Niyə sarı çiçəklər ayrılıq simvolu hesab olunur?

Niyə sarı çiçəklər ayrılıq simvolu hesab olunur?Güllər sevgi, sədaqət və xoşbəxtliyin rəmzi hesab olunur. Lakin qədim inanclara görə, bəzi çiçəklər ayrılıq, xəyanət və mübahisə ilə əlaqələndirilir. Hətta hədiyyə edilən gülün rənginin və nə qədər tez solmasının münasibətlərin gələcəyi haqqında xəbər verdiyinə inananlar var.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, ən geniş yayılmış inanclardan biri sarı qızılgül və lalələrlə bağlıdır.

Qədim yozumlara görə, sevgilinin hədiyyə etdiyi sarı güllər ayrılığın yaxınlaşdığını bildirir. Buna görə də bəzi insanlar sarı çiçəkləri romantik münasibətlərdə uğursuzluq əlaməti hesab edirlər.

Sarı qızılgüllərlə bağlı xəyanət əfsanəsi də mövcuddur. Rəvayətə görə, bir kişi həyat yoldaşının sədaqətindən şübhələnib. Ona qadından qırmızı qızılgülləri suya atmasını istəmək məsləhət görülüb. Güllər saraldıqda kişi bunu xəyanətin sübutu kimi qəbul edib.

XIX əsrdə yayılan çiçək lüğətlərində də güllərin rənglərinə xüsusi mənalar verilib. Keyt Qrinueyin "Çiçəklərin dili" kitabında sarı qızılgül sönməkdə olan sevgi və ya qısqanclıq, sarı lalə isə ümidsiz məhəbbət rəmzi kimi təqdim olunub. Lakin bu yozumlar əsasən Viktoriya dövrünün ənənələrinə aiddir. Müasir dövrdə sarı qızılgüllər daha çox dostluq, sevinc və xoş münasibət əlaməti kimi hədiyyə edilir.

Hədiyyə edilən gül tez solarsa, nə deməkdir?

Xalq inanclarına görə, hədiyyə edilən gül çox tez solarsa, bu, onun səmimi niyyətlə verilmədiyinə işarədir. Bəzi insanlar bir gülün günlərlə təravətli qalmasını sevginin gücü, digərinin ertəsi gün solmasını isə münasibətlərdəki soyuqluqla əlaqələndirirlər.

Qızılgülün tikanı ilə bağlı da maraqlı inanc var. Deyilənə görə, hədiyyə edilən gülü açarkən tikan barmağı deşərsə, bu, gülü verən şəxslə mübahisə yaşanacağından xəbər verir. Əslində isə güllərin tez solması onların təzəliyindən, saxlanma şəraitindən və suyun keyfiyyətindən asılıdır.

Evdə mübahisə yaratdığına inanılan bitkilər

Bəzi inanclarda sarmaşığın hədiyyə edilməsi ailədə mübahisələrə və hətta ayrılığa səbəb ola biləcək əlamət sayılır. Oxşar mənalar hoya bitkisinə də aid edilir. Xalq arasında bu bitkiyə bəzən "dul qadının göz yaşları" adı verilir.

Britaniya folklorunda isə sarı çiçəkləri olan tikanlı uleks kolu ilə bağlı maraqlı deyim mövcuddur. İnanclara görə, bu bitki çiçək açdığı müddətdə sevgilini öpmək olar. Uleksin bəzi çiçəkləri qışda da açdığı üçün zarafatla öpüş mövsümünün demək olar ki, bütün il davam etdiyi bildirilir.

Çobanyastığı ilə sevgi falı necə açılır?

Sevgi ilə bağlı ən məşhur inanclardan biri çobanyastığı falıdır. Bunun üçün bir çobanyastığı götürülür və ləçəkləri növbə ilə qoparılır. Birinci ləçəkdə "sevir", ikinci ləçəkdə "sevmir" deyilir. Sonuncu ləçəkdə hansı sözün səslənməsindən asılı olaraq qarşı tərəfin hissləri haqqında nəticə çıxarılır.

Bu ənənə müxtəlif ölkələrdə uzun illərdir mövcuddur. Xüsusilə gənclər arasında əyləncə xarakterli sevgi falı kimi tanınır.

Xaşxaş ləçəyi ilə sədaqəti yoxlayırdılar

İsveçrənin bəzi kəndlərində isə keçmişdə sevgilinin sədaqətini xaşxaş ləçəyi ilə yoxlamağa çalışırdılar. Bunun üçün bir ləçək sol ovucun içinə qoyulur, sağ əllə onun üzərinə vurulurdu. Ləçək kəskin səslə partlayarsa, bu, sədaqət əlaməti hesab edilirdi. Əgər ləçək bütöv qalardısa, xəyanət şübhəsi yaranırdı.

