Rusiyanın anti-Azərbaycan siyasəti: Diasporumuza hücumlar davam edir

Rusiyanın anti-Azərbaycan siyasəti: Diasporumuza hücumlar davam edirYekaterinburqda Azərbaycan diasporunun rəhbəri, hazırda həbsdə olan Rusiya vətəndaşı Şahin Şıxlinskiyə yekun ittiham elan edilib, iş baxılması üçün məhkəməyə göndərilib.

Lent.az xəbər verir ki, APA-nın əldə etdiyi məlumatda Şahin Şıxlinski barədə cinayət işini aparan müstəntiqlərdən birinin Rusiya İstintaq Komitəsinin mühüm işlər üzrə baş müstəntiqi, ədliyyə mayoru, erməni əsilli Karapetyan A.S. olduğu məlum olub. 2025-ci il iyulun 1-də baş vermiş hadisə zamanı Şıxlinskiyə qarşı ifadə verən də Daxili İşlər Nazirliyinin başqa bir erməni əsilli əməkdaşı Karen Kamoyeviç Tutuncyandır.

Müdafiəçiləri Şıxlınsikinin cinayət işinin birtərəfli və qərəzli aparıldığı, ona qarşı irəli sürülən ittihamlarda da kifayət qədər ziddiyyətli məqamların olduğunu qeyd edirlər.

İyunda nə baş vermişdi?

Azərbaycanla Rusiya arasında münasibətlərdəki çatlar 25 dekabr 2024-cü ildə AZAL-a məxsus mülki təyyarənin Rusiya səmasında vurulmasından sonra daha da dərinləşdi. Təyyarənin vurulmasından sonra məsuliyyəti öz üzərindən atmaq istəyən Rusiya bu günə qədər də günahkarları cəzalandırmayıb.

Bu ilin iyun ayında isə Rusiya hüquq-mühafizə orqanları münasibətləri daha da gərginləşdirən növbəti addımı atdılar. Yekaterinburqda yaşayan azərbaycanlılara qarşı əməliyyat keçirildi. Heç bir silahdan istifadə etməyən azərbaycanlılara qarşı əməliyyat adlandırılan proses güc tətbiq olunması ilə yadda qalmışdı. Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşlarının etdiyi zorakılıq nəticəsində iki azərbaycanlı Ziyəddin və Hüseyn Səfərov qardaşları aldıqları xəsarətlərdən həyatını itirdilər. Digər Səfərovlar və bir neçə həmyerlimiz məhkəmənin qərarı ilə həbs olundular. Onlara qarşı 2001, 2010 və 2011-ci illərdə törədilmiş cinayət ittihamları irəli sürüldü.

İyulun 2-də Yekaterinqburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlınski də zorakılıqla saxlanıldı. Həmin vaxt yayılmış görüntülərdə hərbi geyimdə maskada və üzərində tanınma nişanı olmayan hüquq-mühafizə orqanlarının əməkdaşlarının Şıxlinskinin içərisində olduğu avtomobilin qarşısını küçənin ortasında kəsdikləri görünürdü. Onlar zor tətbiq edərək Şahin Şıxlinski və oğlu Mutvalını avtomobildən endirərək yerə yıxıb qandallayırdılar. Mutvalı Şıxlinski saxlanılandan 15 dəqiqə sonra sərbəst buraxıldı. Şahin Şıxlinski isə İstintaq İdarəsində bir neçə saat dindirildikdən sonra sərbəst buraxıldı.

Daha sonra hüquq-mühafizə orqanları Şıxlinskilərə saxlanıldıqları zamanı dövlət nümayəndəsinə qarşı zor tətbiq etmək maddəsi ilə cinayət işi açıb. Məlum cinayət işi üzrə iyulun 16-da Mutvalı Şıxlinski saxlanılaraq barəsində həbs-qətimkan tədbiri seçilib. Şahin Şıxlinski isə axtarışa verilib. Avqustun 2-də isə Şahin Şıxlinski də Moskvada saxlanılaraq Yekaterinburqa etap olunub.
İndi isə məlum olur ki, bu iş üzrə prosesin bütün mərhələlərində Rusiya vətəndaşı olan erməni əsilli şəxslərdən aktiv istifadə olunub. Təsadüfidirmi? Əlbəttə, yox!

Rusiyada anti-Azərbaycan siyasəti davam edir

Şahin Şıxlinskinin işi bir daha göstərir ki, Rusiyada dövlət səviyyəsində anti-Azərbaycan siyasəti davam etdirilir. Diaspor təşkilatlarımızın rəhbərlərinə, fəallarına təzyiq və təqiblər dayandırılmır, onlar həbs edilir, Rusiya vətəndaşlığından məhrum olunurlar. Bu prosesdə Federal Təhlükəsizlik Xidməti, Daxili İşlər Nazirliyi və İstintaq Komitəsi əsas rol oynayır. Məqsəd diasporumuzun rəhbərlərini zərərsizləşdirmək, Rusiyada yaşayan azərbaycanlıları özlərinə tabe etdirmək, gələcəkdə isə onlardan Azərbaycana qarşı istifadə etməkdir.

