Vətəndaşların bitməyən metro zülmü... Qapılar bağlanır, növbəti stansiya travmatologiya
Hər il ictimai nəqliyyatda qiymətlər artanda hökümət rəsmiləri bildirirlər ki, bəs qiymət artımı nəqliyyatda xidmət və keyfiyyətin yüksəldilməsi üçündür. Ancaq nə avtobus nəqliyyatında, nədə metroda təssüfki heç bir xidmət və keyfiyyət yüksəlməsi baş vermir. İctimai nəqliyyatda xidmət və keyfiyyət nəyinki yüksəlmir, əksinə problemlər dahada dərinləşir. Problemlərin illərdir davam etdiyi və qiymət artımından sonra xidmətin dahada bərbad vəziiyyətə düşdüyü ictimai nəqliyyat növlərindən biridə metrodur. Beləki, hər gün səhər saatlarında insanlar işə getmək üçün qatara minmək uğrunda sözün əsl mənasında mübarizə aparırlar.
Sərnişinlər qatarın içəsində o qədər çox olur ki, qatarın hərəkət edə bilməsi üçün qapılar belə bağlana bilmir. Üstəlik hər stansiyada qapının 30 saniyə içərisində açılıb, bağlanmasına görə sərnişinlər qapının arasında qalıb xəsarət alırlar. Çox vaxt qatarda o qədər sıxlıq olurki, qapı bağlansa belə, sərnişinlərin paltarı qapının arasında qalır və növbəti stansiyaya qədər o vəziyyətdə getməli olurlar. Memar Əcəmi stansiyasından Bənövşəyi xəttdə Avtovağzal stansiyasına gedən qatar 15 dəqiqədən bir gəlir və qatarın qapısı açılan kimi 10 saniyə keçməmiş dərhal bağlanır.
İki gün öncə 3-4 yaşlarında bir uşaq anası ilə birlikdə qatara minmək istəyəndə qapı bağlandı uşaq qatarın arasında qaldı. Ən pisi isə odur ki, uşağın qışqırtı və ağlamasına metroda dispetçer xanım ümumiyyətlə soyuq qanlı yanaşdı və qatar hərəkətinə davam etdi. Bundan başqa qatarlar tünellərin içərisində səbəbsiz yerə dayanır və dəqiqələrlə gözləyir. Nəticə etibarı ilə insanlar mənzil başına gecikirlər. Lakin Yaponiya, Cənubi Koreya, eyni zamanda Qərb ölkələrində metroda sərnişinlərin düşüb-minməsi üçün qatarın qapıları 1 dəqiqə, 1 dəqiqə 30 saniyə açıq qalır. Üstəlik sərnişinlərin düşüb minməsi ayrı-ayrı qapılardan həyata keçirilir.
Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı BiG.AZ-a açıqlamasında bildirdi ki, bu problemi hansısa bir formada tənzimləmək mümkündür. Onun sözlərinə görə, qatarların hərəkətini sərnişin axınına uyğun tənzimləmək lazımdır: "Bu gün süni intillektin imkanları genişdir. Yəni hal-hazırda rahatlıqla bilmək olarki, günün hansı saatlarında daha çox sərnişin metrodan istifadə edir. Həmin saatlarda da qatarların intervalını tənzimləmək lazımdır. İnkişaf etmiş ölkələrdə qatarın daha uzun müddət dayanmasına gəlincə isə, onlarda qatar 500 km/s sürətlə hərəkət edir. Yəni qatarın hərəkətini gözlə görmək mümkün deyil.
