Bir kiloqramının qiymətinə 6 kilo ət almaq olar - Buna görə bahadır
Azərbaycana əsasən Türkiyənin Qaziantep bölgəsindən gətirilən fıstıq (Antep fıstığı) kəskin bahalaşıb. Hazırda bazarlarda bu məhsulun 1 kiloqramı orta hesabla 48-50 manata satılır. Bəzi çərəz mağazalarında, eləcə də marketlərdə qablaşdırmadan və növdən asılı olaraq, hətta kilosu 70-100 manat qiymətə olanlarını da tapmaq mümkündür. Bəs bu çərəz niyə belə bahadır?
İqtisadçı Akif Nəsirli "Yeni Sabah"a açıqlamasında bildirib ki, Azərbaycanda Antep fıstığının qiymətinin artmnasının bir neçə səbəbi var:
"Antep fıstığı əsasən idxal olunan məhsuldur, daxili istehsal çox azdır. Bazarda təklif tələbi qarşılamadığında qiymət artır. Dünya bazarında Türkiyə, İran və ABŞ kimi ölkələrdən gələn məhsulun qiymətləri də yüksəldikdə, Azərbaycanda da qiymət artır".
Onun sözlərinə görə, valyuta kursu dəyişiklikləri və nəqliyyat xərclərinin bahalaşması da qiymətə təsir edir: "Bundan başqa, son vaxtlar Dubay şokoladı kimi məhsulların hazırlanmasında Antep fıstığından geniş istifadə olunur, bu da tələbi artırır və qiymətləri daha da yüksəldir".
Ekspert, əlavə edib ki, qiymət fərqləri məhsulun növü, keyfiyyəti və qablaşdırmasından asılıdır:
"Bazarda 48-50 manatlıq standart məhsullar var. Daha keyfiyyətli və ya xüsusi qablaşdırılmış növlər isə 70-100 manata satılır".
Yeri gəlmişkən, qeyd edək ki, bahalığa baxmayaraq, Antep fıstığı yüksək qida dəyərinə görə geniş tələbat görməyə davam edir. Qida üzrə mütəxəssislər bildirirlər ki, fıstıq protein, sağlam yağlar, lif və antioksidantlarla zəngindir. Onun tərkibindəki B6 vitamini, kalium və digər minerallar ürək-damar sisteminin fəaliyyəti, həmçinin immunitetin güclənməsi üçün əhəmiyyətlidir.
Tədqiqatlara əsasən, müntəzəm və normaya uyğun qəbul edilən Antep fıstığı qan şəkərinin tənzimlənməsinə, xolesterinin aşağı salınmasına, eləcə də həzm sisteminin yaxşılaşmasına yardımçı ola bilər. Bununla belə, mütəxəssislər duzlu və ya şirinləşdirilmiş fıstıq məhsullarının sağlamlığa eyni faydanı vermədiyini bildirirlər.
Hazırkı vəziyyətə görə, Antep fıstığı ölkədə ən bahalı çərəzlərdən biri olaraq qalır və yaxın dövrdə ciddi ucuzlaşma gözlənilmir.
Xatırladaq ki, hazırda Azərbaycanda 1 kq mal əti 17-18 manata satılır. Bir kq Antep fıstığının qiymətinə təxminən 6 kq ət almaq olar.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 583 Tarix: 06 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMətbəx mebeli ilə yemək masasını necə uyğunlaşdırmaq olar?
