Qiyməti 2 manatdır - Dünya buna görə AZƏRBAYCANA AXIŞIB

Qiyməti 2 manatdır - Dünya buna görə AZƏRBAYCANA AXIŞIB"Şirvan torpağının südü bərəkətli, motala basılmış şoru və pendiri elə ləzzətlidir ki, Şərqin heç bir diyarında belə nemət tapılmaz".

(Evliya Çələbi)

Şamaxı tarixən üzümü, şərabı, narı, məşhur yeməkləri - qovurma, kələpur, şirvan qutabı və s. ilə dillər əzbəri olub. Bəs niyə Şamaxı deyiləndə şor yada düşür?

Şor farsca "duzlu" deməkdir. Lakin tarixi sənədlərdə bu nemətin adı "ağrımışıl" (ağrımışıq) kimi yazılıb. Zamanla fars sözü onu işləklikdən "məhrum" edib.

Şor orta əsr Fransasında kəsmik "viande des pauvres" - "kasıb kişi əti" adlanırdı. Oxşar yanaşma Avropa və Slavyan xalqlarında da olub. Bəs yaxşı Asiya və Avropa ölkələrində minlərlə insanın aclıqdan xilas edən şorun Şamaxı ilə nə əlaqəsi ?

Qeyd edim ki, yaşı 3 min ilə çatan Şamaxı barədə qədim xəritələrdə və səyyahların qeydlərində məlumatlar var. Şamaxı təkcə mədəniyyət mərkəzi, paytaxt olmaqla yanaşı qədim İpək Yolu üzərində yerləşən böyük ticarət mərkəzi olub.Buradan keçən səyyahlar, tacirlər və qonaqlar Şamaxı süfrələrinin ayrılmaz hissəsi olan bu ağartı məhsullarını dadıb, özləri ilə Avropa və Asiya ölkələrinə aparıblar. Motalda sıxılaraq suyu tam çıxarılan, bol duzlanan Şamaxı şoru həm aylarla qala bilir, həm də karvanbaşı və səyyahların, zəvvarların əsas yol azuqəsi rolunu oynayırdı.

Məhz əminliklə qeyd edirəm ki, bu gün şor adlanan ağrımışılın (ağrımışıq) vətəni Şamaxı şəhəridir. Çünki Şamaxı paytaxt olmaqla Şirvan barədə kifayət qədər mənbələr var.

Tarixin bütün dövrlərində Şamaxıya gələn Avropa və Şərq səyyahları, məsələn, Adam Oleari, Evliya Çələbi, Əl-Məsudi, İbn Hövqəl və digərləri Şamaxıda hazırlanan, uzun müddət xarab olmadan qalan xüsusi "torba şorları" və "motal pendirləri" barədə yazıblar. Onların qeydlərində "süd və ağartı şəhəri" kimi fikirlərə də rast gəlmək olur. Hətta bəzi müəlliflər "Şirvan" adını fars dilindəki "şir" (süd) sözü ilə bağlayıblar ki, onlara görə bu coğrafiya "Süd ölkəsi" olaraq adlanıb.

XIX əsrdə Çar Rusiyasının Qafqazla bağlı "Кавказский календарь" sənədlərində və quberniya hesabatlarında Şamaxının ağartılarının dadı və keyfiyyəti barədə qeydlər var.

Belə qeydlər içərisində xüsusilə kərəli şor və motal şoru önə çıxarılır.

Niyə məhz Şamaxı?

Bu sualın cavabı çox sadədir. Paytaxt şəhərdə hər zaman ən keyfiyyətli məhsula tələbat böyük olur. Ətraf kəndlərin sənətkar heyvandarları saray elitasına və zəngin tacirlərə məhsul bəyəndirmək üçün şor və pendir istehsalını sadəcə dolanışıq deyil, yüksək sənətkarlıq səviyyəsinə qaldırmışdılar.

Məhz Şamaxı da qədim bir şəhər olduğu üçün burada gələn qonaqlara və saraya yüksək keyfiyyətli məhsullar içərisində ağartılar, xüsusilə də şor olub.

Xüsusilə də Xançoban elinin məhsulları hər zaman seçilən olub ki, digərləri də onlarla rəqabət aparmaq üçün ağartı məhsullarının keyfiyyətin yüksək ediblər. Bəzi mənbələrdə Şamaxı yaxınlığında Şor-baçı adlı məntəqənin də adına rast gəlmək olar.

Şamaxıya daxil olan ərazilərdə dulusçuluq və digər sənətkarlıq nümunələri çox məşhur olub və buna görə də dünyada ilk dəfə məhz burada şorun nəmbalansını qorumaq üçün onu "küpə basmaq" texnologiyasından istifadə edilib. Bu da bir daha təsdiq edir ki, bura dünyada şorun istehsal edilən ilk mərkəzlərindən biri olub.

Şamaxı tarixən təkcə siyasi deyil, həm də böyük bir təsəvvüf mərkəzi olub. Şəhər ətrafındakı qədim dərviş xanəgahlarında və təkyələrdə meditasiya edənlər sadə, dözümlü və minimal qidalara müraciət ediblər..

