İş yerində mobinqlə necə mübarizə aparılmalıdır? - AÇIQLAMA
Son dövrlər sosial şəbəkələrdə iş yerlərində psixoloji təzyiq, kollektivdən təcridetmə, davamlı tənqid və əməkdaşların nüfuzdan salınması halları tez-tez müzakirə olunur. "Mobinq" adlandırılan bu davranışlar işçilərin tək peşə fəaliyyətinə deyil, psixoloji vəziyyətinə və sosial həyatına da mənfi təsir göstərir. Xüsusilə iş mühitində sistemli şəkildə təzyiqə məruz qalan şəxslərdə zamanla özünəinamın azalması, stress və emosional tükənmə kimi hallar müşahidə oluna bilər.
Psixoloq Samirə Bağırova BiG.AZ-a bildirib ki, əvvəllər iş yerində qarşılaşdığı problemlərə dözməyi seçən bir nəsil olsa da, müasir dövrdə insanların bu cür münasibətlərə yanaşması dəyişib.
Onun sözlərinə görə, mobinq əsasən iş yerində bir şəxsə qarşı sistemli və təkrarlanan psixoloji təzyiq göstərilməsi, onun təcrid olunması, alçaldılması və nüfuzdan salınmasıdır. Bu davranışın əsas xüsusiyyəti insanın iş mühitində psixoloji baxımdan sıxışdırılmasıdır.
Psixoloq mobinqin bir sıra əlamətlərinin olduğunu qeyd edib: "Bunlara işçinin kollektivdən kənarlaşdırılması, onunla ünsiyyətdən qəsdən qaçılması, işlə bağlı məlumatların gizlədilməsi, davamlı olaraq əsassız tənqid edilməsi və uğurlarının görməzdən gəlinməsi daxildir".
Bundan başqa, işçiyə qəsdən həddindən artıq və ya yerinə yetirilməsi mümkün olmayan tapşırıqların verilməsi, onda özünü lazımsız və bacarıqsız hiss etdirilməsi də mobinqin təzahürləri hesab olunur.
S.Bağırova bildirib ki, mobinqə məruz qalan insanlarda zaman keçdikcə müxtəlif psixoloji dəyişikliklər meydana çıxır: "Belə şəxslərdə özünəinamın itməsi, xroniki stres, işə getmək qorxusu, narahatlıq, depressiv əlamətlər, sosial təcrid və emosional tükənmə müşahidə oluna bilər. Eyni zamanda, insan öz peşəkar bacarıqlarına şübhə ilə yanaşmağa başlayır".
Psixoloq mobinqlə qarşılaşan şəxslərin özlərini müdafiə etməyi bacarmalı olduqlarını vurğulayıb. Onun fikrincə, bunun üçün aqressiv davranmağa ehtiyac yoxdur. Əsas məsələ şəxsi sərhədləri qorumaq və qarşı tərəfə münasibətin hansı çərçivədə olmalı olduğunu bildirməkdir.
O, bu zaman "Mümkünsə, mənimlə hörmət çərçivəsində danışın", "İşlə bağlı iradınız varsa, konkret şəkildə bildirin" kimi ifadələrdən istifadə etməyi tövsiyə edib.
S.Bağırovanın sözlərinə görə, belə hallarda təmkinli olmaq, uzun-uzadı izahat verməmək, söhbəti şəxsi müstəvidən çıxararaq yalnız iş məsələləri üzərində qurmaq və fikirləri qısa, konkret faktlarla ifadə etmək vacibdir.
Psixoloq mobinqə məruz qalan şəxslərin baş verən hadisələri sənədləşdirməsinin də əhəmiyyətini qeyd edib. Onun tövsiyəsinə əsasən, hər hadisənin tarixi, saatı, baş verdiyi yer, iştirak edən şəxslər, deyilən sözlər və edilən hərəkətlər qeyd olunmalı, yazışmalar və digər sübutlar saxlanılmalıdır.
Nəzərə almaq lazımdır ki, iş yerində psixoloji təzyiq insanın dəyərini müəyyən etmir. Mobinqə məruz qalan şəxs heç vaxt ona qarşı göstərilən mənfi münasibəti öz şəxsiyyəti və bacarıqları ilə eyniləşdirməməlidir.
