Ukraynanın Liviyadakı əməliyyatı: Türkiyə və Rusiya hansı mövqedədir?

Ukraynanın Liviyadakı əməliyyatı: Türkiyə və Rusiya hansı mövqedədir?Rusiya donanmasına məxsus "Merkuriy" korveti Liviyanın Benqazi limanında naməlum pilotsuz aparatların hücumuna məruz qalıb. Hücum nəticəsində gəmidə güclü partlayış baş verib.
Ukrayna Prezidenti Volodimir Zelenski noyabrın 23-də əməliyyata görə məsuliyyəti Kiyevin üzərinə götürüb. Ukrayna tərəfinin açıqlamasına görə, xüsusi xidmət orqanları Benqazi limanında Rusiyaya məxsus "Merkuriy" korvetini, eləcə də Rusiyanın hərbi təchizatında istifadə etdiyi iddia olunan "MV Angara" gəmisini hədəfə alıb. Əməliyyat zamanı yeddi pilotsuz dəniz aparatından istifadə edildiyi bildirilib. Kiyev bu əməliyyatı Rusiyanın hərbi potensialına qarşı həyata keçirilmiş uğurlu zərbə kimi qiymətləndirib.
Liviya Prezident Şurasının sədr müavini Musa əl-Kuni isə Ukraynanı Benqazi limanına hücumda ittiham edərək, hadisəni müharibə elanı kimi qiymətləndirib.
Əl-Kuni Ukrayna tərəfinin hücumla bağlı məsuliyyəti öz üzərinə götürdüyünü xatırladaraq, Kiyevin hadisəyə görə tam məsuliyyət daşımalı olduğunu vurğulayıb.
"Volodimir Zelenskinin etiraf etdiyi, açıq şəkildə bəyan etdiyi və öyündüyü bu terror aktlarına görə Ukrayna tərəfini tam məsuliyyətə cəlb edirik", - deyə o bildirib.
İlk növbədə qeyd etmək lazımdır ki, normal şəraitdə Ukraynanın bu addımı Liviya tərəfindən müharibə səbəbi kimi qiymətləndirilə bilərdi. Lakin Liviyada mövcud siyasi və hərbi vəziyyət məsələyə fərqli yanaşma tələb edir.
Diqqət çəkən ilk məqam hücumun Benqazidə, yəni Rusiyanın hərbi mövcudluğunun olduğu ərazidə həyata keçirilməsidir. Belə ki, Liviya 2011-ci ildə Müəmmər Qəddafinin devrilməsindən sonra vahid siyasi və hərbi sistem formalaşdıra bilməyib. Hazırda ölkənin qərbində Tripoli mərkəzli hökumət, şərqində isə Xəlifə Haftarın rəhbərlik etdiyi hərbi qüvvələr və onların dəstəklədiyi siyasi hakimiyyət mövcuddur. Başqa sözlə, hücum Haftar qüvvələrinin nəzarətində olan ərazidə baş verib.
Xəlifə Haftarın siyasi hakimiyyətinin legitimliyi isə mübahisəli olaraq qalır. Onun rəhbərlik etdiyi qüvvələr faktiki olaraq Rusiya ilə əməkdaşlıq edir. Bu baxımdan, Benqazidə baş verən hücumun avtomatik olaraq bütün Liviyanın mövqeyi kimi təqdim edilməsi doğru olmazdı. Hadisənin Tripoli hakimiyyəti ilə Haftar qüvvələri arasındakı mövcud siyasi parçalanma fonunda qiymətləndirilməsi daha məqsədəuyğundur.
İkinci diqqətçəkən məqam isə əməliyyatın necə həyata keçirilməsi ilə bağlıdır. Benqazi Ukrayna sahillərindən təxminən 1700 kilometr məsafədə yerləşir. Ukrayna Təhlükəsizlik Xidmətinin açıqlamasına əsasən, yeddi dəniz dronu əvvəlcə xüsusi ana gəmi vasitəsilə müəyyən edilmiş əraziyə daşınıb, daha sonra suya buraxılıb. Bu məlumat dronların Ukrayna sahillərindən birbaşa Liviyaya qədər hərəkət etmədiyini göstərir. Bununla belə, ana gəminin hansı marşrutla hərəkət etdiyi, əməliyyat üçün hansı ərazidən istifadə olunduğu və dronların dəqiq haradan buraxıldığı açıqlanmayıb.
Məhz burada bir sıra suallar ortaya çıxır. Əgər ana gəmi Qara dənizdən Aralıq dənizinə keçibsə, Bosfor və Çanaqqala boğazlarından istifadə etməli idi. Digər ehtimal isə əməliyyatın Liviyanın qərbindəki mövcud hərbi və logistika imkanlarından istifadə edilməklə hazırlanmasıdır. Ukrayna hərbi mütəxəssislərinin Tripoli, Misrata və Zaviya ətrafında fəaliyyət göstərməsi ilə bağlı məlumatlar da bu ehtimalı gündəmə gətirir. Lakin əməliyyatın konkret marşrutu və logistika mexanizmi barədə açıq məlumat yoxdur.
Məsələnin Türkiyə ilə bağlı tərəfi də xüsusi diqqət tələb edir. Ankara uzun illərdir Liviyanın qərbindəki Milli Birlik Hökumətinin əsas siyasi və hərbi tərəfdaşlarından biridir. 2019-cu ildə Türkiyə ilə Tripoli hökuməti arasında imzalanmış hərbi əməkdaşlıq memorandumu və dəniz yurisdiksiyasına dair razılaşma Ankaranın Liviyadakı mövqelərini möhkəmləndirib.
Türkiyə 2020-ci ildə Tripoli hakimiyyətinə göstərdiyi hərbi dəstəklə Haftar qüvvələrinin paytaxt istiqamətində irəliləyişinin qarşısının alınmasında mühüm rol oynayıb. Ukraynanın da son dövrdə Tripoli ilə hərbi və təhlükəsizlik əlaqələrini genişləndirməsi regionda yeni geosiyasi dinamika yaradır.
Benqaziyə hücum Liviyadakı mövcud qarşıdurmaya yeni amil əlavə edə bilər. Haftar bu hadisəni Tripoli hakimiyyətinin Ukrayna ilə yaxınlaşmasının nəticəsi kimi təqdim edərsə, qərbdəki siyasi qüvvələrə qarşı təzyiqini artıra bilər. Rusiya da öz hərbi mövcudluğunun təhlükə altında olduğunu əsas gətirərək Haftarla əməkdaşlığını genişləndirə bilər.
Belə bir ssenaridə Liviyanın iki siyasi mərkəzi arasında onsuz da kövrək olan münasibətlər daha da gərginləşə, ölkədəki siyasi və hərbi parçalanma dərinləşə bilər.

