Ana müqəddəsdir, bəs surana necə?

Ana müqəddəsdir, bəs surana necə?"Bu vaxta qədər 500 ailəmiz xaricdə surana hesabına övlada sahib olub"

Niyə surroqatlara ehtiyac yarandı?

Ən əvvəl qeyd edim ki, tibbi kəşf və yeniliklərin çoxunun əsasında insanın üzünü güldürmək, onu qeyri-mümkündən azad etmək amilləri durur. Baxmayaraq ki, bəzi hallarda bu yeniliklərdən bədniyyətli insanlar öz əməllərini həyata keçirmək üçün istifadə edirlər. Elə bu günün özündə karyera arzusu ilə yaşayan, fiziki, estetik çəhətdən bədənin deformasiyaya uğramasını istəməyən qadınların bir qismi surana axtarışına çıxırlar. Bu isə analıq hissinə xəyanətdən başqa bir şey deyil. Məhz bu səbəbdən psixoloqların çoxu suranalığı müsbət qarşılamır.

Surroqat analıq məsələsinin əsasında sonsuzluq problemi yaşayan insanlara övlad sevinci bəxş etməkdir. Bu proses reproduktiv texnologiya sayəsində həyata keçirilir. İki insanın-qadın və kişinin toxumlarından sünü mayanlandırılmış embrion üçüncü şəxsin –qadının bətnində böyüyüb başa çatır. Başqa sözlə, həmin qadının bətni kirayəyə götürülür. Elə surroqat sözü də (subroqare-latıncadan) "təmin etmək" deməkdir. Bu məfhum haqqında kirayə bətn götürmə, donor hamiləlik, embrion transplantasiyası kimi ifadələr də səslənir. "Daşıyıcı analıq" söz birləşməsinin istifadəsi isə daha etik səslənir. Birgə razılaşma əsasında daşıyıcı ananın dünyaya gətirdiyi körpə bioloji valideynlərinə qaytarılır. Kifayət qədər maraqlı, qəliz və başgicəlləndirən məsələ olsa da, artıq illərdir bir çox ölkədə bu vəziyyət leqallaşıb.

İlk surroqat ana 1977-ci ilin noyabrında britaniyalı araşdırmaçıların uzun müddətli sınaqlarından sonra "meydana gəlib". Bioloq Robert Edvards və ginekoloq Patrik Steptoy qadın bətninə hazır embrion yerləşdiriblər. İlk surroqat anada hamiləlik davam etdi və həmin qadın 1978-ci ilin iyulunda dünyaya Linza adlı körpə gətirdi. Ardınca 1980-cı ildə Avstraliyada, 1981-ci ildə ildə isə ABŞ-da, 1986-cı ildə isə Moskvada alim Boris Lionovun rəhbərliyi ilə uğurlu surroqat əməliyyatları keçirildi.

Ana müqəddəsdir, bəs surana necə?Hindistan surroqatların "vətəni"dir

Bu gün dünyanın 15%-i sonuzluqdan əziyyət çəkir. Bu problemi daha çox qadınlar yaşayırlar. Bəzi hallarda ailənin hər iki fərdi övlada sahib olmaqdan məhrum olur. Tibbin bütün imkanlarından bəhrələnən cütlüklər çarəsiz qaldıqda surroqat ana axtarmağa başlayırlar. Dünyada bu imkanları təklif edən çoxlu ixtisaslaşmış mütəxəsislər, klinikalar fəaliyyət göstərir. Amma heç də qabaqcıl dünya ölkələrində bu posedur rahatca həyata keçirilmir və ya suranalara münbit şəraət yaradılmır.

ABŞ-ın başda Koliforniya olmaqla yalnız səkkiz ştatında suranaların həyat tərzi qanunla tənzimlənir, digər bölgələrdə isə bu məsələ qəti qadağandır. Qadağalara səbəb isə bir neçə il əvvəl bir qrup suruşaqların etiraz etməsi olub. Onların tələbi suranalarını axtarıb tapmaq və onlarla görüşmək imiş. Elə bu səbəbdən diğər ştatlar da israrla bu məsələni qanuniləşdirməyə cəhd etmir.

