İnsanlar yuxuda buna görə dişlərini qıcayırlar - XƏBƏRDARLIQ

İnsanlar yuxuda buna görə dişlərini qıcayırlar - XƏBƏRDARLIQYuxuda dişləri qıcamaq və ya qələm gəmirmək vərdişi stressə qarşı reaksiya ola bilər.

BiG.AZ xəbər verir ki, bu barədə Qazeta.ru-ya ortodont-həkim, qnatoloq Mədinə Xastsayeva məlumat verib.

"Bruksizm çənələrin qeyri-ixtiyari sıxılması və dişlərin qıcanmasıdır ki, bu da ən çox yuxuda baş verir. Nəzarət oluna bilən qələm gəmirmə vərdişindən fərqli olaraq, bruksizm orqanizmin stressə qarşı şüuraltı reaksiyasıdır", - deyə həkim izah edib.

Onun sözlərinə görə, əsas səbəblərdən biri psixoemosional gərginlikdir. İnsan təşviş və ya basdırılmış emosiyalar yaşadıqda, bədən boşalmaq üçün yollar axtarır. Kimdəsə bu, çiyinlərin gərginləşməsində, kimdəsə yuxusuzluqda, digərində isə çeynəmə əzələlərinin hipertonusunda özünü büruzə verir.

"Xroniki stress, sinir sisteminin hədsiz yüklənməsi və yuxu pozğunluqları - meqapolis şəraitində bu amillər bruksizm üçün əlverişli mühit yaradır. İnsan yaxınları ona deməyənə qədər bu problemdən heç şübhələnməyə də bilər", - deyə Xastsayeva qeyd edib.

Həkim diqqətə çatdırıb ki, ilkin mərhələlərdə bruksizm zərərsiz görünsə də, zaman keçdikcə fəsadları hiss olunmağa başlayır.

"Diş emalının yeyilməsi, çatlar, dişlərin həssaslığının artması, çənə ağrıları və səhərlər baş ağrıları - bunlar fəsadların yalnız bir hissəsidir. Anlamaq lazımdır ki, bu, sadəcə 'gecə xoşagəlməz səs' deyil, orqanizmin həddindən artıq yüklənməsi barədə siqnaldır", - deyə qnatoloq xəbərdarlıq edib.

O, bruksizmdən şübhələndikdə ilk növbədə stomatoloqa müraciət etməyi tövsiyə edib. Həkim məhz dişlərin yeyilməsi, mikrotəzyiqlər və əzələ gərginliyi kimi xarakterik əlamətləri görə bilər.

"Stomatoloq diaqnostika aparacaq, dişlərin qapanmasını (prikusu) qiymətləndirəcək və ehtiyac olduqda fərdi qoruyucu qapa (kapa) hazırlayacaq. O, gecə taxılır və dişlərə düşən yükü azaldır. Lakin yadda saxlamaq lazımdır: biz nəticələri müalicə edirik. Əgər səbəb stressdirsə, psixoloq, somnoloq və ya nevroloqun köməyi tələb oluna bilər", - deyə ekspert əlavə edib.(Publika.az)


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 862   Tarix: 24 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Peyvəndlər və antibiotiklərlə bağlı: Hansı hallarda zəruridir? - VİDEO

"Baku Med" verilişinin yeni buraxılışında uşaq sağlamlığı barədə müzakirə aparılıb. Peyvəndlər uşaqlar üçün niyə vacibdir?. Valideynlər niyə peyvəndlərdən imtina edir?. Antibiotiklər hansı hallarda zəruridir?. Uşaqlara sağlam qidalanma necə aşılanmalıdır?. Uşaqları mövsümi viruslardan nec

05.09.2026 287
.

Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir

"Hamiləlik hərəkətsizlik və daimi yataq rejimi demək deyil. Əgər cift gəlişi anomaliyaları, vaxtından əvvəl doğuş təhlükəsi və ya ağır preeklampsiya kimi tibbi əks-göstərişlər yoxdursa, müntəzəm fiziki aktivlik tövsiyə olunur". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram"

20.09.2026 323
.

Hicama haqqında nələri bilirik?

Son zamanlar çox eşitdiyimiz, "hicama", "hacamat" kimi tanınan küpə terapiya müalicə üsulu barədə nələri bilirik?. Apimed təbii üsullar mərkəzində yüksək ixtisaslı (Türkiyədə kurs keçmiş) xanım personal tərəfindən xanımlara və bəylərə Hicama (hacamat) proseduru tətbiq edilir. Prosedu

11.09.2026 2418
.

Təzyiqi aşağı salan 5 əsas qida - Açıqlandı

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. "Qafqazinfo" xəbər verilir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağı salan 5 əsas qidanın adı açıqlanıb:. "Üzüm, qaragilə, qırmızı soğan, böyürtkə

15.09.2026 390
.

Enerjini bərpa etmək üçün gündüz nə qədər yatmaq lazımdır?

Bəzən günün ortasında gözləriniz öz-özünə yumulur və o qədər yuxunuz gəlir ki, işləmək çətinləşir. Yuxu üzrə mütəxəssislər belə hallarda enerji toplamaq üçün qısa müddətə mürgüləməyə icazə verməyin faydalı olduğunu bildirirlər. Qaynarinfo xəbər verir ki, bu barədə "EatingWell" yazıb. Laki

21.09.2026 315
.

Alimlər mədəaltı vəzi xərçəngixəstəliyinin müdafiəsi üsulunu kəşf etdilər

Mayami Universitetinin Silvester Kompleks Onkoloji Mərkəzinin alimləri IL1RAP reseptorunu bloklamaqla mədəaltı vəzi şişinin mikro mühitini dəyişdirməyin üsulunu kəşf ediblər. -ın məlumatına görə, tədqiqatın nəticələri "JCI Insight"da dərc edilib. IL1RAP iltihab siqnalında iştirak edir, şi

13.09.2026 401
.

Xərçəng riskini artıran çay və ya qəhvənin özü deyilmiş: Əsl təhlükə budur

Oksford Universiteti təxminən 1 milyon şəxsin məlumatlarını tədqiq edib. Çay və qəhvə istehlakının özündən əlavə, içkilərin içilmə tərzinə dair ortaya çıxan təəccüblü detal qida borusu xərçəngi riskinə birbaşa təsir edir. xəbər verir ki, tədqiqatçılar hədsiz isti çay və qəhvə istehlakı ilə qida borus

13.09.2026 512
.

İnfarkt zamanı nə etməli? - Professor vacib məqamları açıqladı

Ürək-damar xəstəlikləri uzun illərdir dünya üzrə ölüm səbəbləri arasında 13 faizlə ilk sırada yer alır. Ümumdünya Səhiyyə Təşkilatının son məlumatlarına görə, hər il 9 milyon insan işemik ürək xəstəlikləri səbəbilə həyatını itirir və bu göstərici gündən-günə artır. Qaynarinfo xəbər verir ki, ürək v

02.09.2026 466
.

Sarıkökdən çox istifadə edin

Sarıkök son illərdə sağlam qidalanma siyahılarının ayrılmaz hissəsinə çevrilib. Axşam.az xəbər verir ki, bu ədviyyat güclü antioksidant təsirə malikdir və mütəxəssislərin fikrincə, bir çox xəstəliklərə qarşı qoruyucu rol oynayır. Sarıkökdən niyə istifadə edilməli?. İltihabı azaldır. Artrit və oynaq ağrıların

12.09.2026 447
.