"Sümükləri gec bitişir, çiyni ağrıyır" - Flora Kərimovanın səhhətindən danışdı

"Sümükləri gec bitişir, çiyni ağrıyır" - Flora Kərimovanın səhhətindən danışdı"Fevral ayında Flora xanım başı gicəlləndiyi üçün yıxılıb çiyin sümüyünü sındırmışdı. Sınan yer hələ də sağalmayıb. Həkimlər əməliyyat etmədilər, bildirdilər ki, yaşı çoxdur, ürəyi tab gətirə bilməz. Problem hələ də qalıb. Qolunu qaldıran kimi çiyini ağrıyır. Yaşı çoxdur deyə sümüklər gec bitişir".

Bunu Musavat.com-a açıqlamasında Xalq artisti Flora Kərimovanın köməkçisi Yaqut İmanova deyib.

O bildirib ki, 85 yaşlı müğənninin səhhəti əvvəlki dövrlərlə müqayisədə nisbətən yaxşıdır:

"Dörd aydır ki, bağa köçmüşük. Həkimlər məsləhət görüb açıq havada gəzsin ki, ayaqları tutulmasın. Yaş öz sözünü deyir. Həkimlər deyir ki, sümükləri bir il ərzində bitişəcək. Bütün günü bağda olur. Quşların səsi onu valeh edir. Ağaclarımız da meyvə gətirir. Yaxın günlərdə Zümrüd də gələcək deyə Flora xanım çox sevinir".

Yaqut İmanova Xalq artistinin gündəlik qrafikini də açıqlayıb:

"Səhər yuxudan duran kimi birlikdə bağı gəzirik. Sonra süfrə açıram, səhər yeməyi hazırlayıram. Daha sonra yenə bağda gəzir və yorulanda internetə girir, xəbərləri oxuyur. Televizora isə ümumiyyətlə, baxmır. Günorta yeməyindən sonra yenə də sosial şəbəkələrdə olur".


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 726   Tarix: 06 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Gülüstan Əliyeva 8 illik fasilədən sonra qayıdır

Əməkdar artist Gülüstan Əliyeva uzun fasilədən sonra yenidən "Leyli" obrazında səhnəyə çıxacaq. Axşam.az xəbər verir ki, bu barədə sənətçi "İncə səhər" verilişində danışıb. Gülüstan Əliyeva tamaşanın yeni quruluşda səhnəyə qoyulduğunu bildirib:. "Səkkiz illik fasilədən sonr

24.10.2026 523
.

Mələkxanım Eyubovanın ailəsində ağır itki

Xalq artisti Mələkxanım Eyubovanın ailəsinə ağır itki üz verib. Axşam.az xəbər verir ki, sənətçinin həyat yoldaşı Xosrovun anası vəfat edib. Bu haqda xanəndənin bloger qızı Nəzrin Nəcəfova sosial şəbəkədə məlumat yayıb. Allah rəhmət eləsin!

18.10.2026 1344
.

Ana olduqdan 9 ay sonra öldü

Müğənni Castin Biberin keçmiş sevgilisi, model Sahara Ray narkotik maddənin həddindən artıq dozada qəbul edilməsindən ölüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, 34 yaşlı Sahara Ray oktyabrın 16-sı böyük dozada narkotik maddə qəbu

20.10.2026 1017
.

"Yeraltı"nın cütlüyündən ilk birgə - Foto

Türkiyəli aktrisa Devrim Özkan ilk dəfə sevgilisi, aktyor Deniz Can Aktaşla birgə çəkilmiş fotosunu instaqram hesabında paylaşıb. Axşam.az xəbər verir ki, o, çimərlikdə birlikdə lentə alınan fotosunu izləyiciləri ilə bölüşüb. Qeyd edək ki, cütlük "Yeraltı" serialından sonra sevgili olub. Onla

31.10.2026 386
.

Halit Ergenç və Məryəm Üzərli Misirdə

Məşhur aktyorlar Halit Ergenç və Məryəm Üzərli Misirdə keçirilən "El Gouna Film Festivalı"na birgə qatılıblar. Axşam.az xəbər verir ki, aktyorlar "İmrozda bahar" filminin dünya premyerasında iştirak ediblər. Ekran işi festivalın 9-cu buraxılışı çərçivəsində təqdim olunub. Qeyd edə

21.10.2026 691
.

Oğlundan danışan Röya: "Səhvlər edir, onu keçirəm"

Xalq artisti Röya Ayxan oğlu Hüseyn Cəlilovdan danışıb. xəbər verir ki, sənətçi yeganə övladının səhvlərini bağışladığını etiraf edib. "Oğluma heç vaxt demirəm ki, sən böyük oğlansan. Səhvlər edir, onu keçirəm. Çünki uşaqdır. Uşaq uşaqlığını yaşamalıdır" -deyə o qeyd edib. Ətraflı videoda:

23.10.2026 840
.

Atası ilə fotosunu paylaşıb bunları yazdı

Xalq artisti Mələkxanım Eyubovanın bloger qızı Nəzrin Nəcəfova atası ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, atası Xosrov Nəcəfovla çəkdirdiyi fotosunu izləyiciləri ilə bölüşüb. Nəzrin paylaşımına "Ürəyimdir, canım atam" şərhini yazıb. Qeyd edək ki, M.Eyubova və X.Nəcəfovun 4 övlad

01.11.2026 634
.

Gülay Zeynallı paylaşımı ilə HAMINI MAT QOYDU - FOTOLAR

Müğənni Gülay Zeynallı sosial mediada paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, müğənni instaqram hesabında yeni görüntülərini izləyiciləri ilə bölüşüb. Gülay görünüşü və yeni tərzi ilə diqqət çəkib. Fotolarda onun anası və qızı da yer alıb. Paylaşıma xoş sözlər yazıblar. Həmin fotoları təqdim edirik

01.11.2026 657
.

"Mən əməliyyatda olanda bacımın ürəyi gedib"

"Oğlum da, qızım da, bacım da etiraz etdi. Hara gedirdimsə, deyirdilər ki, əməliyyat etdirmə. Amma mən qərar vermişdim, özümü buna hazırlamışdım". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli TMB-də qonaq olarkən deyib. Abdominoplastika əməliyyatı keçirən müğənni həmi

31.10.2026 360
.