Dünyanın aparıcı dövlətləri olan Fransa, Yaponiya, İnğiltərə, Türkiyə də suranalıq qadağan olunub. Yəni, surananın toxunulmazlığı qəbul olunur, amma uşaq dünyaya gəldikdə qeydiyyata surananın övladı kimi düşür. Daha sonra hüquq çərçivəsində bioloji valideynlər həmin uşağı övlad himayəyə götürmək adı ilə alırlar. Avstraliyada isə 2006-cı ildə sonsuz olan senator Stefan Konoy və xanımının bu yolla uşağa sahib olmaq istəyi qadağaları "yumşaldıb."

Bu gün Hindistan üçüncü şəxsin yolu ilə dünyaya uşaq gətirmək məsələsində qabaqcıl ölkə hesab olunur. Dövlət 2002-ci ildə məsələni qanun ilə rəsmiləşdirib. Hətta burada xüsusi nüfuzlu mərkəzlər, mütəxəsislər fəaliyyət göstərirlər. Hindistanda suranaların ümumi gəliri ildə 445 milyon dollar təşkil edir. Hindli suranalar lazımı, vacib tibbi müayinələrdən keçdikdən sonra bu statusu alır. Ölkənin bu sahənin "cənnət"i olmasında bir səbəb də var. Bu da ABŞ-da suranaya sərf olunan məbləğ 100.000 dollar olduğu halda, burada 10 min olmasıdır. Bu məbləğin 8-9 mini suranaya xidməti qarşılığında verilir, qalanı isə tibbi prosedurlara xərclənir. Bu səbəbdən xüsusən qərb ölkələrindən övlad istəyi ilə bura gələn insanlar çoxluq təşkil edir.

Ana müqəddəsdir, bəs surana necə?Rusiya suranalarını artırır

Rusiya Federasiyasında da suranalıq reproduktiv sağlamlığın vacib hissəsi kimi qəbul olunub və hazırda dövlət qanunları ilə tənzimlənir. Bu məsələ 2003-cü ildə həm "Ailə məcəlləsi"ndə, həm də "Vətəndaş vəziyyəti aktlarının qeydiyyata alınması" Qanununda xüsusi müddəalarında əksini tapıb. Hazırda təkcə internet yolu ilə surana elanlıarını nəzərdən keçirməklə, Rusiyada bu sahənin əməlli-başlı "çiçəkləndiyini" sezmək olar. Hətta ailədə kişilərin təşşəbbüsü ilə həyat yoldaşı qazanc məqsədiylə suranalığa təhrik olunur. Bəlkə də məqalənin əvvəlində söz açdığım bizimki də suranalığın mahiyyətinə varmadan bu xidməti göstərməyə həvəslidir.

Rusiyada suranalığa dəstək məqsədiylə proqram həyata keçirən saysız klinikalar, hətta doğum evləri var. Burada uşaq doğulduqdan sonrakı hüquqi prosedurları reallaşdıran xidmətlər də vardır. Suranaya verilən kompensasiyanın məbləği 20 min dollardan başlayaraq artır.

