Ümumtəhsil məktəblərində niyə mühafizə xidməti yetərli deyil? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Ümumtəhsil məktəblərində niyə mühafizə xidməti yetərli deyil? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMAÖlkədə ümumtəhsil məktəblərində peşəkar mühafizə xidməti mövcud deyil. Orta məktəblərdə mühafizəçilər çox vaxt orta yaşlı kişilər və qadınlar olur. Bəs orta məktəblərdə peşəkar mühafizə xidməti niyə təşkil olunmur?
Ümumtəhsil məktəblərində niyə mühafizə xidməti yetərli deyil? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı təhsil eksperti Elşən Qafarov BiG.AZ-a açıqlamasında bildirdi ki, Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli 209 nömrəli qərarı ilə ümumtəhsil müəssisələrində mühafizə xidmətinin təşkili qaydaları təsdiq olunub. Onun sözlərinə görə, həmin qaydalara görə, ölkədə olan bütün ümumtəhsil məktəblərində Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin rayon mühafizə bölmələrinə ümumtəhsil məktəblərinin mühafizəsi tapşırılıb: "Məktəblərdə həyacan siqnalizasiya sistemi quraşdırıldı. Ancaq çox təssüflər olsun ki, qeyri-peşəkarlıq səbəbindən məktəblərin mühafizəsi ilə bağlı dövlətin atdığı bu çox ciddi addımı məktəb direktorları düzgün qiymətləndirmədi.

Yəni məktəbin həyacan siqnalı haqqında məlumatı yalnız məktəb direktoru bilməli idi. Ancaq bu haqda məlumat bütün məktəbə yayıldı. Şagirdlər başladılar hər dəqiqə o həyacan siqnalını işə salmağa və nəticə etibarı ilə bu sistem çökdü. Məktəb direktorları məktəbin texniki işçilərini qapıda saxlayırlar. Bəzi məktəb direktorları isə qanunsuz olaraq gündüz gözətçi ştatında çalışan işçini məktəb mühafizəçisi kimi işlədirlər. Halbuki gözətçinin işi məktəbi mühafizə etmək deyil.

Onun işi tədris prosesi bitdikdən sonra məktəbi mühafizə etməkdir. Məktəblərin əksəriyyətində növbətçi məntəqəsi yoxdur. Növbətçi məntəqəsi olan məktəblərdə isə otaq çox soyuq olduğu üçün orda qalmaq mümkün deyil. Sentyabr ayından indiyədək 5 məktəblimiz məktəbdə bıçaqlanıb. 3 məktəbli isə kənar şəxsin məktəbə daxil olması nəticəsində bıçaqlanıb. Bu çox ciddi bir məsələdir. Ona görədə birinci növbədə məktəblərdə ştat vahidləri yenilənməlidir. Eyni zamanda gündüz vaxtıda məktəbləri mühafizə etmək üçün ştatlar ayrılmalıdır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1068   Tarix: 12 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Urmiya gölündə payız yağışlarından sonra cüzi artım qeydə alınıb

Urmiya gölü hövzəsinə yağan payız yağışlarından sonra gölün səth sahəsində artım müşahidə olunub. "Report" ISNA-ya isatinadən xəbər verir ki, gölün sahəsi 1971 km²-dən 1995 km²-ə yüksəlib. "Beləliklə, qısa müddət ərzində gölün səthi 24 km² genişlənib. Su səviyyəsi də 1270,59 metrdən 1270,6

16:20 0
.

Balıq bazarında bahalaşma var - Video

Bir həftədir bəzi balıqların qiymətində artım müşahidə olunur. BİG.AZ Xəzər TV-yə istinadən bildirir ki, balıq almaq istəyənlər bazarda fərqli qiymətlərlə qarşılaşırlar. Satıcıların sözlərinə görə, ötən həftə ilə müqayisədə bəzi balıq növlərinin qiymətində artım var. Xüsusilə İrandan gətirilən məhsullard

18:50 0
.

ABŞ qızılcasız ölkə statusundan məhrum edilib

Pan Amerika Səhiyyə Təşkilatı ABŞ-ni qızılca xəstəliyinin endemik ötürülməsini aradan qaldıran ölkə statusundan məhrum edib. xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti mənbələrə istinadla məlumat yayıb. Nəşrin məlumatına görə, 2026-cı ildə ABŞ-də 5400-dən çox qızılca xəstəliy

11:45 130
.

Qara dənizdə yük gəmisinə PUA hücumu olub

Qara dənizdə, Rumıniyanın ərazi sularında Palau bayrağı altında hərəkət edən "Larissa 1" yük gəmisi pilotsuz uçuş aparatının hücumuna məruz qalıb. "Report" xəbər verir ki, bu barədə Rumıniyanın "Ziua de Constanța" portalı məlumat yayıb. Onun məlumatına görə, hadisə noyabrı

12:20 117
.

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, noyabrın 16-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Xidmətdən BİG.AZ-a bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimalı var. Səhər yağış tədricən kəsiləcək

14:27 0
.

Milli Qəhrəman Ehtiram Əliyevlə vida mərasimi keçirilməyəcək: Dəfnin vaxtı və yeri açıqlandı - YENİLƏNİB

"Ehtiram Əliyevlə vida mərasimi keçirilməyəcək". xəbər verir ki, bunu "Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma" İctimai Birliyinin sədri Elşən Uluxanlı -a açıqlamasında bildirib. Onun sözlərinə görə, Milli Qəhrəman sabah saat 14:00-da İkinci Fəxri xiyabanda dəfn olunacaq

18:10 0
.

Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub - YENİLƏNİB

Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub. -ın məlumatına görə, Ağstafa rayonunda minaya düşərək həlak olan, Qazax rayonunun Ürkməzli kənd sakini, 1986-cı il təvəllüdlü Rəsul Şahin oğlu İbrahimov ailəli olub, 2 övladı var. Hadisə nəticəsində ağır xəsarətlər alan 1982-ci il təvəllüdlü Sahib İzo

19:03 211
.

Cənubi Koreyanın XİN başçısı Çinin güclənməsindən narahat olmamağa çağırıb

Cənubi Koreya Çinin güclənməsindən əsassız şəkildə narahat olmamalı və ya onun imkanlarını kiçiltməməlidir. "Report" xəbər verir ki, bu barədə "Reuters" Cənubi Koreyanın xarici işlər naziri Ço Hyonun bəyanatına istinadən məlumat yayıb. "Çinə hazırkı səfərim zamanı bir daha əmi

11:15 125
.

ABŞ Ukrayna hərbçilərinin hazırlığını artırıb

ABŞ 2026-cı ilin II rübündə Ukrayna Silahlı Qüvvələrinin (USQ) hazırlıq miqyasını 25%-dən çox genişləndirib. "Report" xəbər verir ki, bu məlumatlar Pentaqonun və ABŞ Dövlət Departamentinin baş müfəttişləri tərəfindən hazırlanmış yeni məruzədə yer alıb. ABŞ-nin qanunverici hakimiyyət qolunu

16:30 0
.