Vardanyanın məhkəməsi sənədlərin tədqiqi ilə davam etdirilib

Vardanyanın məhkəməsi sənədlərin tədqiqi ilə davam etdirilibAzərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi dekabrın 12-də davam etdirilib.

"Qafqazinfo" xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün dövlət hesabına vəkillə təmin olunub.

Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Sonra R.Vardanyanın müdafiəçisi Emil Babışov iki vəsatət təqdim edib.

Müdafiəçi birinci vəsatətində cinayət işi üzrə ibtidai istintaq zamanı ifadə verən bütün şahidlərin və məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Kamo Hayrapetyanın, Muşeq Qriqoryanın və digər tədqiq olunan şahid ifadələrinin mötəbər sübut hesab edilməyərək, iş üzrə təqsirləndirilən R.Vardanyanla əlaqəsinin olmaması səbəbindən sübut siyahısından çıxarılması və təqsirləndirilən şəxsə qarşı sübut kimi istifadə olunmamasını, eləcə də yekun məhkəmə qərarı qəbul edilən zaman nəzərə alınmamasını xahiş edib.

E.Babışov ikinci vəsatətlə bağlı qeyd edib ki, məhkəmə istintaqı zamanı ittihamın əsasını təşkil edən bir sıra sübutlar tədqiq olunub, yüzlərlə zərərçəkmiş şəxs, habelə zərərçəkmiş şəxslərin hüquqi varisləri ifadə verib, prosesdə iştirakı müəyyən səbəblərdən mümkün olmayan şəxslərin ifadələri, digər aidiyyəti sənədlər elan edilib, bir çox şəxslərin aldığı xəsarətlər barədə faktlar açıqlanıb. Vəkil deyib ki, buna baxmayaraq, hüquqlarını müdafiə etdiyi şəxsin mövqeyinə görə, həmin şəxslərin verdiyi ifadələrin təqsirləndirilən şəxslə heç bir əlaqəsi yoxdur.

Belə ki, zərərçəkmiş şəxslərin verdikləri ifadələrdən məlum olub ki, onların aldıqları xəsarətlər müxtəlif tarixləri əhatə edir. Həmin tarixlərin müəyyən hissəsi iş üzrə təqsirləndirilən şəxs R.Vardanyanın Ermənistan Respublikasının vətəndaşı olmadığı, yəni Rusiya Federasiyası vətəndaşı olaraq şəxsi biznesi ilə çalışdığı dövrlə üst-üstə düşür. Ona görə də məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs və zərərçəkmiş şəxslərin hüquqi varislərinin məhkəmədə verdiyi ifadələrinin iş üzrə təqsirləndirilən şəxs R.Vardanyanla əlaqəsinin olmaması səbəbindən yekun məhkəmə qərarı çıxarılarkən təqsirləndirilən şəxsə qarşı sübut olaraq istifadə edilməməsini xahiş edib.

Təqsirləndirilən şəxs vəsatətləri dəstəklədiyini bildirib.

Dövlət ittihamçısı Təranə Məmmədova vəsatətlərə münasibət bildirərək qeyd edib ki, hər iki vəsatət eyniməzmunlu xarakter daşıyır. Təqsirləndirilən şəxs Ermənistan dövləti tərəfindən formalaşdırılmış, Azərbaycan Respublikasının suveren ərazilərinin işğalı zamanı, həmçinin işğal dövründə çoxsaylı cinayətlər törətmiş cinayətkar birliyə daxil olaraq, ümumi cinayətkar niyyət və məqsədlərə uyğun fəaliyyət göstərib, zərərçəkən şəxs qismində ifadə verən şəxslər də həmin dövrdə yaralandıqlarına, öldürülmələrinə cəhd olunduğuna, eləcə də hüquqi varislərin ifadələrində göstərildiyi kimi, zərərçəkən şəxslərin öldürülmələrinə görə müvafiq ittihamlar verilib.

T.Məmmədova ikinci vəsatətlə bağlı çıxışında vurğulayıb ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən, iş üzrə mühüm əhəmiyyət kəsb edən hallar barədə xəbərdar olan şəxslərin ifadələri də şahid ifadəsi hesab olunur.

Dövlət ittihamçısı bildirib ki, bunlar müşavirə otağında qiymət veriləsi xüsusatlardır. "Odur ki, hazırkı mərhələdə vəsatətlərin baxılmamış saxlanmasını xahiş edirik", - deyə o əlavə edib.

Məhkəməyə sədrlik edən yerində müşavirədən sonra bildirib ki, hər iki vəsatətdə göstərilən xüsusatlar yekun məhkəmə qərarı qəbul edilən zaman qiymət verilməli hallar olduğundan hazırda bu vəsatətlər baxılmamış saxlanılır.

Məhkəmə prosesi ittiham tərəfinin vəsatəti əsasında cinayət işi üzrə digər zəruri sənədlərin tədqiqi ilə davam etdirilib.

