Bu şəxslər rayondan Bakıya GƏLMƏYƏCƏKLƏR - SƏBƏB
Son illərdə regionların inkişafı istiqamətində müxtəlif layihələr həyata keçirilsə də, rayonlarda işsizlik, aşağı gəlir və gənclərin böyük şəhərlərə üz tutması hələ də aktual problemlərdən biridir. Mütəxəssislər hesab edirlər ki, bölgələrdə iqtisadi fəallığın artırılması və yeni imkanların yaradılması bu tendensiyanın qarşısını almaqda mühüm rol oynaya bilər.
Bəs rayonlarda insanların dolanışığının yaxşılaşdırılması, gənclərin orada qalması üçün hansı addımlar atılmalıdır?
"Globalinfo"ya danışan iqtisadçı Natiq Cəfərli deyib ki, əsas məsələlərdən biri şəhərlə kənd arasındakı fərqlərin minimuma endirilməsidir:
"İnsanların yaşayış yeri seçimi yalnız iqtisadi səbəblərlə deyil, həm də sosial və mədəni imkanlarla bağlı olur. Buna görə də şəhərlər, rayonlar və kəndlər arasında infrastruktur baxımından ciddi fərqlər qalmamalıdır. İnsanlar gələcəklərini planlaşdırarkən təkcə gündəlik ehtiyaclarını deyil, ailələrinin sosial həyatını da nəzərə alırlar. Teatrların, kinoteatrların, mədəniyyət mərkəzlərinin, ictimai tədbirlərin mövcudluğu mühüm amillərdəndir. Bu baxımdan sosial və infrastruktur fərqlərinin aradan qaldırılması vacibdir".
İqtisadçının sözlərinə görə, digər mühüm məsələ iqtisadi imkanlardır:
"Regionlarda iş yerlərinin sayı hələ də kifayət qədər deyil. İnsanların Bakıya üz tutmasının əsas səbəblərindən biri də bütün imkanların paytaxtda cəmləşməsidir. Mənzil təminatı və sahibkarlıq imkanları regionlarda genişləndirilməlidir ki, insanlar yaşadıqları ərazidə rahat şəkildə həyat qura bilsinlər".
Natiq Cəfərlinin fikrincə, kənd təsərrüfatı ilə məşğul olan fermerlərin vəziyyəti də diqqət mərkəzində olmalıdır:
"Fermerlik ağır əmək tələb edən sahədir. Lakin düzgün təşkil olunduqda və müasir yanaşmalar tətbiq edildikdə bu sahə yüksək gəlir gətirə bilər. Bəzi hallarda fermerlik şəhərdəki bir çox peşələrdən daha çox qazanc əldə etmək imkanı yaradır. Bütün bunlarla yanaşı, şəhərlə kənd arasında mövcud olan ictimai və sosial fərqlərin aradan qaldırılması üçün əlavə addımlar atılmalıdır. Kəndlərdə və rayonlarda müxtəlif maraq klublarının, ictimai birliklərin və gənclər təşkilatlarının fəaliyyəti genişləndirilməlidir. Gənclərin aktiv sosial həyata cəlb olunması, onların asudə vaxtının səmərəli təşkili və ictimai proseslərdə iştirakının artırılması regionların inkişafına mühüm töhfə verə bilər".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 883 Tarix: 06 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDərs deyərkən halı pisləşdi, xəstəxanaya yerləşdirildi
Gənc Tamaşaçılar Teatrının aktyoru Rəşad Səfərov xəstəxanaya yerləşdirilib. "Qafqazinfo" xəbər verir ki, ötən gün vəziyyəti pisləşən aktyor özəl klinikaların birinə aparılıb. 48 yaşlı sənətçinin vəziyyəti ilə maraqlanmaq üçün onunla əlaqə saxladıq. R.Səfərov bildirdi ki, hazırda vəziyyəti ötə
17:34 197 "Mercedes" komandasının rəhbəri Bakıya gəlməyəcək
