Uşağına aliment ödəməyən qadın cəzalandırıldı

Uşağına aliment ödəməyən qadın cəzalandırıldıGəncədə uşağına görə aliment ödəməyən qadın cəzalandırılıb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, Hüseyn Namazov 2011-ci ildə ailə həyatı qurub və 2014-cü ildə övladı dünyaya gəlib. 2019-cu ildə H.Namazovla həyat yoldaşı arasında olan nikah pozulub və məhkəmənin qərarı ilə uşağın 18 yaşına çatana qədər atasından hər ay 220 manat aliment tutulub. Məhkəmənin hesablamasına görə, uşağın yetkinlik yaşına çatana qədər atadan tutulacaq məbləğ ümumilikdə 28 min 800 manat müəyyən edilib. H.Namazov keçmiş həyat yoldaşı ilə razılaşıb və həmin vaxta qədər inflyasiya nəzərə alınaraq qadına 40 min manat ödəyib. Məbləğ tam ödənildiyi üçün Sumqayıt şəhəri üzrə İcra İdarəsi tərəfindən həmin icra sənədi üzrə icraata xitam verilib.

2022-ci ildə H.Namazov azyaşlı oğlunun psixoloji vəziyyətinin pisləşməsi barədə məlumat alıb və onun anasından alınaraq öz himayəsinə verilməsi barədə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə iddianı təmin edib və uşaq anasından alınaraq atasının himayəsinə verilib. Ata övladı üçün ödədiyi alimentin xərclənməmiş hissəsinin geri qaytarılmasını məhkəmədən xahiş edib.

Məhkəmənin qərarı ilə 2023-cü il tarixdən etibarən uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün qadından hər ay 220 manat aliment tutularaq ataya verilməsi barədə qərar qəbul edib, həmçinin əvvəllər aliment kimi ödədiyi 40 min manatın xərclənməmiş hissəsi olan 31 min 382 manatın H.Namazova ödənilməsini qət edib. Lakin qadın həmin məbləğləri ödəməkdən boyun qaçırıb. H.Namazov bununla bağlı yenidən məhkəməyə müraciət edib və qadının cəzalandırılmasını istəyib.

Gəncə Şəhər Məhkəməsinin hökmü ilə qadın 1 il 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib və ona elektron qolbaq tətbiq olunub.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 235   Tarix: 22 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

ƏHALİYƏ MÜJDƏ: Orta aylıq pensiya 56 manat artdı

Azərbaycanda orta aylıq pensiya bir il ərzində təxminən 56 manat artaraq 595,8 manata çatıb. Dövlət Statistika Komitəsindən -a bildirilib ki, oktyabrın 1-nə olan məlumata görə, orta pensiya ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 faiz artıb. Bu məbləğ ölkə üzrə orta aylıq əməkhaqqının 50,8 faizinə bərabə

00:11 329
.

Azərbaycanda ictimai iaşə dövriyyəsi 8 %-ə yaxın artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin dəyəri 2 milyard 596,9 milyon manat olub. Bu barədə "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 7,9 % çoxdur. On ayda özəl sektorda ictimai iaş

15:10 88
.

COP31: İqlim danışıqlarında yekun razılaşma layihəsi təqdim olunub

Türkiyədə keçirilən BMT-nin iqlim danışıqları bazar günü yekun razılaşmaya yaxınlaşıb. COP31-in Türkiyə və Avstraliyadan olan həmsədrləri qlobal istiləşmə ilə mübarizədə növbəti addımlarla bağlı konsensus əldə olunacağına ümid edərək yeni təkliflər paketini təqdim ediblər. "Reuters" agentliyin

16:40 0
.

Yeni sanksiyalardan sonra Tatyana Kim "Wildberries"in rəhbəri postundan getdi

RWB rəhbəri Tatyana Kim "Wildberries"in baş direktoru vəzifəsindən gedib. verir ki, bu barədə "İzvestiya"nın əldə etdiyi sənədlərdə qeyd olunub. Məlumata əsasən, Kim artıq digər şirkətlərə də rəhbərlik etmir. Bununla yanaşı, Vahid Dövlət Hüquqi Şəxslər Reyestrinin (EGRUL) məlumatlarında

15:40 64
.

Zelenski: NATO-da olacayıq və yox demək hələ tezdir

Müttəfiqlər Ukrayna üçün təhlükəsizlik zəmanətinin onun NATO-ya üzvlüyü olduğunu başa düşür. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə onlayn söhbət zamanı bildirib. "Şübhəsiz, bu hər iki tərəfi - həm Ukraynanı, həm də NATO-n

21.11.2026 235
.

Yas mərasiminə gedən ehtiyatda olan zabit faciəli şəkildə öldü - Təfərrüat

Qazaxda ehtiyatda olan zabit dəm qazından boğularaq ölüb. -ın məlumatına görə, əslən Qazax rayonundan olan, Bakı şəhərində yaşayan 1977-ci il təvəllüdlü Vüqar Qulu oğlu Məmmədov bir neçə gün əvvəl iki avtomobilin toqquşması nəticəsində həyatını itirən Dərgahquliyevlər ailəsinin üzvlərinin yas mərasimind

11:23 223
.

Maşın almaq üçün kredit götürdü, pulu köhnə tanışı oğurladı

Binəqədi rayonu ərazisində talama hadisəsi qeydə alınıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, zərərçəkən bir müddət əvvəl avtomobil almaq üçün pul toplamaq qərarına gəlib. Bu məqsədlə bankların birindən 4 00 manat kredit götürərək yaşadığı evə gətirib

21.11.2026 263
.

Bəzi yerlərdə yağış, qar və duman: Həftənin ilk iş gününün havası

Noyabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi ehtimalı var. Gündüz tədricə

13:43 156
.

15 yaşlı oğlan bacısını "TikTok"da canlı yayımlar açdığına görə bıçaqlayıb - Təfərrüat

Yevlaxda 25 yaşlı bacısı Sərvinaz Cabbarzadəni bıçaqlayan 2011-ci il təvəllüdlü Cabbar Cabbarzadənin (ad və soyadlar şərtidir) məhkəmə prosesi başa çatıb. BİG.AZ -a istinadən xəbər verir ki, hadisə Sərvinazın "TikTok" sosial şəbəkəsindən istifadə etməsi səbəbindən baş verib. Belə ki, yeniyetm

15:21 96
.