Açıq şəraitdə satışa çıxarılan qidalar - Xəstəlik riski yüksəkdir
Açıq şəraitdə satışa çıxarılan qidalar hər zaman sağlam hesab olunmur.
Milli.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, qida təhlükəsizliyində əsas rol məhsulun istehsal və saxlanma şəraitinə aiddir.
Açıq şəkildə satılan məhsullar çox vaxt nəzarət və qeydiyyat sistemindən kənarda qalır. Bu isə onların istehsal və paylanma mərhələlərində şəffaflığın azalmasına və müxtəlif risklərin artmasına səbəb olur. Xüsusilə bu cür qidalarda mikrobioloji təhlükələr daha çox müşahidə edilir.
Qeyd olunur ki, qidaların istilik emalı və fermentasiya kimi proseslərdən keçirilməsi onların təhlükəsizliyini artırır. Elmi yanaşmalara görə, bu üsullar zərərli mikroorqanizmlərin azalmasına kömək edir və məhsulun daha təhlükəsiz istehlakına imkan yaradır.
Eyni zamanda açıqda satılan ədviyyatlar və çiy süd kimi məhsulların nəzarətsiz istehsalı mikotoksin və aflatoksin kimi zərərli maddələrin yaranma riskini artırır. Bu baxımdan qablaşdırılmış məhsullara üstünlük verilməsinin daha məqsədəuyğun olduğu bildirilir.
Araşdırmalarda vurğulanır ki, qida mənşəli risklər çox zaman dərhal deyil, uzun müddətdə özünü göstərir. Orqanizmdə toplanan bəzi zərərli maddələr zamanla toksik təsir göstərərək ciddi xəstəliklərə, o cümlədən xərçəngə səbəb ola bilər.
Bundan əlavə, qidaların hazırlanma üsullarının da sağlamlığa təsir etdiyi qeyd olunur. Yüksək temperatur və güclü tüstü altında bişirilən qidalarda zərərli birləşmələr yarana bilər. Xüsusilə manqalda ətin oda yaxın bişirilməsi zamanı yaranan tüstünün tərkibindəki maddələrin sağlamlıq üçün risk daşıdığı bildirilir.
Bildirilir ki, qablaşdırılmış məhsullar daha etibarlıdır və barkod sistemləri vasitəsilə məhsulun mənşəyi və istehsal prosesi haqqında məlumat əldə etmək mümkündür.
İstehlakçılara isə məhsul seçərkən diqqətli olmaları tövsiyə edilir. Qablaşdırması zədələnmiş, paslı, əyilmiş və ya şişmiş konserv məhsulların alınmaması və şübhəli qidaların istehlak edilməməsi vacib hesab olunur.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşGecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər
Gecə yuxusu zamanı işığa məruz qalmaq ürəyin quruluşuna və fəaliyyətinə mənfi təsir göstərə bilər. xəbər verir ki, "European Heart Journal" jurnalında dərc olunan yeni araşdırmada gecə işığı ilə ürək-damar sağlamlığı arasındakı əlaqə araşdırılıb. Tulane Universitetinin tədqiqatçıları ürək-dama
12.09.2026 269 Demensiyadan qorunmağın YOLLARI
"Demensiyanın (beyindəki sinir hüceyrələrinin zədələnməsi nəticəsində yaranan və əqli qabiliyyətlərin tədricən zəifləməsi ilə müşayiət olunan simptomlar qrupu) qarşısının alınması üçün müntəzəm fiziki və zehni aktivlik, eləcə də ümumi sağlamlıq vəziyyətinə nəzarət xüsusi əhəmiyyət daşıyır"
06.09.2026 272 Erkən ölüm riskini azaltmağın sadə yolu tapılıb
Sürətli yeriməyin gündəlik addım sayı nisbətən az olan insanlarda belə erkən ölüm riskini azalda biləcəyi müəyyən edilib. xəbər verir ki, alimlər 100 mindən çox orta və yaşlı insanın məlumatlarını təxminən 8 il ərzində araşdırıblar. Nəticələrə görə, gündə 5 min addımdan az atan, lakin dəqiqədə ən az
09.09.2026 390 Peyvəndlər və antibiotiklərlə bağlı: Hansı hallarda zəruridir? - VİDEO
"Baku Med" verilişinin yeni buraxılışında uşaq sağlamlığı barədə müzakirə aparılıb. Peyvəndlər uşaqlar üçün niyə vacibdir?. Valideynlər niyə peyvəndlərdən imtina edir?. Antibiotiklər hansı hallarda zəruridir?. Uşaqlara sağlam qidalanma necə aşılanmalıdır?. Uşaqları mövsümi viruslardan nec
05.09.2026 284 İnfarkt zamanı nə etməli? - Professor vacib məqamları açıqladı
Ürək-damar xəstəlikləri uzun illərdir dünya üzrə ölüm səbəbləri arasında 13 faizlə ilk sırada yer alır. Ümumdünya Səhiyyə Təşkilatının son məlumatlarına görə, hər il 9 milyon insan işemik ürək xəstəlikləri səbəbilə həyatını itirir və bu göstərici gündən-günə artır. Qaynarinfo xəbər verir ki, ürək v
02.09.2026 463 Payızda oynaq ağrıları niyə artır? - Həkimdən vacib xəbərdarlıq
Havaların soyuması və temperaturun tez-tez dəyişməsi bəzi insanlarda oynaq ağrılarının daha qabarıq hiss olunmasına səbəb ola bilər. Xüsusilə artrit, artroz və digər dayaq-hərəkət sistemi problemləri olan şəxslər payız aylarında ağrı, sərtlik və hərəkət məhdudiyyətindən daha çox şikayət edə bilərlər
21.09.2026 293 Səhər və axşam yeməyinin vaxtı ömür uzunluğuna necə təsir edir?
İnsanın nə yediyi ilə yanaşı, qidanı hansı saatda qəbul etməsi də əhəmiyyətli ola bilər. Yeni araşdırma yemək vaxtının ömür uzunluğu ilə əlaqəli ola biləcəyini göstərib. Qaynarinfo xəbər verir ki, "European Journal of Clinical Nutrition" jurnalında dərc olunan araşdırmaya 40 yaşdan yuxarı 3
07.09.2026 387 Bədənimizdə niyə qəfildən göyərmələr peyda olur? - Həkimdən xəbərdarlıq
Bədənimizdə niyə qəfildən göyərmələr peyda olur?. -ın xəbərinə görə, bu barədə rusiyalı həkim-hematoloq Mixail Antoşin RT nəşrinə müsahibəsində danışıb. O, göyərmələrin təhlükələri barədə xəbərdarlıq edib. Mixail Antoşinin sözlərinə görə, göyərmələrlə birlikdə yüksək qanaxmanın digər əlamətləri də ortay
06.09.2026 502 Təzyiqi aşağı salan 5 əsas qida - Açıqlandı
Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. "Qafqazinfo" xəbər verilir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağı salan 5 əsas qidanın adı açıqlanıb:. "Üzüm, qaragilə, qırmızı soğan, böyürtkə
15.09.2026 388