını davam etdirir. İki gün əvvəl Nazirlər Kabineti Aparatının rəhbəri Ağa-Bala Hacıyev vəzifəsindən azad edilib.

Qeyd edək ki, Ağa-Bala Hacıyev 1991-1994-cü illərdə Nazirlər Kabinetinin İşlər İdarəsinin müdafiə və müdafiə sənayesi şöbəsinin müdiri, 1994-cü ilin oktyabr ayından Azərbaycan Prezidentinin sərəncamı ilə Nazirlər Kabinetinin İşlər müdiri vəzifəsinə təyin edilib. 2003-cü ilin sentyabrından Nazirlər Kabineti Aparatının rəhbəri vəzifəsində çalışıb.

Yada salaq ki, bundan əvvəl baş nazirin sərəncamı ilə Nazirlər Kabinetinin Aparatında şöbələrin sayı 15-dən 10-a endirildi. Kənd təsərrüfatı məsələləri şöbəsi, ekologiya məsələləri şöbəsi və regionların inkişafı məsələləri şöbəsi birləşdirilərək regionların inkişafı, kənd təsərrüfatı və ekologiya məsələləri şöbəsi yaradıldı.

Neft və kimya məsələləri şöbəsi sənaye və energetika məsələləri şöbəsinə, beynəlxalq maliyyə təşkilatları ilə iş şöbəsi maliyyə və iqtisadiyyat məsələləri şöbəsinə, qaçqınların və məcburi köçkünlərin məsələləri şöbəsi isə humanitar və sosial məsələlər şöbəsinə birləşdirildi. Pensiya yaşlarına çatmaları ilə əlaqədar bir neçə vəzifəli şəxs bu struktur islahatlarından sonra işdən azad olundular.

Ötən ay baş nazir daha iki məmurun işdən azad edilməsi barədə sərəncam imzalayıb. Bu sərəncamla Şahin Salahov Nazirlər Kabineti Tikinti və kommunal təsərrüfatı şöbəsinin müdiri vəzifəsindən azad edilib. Bundan başqa, Nazirlər Kabinetinin Maliyyə və iqtisadiyyat məsələləri şöbəsinin müdir müavini Nail Sadıqov da vəzifəsindən azad edilib. O, dövlət qulluğunda işləmənin son yaş həddi ilə əlaqədar işdən çıxarılıb.

Bir müddət əvvəl isə yeni baş nazir Rəsi-Zadə dönəminin daha bir kadrını - Günəş Vəliyevanı Nazirlər Kabineti Aparatının Hüquq şöbəsinin müdiri vəzifəsindən azad edib. Baş nazirin digər qərarı ilə G.Vəliyeva ilə yanaşı Nizami Bayramov Nazirlər Kabinetinin İşlər İdarəsinin Nəqliyyat xidməti şöbəsinin müdiri vəzifəsindən çıxarılıb. G.Vəliyeva 2003-cü ilin sentyabrından isə Nazirlər Kabineti Aparatının hüquq şöbəsinin müdiri idi. Qeyd edək ki, bu mühüm vəzifəyə hələ də təyinat yoxdur. Regionların inkişafı, kənd təsərrüfatı və ekologiya məsələləri şöbəsinin müdiri vəzifəsi də boşdur.

Baş nazirin ötən ay daha bir təyinatı da diqqət çəkib. Belə ki, Nazirlər Kabinetinin işdən çıxarılan Aparat rəhbəri Ağa-Bala Hacıyevə yeni müavin təyin edilib. Bu, Mərkəzi Seçki Komissiyasının sabiq sədr müavini Natiq Məmmədovdur. Natiq Məmmədovun MSK sədrinin müavini kimi yüksək bir postu tərk edərək Nazirlər Kabinetinin Aparat rəhbərinin müavini vəzifəsinə getməsi heç də birmənalı qarşılanmamışdı. Hələ o zaman da belə iddia vardı ki, Nazirlər Kabinetinin Aparat rəhbəri olan 77 yaşlı Ağa-Bala Hacıyev tezliklə təqaüdə çıxacaq və onun yerini N.Məmmədov tutacaq. Bəzi iddialara görə, yaxın günlərdə N.Məmmədov NK Aparat rəhbəri təyin ediləcək.

Natiq Məmmədov 1966-cı ildə Naxçıvanda doğulub. 1992-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1992-1999-cu illərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olub. 1999-cu ildə Dövlət Neft Şirkətində Üzən Gəmilərlə Kəşfiyyat və Qazma İdarəsində hüquqşünas, 1999-2000-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin hüquq xidmətinin rəhbəri kimi fəaliyyət göstərib.

