Dünyada ilk dəfə anelgeziyanı kəşf edən - Topçubaşov
Azərbaycanda tibb təhsili və səhiyyənin təşkilatçısı, respublikada cərrahlıq elmi məktəbinin banilərindən biri olan Mustafa Topçubaşov 1885-ci ildə anadan olub. O, Azərbaycan Milli Elmlər Akademiyasının sədr müavini, SSRİ Elmlər Akademiyasının həqiqi, Bolqarıstan Elmlər Akademiyasının müxbir üzvü, SSRİ Ali Sovetinin deputatı, alim-cərrah olub.
Topçubaşov 1904-cü ildə ibtidai təhsilini başa vurub gimnaziyaya daxil olub. 1914-cü ildə gimnaziyanı bitirib. Üçüncü kursda oxuyanda Oktyabr inqilabı baş verib. Rusiyanın digər şəhərləri kimi, o zaman Kiyevdə də qalmaq təhlükəli imiş. Onunla birlikdə oxumağa gedənlərin çoxu evlərinə dönüb. Bir neçə tələbə təhsilini davam etdirib. Onlardan biri də Mustafa bəy olub.
1919-cu ildə təhsilini başa çatdıran gənc həkim Naxçıvan və Bakı xəstəxanalarında cərrahlıq edib. 1920-1923-cü illərdə ADU-nun (Azərbaycan Dövlət Universiteti) tibb fakültəsinin cərrahiyyə kafedrasında ordinator, 1923-1930-cu illərdə isə assistent vəzifələrində çalışıb. 1930-cu ildə "Malyariya mənşəli splenomeqaliyanın klinikası, patologiyası və cərrahi müalicəsi" mövzusunda doktorluq dissertasiyası müdafiə edir. Bu işin əhəmiyyətinə görə M.Topçubaşova professor adı verilir və o, Azərbaycan Tibb Universitetinin cərrahiyyə kafedrasının müdiri seçilərək ömrünün sonuna qədər həmin vəzifəni şərəflə yerinə yetirib.
Dünya tibb tarixinə Topçubaşov töhvəsi
M.Topçubaşov 1937-ci ildə dünya anesteziologiya elmi tarixində ilk dəfə olaraq orijinal keyitmə üsulunu - inyeksion efir-yağ narkozunu - anelgeziya üsulunu kəşf edib. Bu metod sadəliyinə, hazırlanma və tətbiq texnikasının asanlığına, inhalyasion narkoz zamanı rast gəlinən bir sıra mənfi halların (dərin narkoz yuxusu, qanda narkotik maddələrin yüksək konsentrasiyada toplanması və s.) aradan qaldırılmasına imkan verdiyinə görə geniş tətbiq edilməyə başlanıb. Efir-yağ qarışığı inyeksiyaları həm də öddaşı xəstəliyinin sancıları, travmatik şok, tetanus, qıcolma hallarında, müalicə və doğuş zamanı ağrısızlaşdırma vasitəsi kimi istifadə edilirdi. 1945-ci ildə SSRİ Xalq Səhiyyə Komissarlığı Elmi Tibbi Şurası tərəfindən Farmakologiya Komitəsinin iclasında efir-yağ qarışığının "Analgezin" adı altında istehsal edilməsinə icazə verildi.