Nənə də öz nəvəsini dünyaya gətirə bilər

Surroqat anaların missiyası bu gün də müxtəlif qiymətlər alır. Kimi buna peşə, həyat tərzi, kimi başqalarına sevinc verən insan, kimi də gəlir gətirən sahə olaraq izah edir.
Həqiqətən də, bu zamanda etibar amili baxımından bu məsələ özündə qaranlıq məqamları daşıyır. Misal üçün, artıq Rusiyada geniş şəkildə internet yolu ilə yalançı, fırıldaq suranalar ifşa olunur. Onlar arasında yalnız pul qazanmaq məqsədi ilə əvvəlcədən kompensasiyasını alıb aradan çııxan, yaxud hamiləliyin son aylarında bioloji valideynlərin qarşısına yeni maddi tələblər qoyan qadınlardır. Çox nadir halda həmin qadınlar başqasının körpəsini dünyaya gətirdikdən sonra onu vermək istəmir.
Surroqat analığa namizədlik üçün 20 - 35 yaş (bəzi ölkələrdə 18yaş) arasındakı qadınlar daha uyğun hesab olunur. Ana ən azı özü bir övlada sahib olmalıdır. Qadının heç bir xəstəliyi olmamlı, xüsusən də psixoloji problemdən əziyyət çəkməməlidir. Sənədləşmə və embrionun yerləşdirilməsi həmin qadının tam razılığı əldə edildikdən, bu böyük məsuliyyətə hazır olması dəqiqləşdirildikdən sonra aparılmalıdır. Axı surana doqquz ay bətnində əmanət daşıyır. Başqasının övladının sağlamlığı üçün o hər addımında diqqətli olmalıdır.

Ana müqəddəsdir, bəs surana necə?Ən maraqlı cəhət odur ki, surana təkcə kənar qadınlar yox, öz ailəsindən olan zərif cinsin nümayəndəsi də ola bilər. Başqa sözlə, xala, bibi, nənə bu missiyanı boynuna götürüb surroqat analıq edə bilər. Əlbəttə ki, valideyn üçbucağının razılığı nəzərə alınır. Ən azı yaxın insan bioloji valideynlərin mənəvi və maddi cəhətdən rahat olmasına səbəb olur. Yenə də, vəziyyətə münasibət hər cəmiyyətdə müxtəlif qarşılanır.

İlk surroqat nənə ABŞ-da 1987-ci ildə Patrisiya Antoni adlı qadın olub. O, sonsuz olan qızının düz üç uşağını ardıcıl olaraq dünyaya gətirib. Qəhrəman nənə öz nəvələrinə həyat verməklə qızının da ailəsinin dağılmasının qarşısını alıb.

Bu məsələdə bir məqam da var. Standartlara görə, hər qadın bir dəfə surroqat ana ola bilər. Lakin, bəzi qadınların bu günədək dəfələrlə bu "işi" təkrar görməsi məlumdur. Misal üçün, ABŞ-da yaşayan 47 yaşlı Meredit Olafson dünyaya 15 uşaq gətirib ki, onlardan yalnız dördü öz doğma övladlarıdır. On bir uşaq isə surrana olduqdan sonra doğulub. Bu qadın bu gün də tibb yaş həddinə görə izn verməsə də, surana olmağa hazırdır. Meredit ailələrə sevinc verməkdən mənəvi zövq aldığını dilə gətirir.
Yeri gəlmişkən qeyd edim ki, dünyanın məşhur insanları da zamanla suranaların köməyi ilə övlada sahib olublar. Onlar arasında hollivud ulduzları Nikol Kidman, Robert de Nironun adını çəkmək olar. Bu gün yaşlanmış Robert de Niro deyilənə görə üç uşağına da surana köməyi ilə sahib olub.

Ana müqəddəsdir, bəs surana necə?Azərbaycanda bunun tətbiqinə hələ çox var

Bir neçə il əvvəl Milli Məslis "Reproduktiv sağlamlıq və ailə planlaşdırılması" haqqında Qanunun müzakirəsi zamanı suranalıq adlı müddəanı layihədən çıxardı. Məclisdə fikir ayrılığına səbəb olan məsələnin əleyhinə olan deputatlar bu məsələyə ictimaiyyətin hazır olmadığını əsas gətirirdilər. Bu gün də bu məsələ açıq olaraq qalır.

Azərbaycanda real olan odur ki, statistikaya görə ailələrin 13%-ində sonsuzluq problemi mövcuddur. Ailələrin dağılmasında da bu amil xüsusi rol oynayır. Rəsmi məlumata görə, bu vaxta qədər 500-dən çox ailə ölkədən kənarda suranalar hesabına övlada sahib olub.
Azərbaycan doğrudanmı bu barədə qərara hazır deyil, yoxsa nümunə götürdüyü Qərblə hesablaşır, onların qadağasını özününkü hesab edir?