Aynurə Məmmədova
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 101 Tarix: 24 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanlı aparıcı Ada Süleymanın öldüyü qəzanın TƏFƏRRÜATI
Gecə saatlarında Bakıda tanınmış aparıcı Ada Süleymanova və tanışının öldükləri qəza ilə bağlı bəzi təfərrüat məlum olub. BİG.AZ -a istinadən xəbər verir ki, Ada Süleymanova məclis başa çatandan sonra ayıq sürücü sifariş edib. Ayıq sürücü vaxtında gəlib və Ada Süleymanova sürücüdən onu evlərinə aparmağ
23.11.2026 583 Yerin maqnit qütbləri rekord sürətlə yerini dəyişə bilər
Yer kürəsinin maqnit şimal və cənub qütbləri geoloji tarix ərzində dəfələrlə bir-biri ilə yerini dəyişib. Yeni araşdırma göstərir ki, bəzi dövrlərdə bu proses əvvəlki ehtimallardan daha sürətlə baş verib və qütblərin dəyişmə tezliyi təxminən hər 90 min ildə bir dəfəyə çatıb. Qaynarinfo xəbər verir ki
23.11.2026 285 Prezident qəbul keçirdi - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Monteneqronun Baş naziri Miloyko Spayiçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycanla Monteneqronun uzun illərdir dost və tərəfdaş olduğunu deyərək, ölkələrimiz arasında yüksəksəviyyəl
12:15 131 Rutte: NATO-nun 1997-ci il sərhədlərinə qayıtması qəbuledilməzdir
NATO-nun Baş katibi Mark Rutte Alyansın 1997-ci il sərhədlərinə qayıtması ilə bağlı təklifləri qəbuledilməz hesab etdiyini bildirib. APA xəbər verir ki, Rutte bunu keçirdiyi mətbuat konfransında deyib. "NATO-da heç kim bunu yaxşı fikir hesab etmir. Belə qərarlar NATO daxilində qəbul edilir, Alyansda
23.11.2026 298 Nazirlikdə Aparat rəhbəri oldu
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Aparat rəhbəri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Fərid Bağırzadə müvafiq əmr imzalayıb. Əmrə əsasən Elmin İsa oğlu Fərəco
23.11.2026 315 Alim Qasımovun "GTA 6" uğurunun pərdəarxası - Meneceri danışdı
Xalq artisti, xanəndə Alim Qasımov və Əməkdar artist Fərqanə Qasımovanın ifalarının dünyanın məşhur videooyunlarından biri olan "GTA 6"nın musiqi siyahısına daxil edilməsi ilə bağlı bəzi detallar məlum olub. Xanəndələrin meneceri İlkin Robin Qaynarinfo-ya açıqlamasında bildirib ki, "GT
23.11.2026 318 Çində dünyanın ən böyük elektrikli yük gəmisi hazırlandı
Çin mütəxəssisləri 23.5 meqavat-saatlıq akkumulyatorla təchiz olunmuş, dünyada ən böyük elektrikli quru yük gəmisini ərsəyə gətiriblər. xəbər verir ki, bu barədə "Naked Science" portalı məlumat yayıb. Uzunluğu 129.9 metr təşkil edən və standart yanacaq növündən imtina edən "BRF Froan"
23.11.2026 243 Həmin "lyuk"un üstü bağlandı - Yenilənib+Video
Metronun "Gənclik"stansiyası yaxınlığında velosipedlə hərəkət edən vətəndaş yolda təhlükəli vəziyyətlə üzləşib. "Qafqazinfo" xəbər verir ki, o, böyük və üstü açıq "lyuk"a düşməkdən son anda xilas olduğunu bildirib. Həmin şəxs bu barədə sosial şəbəkə hesabında paylaşım edib:
23.11.2026 344 Tacı əlindən alınan model gənc qızlara səsləndi
Futbolçu Salih Uçanın gözəllik kraliçası sevgilisi Alara Eriç "Miss Universe" müsabiqəsinə qatılmaq üçün yola düşməsinin ləğv edilməsi və tacının geri istənilməsi ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, model yayımladığı videoda bu cür yarışmalara qatılmaq arzusunda olan gənc qızlar
23.11.2026 374