Eyni avtomobildə kimisi rahat yol gedir, kimisi ürəkbulanma yaşayır - Səbəbi nədir?
Bəzi insanlar avtomobildə saatlarla kitab oxuya və telefondan istifadə edə bildiyi halda, digərlərində səfərin ilk dəqiqələrindən ürəkbulanma, başgicəllənmə və soyuq tər kimi əlamətlər yaranır. Hərəkət xəstəliyi adlanan bu hal təkcə avtomobildə deyil, dəniz və hava nəqliyyatında da müşahidə olunur.
BiG.AZ xəbər verir ki, bu barədə Türkiyənin TRT Haber telekanalı məlumat yayıb.
Sultan Abdülhamid Han Təhsil və Araşdırma Xəstəxanasının qulaq-burun-boğaz xəstəlikləri üzrə mütəxəssisi, professor İbrahim Engin Çekin bildirib ki, hərəkət xəstəliyi insanın hərəkəti və ətrafındakı obyektləri qavrama sistemlərinə daxil olan siqnalların bir-biri ilə uyğunlaşmaması nəticəsində yaranır. Bu zaman ürəkbulanma, qusma, başgicəllənmə, soyuq tərləmə və baş ağrısı kimi əlamətlər meydana çıxa bilər.
Mütəxəssisin sözlərinə görə, bu hal adətən 5-6 yaşlarında başlayır və yeniyetməlik dövrünə qədər azalmağa meyilli olur. Lakin bəzi insanlarda daha uzun müddət davam edir, hətta tamamilə keçməyə bilər. Hərəkət xəstəliyinə qadınlarda kişilərlə müqayisədə 1,7 dəfə daha çox rast gəlinir.
Professor qeyd edib ki, nəqliyyat vasitəsində oturulan yer də mühüm rol oynayır. Hərəkətin daha az hiss edildiyi orta və ön hissələrdə əyləşmək narahatlığı azalda bilər. Bundan başqa, kəskin qoxulardan, əlavə səs və vibrasiyadan uzaq durmaq, səfər günü həddindən artıq ac qalmamaq və yağlı qidalar qəbul etməmək tövsiyə olunur.
Çekinin sözlərinə görə, müəyyən müddət ərzində nəqliyyat vasitələrinə tədricən uyğunlaşmaq da simptomların azalmasına kömək edə bilər. Lakin tədbirlərə baxmayaraq şikayətlər davam edərsə, xüsusilə pilot və dənizçilər kimi peşə sahiblərində dərman müalicəsinə ehtiyac yarana bilər.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 67 Tarix: 27 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşYuxular qeydə alınacaq - Film kimi izləyəyəcəyik
Yaponiyalı alimlər yuxuların şifrəsinin açılması istiqamətində ilk addımı atıblar. BİG.AZ -ə istinadən bildirir ki, ATR institutunun əməkdaşları funksional MRT və maşın öyrənməsi texnologiyasından istifadə edərək insanların yuxuya gedərkən gördükləri obyektlərin kateqoriyalarını müəyyənləşdirməyə çalışıblar
25.11.2026 375 "Evdə tək" filmi qayıdır
Aktyor Makoley Kalkin məşhur "Evdə tək" filminin yeni hissəsində çəkiləcək. Axşam.az xəbər verir ki, yeni ekran əsərində hadisələrin yetkin "Kevin MakKallister"in həyatından bəhs edəcəyi gözlənilir. Aktyorun daha əvvəl səsləndirdiyi ideyaya əsasən, Kevin bu dəfə ata obrazında tamaşaçıları
21.11.2026 358 Saat əqrəbi niyə sağa doğru hərəkət edir?
Hər gün dəfələrlə baxdığımız saatların əqrəbləri niyə soldan sağa doğru hərəkət edir? . Saatlar həyatımızın ayrılmaz hissəsidir. Evlərdə, iş yerlərində, məktəblərdə və telefon ekranlarında daim qarşımıza çıxan saatlar zamanı eyni istiqamətdə hərəkət edən göstəricilərlə ifadə edir. Saatın kiçik və böyü
23.11.2026 397 Özünü tənha hiss edənlərin yarısı bu risklə üz-üzədir
Xroniki tənhalıq 65 yaşdan yuxarı insanlarda demensiya (yaddaş zəifliyi) riskini 38 faiz artırır. "Qafqazinfo"nun xəbərinə görə, Fransanın Bordo Universitetinin alimləri tərəfindən aparılan 30 illik araşdırmanın nəticələri bunu deməyə əsas verir. "Aging & Mental Health" jurnalınd
20.11.2026 512 Məhv olsa da, yenidən canlana bilən bitki
Aylarla susuz qala bilməsinə baxmayaraq həyat qabiliyyətini qoruyan diriliş bitkisi su ilə təmas etdikdə yenidən açılaraq görənləri heyrətləndirir. bunu xarici mediaya istinadən xəbər verir. Quraq bölgələrdə yetişən bu qeyri-adi bitkinin sağ qalma mexanizmi alimlərin də diqqətini cəlb edir. Təbiətd
20.11.2026 635 Dünyanın ən dadlı pendiri hansı ölkədə hazırlanır?
Dünyanın müxtəlif ölkələrindən olan pendir istehsalçılarının qatıldığı nüfuzlu beynəlxalq müsabiqənin qalibi müəyyənləşib. Dünyanın ən nüfuzlu pendir müsabiqələrindən biri hesab olunan "World Cheese Awards 2026"nın nəticələri açıqlanıb. -ın xarici mediaya istinadən məlumatına görə, bu il müsabiqəni
22.11.2026 352 Qaza qənaət üçün kombi neçə dərəcədə olmalıdır?
Qış aylarında evin isti olması ilə yanaşı, qaz xərclərinə qənaət etmək də vacibdir. Bir çox insan mənzili daha tez isitmək üçün kombinin temperaturunu maksimum həddə qaldırır. Lakin mütəxəssislər bildirirlər ki, bu üsul heç də həmişə qənaətli deyil. xarici mediaya istinadən xəbər verir ki, kombinin optima
22.11.2026 524 İnsan öləndən sonra bədənində hansı dəyişikliklər baş verir?
İnsan həyatını itirdikdən sonra onun bədənində bir sıra bioloji və fiziki dəyişikliklər başlayır. Ürəyin dayanması, qan dövranının kəsilməsi və hüceyrələrin oksigensiz qalması orqanizmdə ardıcıl proseslərə səbəb olur. Bəs insan öldükdən sonra bədənində ilk olaraq nə dəyişir? Bu proseslər hansı ardıcıllıql
22.11.2026 348 Uşaqlığını televizor qarşısında keçirən insanların imtina edə bilmədiyi 8 vərdiş
Uşaqlıqda televizor qarşısında təkbaşına yemək yeməyə alışan insanlar yetkin yaşlarında həddindən artıq qidalanmağa daha çox meyilli ola bilərlər. xarici mediaya istinadən xəbər verir ki, uşaqlıq dövründə formalaşan vərdişlər insanın davranışlarına hətta yetkin yaşlarında da təsir göstərə bilər. Xüsusil
22.11.2026 330