Mütəxəsislərin fikrincə, ildə 10-15 nəfər xaricə suranaların dalınca gedir. Hətta Bakının özündə embrionu yerləşdirmə əməliyyatının gizlincə aparıldığı fikri də səslənir. Məraqlı məqam odur ki, bu sahənin mütəxəsislərinin olması bir tərəfə, heç bəzi ginekoloqlarımız surroqat analıq barədə məlumata belə malik deyillər.

"Təmiz Dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalovaya görə, adı çəkilən məsələ bu gün üçün mümkünsüz kimi görünə bilər. "Ən əvvəl ona görə ki, bu məsələ leqqallaşsa suranalıq xeyriyyəçilik məqsədindən çox kriminal xüsusiyyətlər daşıyacaq. Yenə də qazanc əldə etmək istəyən bir qrup insanlar qadın zorakılığı tətbiq edəcək, dələduzlar ortaya çıxacaq. Bizim ən çox araşdırdığımız məsələ olan qadın, insan alverinin sayı bir az da artacaq. Suranalıqda hüquqi məslələr də vacib rol oynayır. Cəmiyyətin də buna hazır olması gərəkdir. Xüsusən, azərbaycanlı kişilərin bu məsləsinin qəbul etməsi xeyli zaman tələb edir. 1992-ci ildə də bu məsələ ilə bağlı qalmaqal yaşanmışdı. Aparıcı dövlətlərdəki təcrübəyə baxdıqda, orada suranalığın xeyrindən çox ziyanı ilə qarşılaşıblar. Yəqin ki, bizim də dövlət bunları nəzərə alaraq hələlik bu məsələni arxa planda saxlayır." Mehriban xanım nə vaxtsa bizdə azərbaycanlı suranalıarın olmasını da istisna etmir.

"Təmiz Dünya" İctimai Birliyin aparıcı kordinatorlarından olan Yaqut Məmmədzərovanın fikrini də qeyd etmək yerinə düşər. Yaqut xanım deyir ki, birliyə sonsuzluq problemi olan ailələrin müraciəti saysız olur. "Onlar daha çox övlad götürmək istəyində olduqlarını bildirirlər. Biz də onlara hüquqi istiqamət veririk. "Surroqat analıq məslələsi isə yeni terminlərdən biridir. Bizim bir qisim kişilərimiz bu məsələ haqda məlumatsızlıqdan istifadə edirlər. Məsəl üçün, tanışlarımdan birinin həyat yoldaşı başqa yerdə gizli evlənmiş və övladı olub. Məsələ açığa çıxanda, "fərasətli" kişi sonsuz olan əvvəlki arvadına həmin qadını surana kimi təqdim edib. Bu yolla o özünü təmizə çıxarmaq istəyib.

Ginekoloq Aliyə xanıma görə isə, bu məsələ Azərbaycan üçün yad mövzudur. Ola bilər ki, zamanla bu da qəbul olunar. Surananın yardımından istifadə övlad sahibi olanlar üçün ən sonuncu üsul kimi qiymətlidir. Hazırkı dövrdə isə milli xüsusiyyətlərin təsiri, məlumatsızlıq baxımından məsələnin qəbulu çox erkəndir.

Deyilənlərdən belə nəticəyə gəlmək olar ki, cəmiyyətimiz suranalıq məsləsinə hələ ki hazır deyil. Bu zaman tələb edir. Necə ki, beş il əvvəl süni mayallanma məsələsindən danışanda hamı təəccüblə baxırdı. Bu gün isə artıq bir neçə ixtisaslaşmış klinika bu məsuliyyəti öz üzərinə götürüb və onlarla ailə övlad sevincini yaşayır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3840   Tarix: 13 avqust 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024