Qarğıdalı haqqında.

Qarğıdalı haqqında.Qarğıdalı Amerikada mədəniləşdirilmiş ən qocaman dənli bitki hesab olunur. Hinduların çörəyi, yaymaları, xəşili, içkiləri zaman-zaman qarğıdalıdan hazırlanmışdır.Mayya hinduları mədəniyyətinin tədqiqatçısı R.V.Kinjalovun fikrincə qarğıdalının vətəni Mərkəzi Amerikanın cənub dağlıq hissəsidir. Burada tapılan qarğıdalı izləri arxeoloqları V minilliyə aparır. Hindular qarğıdalıya allah kimi səcdə etmişlər. Güman edilir ki, qarğıdalı sözü («ixim») «dolandıran», «saxlayan» mənası verir. Mayya hindularına qarğıdalının bir neçə növü məlum olmuşdur. Onlar qarğıdalı əkinləri ilə həmişə fəxr etdirmişlər.Arxeoloji sərvətlər arasında Meksikada 6950 il yaşı olan mədəniləşdirilmiş qarğıdalı tozcuqları tapılmışdır. Nyü-Meksika ştatındakı Bat-Keyv mağarasında tapılmış qarğıdalı tozcuqlarının isə 5600 ilə yaxın yaşı olduğu müəyyən edilmişdir.Cənubi Meksikanın Texuakan vadisində arxeoloji tapıntılar təsdiq edir ki, 7200-5400 il bundan əvvəl orada qarğıdalı mövcud olmuşdur. Lakin bu yaşın mədəniləşdirilmiş qarğıdalıya aid olduğu hələ şübhəlidir.Meksikanın toltek, sapotek, astek və mayya hinduları qarğıdalı becərməklə məşğul olmuşlar. Şimali Amerika hindularından irokezlər XV-XVI əsrlərdə qarğıdalı becərib-yığmaqda və onu qoruyub saxlamaqda mahir olmuşlar. Onlar qarğıdalını xəndəklərdə, xüsusi anbarlarda, ya da yaşayış yerində asılmış vəziyyətdə saxlamışlar.Qarğıdalının qədim vətəni olan Meksika, Braziliya, Qvatemala, Salvador kimi ölkələrdə bu bitki indi də kütləvi ərzaq rolunu oynayır.Qarğıdalının Avropaya və başqa yerlərə yayılmasında vaxtı ilə dənizçiliyi inkişaf etmiş ispanların və portuqaliyalıların böyük xidməti olmuşdur. Portuqaliyalılar qarğıdalını XVI əsrdə Hindistana və Çinə çatdırıblar.Bu bitki Afrikanın qərbinə XII əsrdə gətirilib, XV əsrdə isə qarğıdalı qitənin şərqinə də yayılıb.İspanlar qarğıdalını öz vətənlərinə XV əsrdə gətirib və 1525-ci ildən becərməyə başlayıblar. Əvvəllər o, bağların yaraşığı olub. Tezliklə qarğıdalı Fransaya və İtaliyaya aparılıb, sonra isə Şərqdə, XV əsrdə onu Livanda əkməyə başlayıblar. Bu qiymətli bitki qarğıdalı ferması (corn farm)1560-ci ildə türklərin də diqqətini cəlb edib. Macarlar onunla «türk buğdası» adı ilə tanış olublar. Türkiyədən o, Krıma düşür. XVIII əsrdə yenə də «türk buğdası» adı ilə Rusiyaya gedib çıxır. Qarğıdalının sürətlə yayılması onun hərtərəfli təsərrüfat əhəmiyyətli olması ilə bağlıdır. Onun dənələrindən şirə çəkir, şəkər, yağ, spirt və sairə istehsal edirlər. Qarğıdalı həm də qiymətli yem bitkisidir.Qarğıdalı yeyinti sənayesində də geniş tətbiq olunur: ondan un, yarma və nişasta hazırlayırlar, nişastadan qənnadı sənayesi üçün patka, qlükoza, şəkər istehsal edirlər, sütül dənələrdən konserv, yetişmiş dənələrdən partlamış qarğıdalı hazırlayırlar, uzun müddət istifadə etmək üçün dənələrini duzlayırlar və sairə. Onun konservləşdirilməsinə XIX əsrin ortalarından etibarən Amerika Birləşmiş Ştatlarında başlayıblar. Qarğıdalının tibbi əhəmiyyəti də vardır. XIX əsrin ikinci yarısında qarğıdalı saçaqlarının sidikqovucu xüsusiyyətinə malik olduğu müşahidə olunub. Hal-hazırda isə ondan qaraciyər, öd və sidik kisəsinin iltihabında, habelə böyrəkdə daş olan hallarda istifadə edirlər.Xalq arasında qarğıdalını qovurub partladılmış şəklə salmaq qədimdən məlumdur. Bununla ilk dəfə Cənubi Amerika hinduları məşğul olmuşlar. Bunun üçün gildən hazırlanmış uzun qulplu xüsusi qablardan istifadə olunması güman edilir. Bundan başqa qarğıdalı dənələrini isti kömür üzərində partladıb yığırlarmış.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 9063   Tarix: 10 oktyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Troya müharibəsi həqiqətən olubmu?