Turan Rzayev-politoloq


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 132   Tarix: 25 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakıda 29 yaşlı oğlan küçədə öldü

Bakıda gənc oğlan küçədə vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 23-ü saat 12 radələrində Nəsimi rayonu Topçubaşov küçəsində baş verib. Sumqayıt şəhər sakini 1997-ci il təvəllüdlü F.Nurəliyevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti səkidə tapılıb. Faktla bağlı araşdırmala

24.11.2026 480
.

İranda son 48 saatda 8 nəfər spirtli içkidən zəhərlənib öldü

İranda son 48 saat ərzində saxta spirtli içki qəbul edən azı 8 nəfər ölüb, 164 nəfər zəhərlənib. İran mediasına istinadən xəbər verir ki, zəhərlənən şəxslərdən dördünün reanimasiya şöbəsində müalicəsi davam etdirilir. Bir nəfərin isə beyin ölümü baş verib. Spirtli içki istehlakının qadağan olunduğu İrand

24.11.2026 322
.

Universitet bufetlərində bahalıq - Tələbələrin hesabına qazanc

Son zamanlar universitet bufetlərində satılan qidaların qiyməti və keyfiyyəti tələbələr arasında ciddi narazılığa səbəb olur. Sosial şəbəkələrdə bununla bağlı çoxsaylı videolar paylaşılır, tələbələr qarşılaşdıqları problemləri ictimailəşdirirlər. Onlar bildirirlər ki, bəzi universitetlərin bufetlərind

24.11.2026 389
.

Kənd təsərrüfatı təyinatlı torpaqla yaşayış məntəqəsi torpağının qiymətləndirilməsi arasında hansı fərqlər var?

Kənd təsərrüfatı təyinatlı torpaqlarla yaşayış məntəqələrinin torpaqlarının qiymətləndirilməsi arasındakı əsas fərq onların iqtisadi funksiyası, hüquqi istifadə imkanları və gəlir yaratma potensialı ilə bağlıdır. Bu torpaq kateqoriyalarını eyni qiymətləndirmə meyarları əsasında müqayisə etmək metodoloj

24.11.2026 368
.

Kəlbəcər Günü - Tarixi yaddaşımızın, milli iradəmizin və Böyük Qayıdışın təntənəsi

Kəlbəcər Azərbaycanın tarixində özünəməxsus yeri, zəngin mədəni irsi, əsrarəngiz təbiəti və strateji əhəmiyyəti ilə seçilən qədim yurd yerlərimizdən biridir. Kəlbəcər Günü yalnız bir rayonun azadlığının və tarixi ədalətin bərpasının qeyd olunması deyil, həm də xalqımızın torpağa bağlılığının, milli birliyinin

12:04 105
.

Türkiyə millisinin keçmiş futbolçusu gözlənilmədən karyerasını dayandırdı

Hollandiya klubunun qanad oyunçusu qərarını orqanizminin səsini dinləmək ehtiyacı ilə izah edib. NEC-ın qanad oyunçusu 29 yaşlı Emre Mor səhhətindəki problemlərə görə peşəkar futbol karyerasını müvəqqəti olaraq dayandırmaq qərarına gəlib. bildirir ki, futbolçu bu barədə "Instagram" səhifəsind

24.11.2026 335
.

İrandan ABŞ-yə mesaj: "7 şərt yerinə yetirilmədən Vaşinqtonla danışıqlar aparılmayacaq"

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bildirib ki, əvvəllər açıqladığımız 7 şərt yerinə yetirilmədən Vaşinqtonla heç bir müzakirə aparılmayacaq. Bunu xarici mediaya istinadən xəbər verir. İran parlamentinin iclasında çıxış edən Qalibaf ABŞ Prezidenti Donald Trampın və digər amerikalı rəsmiləri

24.11.2026 259
.

"Barselona" Bakıdan maraqlı paylaşım etdi - Video

Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda "Sabah"la qarşılaşma üçün ölkəmizə gələn "Barselona" Bakıdan paylaşım edib. "Qafqazinfo" xəbər verir ki, Kataloniya klubunun instaqram hesabında paytaxtımızdan maraqlı görüntülər paylaşılıb. Qeyd edək ki, "Sabah"

24.11.2026 389
.

"Santa Barbara"nın aktyorunu maşın vurub öldürdü

ABŞ-nin məşhur "Santa Barbara" serialının aktyoru Larri Poyndekster yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirib. xarici mediaya istinadən xəbər verir ki, faciə 66 yaşlı Poyndeksterin Los-Ancelesin Studio-Siti rayonunda yaşadığı evin yaxınlığında yolu keçərkən avtomobil vurması nəticəsind

24.11.2026 383
.