Baş nazirdən çağırışaqədərki hazırlıqla bağlı - Qərar

Baş nazirdən çağırışaqədərki hazırlıqla bağlı - Qərar"Gənclərin çağırışaqədərki hazırlığı haqqında Əsasnamə" təsdiqənib.

"Qafqazinfo" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Sənədlə "Gənclərin ibtidai hərbi hazırlıq Əsasnaməsi"nin təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin 1998-ci il 29 may tarixli 119 nömrəli Qərarı ləğv edilib.

Belə ki, ümumi təhsil, peşə və orta ixtisas məktəblərində çağırışaqədərki hazırlıq dərsləri artıq yeni Əsasnamə əsasında, dövlət əhəmiyyətli fənn kimi tədris olunacaq. Gənclərə ənənəvi hərbi və mülki müdafiə bilikləri ilə yanaşı, pilotsuz uçuş aparatları, süni intellekt texnologiyaları, elektron mühafizə və kibertəhlükəsizlik üzrə də nəzəri-praktiki vərdişlər aşılanacaq. Prosesə ümumi metodiki rəhbərliyi Elm və Təhsil Nazirliyi həyata keçirəcək, gənclərdə isə Vətənin müdafiəsinin konstitusion borc olması şüuru formalaşdırılacaq.

Hazırlıq prosesinə ümumi nəzarət Elm və Təhsil Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, aidiyyəti dövlət qurumları, bələdiyyələr və təhsil müəssisələrinin özləri tərəfindən aparılacaq. Yeni dərslik və vəsaitlər Müdafiə, Səhiyyə və Fövqəladə Hallar nazirlikləri, həmçinin Səfərbərlik Xidməti ilə razılaşdırılmaqla hazırlanacaq. Bundan əlavə, qurumların birgə iştirakı ilə hərbi idman oyunları, dərsdənkənar tədbirlər, dövlət tibb müəssisələrində tibbi-sanitariya təlimləri və tədris-metodiki filmlərin yayımı təşkil ediləcək.

Təhsil müəssisəsinin direktoru fənnin keyfiyyətli tədrisinə, təlim silah-sursatının mühafizəsinə və rübdə bir dəfədən az olmayaraq uçotunun yoxlanılmasına şəxsən məsuliyyət daşıyacaq. Çağırışaqədərki hazırlıq rəhbəri isə dərslərin və dərnəklərin aparılması ilə yanaşı, silah-sursatın mövcudluğunu ayda azı bir dəfə yoxlayacaq, gəncləri hərbi ixtisaslara yönləndirəcək və ilkin hərbi qeydiyyat işlərinə dəstək verəcək. Rəhbərin iş vaxtı və dərs yükü fərdi iş planı ilə müəyyənləşdiriləcək, o, məktəbdə yalnız dərnək rəhbəri vəzifəsini də tuta biləcək.

Dərslər dövlət təhsil standartlarına uyğun tədris planları əsasında nəzəri və praktiki hissələrdən ibarət keçiriləcək, oğlan və qızlar üçün birlikdə təşkil olunacaq. Hər sinif və ya qrup üzrə nizam-intizamı və təlim nailiyyətləri ilə seçilən gənclərdən manqa və taqım komandirləri təyin ediləcək. Həqiqi hərbi xidmət keçmiş və ya əvvəlki təhsil pilləsində proqramı tam bitirmiş şəxslər yeni təhsil müəssisəsində bu dərslərə cəlb olunmayacaq, tədris ilinin sonunda isə hərbi idman tədbirləri keçiriləcək.

Hazırlıq rəhbəri vəzifəsinə təyinat Səfərbərlik Xidmətinin yerli qurumları ilə razılaşdırılmaqla direktor tərəfindən aparılacaq. Namizədlər əsasən ehtiyatda və ya istefada olan zabitlər, müvafiq ixtisas üzrə ali təhsilli və hərbi xidmət keçmiş şəxslər, müharibə veteranı olan hərbi vəzifəlilər, zərurət olduqda isə gizir, miçman və çavuşlar arasından seçiləcək. Qanunvericilikdə nəzərdə tutulan mənfi hallarla ehtiyata buraxılmış və ya müvafiq qanunla məhdudiyyət tətbiq edilən şəxslər bu vəzifəyə təyin edilə bilməyəcək, pedaqoji təhsili olmayanlar üçün isə xüsusi kurslar təşkil olunacaq.

Rəhbərlərin hərbi və pedaqoji hazırlığını artırmaq üçün Səfərbərlik Xidməti, aidiyyəti qurumlar və Milli Müdafiə Universiteti tərəfindən ixtisasartırma kursları və seminarlar keçiriləcək. Hər tədris ilinin əvvəlində 5 günlük tədris-metodiki təlim, qış tətilində 3 günlük seminar və hər ayın son cümə günü məşğələlər təşkil olunacaq. Hazırlıq rəhbərlərinə metodiki işlər və maddi-tədris bazasının təkmilləşdirilməsi üçün həftədə 1 iş günü ayrılacaq.