Tədqiq olunan sənədlərdə göstərilib ki, Xankəndi şəhərində yerləşən radioqəbuledici və radio veriliş mərkəzinə baxış zamanı tünd yaşıl rəngli 03-11 31PB qeydiyyat nişanlı hərbi təyinatlı avtomobil aşkarlanıb. Avtomobilin üzərində xüsusi radio avadanlıq və arxa hissəsində "Repellant-1" sisteminin quraşdırıldığı müəyyən edilib. Sistem pilotsuz uçan aparatların idarəetmə sisteminin siqnallarının 30-35 kilometr məsafədən susdurulması üçün nəzərdə tutulub. Avtomobilin içərisində monitor, idarəetmə sistemi, soyuducu sistem olub.

Eyni zamanda, Xocalı rayonunda yerləşən hərbi hissədə saxlanılan 7 ədəd müxtəlif ölçülü tünd yaşıl rəngli qablaşmada olan avadanlıqlara baxış zamanı avadanlığın "Polya-21" adlı radiomaneə stansiyası olduğu və həmin stansiyanın da təyyarələrin "GPS" sisteminə maneə yaratmaq üçün istifadə edilməsi müəyyənləşib.

Bundan başqa, "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycanın hava məkanında peyk naviqasiyası siqnallarının maneəyə məruz qalması ilə bağlı Azərbaycan Respublikasının Baş nazirinə göndərilən 2021-ci il 27 sentyabr tarixli məktubda bildirilir ki, 2021-ci ilin iyul ayının əvvəllərindən ölkənin hava məkanında uçuşlar yerinə yetirən müxtəlif aviaşirkətlərin hava gəmiləri ekipajlarından qlobal peyk naviqasiya sisteminin (GNSS) siqnallarının qeyri-sabit işi, o cümlədən bu siqnalların söndürülməsi və təhrif edilməsi halları göstərilməklə çoxsaylı şikayətlər daxil olur.

Qeyd olunan dövrdə müxtəlif hava dəhlizləri üzrə uçuşlarda, həmçinin müəyyən edilmiş qalxma, gəliş və hava limanlarına enmə uçuş prosedurları zamanı ən azı 42 şikayət qeydə alınıb. Azərbaycanın hava məkanında qlobal peyk naviqasiyasının işinin sabitliyinin itirilməsi hava gəmilərinin uçuşlarının təhlükəsizliyi üçün ciddi təhdid törədir. Belə ki, bu hava gəmilərinin əksəriyyətində uçuş trayektoriyasına əsas nəzarət vasitəsi GNSS siqnallarını qəbul edən avadanlıqdır. Peyk siqnalının olmaması və ya dəqiqliyinin təhrif edilməsi ciddi nəticələrə gətirib çıxara bilər.

Həmçinin havadan kəşfiyyat aparılaraq Ermənistan silahlı qüvvələri və qanunsuz erməni silahlı dəstələrinə məxsus radiomaneə vasitələrinin yerləri (koordinatları) pilotsuz uçuş aparatları vasitəsilə çəkiliş aparılaraq fotogörüntüləri aşkarlanıb.

Bundan sonra təqsirləndirilən şəxs R.Vardanyan bir sıra sənədlərin cinayət işinə əlavə olunmasını məhkəmədən xahiş edib.

Müdafiəçi təqsirləndirilən şəxsin vəsatətini müdafiə edib.

Dövlət ittihamçıları etiraz etməyiblər.

Məhkəmə qərara alıb ki, təqdim olunan sənəd rus dilində olduğu üçün Azərbaycan dilinə tərcümə edilərək cinayət işi materiallarına əlavə olunsun.

Təqsirləndirilən şəxs R.Vardanyan daha sonra cinayət işi üzrə 1-15-ci cildləri nəzərdən keçirmək istədiyini, onun saxlanılması ilə əlaqədar həmin cildlərdə adı keçən şahidlərin məhkəməyə dəvət olunmasını xahiş edib.

Vəkil E.Babışov vəsatətlərin təmin olunmasına etiraz etməyib.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev vəsatətə münasibət bildirərək qeyd edib ki, əgər vəsatət cinayət işi üzrə hansısa materialları əldə etməklə bağlıdırsa, etiraz yoxdur. Şahidlərin dindirilməsinə gəldikdə, sənədlər tədqiq olunanda təqsirləndirilən şəxs indiyədək sənədlərin heç birinə nə münasibət bildirib, nə etiraz edib, aşkar olunan sənədlərin ona məxsus olub-olmadığı ilə bağlı fikir söyləməyib. Protokolda olan hansısa məlumatın səhv olduğunu bildirməyib.

"Hazırkı mərhələdə həmin protokolda qeyd olunan məlumatların nə üçün mübahisəli, şübhəli olduğu görünmür. Hesab edirik ki, ortada bir ziddiyyət yoxdur, mübahisə yoxdur. Ona görə vəsatətin təmin olunmamasını xahiş edirik", - deyə o əlavə edib.

Məhkəməyə sədrlik edən yerində müşavirədən sonra bildirib ki, təqsirləndirilən şəxsin cinayət işinin müvafiq cildləri ilə tanış olmağa dair vəsatəti təmin edilir, şahidlərin məhkəməyə dəvət olunması ilə bağlı vəsatətə isə sonra baxılacaq.

