İntuisiya necə işləyir?..

İntuisiya necə işləyir?.....və ona nə dərəcədə güvənmək olar?

Nəyisə əvvəlcədən hiss etmək, nə haqqındasa qərar vermək, hansısa bədbəxtliyi əvvəlcədən duymaq... İnsan xisləti o qədər mürəkkəbdir ki... Onu açmaq, onu dərk eləmək...

Oxuculara təqdim olunan bu qısa müsahibədə alimlərin insan hiss və düşüncələri ilə bağlı fikirləri, mütəxəssislərin rəyləri yer alıb. ANN.Az xüsusən intuisiya ilə bağlı deyilənlərin maraq kəsb edəcəyini nəzərə alıb psixoloq və psixoterapevt Silviann Bart Liberjin "Atlantico" nəşrinə müsahibəsini oxuculara təqdim edir:

Atlantico: Susseksa Universitetinin alimləri aydınlaşdırıblar ki, həyəcan hissi insanı qərar qəbul edərkən intuisiyaya yox, təhlilə güvənməyə təhrik edir. Belə çıxır ki, intuitiv insanların əksəriyyəti özünə arxalanır? Niyə?

Silviann Bart Liberj: Öz intuisiyasına qulaq asmaq - özünə arxalanmaq, çətinə düşməkdən və ya əksəriyyətin fikrinə zidd getməkdən qorxmamaq deməkdir. Bəzi fikirlərə görə bu, özü də bir inamdır. İnsanın özünə inamı... Bu o deməkdir ki, insan öz hisslərinə inanır, öz əhatəsiylə möhkəm əlaqə saxlayır. Nəticədə o, ilk dəfədən gözə çarpmayan məqamları görə bilir.

Əgər insan özünə arxalanmırsa, onda öz intuisiyasına güvənməyəcək, əksinə, səhv etməkdən və ya gülünc vəziyyətə düşməkdən qorxduğundan intuisiyasını bölüşməyəcək.

- Təklif edilən variantlardan birini seçmək məqamı gələndə çox zaman bizə "intuisiyamıza güvənməyi" məsləhət görürlər. Ümumiyyətlə, intuisiya nədir? Onun psixoloji mexanizmi nə cürdür? O, başqa təfəkkür formalarını nə ilə qabaqlayır?

- Neyrobiologiya iddia edir ki, intuisiya - hər kəsə məxsus təfəkkür formasıdır. Bu, o deməkdir ki, intuisiyanı inkişaf etdirmək mümkündür. Ancaq bunun üçün, əlbəttə, özünə inanmaq lazımdır!

Beynimizin rasional hissəsi öyrəndiyimiz, bildiyimiz məlumatlara görə məsuliyyət daşıyır, amma emosiyalara, münasibətlərə və adaptasiyalara cavabdeh olan hissəsi isə köhnə məntiqi formalardan uzaqlaşmağa imkan verir. İntuisiya cavabları və məsələləri məntiqdənkənar həll etmək bacarıqlarımızla bağlıdır. Əgər cavablardan biri sizə aydındırsa, bu, intuisiyanızın işləməsinə dəlalət edir.

- İntuisiyaya nə dərəcədə güvənmək olar? Elə sahələr varmı ki, onlarda intuisiyaya güvənmək daha yaxşı olar və ya əksinə, ona şübhə etmək lazımdır?

- Əgər siz intuisiya ilə istəkləriniz arasında fərqi görürsünüzsə, onda heç bir məhdudiyyətsiz-filansız intuisiyaya güvənmək olar. İntuisiya - şüuraltı təhlilin nəticəsidir. Yəni, «intuisiya» və «bizim istəklərimiz» bir-birindən fərqli hisslərdir!

Neyropsixologiyada vurğulandığı kimi, intuisiya hər kəsə kömək edə bilər, amma bəzi sahələr mövcüddur ki, bunlarda intuisiyayla kifayətlənmək olmaz (məsələn, mühasibat uçotu və proqramlaşdırma). Necə olursa olsun, intuisiya əsas etibariylə əla kompasdır və bu kompas bizim tələblərimizə, arzularımıza, bacarıqlarımıza cavab verən istiqamətdə həyatımızı yönləndirir.

- İntuisiya - heyvani instinktlərin insan ekvivalentidirmi? Onu növlərin sağ qalması vəzifəsini daşıyan xassə adlandırmaq olarmı?

- İnstinkt - heyvanlara xas «daxili hərəkətdir». Məhz instinktin sayəsində heyvanlar düşünmədən, onlara xas və onların tələblərinə cavab verən hərəkətləri etməyə məcbur olurlar. Təbiət bütün heyvanlara ozünüqoruma instinkti vermişdir. Lakin hər bir növün ozünə xas instinktləri mövcuddur. Heyvanların davranışı instinktləriylə idarə olunur.

İnsana gəldikdə isə, bizim qeyri-ixtiyari və tələsik hərəkətlərimiz intuisiyaya daha yaxındır. Təsadüfi deyil ki, insan istisna hallara düşdükdə, tez-tez onun haqqında deyirlər: «O, daha çox instinktlə hərəkət etdi, nəinki şüuru ilə». Bəlkə də bu, bizim heyvani mahiyyətimizin qalıqlarıdır...