2000-ci ildə Bakı şəhər Əzizbəyov Rayon Məhkəməsinin hakimi təyin edilib və 2004-cü ilədək bu vəzifədə işləyib.

2004-cü ildə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Mərkəzi Seçki Komissiyasının üzvü təyin edildikdən sonra dəfələrlə komissiyanın katibi, 2010-cu ildə isə sədr müavini seçilib. Qeyd edək ki, Aparat rəhbəri baş nazirdən sonra ikinci səlahiyyətli şəxs statusundadır. (Yeni Müsavat)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1226   Tarix: 05 dekabr 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Bakıda kirayə qiymətləri niyə artır? - Ekspert səbəbləri açıqladı

"Bakıda kirayə mənzil bazarında ucuz mənzillərin sayı azalmaqda davam edir". Bunu Qaynarinfo-ya açıqlamasında əmlak eksperti Ramil Osmanlı deyib. Ekspertin sözlərinə görə, bazarda ucuz mənzillərin yerini daha bahalı mənzillər tutur və bu tendensiya ümumi kirayə qiymətlərinə birbaşa təsir göstərir:

19.05.2026 341
.

Qızlar ən çox bu universitetləri seçir - SİYAHI

Azərbaycanda qız və oğlan tələbələrin ən çox üstünlük təşkil etdiyi universitetlər açıqlanıb. Ölkə.az-ın məlumatına görə, məsələ Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirə olunan Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsini

19.05.2026 438
.

Yeməyi mavi boşqabda yeyin: Arıqlamaq istəyənlər üçün

Pəhriz siyahılarından və ağır məşqlərdən bezənlər üçün inqilabi bir arıqlama metodu aktual mövzuya çevrilib. BİG.AZ xəbər verir ki, qidalanma və pəhriz mütəxəssisi Ayşegül Akkaya Erden izah edib ki, sadəcə boşqabınızın rəngini dəyişdirməklə kalori qəbulunuzu 30% azalda bilərsiniz. Ətraf mühitdəki kiçi

19.05.2026 274
.

DİM-in çevik qərarı və sistemin acı reallığı

"Dövlət İmtahan Mərkəzinin (DİM) 17 may tarixində keçirilən magistratura imtahanı ilə bağlı qəbul etdiyi təkrar imtahan qərarı, ilk növbədə, yaranmış kütləvi narazılıq və fors-major vəziyyətlərə çevik, humanist yanaşmanın bariz nümunəsidir. Paytaxtda baş verən təbii fəsadlar və nəqliyyat böhran

19.05.2026 358
.

Kim Kardaşyanın şirkətinin maşınından 8 milyonluq kokain tapıldı

Kim Kardaşyana məxsus "Skims" brendinin geyim və alt paltarlarını daşıyan yük maşınında böyük həcmdə kokain daşıyan sürücü həbs olunub. xarici mediaya istinadla xəbər verir ki, Böyük Britaniyanın Milli Cinayətkarlıqla Mübarizə Agentliyinin məlumatına görə, Niderlanddan göndərilən və 28 pake

19.05.2026 378
.

Vanuatu adalarında 6 bal gücündə zəlzələ baş verib

Almaniya Geologiya Elmləri Tədqiqat Mərkəzinin (GFZ) məlumatına görə, çərşənbə axşamı Vanuatu adalarında 6 bal gücündə zəlzələ baş verib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, GFZ-nin məlumatına görə, zəlzələnin ocağı 10 km (6,21 mil) dərinlikdə olub. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]

19.05.2026 324
.

Qadağan olunmuş ovun hüquqi nəticələri

"Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş və ya xüsusi mühafizə olunan heyvan və bitki növlərinin qorunması ilə bağlı tələblərin pozulmasına görə ciddi cərimələr nəzərdə tutulur". Bunu BİG.AZ-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev bildirib. O, qeyd edib ki

19.05.2026 356
.

Yorğunluq deyib keçməyin: Bu, emosional tükənmə ola bilər

Rusiyalı psixoterapevt Anton Qrebenyukov bildirib ki, emosional tükənmə bəzən adi yorğunluq kimi görünə bilər. Ölkə.az " "ya istinadla xəbər verir ki, onun sözlərinə görə, emosional tükənmənin əsas əlamətləri arasında əsəbilik, davamlı yorğunluq, daxili boşluq hissi, insanlara qarşı laqeydlik

19.05.2026 290
.

"Həmin sənədlər şəhərsalmanın gələcək gündəliyini də formalaşdıracaq"

"Bakı hazırda şəhərsalma gündəliyinin bütün elementlərinin müzakirəsi üçün uyğun və aktual məkandır". "Qafqazinfo" xəbər verir ki, bunu jurnalsitlərə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmə

19.05.2026 344
.

TOP MP3