Maraqlıdır ki, oxşar fal üsulu Qədim Yunanıstanda da mövcud olub. Bizans dövrünə aid "Suda" lüğətində xaşxaş və ya anemon ləçəyi vasitəsilə sevgi hisslərinin yoxlanılması haqqında məlumat verilir. Həmin dövrdə də ləçəyin ovucda səs çıxarması müsbət əlamət sayılırdı.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 111   Tarix: 26 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ukraynaya Eurofighter tədarükü İtaliyada mübahisələrə yol açıb

İtaliyanın Ukrayna Silahlı Qüvvələrinə Eurofighter qırıcı təyyarələri göndərməyi planlaşdırması ölkənin hərbi rəhbərliyinin siyasətinə yönələn tənqidlərə səbəb olub. xəbər verir ki, bu barədə Belluno şəhərində yerləşən UniDolomiti Universitetinin dosenti, beynəlxalq münasibətlər üzrə italyan ekspert

10:55 212
.

Fermer ucuz satır, istehlakçı baha alır: Aqrar siyasətdə nə baş verir?

Rayonda 50 qəpiyə satılan meyvənin Bakıda 5-6 manata qədər bahalaşmasını yalnız logistika problemi ilə izah etmək düzgün deyil. Əlbəttə, məhsulun kənddən şəhərə daşınması, yanacaq, saxlama, qablaşdırma və məhsul itkisi kimi xərclər son qiymətə təsir göstərir. Lakin 50 qəpiklə 6 manat arasında bu qədə

15:19 151
.

Özcan Dəniz ifadəsində əmlaklarının sayını açıqladı

Xəbər verdiyimiz kimi, sərbəst buraxılan məşhurlar arasında türkiyəli müğənni Özcan Dəniz də yer alıb. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ifaçının narkotik istintaqı çərçivəsində verdiyi ifadə üzə çıxıb. Məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılan sənətçi ittihamları rədd edib. Təxminə

12:06 267
.

Şirkət rəhbəri həbs olundu - Hovuzlu evlər vəd edirdi...

Bakıda 19 nəfərə qarşı dələduzluq edən şirkət rəhbəri polisə daxil olan çoxsaylı şikayətlər əsasında həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, "T-Group" MMC-nin direktoru Teymur Məhərrəmov 1 milyon manata yaxın pul ələ keçirməkdə təqsirli bilinib. İttihamda deyilir ki

16:04 145
.

"Sülh körpüsü" təşəbbüsünün beşinci görüşü: Cənubi Qafqazda davamlı sülhə və yeni əməkdaşlıq mərhələsinə doğru

Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması, uzun illər davam etmiş münaqişənin ağır nəticələrinin aradan qaldırılması və Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunması regionun gələcəyini müəyyən edən əsas siyasi məsələlərdəndir. Bu prosesdə dövlətlərarası danışıqlarla yanaşı

12:49 189
.

Yunanıstanda 2 900 illik qədim dağ ziyarətgahı aşkarlanıb

Yunanıstanın Evbeya adasında arxeoloqlar təxminən 2 900 il əvvələ aid qədim ziyarətgah aşkar ediblər. Tapıntının ovçuluq və vəhşi təbiət ilahəsi Artemidanın ibadət yeri olduğu ehtimal edilir. xəbər verir ki, bu barədə " "Live Science" nəşrinə istinadən məlumat yayıb. Ziyarətgah Olimpo

13:10 185
.

"Sülh körpüsü" təşəbbüsü: Azərbaycan-Ermənistan münasibətlərində etimadın sınağı və Cənubi Qafqazın yeni gələcək perspektivləri

Cənubi Qafqazda formalaşan yeni siyasi reallıqlar Azərbaycan və Ermənistan arasında münasibətlərin gələcək istiqamətini müəyyənləşdirən mühüm mərhələyə çevrilib. Uzun illər münaqişə, qarşıdurma və geosiyasi rəqabətlə müşayiət olunan region bu gün sülh, təhlükəsizlik və iqtisadi əməkdaşlıq perspektivlər

12:56 194
.

Kim Çen In: "Nüvə imkanlarımız artıq reallığa çevrilib"

Şimali Koreya lideri Kim Çen In ABŞ prezidenti Donald Trampla görüşünü ləğv etdikdən sonra nüvə başlıqlarının və atom bombaları üçün parçalanan materialların istehsal olunduğu müəssisənin fəaliyyətini yoxlayıb. xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb. "Nüvə imkanlarımız artı

11:04 220
.

Günəşdən 360 milyon dəfə ağır qara dəlik kəşf edildi

Avropa Kosmik Agentliyinin (ESA) "Evklid" kosmik teleskopu Böyük Partlayışdan təxminən 630 milyon il sonra mövcud olmuş ən uzaq kvazarı kəşf edib. "Qafqazinfo" xəbər verir ki, ESA-nın məlumatına görə, "J1504+6252" adı ilə tanınan və "Dun Aonghasa" kimi də adlandırıla

25.11.2026 348
.