Məktəblər Müdafiə Sənayesi Nazirliyinin qurumları ilə müqavilələr əsasında təlim silahları, sursatlar, fərdi mühafizə vasitələri, kimyəvi və radiasiya kəşfiyyatı cihazları, eləcə də sanitar çanta və xərəklərlə təmin ediləcək. Təhsil müəssisələri aidiyyəti qurumların müraciəti ilə Müdafiə Nazirliyinin atıcılıq tirlərindən və poliqonlarından ödənişsiz istifadə edə biləcəklər. Maddi-tədris bazasına xüsusi kabinet, silah-sursat otağı, sıra təlimi meydançası və naryad təlim sahəsi daxildir, lakin hazırlıq kabinetlərində başqa fənlərin tədrisinə icazə verilməyəcək.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 114   Tarix: 24 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakıda yeni işıqforlar bu qaydada işləyəcək - Fotolar

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxtda ilk dəfə quraşdırılacaq avtobus işıqforlarının hərəkət qaydalarını açıqlayıb. Axşam.az xəbər verir ki, NİİM-dən bildirilib ki, yeni avtobus işıqforları ilə bağlı maarifləndirmə işləri davam etdirilir. Onların iş prinsipi, işıq siqnallarını

10:25 274
.

TikTok yeniyetmələrin təhlükəsizliyi və süni intellektdən məsuliyyətli istifadə üçün yeni alətlər təqdim edib

Qısa videoların yaradılması və izlənilməsi üzrə aparıcı platforma olan TikTok yeni təhlükəsizlik alətlərini təqdim edib. Əsas yeniliklər arasında "Ailə parametrləri" funksiyasının imkanlarının genişləndirilməsi, müəllimlər üçün xüsusi bələdçinin hazırlanması, eləcə də süni intellekt (AI) tərəfində

11:35 197
.

İnsanın zehni və emosional zəkasının zirvəsinə çatdığı dəqiq yaş - Alimlərin cavabı

İnsanların zehni və emosional imkanlarının ən yüksək səviyyəyə çatdığı dövrün 20-30 yaşlar olduğu barədə geniş yayılmış fikir elmi araşdırmada sual altına alınıb. Tədqiqatçılar müəyyən ediblər ki, insanın ümumi intellektual potensialı daha gec - 55-60 yaş aralığında zirvəyə çatır. Qaynarinfo xəbər veri

23.11.2026 335
.

Çində dünyanın ən böyük elektrikli yük gəmisi hazırlandı

Çin mütəxəssisləri 23.5 meqavat-saatlıq akkumulyatorla təchiz olunmuş, dünyada ən böyük elektrikli quru yük gəmisini ərsəyə gətiriblər. xəbər verir ki, bu barədə "Naked Science" portalı məlumat yayıb. Uzunluğu 129.9 metr təşkil edən və standart yanacaq növündən imtina edən "BRF Froan"

23.11.2026 254
.

Aİ Rusiya ilə ikitərəfli təhlükəsizlik məsləhətləşmələrindən imtina edib

Avropa İttifaqı (Aİ) Rusiya Prezidenti Vladimir Putinin Avropa nümayəndələrini Moskvaya dəvət etməsindən xəbərdardır, lakin Ukraynada müharibənin nizamlanması ilə bağlı danışıqların çoxtərəfli formatda aparılmasına üstünlük verir. APA xəbər verir ki, bu barədə Avropa Komissiyasının baş sözçüsü Paul

23.11.2026 281
.

Azərbaycanlı aparıcı Ada Süleymanın öldüyü qəzanın TƏFƏRRÜATI

Gecə saatlarında Bakıda tanınmış aparıcı Ada Süleymanova və tanışının öldükləri qəza ilə bağlı bəzi təfərrüat məlum olub. BİG.AZ -a istinadən xəbər verir ki, Ada Süleymanova məclis başa çatandan sonra ayıq sürücü sifariş edib. Ayıq sürücü vaxtında gəlib və Ada Süleymanova sürücüdən onu evlərinə aparmağ

23.11.2026 621
.

Qarabağ Universitetindən tələbələrin davası ilə bağlı - Açıqlama

Bu gün mediada Qarabağ Universitetinin tələbələrinin qız üstündə dalaşdıqları və onlardan birinin ali təhsil müəssisəsindən xaric edilməsi ilə bağlı məlumatlar yayılıb. "Qafqazinfo" xəbər verir ki, universitet insidentlə bağlı açıqlama yayıb. Bildirilib ki, Qarabağ Universitetinin tələbələr

23.11.2026 418
.

Dövlət Agentliyi süni intellektin rəqabət üçün yaratdığı riskləri açıqlayıb

Nəzarətçi orqan kimi bizim vəzifəmiz süni intellektdən istifadə edən şirkətlərin bir-birinin və rəqiblərinin hüquqlarını pozmamasını təmin etməkdir. Buna görə də, süni intellektin sənayeyə zərər verə biləcəyi üç əsas istiqamət görürük. "APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasını

23.11.2026 279
.

İrandan ABŞ-yə mesaj: "7 şərt yerinə yetirilmədən Vaşinqtonla danışıqlar aparılmayacaq"

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bildirib ki, əvvəllər açıqladığımız 7 şərt yerinə yetirilmədən Vaşinqtonla heç bir müzakirə aparılmayacaq. Bunu xarici mediaya istinadən xəbər verir. İran parlamentinin iclasında çıxış edən Qalibaf ABŞ Prezidenti Donald Trampın və digər amerikalı rəsmiləri

14:43 152
.