Məhz buna görə də "Şamaxı şoru" ifadəsinin tarixi kökləri, texnologiya sirləri, səyyahların qeydləri və burda olan İpək yolu qonaqlarının yazıları ilə bağlıdır. Bu bir daha sübut edir ki, Azərbaycan coğrafiyasında yüksək mədəniyyətlə yanaşı, mətbəx də qədim olub.

Prof.Dr. Zaur Əliyev
Globalinfo


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 560   Tarix: 07 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Süni intellekt heyvanların sayımında alimlərə kömək etdi

Süni intellekt təbiətin və heyvanların qorunması sahəsində yeni imkanlar yaradıb. xəbər verir ki, "Reuters"in araşdırmasına görə, texnologiya 200 min vəhşi təbiət fotosunu cəmi bir neçə saata təhlil edərək alimlərə heyvanların sayını müəyyənləşdirməyə kömək edib. Süni intellekt həmçinin meş

08.11.2026 280
.

Şabalıd soyarkən çətinliyə son: Küçə satıcılarının gizli fəndı

Qış aylarının vazkeçilməz ləzzəti olan şabalıdı sobada və ya tavada bişirərkən qabığının ətinə yapışması və soyularkən parçalanması çətinlik yaradır. xəbər verir ki, şabalıdların lokum kimi yumşaq bişməsini və qabığının tək bir toxunuşla soyulmasını təmin edən əsas formul qənd imiş. Kəsilmiş şabalıdlar

07.11.2026 393
.

Evakuator xidməti və daşınma xidməti

Avtomobil və yüklərin daşınması üçün Evakuator xidməti göstərilir. Evakuator xidmətinə həm avtomobillərin həm də yüklərin daşınması daxildir. Avtomobil istifadə edənlər bilir ki bəzən avtomobillərdə olan texniki problem və digər xoşagəlməz hadisə zamanı sizi yolda qoya bilir. Bu zaman evakuasiya xidmət

09.11.2026 254
.

Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı

İngiltərədə bir kolleksiyaçının cəmi 15 sterlinqə aldığı sınıq və qapaqsız çaydanlığın ABŞ-da istehsal edilmiş ən qədim çini nümunələrindən biri olduğu üzə çıxıb. Təxminən 30 ildir keramika kolleksiyası toplayan alıcının diqqətini çəkən tarixi əşya hərracda 575 min sterlinqə satılıb. Çaydanlıq Nyu-Yorkdak

07.11.2026 356
.

Meqan Marklın atası həbs edildi

Meqan Marklın atası Tomas Marklın ABŞ Federal Təhqiqat Bürosu (FBI) tərəfindən saxlanıldığı iddia olunur. Axşam.az xəbər verir ki, "Daily Mail" nəşrinin məlumatına görə, 82 yaşlı kişi Floridada, demensiya xəstələri üçün nəzərdə tutulan xüsusi qayğı müəssisəsində cümə günü səhər saatlarınd

07.11.2026 354
.

Masaj hansı problemlər zamanı tətbiq edilir?

Masaj bədəndə gərginlik, əzələ sərtliyi və hərəkət zamanı yaranan narahatlığın azalmasına dəstək məqsədilə seçilir. Tətbiq üsulu problemin olduğu nahiyəyə və şəxsin vəziyyətinə uyğun müəyyən edilməlidir. Boyun və çiyin gərginliyində masaj nə üçün seçilir?. Boyun və çiyin nahiyəsində sərtlik uzun müddə

11.11.2026 183
.

Hüquqi xidmətlər Xidmetler.az saytında

Xidmətlər saytı -ın Hüquqi Xidmətlər bölməsində özünüzə vəkil tuta və ya işinin peşəkarı olan hüquqşünas tapa bilərsiniz!. Hər kəs düşdüyü çətin, xoşagəlməz hallarda hüquqi yardım əldə etmək istəyir. Bunun üçün yaxşı vəkil tapmaq lazım gəlir. sizə digər xidmətlərlə yanaşı, hüquqi xidmətlərdə də kömə

10.11.2026 1096
.

Dünyanın ən kiçik avtomobili hərracda satılacaq

"Ginnesin Rekordlar Kitabı"na dünyanın ən kiçik kütləvi istehsal olunan avtomobili kimi düşən "Peel P50" hərraca çıxarılır. "Qafqazinfo" xəbər verir ki, Böyük Britaniyanın Uorvikşir şəhərindəki "Iconic Auctioneers" hərrac evi tərəfindən satılacaq 1964-cü il istehsal

06.11.2026 554
.

111 mindən çox hörümçəyin yaşadığı nəhəng tor aşkarlandı

Yunanıstan və Albaniya sərhədində yerləşən kükürdlü mağarada 106 kvadratmetr sahəni əhatə edən nəhəng hörümçək toru aşkar edilib. xəbər verir ki, araşdırmaya görə, burada iki fərqli növə aid 11 mindən çox hörümçək yaşayır. Bu növlər adətən tək yaşasalar da, mağarada birlikdə böyük koloniya yaradıblar

08.11.2026 320
.