"Harri Potter"ın çəkildiyi qalanı necə tapmaq olar?

"Harri Potter"ın çəkildiyi qalanı necə tapmaq olar?Bu şəhərciyə baş çəkmək sanki nağıllar aləminə düşmək kimidir, çünki onun möhtəşəm qalası dünyadan turistləri və kinosevərləri cəlb edir. Söhbət İngiltərənin Nortumberlend qraflığının dərinliyində yerləşən Alnik kəndindən gedir.

Qaynarinfo xəbər verir ki, bunu "Mirror" yazır.

Bu şəhərcikdə yerləşən "sehrli" Alnik qalası yalnız zəngin tarixə malik deyil, həm də televizor ekranında gördüyünüz bir yer kimi sizə tanış gələ bilər.

Alnik qalası "Harri Potter" filmləri sayəsində məşhurdur. O, Sehrbazlıq və Sehrkarlıq məktəbi "Hoqvarts"ın rolu ilə ekranlara çıxıb və onun ərazisi məşhur səhnələrin bir hissəsi üçün fon kimi istifadə olunub.
"Harri Potter"ın çəkildiyi qalanı necə tapmaq olar?Məqalədə qeyd olunur ki, kinosevərlər qalanın içərisində və həyətdə görə biləcəkləri çox şey tapır, hətta Harri, Ron və Hermionanın Hoqvartsdakı ilk illərində uçmağı öyrəndiyi yerdə süpürgə ilə uçuş dərsində belə iştirak edə bilərlər.

Qalanın ərazisində çəkilən unudulmaz səhnələrdən biri də uçan avtomobilin iç həyətə düşməsi hadisəsidir. Bundan başqa, "Harri Pot­ter"in kvidiç məşqlərinin mühüm səhnələri də qalanın xarici həyətində lentə alınıb.

"Mirror" vurğulayır ki, "Hoqvarts"dan əlavə, bu qala Böyük Britaniyada ən böyük ikinci yaşayış qalasıdır və artıq 900 ildən çoxdur ki, "Persi" ailəsinin evidir. I kateqoriyalı memarlıq abidəsi siyahısına daxil edilən bu tikilinin 1096-cı ildə Nortumberlend sərhədini qorumaq üçün inşa edildiyi güman edilir. Əvvəllər taxta konstruksiya olan qala zamanla daş istehkama çevrilib.

"Harri Potter"ın çəkildiyi qalanı necə tapmaq olar?Qalanın yanında yerləşən bağ isə təbiət həvəskarları üçün unikal mənzərə təqdim edir.

"2001-ci ildə Nortumberlend hersoginyası tərəfindən salınan bu bağda 200-dən çox ingilis kolları və sarmaşıq qızılgülləri də daxil olmaqla heyrətamiz dərəcədə müxtəlif qızılgül növləri yetişdirilir. Ümumilikdə ziyarətçilər 4000-dən çox bitki növünü, o cümlədən dünyanın ən böyük "Taihaku" yapon alça çiçəyi kolleksiyasını görə bilərlər", deyə nəşr bildirir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 836   Tarix: 12 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Müstəqil dövlətin Konstitusiya günüdür

1995-ci il noyabrın 12-də Azərbaycan xalqı referendum yolu ilə öz dövlətinin Əsas Qanununu - Konstitusiyasını qəbul etdi. Bu Konstitusiya müstəqilliyini bərpa etmiş Azərbaycan dövlətinin ilk Milli Konstitusiyasıdır. "Konstitusiya" latın sözü olub quruluş, təsisat mənası verir. Dövlətin al

06.11.2026 254
.

Telefonunuz sizi dinləyir? - Söhbətdən sonra çıxan reklamların səbəbi

Hansısa məhsul haqqında danışdıqdan sonra telefonda məhz onun reklamını görmək bir çox insanda şübhə yaradır. İstifadəçilər smartfonun söhbətlərini gizlicə dinlədiyini düşünürlər. Lakin belə reklamların görünməsi özlüyündə dinlənilmənin sübutu deyil. xarici mediaya istinadla xəbər verir ki, reklam sistemlər

06.11.2026 219
.

Kişi 1 saniyədə yanıb kül oldu

Çində kişi küçədə faciəvi şəkildə ölüb. xəbər verir ki, hadisə zamanı kişi elektrik xəttinə uzun çubuqla toxunub. Nəticədə güclü partlayış baş verib və kişi yanaraq ölüb. Dəhşətli hadisə təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb

06.11.2026 292
.

Zəfər günü Bakıda yürüş olacaq

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, "8 Noyabr - Zəfər Günü" münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları, "9 noyabr - Dövlət Bayrağı Günü" münasibətilə isə Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıva

06.11.2026 259
.

Konstitusiyamızın ölkəmizin bütün ərazisində tətbiqindən qürur duyuruq!

Konstitusiya - dövlətin Ali Qanunudur, ali hüquqi qüvvəyə malikdir və həmin dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərin əsaslarını təsbit edir, vətəndaşlarının hüquq və azadlıqlarını elan edir və zəmanət verir. Konstitusiya sözünün hərfi mənası "qurmaq, yaratmaq, əsasını qoymaq" deməkdir

06.11.2026 278
.

Həkimlər niyə qaynadılmış su içməyi məsləhət görmürlər?

Tədqiqatçılar müəyyən ediblər ki, qaynadılmış su sağlamlıq baxımından filtrdən keçirilmiş sudan daha zərərli ola bilər. Bunun səbəbləri açıqlanıb. Sürixdən olan isveçrəli alimlər araşdırma apararaq qaynadılmış su ilə bağlı mövcud məlumatları sistemləşdiriblər və onun zərərli hesab edilməsinin səbəblərin

06.11.2026 233
.

39 yaşlı kişinin meyiti bağda tapıldı

Qazaxda 39 yaşlı kişinin meyiti tapılıb. -ın məlumatına görə, Qazax rayon sakini, 1987-ci il təvəllüdlü S.Orucovun meyiti bağ ərazisində aşkarlanıb. Onun ölüm səbəbi hələ məlum deyil. Faktla bağlı Qazax rayon Prokurorluğunda araşdırma aparılır

06.11.2026 180
.

İsa peyğəmbər harada vəftiz olunub?

Qədim səyyahların qeydləri ilə uzun illər aparılan arxeoloji qazıntıların nəticələrinin müqayisəsi İsa peyğəmbərin vəftiz olunduğu yerin müəyyənləşdirilməsinə imkan verib. Araşdırmada həmin məkanın İordan çayının şərq sahilində yerləşdiyi bildirilir. xarici mediaya istinadla xəbər verir ki, İordaniyanı

06.11.2026 223
.

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Qırğız Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə məktub ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Zati-aliləri,. Sizi və Azərbaycan xalqını 8 noyabr - Zəfər Günü münasibətilə təbrik edirəm. Bu hadisə uzun illər davam edən münaqişəyə son qoymağa, regionda sülhü

06.11.2026 126
.