Müharibədən sonra professor M.Topçubaşov Azərbaycan SSR Səhiyyə Nazirliyinin baş cərrahı vəzifəsinə təyin edilir. 1945-ci ildə Azərbaycan EA-nın həqiqi üzvü seçilir. 1947-1949-cu illərdə Azərbaycan Respublikası Eksperimental Tibb İnstitutunda direktor vəzifəsində çalışır. Müxtəlif dövrlərdə iki dəfə (1951-1956 və 1969-1981) Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsini daşıyır. 1954-cü ildə özü işlədiyi kafedrada operasion-auditoriya təşkil edir. Əməkdar elm xadimi adını Mustafa bəy Topçubaşov 1940-cı ildə alır. 1960-cı ildə SSRİ Tibb Elmləri Akademiyasının akademiki seçilir. O, 1953-cü ildə Stalin mükafatı laureatı olur və 1975-ci ildə Sosialist Əməyi Qəhrəmanı yüksək adına layiq görülür.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 6378 Tarix: 05 avqust 2011
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTürk mediası belə "Çılğın dondurmacı"nın Bakıda qızlarla rəqsindən yazdı
Musiqili və rəqsli dondurma şouları ilə tanınan "Çılğın dondurmacı" ləqəbli şəxsin Bakıda çəkdirdiyi görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Axşam.az xəbər verir ki, Antalyadakı mağazasının sökülməsindən sonra Dubaya, daha sonra isə Bakıya köçən Mehmet Dinçin qızlarla rəqsi haqd
15:14 111 Şəhidlərin qanı ilə yazılan Zəfər - KÖŞƏ YAZISI
Elə tarixlər var ki, təqvimdəki adi gün olmaqdan çıxaraq xalqın taleyinə yazılır. 27 Sentyabr Azərbaycan üçün belə bir tarixdir. Bu gün qəlbimizdə hüznlə qürur, göz yaşları ilə fəxarət yanaşı dayanır. Şəhidlərimizin xatirəsi qarşısında baş əyir, onların müqəddəs fədakarlığını ehtiramla yad edir, qanlar
14:44 105 Türkiyədə seçki zəngləri çalarkən
Mənə görə, seçki zəngləri tam mənası ilə çalmağa başlayıb. Az əvvəl seçki üçün atəşləri körükləyənlər, indi isə əllərində hay-küy salan davulları ilə məhəllə-məhəllə serenada etməyə başlayıblar. Və az sonra isə o maraqla gözlənilən an gələcək, inşallah. Duyumlarımızda məhəllə aralarında yenə AK Partini
13:04 144 Nəhənglər həqiqətən mövcud ola bilərdimi? - Qalileyin 400 illik izahı
Nəhənglər əsrlər boyu mif və əfsanələrin qəhrəmanları olublar. Lakin italiyalı fizik və astronom Qalileo Qaliley insan formasına malik, lakin nəhəng ölçülərdə olan canlıların fizika qanunlarına əsasən əslində heç vaxt yaşaya bilməyəcəyini düşünürdü. Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Galaxy"
21.09.2026 250 "Pulumuzu verməyən adama Vüsal Nəsirli tərəfindən yüksək vəzifə verildi" - Şikayətçi
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tabeliyində olan "Bakı 4 №-li Yol İstismarı" MMC-nin rəhbəri Fazil Musayevin işçilərin pulunu ödəmədiyi iddia olunur. -a bu barədə şikayətçi Nizam Mustafayev məlumat verib. O bildirib ki, Fazil Musayev onun haqqını ödəməkdən boyun qaçırır:. "Yasama
21.09.2026 285 Sabah hava necə olacaq?
Sentyabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi səhər mülayi
13:10 133 "Kristal Estetik" və rəhbərliyi 29 min cərimə edildi - Kosmetoloq qanunsuz işləyib
Tibb müəssisəsində qanunvericiliyin tələblərinin pozulması faktları ilə bağlı inzibati tədbirlər görülüb. "Qafqazinfo" xəbər verir ki, Baş Prokurorluğun məlumatına görə, "Kristal Estetik" klinikasında həyata keçirilmiş gözüstü dəri artıqlığının götürülməsi prosedurundan sonra şəxsi
14:10 140 Daşınmaz əmlak bazarında vergi yükü optimallaşdırılır - əsas gözlənti nədir?
"Daşınmaz əmlak bazarında vergi yükünün optimallaşdırılması yalnız vergilərin azaldılması kimi qiymətləndirilməməlidir. Burada əsas məqsəd vergi sisteminin bazardakı real iqtisadi proseslərə uyğunlaşdırılması, investisiyaların təşviqi, əməliyyatların şəffaflığının artırılması və vətəndaşlar, eləc
13:25 143 Bakıda ətin qiyməti 19 manat oldu
Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. Qaynarinfo xəbər verir ki, hazırda ət satış məntəqələrində sümüklü ət alıcılara 19 manatdan təklif edilir. Sümüksüz mal əti isə 21-22 manata satılır. Bu isə son bir ayda 1-2 manat artım deməkdir. Satıcılar qiymət artımına səbəb kimi mövsüm dəyişikliyin
14:16 136