İcra başçısı qazi ailəsini süründürür - Hüquq müdafiəçisindən ÇAĞIRIŞ

İcra başçısı qazi ailəsini süründürür - Hüquq müdafiəçisindən ÇAĞIRIŞÖmrünün 45 ilini müəllim peşəsinə həsr etmiş, iki oğlu Qarabağ döyüşlərinin iştirakçısı olan Natella Məmmədovaya Naxçıvanın Şahbuz rayon İcra Hakimiyyəti problem yaratmağa davam edir.

Tribuna.az-a bu barədə məlumat verən şikayətçi bildirib ki, həm özü, həm də mərhum həyat yoldaşı uzun illər dövlətə və xalqa xidmət edib, müəllim kimi yüzlərlə şagird yetişdiriblər. Lakin bu gün onlar ən sadə dolanışıq problemini belə həll edə bilmirlər.
İki oğlu Qarabağ döyüşlərinin iştirakçısı olan N.Məmmədova uzun müddətdir maddi sıxıntı səbəbindən özlərinə məxsus və bütün sənədləri qaydasında olan həyətyanı torpaq sahəsində kiçik dükan tikərək dolanışıqlarını təmin etmək istəyir. Lakin Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev qərəzli şəkildə buna mane olur, müxtəlif bəhanələrlə ailəyə problem yaradır.
Natella Məmmədova bildirir ki, məsələ ilə bağlı Naxçıvan rəhbərliyinə də dəfələrlə müraciət edib və ailənin sosial vəziyyəti, övladlarının müharibə iştirakçısı olması nəzərə alınaraq onlara köməklik göstərilməsi tapşırılıb.
Buna baxmayaraq, Şahbuz rayonunun başçısı Rəfael Babayev müxtəlif səbəblərlə tikintiyə mane olmağa davam edir.
Şikayətçi qeyd edir ki, başqa şəxslərə yolun mühafizə zolağına daha yaxın ərazilərdə obyekt tikintisinə şərait yaradıldığı halda, onların ailəsinə fərqli münasibət göstərilir. Bildirirlər ki, yola yaxın yerdə belə tikinti aparmaq olmaz:

"Bizim yol kənd yoludur. Bu dövlət əhəmiyyətli yol deyil ki, icazə verməsinlər. Biz dövlət əhəmiyyətli yola yaxın dükan tikmirik ki. Qanunlardan da xəbərimiz var. Bizim sadə dolanışığımız üçün tikmək istədiyimi dükan kənd yoluna yaxındır. O yol da dövlət əhəmiyyətli sayılmır. Ancaq icra hakimiyyəti bunu nəzərə almır. Boş və qanunsuz formada bizə icazə vermirlər".

Mövzu ilə bağlı Tribuna.az-a danışan Sosial Hüquqların Müdafiə Mərkəzinin rəhbəri Xəzər Teyyublu bildirib ki, şəhid ailələrinə və qazilərə dövlət qayğısı var və hər hansı məmur səlahiyyətlərindən sui-istifadə edərək onları incitməklə, süründürməklə dövlətin maraqlarına zidd addım atmış sayılır.
Hüquq müdafiəçisi hesab edir ki, Şahbuz rayonunda yaranmış problemin aradan qaldırılması üçün Naxçıvanın yeni rəhbərliyi tapşırıq verməlidir:

"Vətənin azadlığı uğrunda döyüşlərdə iştirak etmiş müharibə veteranlarına köməklik göstərmək məmurların borcudur. Onlar bizim təhlükəsiz şəraitdə fəaliyyət göstərməyimiz üçün səngərdə vuruşublar. İndi qazilərin öz mənzil, sadə dolanışıq şəraitini yaxşılaşdırması üçün hər hansı bir addım atırsa, onlara əngəl olmaq yox, kömək göstərmək, dəstək vermək lazımdır".

X.Teyyublu qeyd edib ki, bəzi yerlərdə kiçik məmurlar özlərini padşah kimi aparır və vətəndaşları dövlətdən narazı salan hərəkətlərə yol verirlər:
"Cənab prezident dəfələrlə xəbərdarlıq edib ki, icra başçıları, vəzifəli şəxslər vətəndaşlarla işləməlidirlər, onların müraciətlərini dinləməlidirlər. Bu günə qədər olarla icra başçısı, vəzifəli şəxs həbs olunub, işdən azad edilib, onların yerinə təyin olunan məmurlara dövlət başçısı tapşırıqlar verib, lakin bi görürük ki, bəzi hallarda bu etimaddan sui-istifadə edənlər olur".

