"Səhər dedilər 11000 ödəməlisiniz, axşam anamın ölüm xəbəri gəldi"

"Səhər dedilər 11000 ödəməlisiniz, axşam anamın ölüm xəbəri gəldi""Anam bu il martın 13-dən 24-dək Bakı Sağlamlıq Mərkəzinin (BSM) Reanimasiya şöbəsində müalicə alıb. Ona nə vaxtında doğru diaqnoz qoya biliblər, nə də normal xidmət göstərilib. Nəticədə anam 24 mart tarixində xəstəxanada vəfat edib".

Bu iddia ilə "Qafqazinfo"ya jurnalist Cavid Məmmədov müraciət edib.

Şikayətçi bildirib ki, valideyni-Məmmədova Mətanət İdris qızını xəstəxanaya yerləşdirən zaman ona əlavə 2 min manata yaxın ödəniş etməli olduğu deyilib: "Tibb müəssisəsindən mənə deyildi ki, icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində xəstəxanaya limit qoyulub və çox az pul ayrılır, bu vəsait isə xəstəyə keyfiyyətli xidmət göstərməyə imkan vermir. Buna görə də keyfiyyətli xidmət üçün əlavə 1500-2000 AZN ödəməliyik. Bununla razılaşdım, lakin elə həmin gün anamı xəstəxanaya yerləşdirdikdə məndən 3000 AZN tələb olundu. Həmin məbləği dərhal ödədik və yalnız bundan sonra anamı Reanimasiya şöbəsinə qəbul etdilər. Lakin təəssüf ki, keyfiyyətli xidmət elə sözdə qaldı.

Xəstəxanada olduğumuz müddətdə ora kənardan təxminən 1250 AZN dəyərində dərman alıb verdik. Səbəbini soruşduqda isə bildirildi ki, İTS dərman vasitələrinin xərcini qarşılamır, xəstəxana dərmanları tender əsasında yalnız bir şirkətdən alır. Həmin şirkət isə yalnız müəyyən dərmanları tədarük edir. Vəziyyət o həddə çatmışdı ki, hətta Xidmətlər Zərfi təminatına daxil olan dərmanları belə almağımızı istədilər, etiraz etdikdə isə bunun "anlaşılmazlıq" olduğunu dedilər".

"Səhər dedilər 11000 ödəməlisiniz, axşam anamın ölüm xəbəri gəldi"Mərhumun oğlu əlavə edib ki, anasının xəstəxanada olduğu müddətdə göstərilən xidmətin keyfiyyəti ilə bağlı dəfələrlə şikayət edilsə də, hər dəfə yaranan problemləri "anlaşılmazlıq"la izah ediblər: "Məsələn, ilk günlərdə anama düzgün diaqnoz qoya bilmədilər, yalnız 5 gün sonra onun qanında təhlükəli infeksiya olduğu məlum oldu, halbuki xəstəxanada olduğu ilk 5 gün ərzində edilmiş analizlərin nəticələri səhv olaraq anamda infeksiyanın olmadığını göstərirdi. Beləliklə, xəstəxananın yanlış analizi səbəbindən anamın müalicəsində 5 günü itirmiş olduq, nəticədə koma vəziyyətinə düşdü. Martın 24-ü səhər saatlarında mənimlə əlaqə saxlayıb bildirdilər ki, xəstəxanaya 11000 AZN borcumuz yaranıb və bunun azı 3000 AZN-ni ödəməlisiniz. Soruşanda ki, bəs necə olub bu borc yığılıb və mənə xəbər etməmisiniz, zəng edən şəxs əsaslı izah verə bilmədi. Səhər ödənişin bir hissəsini etdik, axşam isə anamın vəfat etdiyi xəbəri gəldi. Beləliklə, bu müddətdə xəstəxanaya cəmi 6000 AZN ödəniş etdik".

C.Məmmədov xəstəxanadan ödənilən pula görə hesab-fakturanın verilməsini tələb etsə də, BSM-in bir-birini təkzib edən sənədlər təqdim etdiyini deyir: "Məlum oldu ki, 11000 AZN borcumuzun yaranması ilə bağlı iddialar əsassızdır. Lakin təqdim olunan bütün sənədlərdə qeyd olunan xidmətlərin böyük əksəriyyəti icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində təminata daxildir və qanunvericiliyə görə, zərfə daxil olan xidmətlərə görə vətəndaşdan ödəniş alınmamalıdır.

