TQDK imtahan keçirir
Peşə liseylərinin şargirdləri üçün buraxılış imtahanı 2 saat davam edəcək
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) martın 16 da respublikanın bütün peşə liseylərinin (cəmi 44) sonuncu sinfində təhsil alan şargirdlər üçün buraxılış imtahanı keçirəcək. TQDK-dan verilən məlumata görə, imtahan respublikanın 23 şəhər və rayonunda (Bakı, Gəncə, Şəmkir, Gədəbəy, Qazax, Tovuz, Sumqayıt, Abşeron, Şamaxı, Qax, Bərdə, Göyçay, Kürdəmir, Zərdab, Şirvan, Sabirabad, Biləsuvar, Salyan, Saatlı, Lənkəran, Cəlilabad, Quba, Xaçmaz) təşkil olunacaq.
İmtahanlarda iştirak edəcək şagirdlər "İmtahana buraxılış vərəqəsi"ni TQDK-nın internet saytında "Şagird-Məzun" sisteminə müvafiq qaydada daxil olmaqla çap edə bilərlər.
İmtahan bütün binalarda eyni vaxtda – saat 12:00-da başlanacaq və 2 saat müddətində aparılacaq.
Şagirdlər imtahana gələrkən aşağıdakı sənədləri gətirməlidirlər:
1. İmtahana buraxılış vərəqəsini;
2. şəxsiyyəti təsdiq edən sənədin əslini
a) Azərbaycan Respubılikasının vətəndaşları şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər şəxsi pasportları və ya icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və ya icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini.
İmtahan Bakı şəhərində 7, Gəncə, Şəmkir, Gədəbəy, Qazax, Tovuz, Sumqayıt, Abşeron, Şamaxı, Qax, Bərdə, Göyçay, Kürdəmir, Zərdab, Şirvan, Sabirabad, Biləsuvar, Salyan, Saatlı, Lənkəran, Cəlilabad, Quba və Xaçmaz şəhərlərinin hər birində 1 binada təşkil olunacaq.
İmtahanlarda ümumilikdə 4388 şagirdin (Bakıda 2041, Gəncədə 266, Şəmkirdə 67, Gədəbəydə 124, Qazaxdə 101, Tovuzda 117, Sumqayıtda 414, Abşeronda 117, Şamaxıda 79, Qaxda 80, Bərdədə 77, Göyçayda 94, Kürdəmir 59, Zərdabda 61, Şirvanda 119, Sabirabadda 69, Biləsuvarda 73, Salyanda 77, Saatlıda 77, Lənkəranda 75, Cəlilabadda 61, Qubada 78, Xaçmazda 62) iştirak edəcəyi gözlənilir.
Buraxılış imtahanı ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün -Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili fənni) və riyaziyyat fənləri üzrə keçirilir. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim edilir. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetirirlər. İmtahanın müddəti 2 saatdır. Test tapşırıqlarının yerinə yetirilməsinə 1 saat 30 dəqiqə, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılır.
- Yazı işi balla qiymətləndirilmir, yalnız xüsusi hallarda əlavə meyar kimi istifadə edilir.
- Şagirdin test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumat onun imtahan verdiyi gündən etibarən 5 günədək müddətdə elan edilir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2114 Tarix: 12 mart 2014
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Bəzən göndərməyə pulum olmayıb, nəvaziş görməyib" - Nərimanın atası
"Söz deyəndə insan birinci özünü göz önünə gətirər. Filan şeyi mənə, övladıma desələr, xoş gələr? Özünə rəva bilmədiyin sözü başqası üçün heç vaxt demə". "Qafqazinfo" xəbər verir ki, bu fikirləri " "a açıqlamasında Çempionlar Liqasının əsas mərhələsində "Ayaks"
12.12.2025 212 Niyə müdrik insanlar, xüsusən də yaşlılar ad günlərini qeyd etmirlər?
İllər keçdikcə insanların bayramlara münasibəti dəyişir. Xüsusilə də həyatda artıq kifayət qədər təcrübə toplamış və öz həqiqi istəklərini dinləməyi öyrənmiş şəxslər səs-küylü ad günlərindən üz çevirir. Vaxtilə böyük qonaqlıqlar verən, saysız-hesabsız təbriklər qəbul edən insanlar indi bu ənənədən imtin
12.12.2025 182 Prezident xanımı və qızı ilə Fəxri xiyabanda - Fotolar
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 22 il ötür. "Qafqazinfo" xəbər verir ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Fəxri xiyaban
12.12.2025 435 Rusiyanın anti-Azərbaycan siyasəti: Diasporumuza hücumlar davam edir
Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri, hazırda həbsdə olan Rusiya vətəndaşı Şahin Şıxlinskiyə yekun ittiham elan edilib, iş baxılması üçün məhkəməyə göndərilib. xəbər verir ki, APA-nın əldə etdiyi məlumatda Şahin Şıxlinski barədə cinayət işini aparan müstəntiqlərdən birinin Rusiya İstintaq Komitəsini
12.12.2025 138 Ümumtəhsil məktəblərində niyə mühafizə xidməti yetərli deyil? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Ölkədə ümumtəhsil məktəblərində peşəkar mühafizə xidməti mövcud deyil. Orta məktəblərdə mühafizəçilər çox vaxt orta yaşlı kişilər və qadınlar olur. Bəs orta məktəblərdə peşəkar mühafizə xidməti niyə təşkil olunmur?. Mövzu ilə bağlı təhsil eksperti Elşən Qafarov BİG.AZ-a açıqlamasında bildirdi ki, Nazirlə
12.12.2025 243 İlk uçan avtomobilin istehsalına başladı
"Alef Aeronautics" şirkəti ABŞ-ın Kaliforniya ştatında ilk uçan avtomobilin istehsalına başlandığını açıqlayıb. Onillik inkişaf mərhələsindən sonra tam elektriklə işləyən Model A adlı model təqdim edilib. xarici mediaya istinadla bildirir ki, bu avtomobil bir dəfə şarj olunmaqla yolda 350 kilomet
12.12.2025 135 Vardanyanın məhkəməsi sənədlərin tədqiqi ilə davam etdirilib
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə proses
12.12.2025 125 Yas mərasimində 23 qadın dəm qazından zəhərləndi - Yenilənib
Naxçıvanın Babək rayonunun Kültəpə kəndindən Yoluxucu Xəstəliklər Mərkəzinə ümumilikdə 23 nəfər qadın dəm qazı zəhərlənməsi şübhəsi ilə daxil olub. Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Naxçıvan Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, aparılmış tibbi müayinələr nəticəsind
12.12.2025 197 "Harri Potter"ın çəkildiyi qalanı necə tapmaq olar?
Bu şəhərciyə baş çəkmək sanki nağıllar aləminə düşmək kimidir, çünki onun möhtəşəm qalası dünyadan turistləri və kinosevərləri cəlb edir. Söhbət İngiltərənin Nortumberlend qraflığının dərinliyində yerləşən Alnik kəndindən gedir. Qaynarinfo xəbər verir ki, bunu "Mirror" yazır. Bu şəhərcikd
12.12.2025 124