Qədim yunan əfsanəsinə görə, Troya müharibəsi troya şahzadəsi Parisin evli olan Sparta gözəli Yelenaya aşiq olması ilə başlayıb. Yelenanın əri Menelay bunu öyrənəndə qisas almağa qərar verir. Qaynarinfo "Sky News"a istinadən xəbər verir ki, Menelay - Sparta şəhər-dövlətinin hökmdarı - Troyay

08.12.2025 451
.

Bir kiloqramının qiymətinə 6 kilo ət almaq olar - Buna görə bahadır

Azərbaycana əsasən Türkiyənin Qaziantep bölgəsindən gətirilən fıstıq (Antep fıstığı) kəskin bahalaşıb. Hazırda bazarlarda bu məhsulun 1 kiloqramı orta hesabla 48-50 manata satılır. Bəzi çərəz mağazalarında, eləcə də marketlərdə qablaşdırmadan və növdən asılı olaraq, hətta kilosu 70-100 manat qiymət

06.12.2025 349
.

Donmuş balığı xarab etmədən necə əritmək olar?

Donmuş balığın buzunu əridəndə tələsmək lazım deyil. Bu proses zaman və səbr tələb edir. Ərimə nə qədər yavaş baş verərsə, məhsulun keyfiyyəti bir o qədər az itkiyə məruz qalır. Balığı necə düzgün ərimək olar?. xəbər verir ki, ən sadə və təhlükəsiz üsullardan biri dondurucudan balığı çıxarıb soyuducuy

07.12.2025 264
.

Bu saatlardan dünyada 1 dənədir - Fotolar

Türkiyənin İstanbul şəhərində yerləşən, Milli Saraylar İdarəsinə məxsus Topqapı Sarayının daxilində "Saat Muzeyi" açılıb. Muzeydə bəziləri dünyada tək nümunə olmaqla 300-dən çox saat sərgilənir. "Qafqazinfo" "TRT Haber"ə istinadən xəbər verir ki, Osmanlı sultanlarının yaşadığ

02.12.2025 456
.

Həkimlər evə yolladı, süni intellektdən soruşdu - dərhal xəstəxanaya qaçdı

Norveçdə yaşayan 49 yaşlı kişi şiddətli qarın ağrısı ilə xəstəxananın Təcili yardım şöbəsinə müraciət edib. İlkin müayinədən sonra həkimlər onun vəziyyətinin ciddi olmadığını bildirərək mədə turşuluğuna qarşı dərman yazıb evə göndəriblər. Lakin ağrıları səngiməyən xəstənin həyatını bu dəfə süni intellek

07.12.2025 578
.

Hər bir insanın həyatındakı ən təhlükəli il

Uzunömürlülük üzrə mütəxəssis Den Byuttner təqaüdə çıxma ilinin hər kəsin həyatında ən vacib il olduğunu bildirib. BİG.AZ xəbər verir ki, o, bu dövrün təhlükələrini izah edib. Byuttner xəbərdarlıq edib ki, təqaüdə çıxma ilində ölüm nisbətləri əhəmiyyətli dərəcədə artır. Bu dövrdə insanlar narahatlıq

01.12.2025 498
.

Tarixdəki ən böyük ilan: O, avtobusdan uzun olub

Müasir Kolumbiya ərazisində bir zamanlar şəhər avtobusundan uzun və kiçik bir avtomobildən daha ağır olan bir ilan yaşayıb. O, dinozavrlardan sonra bu mənzərədə hökmranlıq edib. Qaynarinfo xəbər verir ki, Rutqers Universitetinin evolüsion bioloqu Skott Trevers "Forbes" üçün yazdığı məqaləsind

06.12.2025 285
.

Dünyanın iki paralel sistemə bölünəcəyi proqnozlaşdırıldı: NATO-dan xəbərdarlıq

NATO-nun Hərbi Komitəsinin keçmiş rəhbəri admiral Rob Bauer xəbərdarlıq edib ki, bir neçə ildən sonra dünya BMT-nin rəhbərlik etdiyi mövcud sistemin səmərəsizliyi səbəbindən iki paralel sistemə bölünə bilər. xəbər verir ki, hərbçi bunu Dohada keçirilən forumda deyib. Yayım tədbirin veb-saytı ilə aparılıb

07.12.2025 256
.

Hüquqi xidmətlər Xidmetler.az saytında

Xidmətlər saytı -ın Hüquqi Xidmətlər bölməsində özünüzə vəkil tuta və ya işinin peşəkarı olan hüquqşünas tapa bilərsiniz!. Hər kəs düşdüyü çətin, xoşagəlməz hallarda hüquqi yardım əldə etmək istəyir. Bunun üçün yaxşı vəkil tapmaq lazım gəlir. sizə digər xidmətlərlə yanaşı, hüquqi xidmətlərdə də kömə

12.12.2025 517
.

TOP MP3