"Mercedes" komandasının rəhbəri Toto Volf Azərbaycan Qran-prisinə qatılmayacaq. -ın xarici mediaya istinadən məlumatına görə, avstriyalı Bakıya getməyəcək və həftəsonu yarışı uzaqdan izləyəcək. Onu komanda rəhbərinin müavini Bredli Lord əvəz edəcək. Volf artıq 2026-cı il mövsümünün bir mərhələsin
19:45 104 Paytaxtda anım gününə həsr edilən ağacəkmə aksiyası keçirilib
Bakı Şəhər İcra Hakimiyyəti və "Regional İnkişaf" İctimai Birliyinin birgə təşkilatçılığı ilə 27 sentyabr - Anım Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Qaradağ rayonunda, Salyan şossesi boyunca keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşlar
12:16 160 Azərbaycanın metallurgiya strategiyası: xammaldan hazır məhsula
"Metallurgiya sahəsinin inkişafına dair Dövlət Proqramının əsas iqtisadi əhəmiyyəti Azərbaycanın xammal ixrac edən ölkədən daha çox əlavə dəyər yaradan sənaye ölkəsinə çevrilməsi baxımından qiymətləndirilə bilər. Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə proqramın 2027-2030-cu illər
12:28 153 Azərbaycanın dağ-mədən sənayesi zəngin tarixə malikdir
Azərbaycan iqtisadiyyatı üçün çox perspektivli sahə olan dağ-mədən və metallurgiya sənayesinin inkişafı ölkə rəhbərliyi tərəfindən diqqət mərkəzində saxlanılır və bununla əlaqədar müvafiq Dövlət Proqramı hazırlanıb. Proqramın hazırlanması ilə bağlı aprel ayında Ölkə başçısı tərəfindən müvafiq Sərənca
14:23 211 Moskva İrəvanın Aİ-yə inteqrasiya kursunu şərh etdi
Rusiya hesab edir ki, Ermənistan Avropaya inteqrasiyanın mümkün təhlükələrini obyektiv şəkildə qiymətləndirir. xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Avropa Problemləri Departamentinin direktoru Vladislav Maslennikov RİA Novosti-yə müsahibəsində bildirib. "Ölkənin inkişaf vektorunu
12:17 150 Prezident Dubay Hakiminə başsağlı verdi
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş naziri və Dubay Hakimi Əlahəzrət Şeyx Məhəmməd bin Rəşid Al Məktuma başsağlığı məktubu göndərib. Qaynarinfo xəbər verir ki, mətndə deyilir:. "Əlahəzrət,. Qardaşınız - görkəmli dövlət xadimi Şeyx Əhməd bin Rəşid Al Məktumu
17:16 153 Şirkətlərinin 13 milyondan çox borcu olan iş adamının Azərbaycandan çıxışına QADAĞA
Külli miqdarda vergi borcu olan daha bir iş adamının Azərbaycandan çıxışına məhdudiyyət qoyulub. -ın əldə etdiyi xəbərə görə, ölkədə fəaliyyət göstərən bir şəxsə məxsus iki şirkətin dövlət büdcəsinə ümumilikdə 13 milyon 573 min 784 manat vergi borcu yaranıb. Borcların ödənilməsi barədə dəfələrlə şirkətlər
19:30 114 Dağ-mədən sənayesinin inkişafında yeni mərhələ: Zəngin resurslar iqtisadi gücə çevrilir
Dağ-mədən sənayesi Azərbaycanın iqtisadi potensialının mühüm istiqamətlərindən biri olmaqla yanaşı, qeyri-neft sektorunun inkişafında da əhəmiyyətli rol oynaya bilər. Ölkəmizin zəngin mineral-xammal bazası, əlverişli coğrafi mövqeyi və sənaye potensialı bu sahənin daha geniş miqyasda inkişaf etdirilməs
14:37 197