İcbari tibbi sığorta tərəfindən BSM-ə 784 AZN (döş qəfəsi KT - 50 AZN, digər orqan və ya sistemlərin zədələnməsi ilə müşayiət olunan qırmızı qurd eşənəyi - 734 AZN) məbləğində ödəniş edilib. Xəstəxana iddia edir ki, həmin məbləğ müalicə həyata keçirmək üçün azlıq edir, məhz buna görə vətəndaşlardan ödəniş alınır. Əgər həqiqətən sığorta ödənişinin məbləği azdırsa, niyə BSM yanvar ayından etibarən Xidmətlər Zərfi çərçivəsində xidmət göstərir? Bu halda özəl müəssisələr kimi Xidmətlər Zərfi çərçivəsində xidmət göstərməkdən imtina etmək daha məntiqəuyğun olmazdımı?! Anamın xəstəliyi Xidmətlər Zərfi təminatına daxil olduğuna görə, onun Reanimasiyada yatışı üçün çəkilən xərclər də zərfdə müəyyən edilmiş qiymətlərə əsasən hesablanmalı və İTS tərəfindən qarşılanmalıdır.

"Səhər dedilər 11000 ödəməlisiniz, axşam anamın ölüm xəbəri gəldi"BSM iddia edir ki, guya anam üçün kənardan 3900 AZN-lik dərman alınıb və bu dərmanların pulu mənim ödədiyim məbləğdən çıxılıb. Halbuki özlərinin mənə təqdim etdikləri hesab-fakturada xərclərin bölgüsü fərqli göstərilib. Həmçinin xəstəxana anama 2100-2200 AZN dəyərində qan və qan komponentləri vurulduğunu bəyan edir. İddia edilir ki, anama 2 dəfə trombosit kütləsi köçürülüb. Hər kütlə isə guya Qan Bankından 600 AZN-ə alınır. Əslində bu xidmətə görə məndən vəsaitin alınması qanunsuz olub. Çünki qanunvericiliyə görə qanın, qan komponentlərinin donorluğu pulsuzdur, onların pulla satışı isə qadağandır".

O bildirib ki, ödəmiş olduğu 6000 AZN-in 1000 AZN-ni geri qaytarılıb. Cavid Məmmədov iddia edir ki, göstərilmiş eyni xidmətə görə həm İTS-dən, həm də ondan ödəniş alınıb, bu isə "Tibbi sığorta haqqında" Qanuna ziddir. O, BSM-dən qanunsuz olaraq alınmış artıq ödənişin geri qaytarılmasını tələb edir.

Şikayətlə bağlı Bakı Sağlamlıq Mərkəzinə müraciət etsək də, ittihamlara cavab ala bilmədik. Nə qədər qəribə olsa da, tibb müəssisəsinin Mətbuat xidmətindən bildirildi ki, mətbuatdan göndərilən sorğulara deyil, yalnız dövlət qurumlarından göndərilən rəsmi məktublara cavab verilir. Hər ehtimala qarşı sorğumuzu göndərmək üçün elektron poçt ünvanı istəsək də, məlum oldu ki, bunu qurumun Çağrı Mərkəzinə zəng edərək öyrənməliyik.

Xəstəxanaya icbari tibbi sığorta çərçivəsində kifayət qədər vəsait ayrılmaması iddiaları ilə əlaqədar İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə ünvanladığımız sorğuya isə belə cavab aldıq: "Məmmədov Cavid Faiq oğlunun anası Məmmədova Mətanət İdris qızına Bakı Sağlamlıq Mərkəzində göstərilmiş tibbi xidmətlərə görə ödənilmiş məbləğin geri qaytarılması ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə ünvanlandığı müraciətinə baxılıb. Agentlik tərəfindən 25.07.2025-ci il tarixində verilən rəsmi məktubda müraciətin araşdırılması zamanı vətəndaşın anası Məmmədova Mətanət İdris qızına Bakı Sağlamlıq Mərkəzində icbari tibbi sığorta çərçivəsində "Döş qəfəsi KT" və "Digər orqan və ya sistemlərin zədələnməsi" ilə müşayiət olunan stasionar tibbi xidmətlərin Nazirlər Kabinetinin (2020-ci il 10 yanvar, 5 nömrəli) qərarı ilə təsdiq olunmuş "İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi" çərçivəsində icra olunduğu barədə məlumat verilib. Habelə qeyd edilib ki, Agentlik tərəfindən göstərilən tibbi xidmətə görə tibb müəssisəsinə ümumilkdə 784 manat məbləğində vəsait ödənilib.