Ardınca R.Vardanyan cinayət işi ilə bağlı audio-video materialları nəzərdən keçirməyə imkan yaradılmasını da istəyib.

Məhkəməyə sədrlik edən qeyd edib ki, hansı audio-video materiallar lazımdırsa, siyahısı təqdim olunsun və ona bu şərait yaradılacaq.

Məhkəmənin növbəti iclası dekabrın 16-na təyin edilib.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 519   Tarix: 12 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Paşinyanın tort reaksiyası gündəm oldu

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin xəritəsi formasında hazırlanmış tortu kəsməkdən imtina edib. xəbər verir ki, həmin anın görüntüləri Radar Armenia tərəfindən Telegram kanalında paylaşılıb. Hadisə Paşinyanın seçki kampaniyası çərçivəsində Gülyakarak icmasına səfəri zamanı baş verib. Sakinlə

15.05.2026 483
.

Tramp üçün Çində vida mərasimi keçirildi

ABŞ prezidenti Donald Trump Çinə rəsmi səfərini başa vurub. xəbər verir ki, bu barədə Fox News məlumat yayıb. Məlumata görə, Tramp ABŞ-a qayıtmaq üçün "Air Force One" təyyarəsinə minməzdən əvvəl qısa vida mərasimində iştirak edib. [hh4-unikal]

15.05.2026 354
.

"UNİBANK", "EXPRESSBANK" VƏ DAHA 3 BANK... - Niyə onlar daim "şikayət liderləri" olur?

Kredit faizinin yüksək olması, müştərilərlə kobud davranış, 1 gün gecikmədə isə. Mərkəzi Bank artıq xeyli müddətdir ki, Azərbaycanda müştərilərin bank xidmətlərindən istifadəsi üzrə şikayət indeksini dərc edir. Şikayət indeksi hər hansı bank tərəfindən göstərilən maliyyə xidmətlərinin həcmi və əhat

15.05.2026 353
.

Ermənistan Rusiyanın hərbi bazası ilə bağlı iddialara cavab verdi

Ermənistan rəhbərliyinin Rusiyanın Gümrüdə yerləşən 102-ci Hərbi Bazadan vətəndaşlarını qorumaq məqsədilə istifadə etməsi ilə bağlı heç bir narahatlığı yoxdur. xarici mediaya istinadən xəbər verir ki, bu barədə saytı məlumat yayıb. Nikol Paşinyan brifinq zamanı bildirib ki, bununla bağlı heç bir narahatlı

15.05.2026 343
.

Prezident həmkarları ilə Türküstanı gəzdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev mayın 15-də Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak edən digər prezidentlərlə birlikdə Türküstan şəhərindəki "Həzrət Sultan" Muzey-Qoruğu ilə tanış olub. "Qafqazinfo" xəbər verir ki, dövlət başçıların

15.05.2026 410
.

Dünya Şəhər Forumu Bakıya hansı üstünlükləri qazandıracaq?

"BMT tərəfindən təşkil olunan World Urban Forum 13 (WUF13) urbanizasiya və dayanıqlı şəhər inkişafı sahəsində dünyanın ən nüfuzlu platformalarından biridir. Forumun əsas məqsədi sürətli urbanizasiyanın şəhərlərə, iqtisadiyyata, ekologiyaya və sosial həyata təsirini müzakirə etməkdir". Bun

15.05.2026 346
.

BƏƏ Hörmüzdən yan keçməklə neft ixrac boru kəmərini istismara verməyi planlaşdırır

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 2027-ci ildə Hörmüz boğazından yan keçməklə neft ixracı üçün yeni boru kəməri istismara verməyi planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Al Arabiya" məlumat yayıb. Qeyd olunub ki, neft kəməri Əl-Füceyra limanına çəkiləcək. Layihənin həyat

15.05.2026 294
.

Azyaşlı qızları xilas edən MMA döyüşçüsü özü öldü

Qırğızıstanlı MMA döyüşçüsü Mədət Jeenaliyev Issık-Kul gölündə boğulan uşaqları xilas etməyə çalışarkən həlak olub. xəbər verir ki, azyaşlı dörd qız Baktu-Dolonotu kəndindəki çimərlikdə istirahət edirmiş. Onlardan biri göldə çimərkən güclü dalğalar səbəbindən boğulmağa başlayıb. İdmançı dostu ilə birlikd

15.05.2026 377
.

Ermənistanda seçki öncəsi gərginlik: blogger həbs edildi

Ermənistan məhkəməsi blogger Artak Avetisyanı Baş nazir Nikol Paşinyanı "xain" adlandırdığına görə həbs edib. xəbər verir ki, bu barədə onun vəkili Ruben Melikyan RİA Novosti agentliyinə açıqlamasında məlumat verib. Avetisyan "nifrət, ayrı-seçkilik, dözümsüzlük və ya düşmənçiliyi qızışdırma

15.05.2026 339
.

TOP MP3