Şabalıdın faydaları
Şabalıd zahirən gözəl dekorativ bitki olması ilə yanaşı, həm də çox faydalıdır. Bu bitkinin iki tanınmış növü var: 1) Adətən küçələrdə, parklarda rastlaşdığımız yabanı at şabalıdı; 2)Vətəni əsasən Avropa, Asiya və Şimali Amerika sayılan həqiqi şirin şabalıd. Rusiyada şabalıd əsasən dekorativ məqsədlə əkilirdi. Hal-hazırda isə tərkibinin faydalılığına və kaloriliyinə görə qoz, fındıq və s. kimi bitkilərdən daha çox bu bitkiyə üstünlük verilir. Şabalıd vegetarian pəhriz üçün əla komponentdir. Şabalıdın tərkibindəki yağın miqdarı qoz, fındıq, fıstıq və badama nəzərən daha aşağıdır. Onun tərkibində çoxlu nişasta (62%), şəkər (17%), zülal (6%) vardır. Bundan əlavə, onun tərkibində 2,5%-dən 3,5%-ə qədər A, b və C qrup vitaminlər, 3%-ə qədər minerallar vardır. Şabalıdın yetişmiş meyvələrində yağlar və vitaminlər çox olmasa da, yetişməmiş meyvələrində əksinə C vitamininin miqdarı1500mg%, C vitamini isə 0,18mg%-ə qədər olur. Şabalıd ağacının yarpaqları qlükozidlər, pektin və K vitamini ilə zəngindir.
Müalicəvi xüsusiyyətləri:
Şirin şabalıdın qurudulmuş meyvələrinin həlimindən və quru yarpaqlarının dəmlənməsindən isə yuxarı tənəffüs yollarının iltihabi xəstəliklərinin müalicəsində istifadə edilir. Təzə yarpaqların dəmlənməsi göy öskürək üçün yaxşı vasitədir.
Şabalıdın meyvə və qabığını mədə-bağırsaq xəstəliklərində, böyrək mənşəli ödemlərdə, burun qanaxmalarında istifadə etmək olar. Meyvələrin həlimi həmçinin yaralarda, furnikullarda xarici vasitə kimi tətbiq edilə bilər. Ümumiyyətlə, xalq təbabətində adi şabalıdın müxtəlif hissələrindən büzücü, bərpaedici, yanıq əleyhinə, yarasağaldıcı kimi istifadə edilir.
Xalq təbabətində həmçinin at şabalıdı da geniş yer tutur. Onun çiçəklərindən, toxumundan və qabıqlarından olan dəmləmələr qızdırmasalıcı vasitə kimi, həmçinin müxtəlif revmatik xəstəliklərin müalicəsində, bronxitlərdə, venaların varikoz genişlənmələrində, öd kisəsi xəstəliklərində, həzm prosesinin pozulmalarında, gec sağalan yaralarda istifadə edilir.
Əczaçılıq məqsədi ilə bitkinin müxtəlif hissələri müvafiq zamanlarda tədarük edilməlidir. Çiçəklər təbii ki, çiçəklənmə zamanında, yarpaqlar iyun ayının axırı-iyul ayının əvvələrində, meyvələr isə ayrı-ayrı müvafiq məqsədlər üçün kal və yetişmiş şəkildə yığılmalıdır. Qabıq, yarpaq və çiçəklər kölgədə, meyvələr isə gün altında qurudulmalıdır.
movqe.az
BiG.Az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 3131 Tarix: 27 oktyabr 2014
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Dəri, ürək və ümumi sağlamlıq üçün hansı balıq faydalıdır?