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 3046   Tarix: 11 sentyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Troya müharibəsi həqiqətən olubmu?

Qədim yunan əfsanəsinə görə, Troya müharibəsi troya şahzadəsi Parisin evli olan Sparta gözəli Yelenaya aşiq olması ilə başlayıb. Yelenanın əri Menelay bunu öyrənəndə qisas almağa qərar verir. Qaynarinfo "Sky News"a istinadən xəbər verir ki, Menelay - Sparta şəhər-dövlətinin hökmdarı - Troyay

08.12.2025 451
.

Bir kiloqramının qiymətinə 6 kilo ət almaq olar - Buna görə bahadır

Azərbaycana əsasən Türkiyənin Qaziantep bölgəsindən gətirilən fıstıq (Antep fıstığı) kəskin bahalaşıb. Hazırda bazarlarda bu məhsulun 1 kiloqramı orta hesabla 48-50 manata satılır. Bəzi çərəz mağazalarında, eləcə də marketlərdə qablaşdırmadan və növdən asılı olaraq, hətta kilosu 70-100 manat qiymət

06.12.2025 349
.

Donmuş balığı xarab etmədən necə əritmək olar?

Donmuş balığın buzunu əridəndə tələsmək lazım deyil. Bu proses zaman və səbr tələb edir. Ərimə nə qədər yavaş baş verərsə, məhsulun keyfiyyəti bir o qədər az itkiyə məruz qalır. Balığı necə düzgün ərimək olar?. xəbər verir ki, ən sadə və təhlükəsiz üsullardan biri dondurucudan balığı çıxarıb soyuducuy

07.12.2025 264
.

Bu saatlardan dünyada 1 dənədir - Fotolar

Türkiyənin İstanbul şəhərində yerləşən, Milli Saraylar İdarəsinə məxsus Topqapı Sarayının daxilində "Saat Muzeyi" açılıb. Muzeydə bəziləri dünyada tək nümunə olmaqla 300-dən çox saat sərgilənir. "Qafqazinfo" "TRT Haber"ə istinadən xəbər verir ki, Osmanlı sultanlarının yaşadığ

02.12.2025 456
.

Həkimlər evə yolladı, süni intellektdən soruşdu - dərhal xəstəxanaya qaçdı

Norveçdə yaşayan 49 yaşlı kişi şiddətli qarın ağrısı ilə xəstəxananın Təcili yardım şöbəsinə müraciət edib. İlkin müayinədən sonra həkimlər onun vəziyyətinin ciddi olmadığını bildirərək mədə turşuluğuna qarşı dərman yazıb evə göndəriblər. Lakin ağrıları səngiməyən xəstənin həyatını bu dəfə süni intellek

07.12.2025 578
.

Hər bir insanın həyatındakı ən təhlükəli il

Uzunömürlülük üzrə mütəxəssis Den Byuttner təqaüdə çıxma ilinin hər kəsin həyatında ən vacib il olduğunu bildirib. BİG.AZ xəbər verir ki, o, bu dövrün təhlükələrini izah edib. Byuttner xəbərdarlıq edib ki, təqaüdə çıxma ilində ölüm nisbətləri əhəmiyyətli dərəcədə artır. Bu dövrdə insanlar narahatlıq

01.12.2025 498
.

Tarixdəki ən böyük ilan: O, avtobusdan uzun olub

Müasir Kolumbiya ərazisində bir zamanlar şəhər avtobusundan uzun və kiçik bir avtomobildən daha ağır olan bir ilan yaşayıb. O, dinozavrlardan sonra bu mənzərədə hökmranlıq edib. Qaynarinfo xəbər verir ki, Rutqers Universitetinin evolüsion bioloqu Skott Trevers "Forbes" üçün yazdığı məqaləsind

06.12.2025 285
.

Dünyanın iki paralel sistemə bölünəcəyi proqnozlaşdırıldı: NATO-dan xəbərdarlıq

NATO-nun Hərbi Komitəsinin keçmiş rəhbəri admiral Rob Bauer xəbərdarlıq edib ki, bir neçə ildən sonra dünya BMT-nin rəhbərlik etdiyi mövcud sistemin səmərəsizliyi səbəbindən iki paralel sistemə bölünə bilər. xəbər verir ki, hərbçi bunu Dohada keçirilən forumda deyib. Yayım tədbirin veb-saytı ilə aparılıb

07.12.2025 256
.

Hüquqi xidmətlər Xidmetler.az saytında

Xidmətlər saytı -ın Hüquqi Xidmətlər bölməsində özünüzə vəkil tuta və ya işinin peşəkarı olan hüquqşünas tapa bilərsiniz!. Hər kəs düşdüyü çətin, xoşagəlməz hallarda hüquqi yardım əldə etmək istəyir. Bunun üçün yaxşı vəkil tapmaq lazım gəlir. sizə digər xidmətlərlə yanaşı, hüquqi xidmətlərdə də kömə

12.12.2025 517
.

TOP MP3