Mətbəx mebeli ilə yemək masasını uyğunlaşdırarkən məqamlardan biri rəngdir. Masa ilə mebelin tam eyni rəngdə olması vacib deyil. Əsas odur ki, rənglər bir-birini tamamlasın və mətbəxdə qarışıq görünüş yaranmasın. Ağ və bej rəngli mətbəx mebelləri ilə açıq ağac rəngli masalar yaxşı uyğunlaşır. Tünd bo
20.09.2026 270 Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
Smartfon istifadəçiləri bəzən ekranın yuxarı hissəsində kiçik yaşıl və ya narıncı nöqtənin göründüyünü müşahidə edirlər. Bir neçə saniyədən sonra yoxa çıxan bu işarə əslində telefonun məxfilik və təhlükəsizlik funksiyalarından biridir. Rəngli indikator tətbiqlərdən birinin telefonun kamerasına və y
19.09.2026 454 Qadınları gizli lentə alan "ağıllı" eynəklərlə bağlı araşdırma başladı
Paris prokurorluğu "ağıllı" eynəklərdən istifadə etməklə cinsi qısnamada şübhəli bilinən şəxslə bağlı cinayət təhqiqatına başlayıb. Eyni zamanda, dünya ölkələri bu cihazların istifadəsinin sosial nəticələri ilə mübarizə apardığı bir vaxtda, Fransanın məlumatların mühafizəsi orqanları müxtəli
20.09.2026 235 Hüquqi xidmətlər Xidmetler.az saytında
Xidmətlər saytı -ın Hüquqi Xidmətlər bölməsində özünüzə vəkil tuta və ya işinin peşəkarı olan hüquqşünas tapa bilərsiniz!. Hər kəs düşdüyü çətin, xoşagəlməz hallarda hüquqi yardım əldə etmək istəyir. Bunun üçün yaxşı vəkil tapmaq lazım gəlir. sizə digər xidmətlərlə yanaşı, hüquqi xidmətlərdə də kömə
23.09.2026 810 Əl ilə yazmaq yaddaşı gücləndirir
Telefon və kompüterdən istifadə həyatımızın ayrılmaz hissəsinə çevrilsə də, qeydləri qələm və kağızla yazmağın beyin üçün mühüm faydaları olduğu bildirilir. Axşam.az xəbər verir ki, mütəxəssislərə görə, əl ilə yazmaq klaviaturada yazmaqdan daha yavaş olduğu üçün insana fikirlərini daha şüurlu şəkild
19.09.2026 201 Əbu-Dabidə adada yarım milyardlıq toy edəcəklər?
"Miss Rusiya 2024" və "Miss BRİKS 2026"titullarının sahibi Valentina Alekseyeva biznesmen sevgilisi İlya Mitelmanla ailə qurur. Axşam.az xəbər verir ki, "Mash" teleqram kanalının məlumatına görə, 20 yaşlı modellə 30 yaşlı biznesmenin toyu Əbu-Dabidə keçiriləcək və indidə
20.09.2026 331 Xidmetler.AZ - Təhlükəsizlik kameraları, təhlükəsizlik sistemləri
Xidmətlər təklif edən XİDMETLER.AZ- saytinda müasir dövrdə ən çox tələb olunan texniki avadanlıqlardan təhlükəsizlik kameraları haqda elanlar toplanıb. Xüsusən, həyət evi, villası və obyekti olanlar nəzarət kameralarına ehtiyac duyurlar. Ancaq son illərdə bina evlərinə təhlükəsizlik kameraları qoşduranları
13:42 575 Gecə unitaza duz tökmək - Nəticəsi təəccübləndirə bilər
Adi duz təkcə mətbəxdə deyil, ev təmizliyində də istifadə oluna bilər. Duzu soda və bitki yağı ilə qarışdıraraq unitazın təmizlənməsi üçün ev üsulu hazırlamaq təklif olunur. Qarışıq çirk, ərp və xoşagəlməz qoxulara təsir etməsi üçün bir neçə saat və ya bütün gecə saxlanılır. xəbər verir ki, bu vasitən
20.09.2026 246 Saç qaynağının gizli təhlükəsi: Keçəlləşməyə səbəb ola bilər
Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbii yolla tökülsə də, bərkidilmə yerlərində qaldığı üçün bu, hiss olunmur. Müvafi
13.09.2026 353