Sardina çox qidalı olan kiçik balıqlardır. Onların tərkibində ürəyin, sinir sisteminin fəaliyyətinə və bədəndəki iltihab əleyhinə proseslərə kömək edən çoxlu miqdarda omeqa-3 yağ turşuları var. Onlar D və B12 vitaminlərinin, eləcə də hüceyrələrin bərpasında mühüm rol oynayan tam protein mənbəyidir. BİG.A
21.04.2026 470 Ürəyinizi saat kimi işlədəcək 12 MÖCÜZƏVİ QİDA
Ürək-damar xəstəlikləri dünyada ölüm səbəbləri arasında hələ də ilk sıralardadır. Lakin mütəxəssislər bildirirlər ki, düzgün qidalanma vərdişləri ilə bu riski minimuma endirmək mümkündür. BİG.AZ ürəyinizi saat kimi işlədəcək, damarlarınızı təmiz saxlayacaq 12 əsas qidanı təqdim edir:. 1. Yağlı balıqlar
10.04.2026 722 Bir çox xəstəliyi müalicə edən MASAJ
Masaj xidməti bir çox xəstəlikləri sağaldır, masaj zamanı Təbii yağlardan istifadə olunur, sizin bədənizdə olan oynaq ağrıları, bel ağrıları, baş ağrılarını vaxtında götürür. Dünyada edilən masajların 90 %-i tibbi masajdır. Avropada və Şərqdə həkimlər masajı resept olaraq yazırlar. Masaj inteqtaiv bi
23.04.2026 2625 Hər axşam qatıq yeməyin FAYDALARI
Hər axşam müntəzəm olaraq qatıq yemək orqanizmin bioloji saatı ilə harmoniyada işləyən ən sağlam qidalanma vərdişlərindən biri hesab olunur. Bu süd məhsulu təkcə kalsium mənbəyi deyil, həm də canlı bakteriyalar toplusu olan probiotiklərlə zəngin olduğu üçün gecə boyu bədənin bərpa proseslərinə birbaş
07.04.2026 660 Bazarda 2 manata satılan bu möcüzə qaraciyəri yeniləyir
Torpağın altında gizlənən bu bənövşəyi möcüzə təkcə rəngi ilə deyil, elmi araşdırmalarla sübut olunmuş faydaları ilə sağlamlıq reseptlərinin əvəzolunmazına çevrilib. xəbər verir ki, qidalanma mütəxəssisləri vurğulayırlar ki, qırmızı çuğundurda olan yüksək nitrat bədəndə nitrik oksidə çevrilərək damarlar
19.04.2026 601 İki peşə üzrə çalışan insanların Altsheymer xəstəliyinə tutulma riski ən aşağıdır
Əksər insanlar uzun və sağlam ömür üçün düzgün qidalanma və idmanı əsas hesab edir. Lakin araşdırmalar göstərir ki, digər amillər, o cümlədən peşə fəaliyyəti də beyin sağlamlığına təsir edə bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "Your Tango" yazır. Yeni tədqiqatlara əsasən, iki konkre
17.04.2026 571 Açıq şəraitdə satışa çıxarılan qidalar - Xəstəlik riski yüksəkdir
Açıq şəraitdə satışa çıxarılan qidalar hər zaman sağlam hesab olunmur. Türkiyə mətbuatına istinadla xəbər verir ki, qida təhlükəsizliyində əsas rol məhsulun istehsal və saxlanma şəraitinə aiddir. Açıq şəkildə satılan məhsullar çox vaxt nəzarət və qeydiyyat sistemindən kənarda qalır. Bu isə onların istehsa
19.04.2026 253 Yaşlı insanlar üçün ən yaxşı səhər yeməyi hansıdır?
Yumurta yaşlı insanlar üçün getdikcə daha populyar səhər yeməyinə çevrilir, çünki bir sıra sağlamlıq üstünlüklərinə malikdir. Qaynarinfo xəbər verir ki, "Vietnam" nəşrinin yazdığına görə, yumurtanın tərkibində təxminən 8 qram protein, həmçinin A, D, B12 vitaminləri, fol turşusu, dəmir və sele
20.04.2026 517 Süfrəmizdəki təhlükə - Həkimdən XƏBƏRDARLIQ
Qidalanma vərdişləri böyrək daşı xəstəliyinin yaranmasında mühüm rol oynayır. BİG.AZ xəbər verir ki, bu barədə türkiyəli urologiya mütəxəssisi Mustafa Suat Bolat məlumat verib. Onun sözlərinə görə, zülalın həddindən artıq qəbulu və duzlu qidaların çox istehlakı bu xəstəliyin riskini artıran əsas amillə
17.04.2026 581