Azərbaycanda kimlər 13-cü maaş alır? - Hamını maraqlandıran açıqlama
Azərbaycanda bəzi dövlət qurumları və özəl şirkətlər ilin sonunda işçilərinə əlavə 13-cü maaş ödəyir.
BAKU.WS-in məlumatına görə, bu praktika işçilər üçün müsbət qərar olsa da bütün qurum və şirkətlərdə tətbiq olunmur.
Maraqlıdır ki, Əmək Məcəlləsində belə bir öhdəlik nəzərdə tutulurmu? 13-cü maaş işçilərin motivasiyası və sosial rifahına necə təsir edir?
Azərbaycanda Əmək Məcəlləsində və digər normativ-hüquqi aktlarda 13-cü maaşın (ildə bir dəfə əlavə maaşın) verilməsi barədə konkret tələblər yoxdur. Bu ödəniş qanunla məcburi şəkildə tələb olunmur və əmək haqqı strukturunun ayrılmaz hissəsi kimi müəyyən edilməyib.
13-cü maaş adətən ilin sonunda və ya bayramlar ərəfəsində şirkət və ya dövlət qurumunun təşəbbüsü ilə verilir. Bu, işçilərə əlavə mükafat və ya bonus kimi təqdim olunur və çox vaxt bir aylıq əmək haqqı miqdarında olur, lakin bu da standart deyil.
Onun verilməsi işəgötürənlə işçi arasındakı əmək müqaviləsində və ya kollektiv müqavilədə əks olunarsa, həmin öhdəlik yerinə yetirilməlidir. Əks halda işəgötürən bu əlavə ödənişi vermək məcburiyyətində deyil.
İqtisadçı ekspert Xalid Kərimli də BAKU.WS-ə açıqlamasında bildirib ki, bu praktika qanunla tənzimlənmir:
"Bu ənənə bəzi qurum və şirkətlərin şəxsi təşəbbüsü ilə reallaşır. Heç bir məcburiyyət və öhdəlik yoxdur. Təbii ki, bəzi rəhbər şəxslər öz işçilərinə qarşı bu müsbət təşəbbüsü reallaşdırırlar. Bunun da həm iş mühiti, həm də işçilərin sosial rifahı baxımdan olduca müsbət təsirləri olur. 13-cü maaşın verilməsi şirkət və ya qurumun imkanlarına bağlı olur. Əgər büdcə buna imkan verirsə, işçilərin motivasiyası baxımdan belə bir praktika tətbiq olunur".
Qeyd edək ki, işçilərə il ərzində göstərdikləri əməyə görə əlavə mükafat verilməsi onların motivasiyasını artırır. Belə bonuslar işçilərin şirkətdə qalma istəyini və təşkilata bağlılığını gücləndirə bilər. İlin sonunda əlavə ödəniş ailələrin bayram xərclərini qarşılamağa və sosial rifahı artırmağa kömək edir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2250 Tarix: 12 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşUrmiya gölündə payız yağışlarından sonra cüzi artım qeydə alınıb
Urmiya gölü hövzəsinə yağan payız yağışlarından sonra gölün səth sahəsində artım müşahidə olunub. "Report" ISNA-ya isatinadən xəbər verir ki, gölün sahəsi 1971 km²-dən 1995 km²-ə yüksəlib. "Beləliklə, qısa müddət ərzində gölün səthi 24 km² genişlənib. Su səviyyəsi də 1270,59 metrdən 1270,6
16:20 0 Balıq bazarında bahalaşma var - Video
Bir həftədir bəzi balıqların qiymətində artım müşahidə olunur. BİG.AZ Xəzər TV-yə istinadən bildirir ki, balıq almaq istəyənlər bazarda fərqli qiymətlərlə qarşılaşırlar. Satıcıların sözlərinə görə, ötən həftə ilə müqayisədə bəzi balıq növlərinin qiymətində artım var. Xüsusilə İrandan gətirilən məhsullard
18:50 0 ABŞ qızılcasız ölkə statusundan məhrum edilib
Pan Amerika Səhiyyə Təşkilatı ABŞ-ni qızılca xəstəliyinin endemik ötürülməsini aradan qaldıran ölkə statusundan məhrum edib. xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti mənbələrə istinadla məlumat yayıb. Nəşrin məlumatına görə, 2026-cı ildə ABŞ-də 5400-dən çox qızılca xəstəliy
11:45 130 Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Qara dənizdə, Rumıniyanın ərazi sularında Palau bayrağı altında hərəkət edən "Larissa 1" yük gəmisi pilotsuz uçuş aparatının hücumuna məruz qalıb. "Report" xəbər verir ki, bu barədə Rumıniyanın "Ziua de Constanța" portalı məlumat yayıb. Onun məlumatına görə, hadisə noyabrı
12:20 117 Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, noyabrın 16-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Xidmətdən BİG.AZ-a bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimalı var. Səhər yağış tədricən kəsiləcək
14:27 0 Milli Qəhrəman Ehtiram Əliyevlə vida mərasimi keçirilməyəcək: Dəfnin vaxtı və yeri açıqlandı - YENİLƏNİB
"Ehtiram Əliyevlə vida mərasimi keçirilməyəcək". xəbər verir ki, bunu "Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma" İctimai Birliyinin sədri Elşən Uluxanlı -a açıqlamasında bildirib. Onun sözlərinə görə, Milli Qəhrəman sabah saat 14:00-da İkinci Fəxri xiyabanda dəfn olunacaq
18:10 0 Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub - YENİLƏNİB
Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub. -ın məlumatına görə, Ağstafa rayonunda minaya düşərək həlak olan, Qazax rayonunun Ürkməzli kənd sakini, 1986-cı il təvəllüdlü Rəsul Şahin oğlu İbrahimov ailəli olub, 2 övladı var. Hadisə nəticəsində ağır xəsarətlər alan 1982-ci il təvəllüdlü Sahib İzo
19:03 211 Cənubi Koreyanın XİN başçısı Çinin güclənməsindən narahat olmamağa çağırıb
Cənubi Koreya Çinin güclənməsindən əsassız şəkildə narahat olmamalı və ya onun imkanlarını kiçiltməməlidir. "Report" xəbər verir ki, bu barədə "Reuters" Cənubi Koreyanın xarici işlər naziri Ço Hyonun bəyanatına istinadən məlumat yayıb. "Çinə hazırkı səfərim zamanı bir daha əmi
11:15 125 ABŞ Ukrayna hərbçilərinin hazırlığını artırıb
ABŞ 2026-cı ilin II rübündə Ukrayna Silahlı Qüvvələrinin (USQ) hazırlıq miqyasını 25%-dən çox genişləndirib. "Report" xəbər verir ki, bu məlumatlar Pentaqonun və ABŞ Dövlət Departamentinin baş müfəttişləri tərəfindən hazırlanmış yeni məruzədə yer alıb. ABŞ-nin qanunverici hakimiyyət qolunu
16:30 0