Vətəndaşa icbari tibbi sığortaya daxil olmayan digər tibbi xidmətlərin ödənişi ilə bağlı sözügedən tibb müəssisəsinə müraciət etməsi və eyni zamanda zəruri təsdiqedici sənədlərlə məhkəməyə müraciət etmək hüququnun da olduğu bildirilib".

"Səhər dedilər 11000 ödəməlisiniz, axşam anamın ölüm xəbəri gəldi"


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 930   Tarix: 12 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Urmiya gölündə payız yağışlarından sonra cüzi artım qeydə alınıb

Urmiya gölü hövzəsinə yağan payız yağışlarından sonra gölün səth sahəsində artım müşahidə olunub. "Report" ISNA-ya isatinadən xəbər verir ki, gölün sahəsi 1971 km²-dən 1995 km²-ə yüksəlib. "Beləliklə, qısa müddət ərzində gölün səthi 24 km² genişlənib. Su səviyyəsi də 1270,59 metrdən 1270,6

16:20 0
.

Balıq bazarında bahalaşma var - Video

Bir həftədir bəzi balıqların qiymətində artım müşahidə olunur. BİG.AZ Xəzər TV-yə istinadən bildirir ki, balıq almaq istəyənlər bazarda fərqli qiymətlərlə qarşılaşırlar. Satıcıların sözlərinə görə, ötən həftə ilə müqayisədə bəzi balıq növlərinin qiymətində artım var. Xüsusilə İrandan gətirilən məhsullard

18:50 0
.

ABŞ qızılcasız ölkə statusundan məhrum edilib

Pan Amerika Səhiyyə Təşkilatı ABŞ-ni qızılca xəstəliyinin endemik ötürülməsini aradan qaldıran ölkə statusundan məhrum edib. xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti mənbələrə istinadla məlumat yayıb. Nəşrin məlumatına görə, 2026-cı ildə ABŞ-də 5400-dən çox qızılca xəstəliy

11:45 130
.

Qara dənizdə yük gəmisinə PUA hücumu olub

Qara dənizdə, Rumıniyanın ərazi sularında Palau bayrağı altında hərəkət edən "Larissa 1" yük gəmisi pilotsuz uçuş aparatının hücumuna məruz qalıb. "Report" xəbər verir ki, bu barədə Rumıniyanın "Ziua de Constanța" portalı məlumat yayıb. Onun məlumatına görə, hadisə noyabrı

12:20 117
.

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, noyabrın 16-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Xidmətdən BİG.AZ-a bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimalı var. Səhər yağış tədricən kəsiləcək

14:27 0
.

Milli Qəhrəman Ehtiram Əliyevlə vida mərasimi keçirilməyəcək: Dəfnin vaxtı və yeri açıqlandı - YENİLƏNİB

"Ehtiram Əliyevlə vida mərasimi keçirilməyəcək". xəbər verir ki, bunu "Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma" İctimai Birliyinin sədri Elşən Uluxanlı -a açıqlamasında bildirib. Onun sözlərinə görə, Milli Qəhrəman sabah saat 14:00-da İkinci Fəxri xiyabanda dəfn olunacaq

18:10 0
.

Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub - YENİLƏNİB

Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub. -ın məlumatına görə, Ağstafa rayonunda minaya düşərək həlak olan, Qazax rayonunun Ürkməzli kənd sakini, 1986-cı il təvəllüdlü Rəsul Şahin oğlu İbrahimov ailəli olub, 2 övladı var. Hadisə nəticəsində ağır xəsarətlər alan 1982-ci il təvəllüdlü Sahib İzo

19:03 211
.

Cənubi Koreyanın XİN başçısı Çinin güclənməsindən narahat olmamağa çağırıb

Cənubi Koreya Çinin güclənməsindən əsassız şəkildə narahat olmamalı və ya onun imkanlarını kiçiltməməlidir. "Report" xəbər verir ki, bu barədə "Reuters" Cənubi Koreyanın xarici işlər naziri Ço Hyonun bəyanatına istinadən məlumat yayıb. "Çinə hazırkı səfərim zamanı bir daha əmi

11:15 125
.

ABŞ Ukrayna hərbçilərinin hazırlığını artırıb

ABŞ 2026-cı ilin II rübündə Ukrayna Silahlı Qüvvələrinin (USQ) hazırlıq miqyasını 25%-dən çox genişləndirib. "Report" xəbər verir ki, bu məlumatlar Pentaqonun və ABŞ Dövlət Departamentinin baş müfəttişləri tərəfindən hazırlanmış yeni məruzədə yer alıb. ABŞ-nin qanunverici hakimiyyət qolunu

16:30 0
.