Şahin Şıxlinskinin həbsindən sonra Yekaterinburqdakı Azərbaycan diasporuna sədr edilən Vidadi Mustafayevin də qısa zamanda ağır ittihamlarla həbs edilməsi bu tamaşanı quranların əsl biabırçılığı oldu. Əslində Vidadi Mustafayevi "diaspor sədri" kimi təqdim etməklə Azərbaycan diasporunu nəzarətə götürmək istəyən orqanlar onun kriminal aləmlə bağlılığını gizlədə bilmədilər və həbs etməyə məcbur oldular.

2017-ci ildən başlayan hücumun məqsədi nədir?

Xatırlatmaq yerinə düşər ki, Rusiyada Azərbaycan diasporuna qarşı dövlət səviyyəsində hücum 2017-ci ildə Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğv edilməsi ilə başlanıb. Bundan sonrakı dövrdə Rusiyanın güc strukturları Azərbaycan diaspor təşkilatlarını nəzarətə götürməyə cəhd göstəriblər. Bu niyyətləri baş tutmadıqda isə təşkilatları parçalamağa çalışıblar. Diaspor rəhbərlərinə təzyiq göstəriblər, həbslər həyata keçirməyə, bəzilərini isə Rusiya vətəndaşlığından məhrum ediblər.

Məsələn, Xanti-Mansi Muxtar Dairəsi Dumasının Kommunist Partiyasından olan Azərbaycan əsilli deputatı Xalid Tağızadənin qalmaqallı çıxışından sonra təzyiqlərlə üzləşdiyini də xatırlatmaq yerinə düşər.

Bu il mayın 30-da Xanti-Mansi Muxtar Dairəsi Dumasında keçirilən müzakirələr zamanı bəzi deputatlar dairənin yerli əhalisi arasında doğum səviyyəsinin azalmasından, əvəzində miqrant ailələrində, o cümlədən özbək və tacik mənşəli ailələrdə uşaq sayının artmasından narahatlıq ifadə ediblər. Bununla yanaşı, regiona miqrant axınının artması ilə bağlı da narazılıqlarını bildiriblər.

Deputat Xalid Tağızadə isə çıxışında bildirib ki, "gəlmələr müxtəlif olur". O xatırladıb ki, vaxtilə Yuqra və Tümen vilayətinin bir hissəsi Sibir xanlığının tərkibində olub və bu xanlığın sonuncu hökmdarı Buxara xanlığından çıxmış, özbək mənşəli Şeybanilər sülaləsinə mənsub Küçüm xan olub. Xalid Tağızadə ehtimal edib ki, miqrantlar Xantı-Mansı Muxtar Dairəsinə öz tarixi vətənlərinə gəlirmiş kimi üz tuturlar.

Bu isə Rusiya dövlət strukturlarının xoşuna gəlməyib. Bu çıxışın cəzası olaraq Xalid Tağızadəyə maaş verilməsi dayandırılıb, mandatından məhrum edilib, ona qarşı ittiham irəli sürülüb. Bütün bu təzyiqlərə görə, Xalid Tağızadə Rusiyanı tərk etmək məcburiyyətində qalıb.

Həbs, vətəndaşlıqdan məhrum etmə cəzaları

Smolensk vilayətinin Azərbaycan Milli Konqresinin rəhbəri, Azərbaycan əsilli iş adamı Faiq Əliyevin, Voronejdəki diaspor rəhbəri Yusif Xəlilovun həbsi, Ulyanovskdakı Azərbaycan diasporunun rəhbəri və Ulyanovsk qubernatorunun müşaviri İslam Hüseynovun, Rusiyanın Moskva vilayətində Moskva Azərbaycanlılarının Regional Milli-Mədəni Muxtariyyətinin rəhbəri Elşən İbrahimovun bu ölkənin vətəndaşlığından məhrum edilməsi və digər faktlar Rusiyada azərbaycanlılara qarşı düşmən siyasətinin təzahürləridir.

Hazırda Şıxlinski ilə bağlı cinayət işinin bu qədər birtərəfli və qərəzli, üstəlik erməni əsilli müstəntiq tərəfindən aparılması da Rusiyada azərbaycanlılara qarşı münasibətin çirkinliyini göstərir.

Bütün bu məsələlər isə Azərbaycan dövlətinin və şəxsən Prezident İlham Əliyevin diqqətindədir. Məhz dövlət başçısının səyləri ilə Voronej diaspor rəhbəri Yusif Xəlilov azad edildi. Hazırda Şahin Şıxlinsikinin də işi nəzarətdədir və onun azad ediləcəyi ehtimalı yüksəkdir.

AZAL təyyarəsinin vurulmasında məsuliyyət daşıyanlar niyə cəzalandırılmır?