Ölkəmizdə isə bu cür qatarlar yoxdur. Qatarlar Sovetlər Birliyinin dövründən qalıb. Ölkəmizdə bu problemi birdə bu yolla həll etmək olar ki, hər vaqonun üzərinə kamera quraşdırmaqla, maşinist kameradan rahat şəkildə görə bilər ki, bütün vaqonlarda sərnişinlər qatara minə bilibmi. Məhz bundan sonra vaqonların qapısını bağlaya bilər".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2150 Tarix: 12 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşUrmiya gölündə payız yağışlarından sonra cüzi artım qeydə alınıb
Urmiya gölü hövzəsinə yağan payız yağışlarından sonra gölün səth sahəsində artım müşahidə olunub. "Report" ISNA-ya isatinadən xəbər verir ki, gölün sahəsi 1971 km²-dən 1995 km²-ə yüksəlib. "Beləliklə, qısa müddət ərzində gölün səthi 24 km² genişlənib. Su səviyyəsi də 1270,59 metrdən 1270,6
16:20 0 Balıq bazarında bahalaşma var - Video
Bir həftədir bəzi balıqların qiymətində artım müşahidə olunur. BİG.AZ Xəzər TV-yə istinadən bildirir ki, balıq almaq istəyənlər bazarda fərqli qiymətlərlə qarşılaşırlar. Satıcıların sözlərinə görə, ötən həftə ilə müqayisədə bəzi balıq növlərinin qiymətində artım var. Xüsusilə İrandan gətirilən məhsullard
18:50 0 ABŞ qızılcasız ölkə statusundan məhrum edilib
Pan Amerika Səhiyyə Təşkilatı ABŞ-ni qızılca xəstəliyinin endemik ötürülməsini aradan qaldıran ölkə statusundan məhrum edib. xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti mənbələrə istinadla məlumat yayıb. Nəşrin məlumatına görə, 2026-cı ildə ABŞ-də 5400-dən çox qızılca xəstəliy
11:45 130 Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Qara dənizdə, Rumıniyanın ərazi sularında Palau bayrağı altında hərəkət edən "Larissa 1" yük gəmisi pilotsuz uçuş aparatının hücumuna məruz qalıb. "Report" xəbər verir ki, bu barədə Rumıniyanın "Ziua de Constanța" portalı məlumat yayıb. Onun məlumatına görə, hadisə noyabrı
12:20 117 Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, noyabrın 16-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Xidmətdən BİG.AZ-a bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimalı var. Səhər yağış tədricən kəsiləcək
14:27 0 Milli Qəhrəman Ehtiram Əliyevlə vida mərasimi keçirilməyəcək: Dəfnin vaxtı və yeri açıqlandı - YENİLƏNİB
"Ehtiram Əliyevlə vida mərasimi keçirilməyəcək". xəbər verir ki, bunu "Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma" İctimai Birliyinin sədri Elşən Uluxanlı -a açıqlamasında bildirib. Onun sözlərinə görə, Milli Qəhrəman sabah saat 14:00-da İkinci Fəxri xiyabanda dəfn olunacaq
18:10 0 Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub - YENİLƏNİB
Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub. -ın məlumatına görə, Ağstafa rayonunda minaya düşərək həlak olan, Qazax rayonunun Ürkməzli kənd sakini, 1986-cı il təvəllüdlü Rəsul Şahin oğlu İbrahimov ailəli olub, 2 övladı var. Hadisə nəticəsində ağır xəsarətlər alan 1982-ci il təvəllüdlü Sahib İzo
19:03 211 Cənubi Koreyanın XİN başçısı Çinin güclənməsindən narahat olmamağa çağırıb
Cənubi Koreya Çinin güclənməsindən əsassız şəkildə narahat olmamalı və ya onun imkanlarını kiçiltməməlidir. "Report" xəbər verir ki, bu barədə "Reuters" Cənubi Koreyanın xarici işlər naziri Ço Hyonun bəyanatına istinadən məlumat yayıb. "Çinə hazırkı səfərim zamanı bir daha əmi
11:15 125 ABŞ Ukrayna hərbçilərinin hazırlığını artırıb
ABŞ 2026-cı ilin II rübündə Ukrayna Silahlı Qüvvələrinin (USQ) hazırlıq miqyasını 25%-dən çox genişləndirib. "Report" xəbər verir ki, bu məlumatlar Pentaqonun və ABŞ Dövlət Departamentinin baş müfəttişləri tərəfindən hazırlanmış yeni məruzədə yer alıb. ABŞ-nin qanunverici hakimiyyət qolunu
16:30 0