Xatırladaq ki, məsələ ilə bağlı Şahbuz Rayon İcra Hakimiyyəti ilə dəfələrlə əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz uğursuz alınıb. Qarşı tərətin mövqeyini dinləməyə hazırıq.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 844   Tarix: 24 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Gördülər ki, büdrəmişik, arxadan bıçaq vurdular"

"Bu gün qarşıda duran vəzifələrlə bağlı bəzi fikirlərimi bölüşmək istərdim. Çünki mən görüləcək işlərlə bağlı vaxtaşırı açıqlamalar verirəm, müsahibələrdə və çıxışlarımda da. Hesab edirəm ki, dünyada vəziyyət o qədər tez dəyişir ki, buna bu gün də ehtiyac var". "Qafqazinfo" xəbə

02.10.2026 213
.

"Eşref" geri qayıdır - Amma təkdir

"Eşref Rüya" serialının "Eşref"i Çağatay Ulusoy yeni layihə ilə geri dönür. BİG.AZ xəbər verir ki, TİMSBİ şirkəti yeni serialın yaxın zamanda dijital platformada yayımlanacağını açıqlayıb. Şirkət layihəni "Tek isim. Tek başlangıç. Eşref Tek. Her efsanenin bir başlangıcı vardır"

02.10.2026 309
.

"Böyük Qayıdışın yeni mərhələsi də uğurla həyata keçiriləcək" - ŞƏRH

"Qarabağ və Şərqi Zəngəzurda 96 min insan yaşayır, çalışır, təhsil alır". Bu barədə Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. Bu bölgələrin inkişafına bu günə qədər 28 milyard manat vəsaitin ayrıldığını deyən dövlətimizin başçısı bildirib:

02.10.2026 217
.

Güclü külək əsir - Bəzi yerlərə yağış yağır

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Oktyabrın 2-si saat 16:00-a olan məlumatına əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Sarıbaş (Qax), Şəki, Ağstafa, Xızı, Xaçmaz

02.10.2026 216
.

"Artıq dünyada bilməyən yoxdur ki, sözümüz imzamız qədər dəyərlidir"

"Bizim Avropa İttifaqına üzv ölkələrin bir çoxu ilə strateji tərəfdaşlıq bəyannamələrimiz, müqavilələrimiz var". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. Dövlət başçısı qeyd edib ki

02.10.2026 226
.

Bu kadrlarda 5-ci sinifdə oxuyan Zaur var - Video

Tanınmış aparıcı Zaur Baxşəliyev Şuşaya səfər edib. "Qafqazinfo"nun məlumatına görə, o, illər əvvəl məcburi köçkün düşdüyü şəhərdə təsirli anlar yaşayıb. Bir vaxtlar parta arxasında əyləşdiyi məktəbə indi yeni nəslin uşaqları ilə birgə baş çəkib. Məktəblilərlə avtobusa minib, onların bir günün

11:02 149
.

"Forsaj" serial olacaq

"Peacock" platforması məşhur "Forsaj" film franşizası əsasında serial hazırlanacağını açıqlayıb. Axşam.az xəbər verir ki, ekran işinin ulduzu Vin Dizel serialın icraçı prodüseri olacaq. Onun layihədə aktyor kimi rol alıb-almayacağı isə hələ məlum deyil. Serialın premyerasının 2028-c

02.10.2026 225
.

Yəməndə ölən və yaralananların sayı 1500-ü keçdi

Yəməndə döyüşlər intensivləşib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, silahlı qüvvələrin məlumatına görə, son 24 saat ərzində həyata keçirilən 474 hücum nəticəsində 1 540 husi döyüşçüsü öldürülüb və ya yaralanıb. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya isə ölkənin cənubuna yönələn ü

10:08 134
.

İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif edib

Beynəlxalq Cüdo Federasiyasının prezidenti Ladislau-Marius Vizer "Dostluq" ordeni ilə təltif edilib. BİG.AZ -a istinadla xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycan Respublikasında və beynəlxalq səviyyədə cüdo idman növünün inkişafı sahəsind

10:41 117
.