Bu il dekabrın 25-də Azərbaycanın mülki təyyarəsinin Rusiya səmasında vurulmasından 1 il ötür. Azərbaycanlılara qarşı qondarma ittihamlar irəli sürərək qısa zamanda məhkəmə qarşısına çıxaran və bununla da diasporumuzu idarəçilərsiz qoymağı hədəfləyən Rusiya hakimiyyəti indiyə kimi Azərbaycanın mülki təyyarəsinin vurulmasına cavabdeh olan şəxsləri məsuliyyətə cəlb etməyib. Baxmayaraq ki, baş vermiş hadisəyə görə bu il oktyabrın 9-da üzrxahlığını bildirən Rusiya Prezidenti Vladimir Putin cinayət işinin yaxın zamanda yekunlaşacağını demişdi. Azərbaycana ardıcıl səfərlər edən Rusiya rəsmiləri də vədlər vermişdilər.

Lakin Rusiyada hələ ki azərbaycanlılara qarşı cinayət törədənlər deyil, azərbaycanlılar cəzalandırılır. Bu isə onu göstərir ki, rəsmi Moskva iki dövlət arasında yaranmış gərginliyin aradan qaldırılmasında yox, daha da dərinləşməsində maraqlıdır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 563   Tarix: 12 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sabah Azərbaycanda 36 dərəcə isti olacaq

Azərbaycanda iyulun 4-də 36 dərəcə isti gözlənilir. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-2

13:52 161
.

Fransa, Belçika və Niderlandda isti hava səbəbindən ən azı 3700 ölüm hadisəsi qeydə alınıb

Fransa, Niderland və Belçika iyun ayında Avropada temperaturun kəskin şəkildə yüksəlməsinə səbəb olan isti hava dalğası zamanı 3700 ölüm hadisəsi qeydə alıb. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, hakimiyyət orqanları bu rəqəmlərin ilkin olduğunu və arta biləcəyi barədə xəbərdarlıq edib. Mütəxəssislər

14:24 144
.

Tramp: ABŞ NATO-ya hamıdan çox pul xərcləyir, amma heç bir fayda əldə etmir

ABŞ NATO-nun maliyyələşdirilməsində ən böyük paya malikdir. APA xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Truth Social"da yazıb. "ABŞ NATO-ya hamıdan qat-qat çox pul xərcləyir ki, onları qorusun, amma bunun qarşılığında heç bir fayda əldə etmir. 2014-2015-ci illər arası ABŞ 9

02.07.2026 314
.

Bakıda dövlətə məxsus 25 hektar torpağı satıblar - 11 nəfər ittiham edilir

Qanunsuz zəbt etdikləri dövlət torpaqlarını satmaqda ittiham olunan 11 nəfər barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Kənd Təsərrüfatı Nazirliyindən daxil olmuş məlumatlar əsasında başlanmış cinayət işi üzrə ibtidai istintaq tamamlanıb. "Qafqazinfo" xəbər veri

11:58 191
.

Yenilənmiş 100 manatlıqlar bu tarixdə tədavülə buraxılacaq

Cari ilin 15 iyul tarixində yenilənmiş 100 manatlıq pul nişanının tədavülə buraxılması nəzərdə tutulub. Bunu Trend-ə müsahibəsində Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Rəşad Məmmədov deyib. O bildirib ki, Mərkəzi Bank tərəfindən yenilənmiş pul nişanları və ya mövcud pul nişanlarında hər hans

10:10 207
.

Rus ordusu Piskunovkanı işğal etdi

Rusiya ordusu Donetsk vilayətinin Piskunovka yaşayış məntəqəsini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb

02.07.2026 280
.

Ödənişli yolda ağır qəza - 33 yaşlı qadın öldü - Foto

Bakı-Quba-Rusiya dövlət sərhədi ödənişli avtomobil yolunda ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, "Hyundai" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan 33 yaşlı Səma Əliyeva aldığı xəsarətlərdən həlak olub. O, Şəmkir Rayon Mərkəzi Xəstəxanasınd

11:35 319
.

Alimlərdən mühüm kəşf: Sirli yeraltı "külək" ABŞ-dakı supervulkanı qidalandırır

Alimlər ABŞ-da yerləşən Yellouston supervulkanını qidalandıran mexanizmlə bağlı mühüm kəşf etdiklərini bildiriblər. Araşdırmaya görə, vulkanın fəaliyyəti Yer mantiyasında formalaşan və "yeraltı külək" adlandırılan genişmiqyaslı axınla əlaqəli ola bilər. Qaynarinfo xəbər verir ki, "India

02.07.2026 309
.

Məhkəmə Arzumun hökmü ilə bağlı məlumat yaydı

Bir nəfərin ölümü, bir nəfərin isə ağır xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi törətməkdə ittiham olunan bloqer İlduzə Hacıyevanın (Arzum) cinayət işi üzrə qəbul edilmiş məhkəmə hökmü sosial şəbəkələrdə və müxtəlif media resurslarında geniş müzakirə olunur. Axşam.az xəbər verir ki, məsəl

10:25 299
.

TOP MP3