Apteklərdə oftalmoloji müayinə aparanlarla bağlı - Xəbərdarlıq
Apteklərdə oftalmoloji müayinə aparanlarla bağlı xəbərdarlıq edilib.
BiG.AZ xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi məlumat yayıb.
Bildirilib ki, aptek təşkilatlarının nəzdində fəaliyyət göstərən optika şöbələrinin fəaliyyəti müvafiq normativ hüquqi aktlarla tənzimlənir: "Aptek təşkilatlarının rəhbərləri və sahibkarlıq subyektləri həmin fəaliyyətin qanunvericiliyin tələblərinə uyğun təşkilini və bu tələblərə ciddi riayət olunmasını təmin etməlidirlər. Aptek təşkilatlarında optik məhsulların satışı ilə yanaşı, həkim-oftalmoloq tərəfindən tibbi xarakterli oftalmoloji müayinələrin aparılması özəl tibb fəaliyyəti çərçivəsində qiymətləndirilir və müvafiq lisenziya tələblərinə tabedir. Belə müayinələr yalnız qanunvericiliklə müəyyən edilmiş lisenziyalaşdırma, maddi-texniki və təşkilati tələblər yerinə yetirildikdə həyata keçirilə bilər. Müayinələrin aparıldığı yer də tətbiq olunan normativ tələblərə uyğun olmalıdır.
Müvafiq lisenziya olmadan və qanunvericiliklə müəyyən edilmiş zəruri şərtlər təmin edilmədən aptek təşkilatlarında lisenziyalaşdırılmalı olan oftalmoloji müayinələrin aparılması qəti yolverilməzdir. Həkim-oftalmoloqun aptekdə çalışması və ya müayinə xidmətinin hər hansı formada təşkil edilməsi qanunvericilikdə nəzərdə tutulmuş lisenziyalaşdırma tələblərini aradan qaldırmır.
Bununla əlaqədar aptek təşkilatlarının rəhbərlərinə, sahibkarlıq subyektlərinə və aidiyyəti şəxslərə ciddi xəbərdarlıq edilir ki, oftalmoloji müayinələrin təşkili və həyata keçirilməsi zamanı qanunvericiliyin bütün tətbiq olunan tələblərinə riayət edilməsi təmin olunmalıdır. Müvafiq lisenziya və tələb olunan şərait olmadan belə tibbi xidmətlərin göstərilməsinə yol verilməməlidir.
Xəbərdarlıq edirik ki, aptek təşkilatlarında müvafiq lisenziya olmadan özəl tibb fəaliyyətinin həyata keçirilməsi və ya digər məcburi tələblərin pozulması halları aşkar edildikdə həmin faktlar qanunvericiliyə uyğun qaydada araşdırılacaq, pozuntuya yol vermiş şəxslər və sahibkarlıq subyektləri barəsində səlahiyyətlər daxilində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görüləcək.
Bir daha diqqətə çatdırırıq ki, qanunvericiliyin tələblərinə riayət olunması məcburidir. Vətəndaşların sağlamlığının və təhlükəsizliyinin qorunması, eləcə də göstərilən xidmətlərin qanunauyğun təşkili üçün aptek təşkilatlarının rəhbərləri və aidiyyəti sahibkarlıq subyektləri üzərlərinə düşən öhdəlikləri tam və vaxtında yerinə yetirməlidirlər".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 62 Tarix: 23 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBaş nazirdən əlilliyin qiymətləndirilməsi ilə bağlı - Dəyişiklik
"Əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" Fərmanın icrası ilə əlaqədar Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb
12:04 194 DYP-dən blogerin sükan arxasındakı görüntülərinə münasibət - Video
Sosial şəbəkələrdə bir çox şəxslərin, xüsusilə də blogerlərin sükan arxasında canlı yayım açması hallarına tez-tez rast gəlinir. "Qafqazinfo" xəbər verir ki, bir çox hallarda həmin sürücülərin diqqətlərini yoldan yayındırmaları, əllərinin ikisini də sükandan çəkmələri, hərəkət edən nəqliyya
10:34 393 Ukrayna üzrə növbəti danışıqlar Əbu-Dabidə keçirilə bilər
Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Moskvanın Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı növbəti danışıqlar raundunun Əbu-Dabidə keçirilməsini nəzərdə tutduğunu bildirib. xəbər verir ki, Kremlin sözçüsü bu barədə açıqlamasında deyib:. "Hazırda Əbu-Dabini nəzərdə tuturuq
11:34 177 Kəlbəcərlilər səbirsizliklə doğma yurda qayıdışı gözləyirlər
Azərbaycanın qədim tarixə və gözəl təbiətə malik yaşayış məskənlərindən biri olan Kəlbəcər rayonu ərazisindədə ibtidai insanın təşəkkül tapması və formalaşması dördüncü geoloji dövrlə bağlıdır. Bu dövr isə 4 milyon ildən artıq bir tarix deməkdir. Kəlbəcərdəki mağara düşərgələrində aparılmış arxeoloj
14:27 159 Təbiətdən istifadəçilər üçün yeni tələb: Ətraf mühitin monitorinqini aparacaqlar
Ətraf mühitə təsirin qiymətləndirilməsi hesabatları ictimaiyyətə açıqlanacaq. -a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı "Ətraf mühitin mühafizəsi haqqında" və "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" qanunlarda dəyişiklik edilməsi barəd
15:43 141 Kəlbəcər azadlığının 6-cı ilində
25 noyabr Azərbaycanda Kəlbəcər Şəhər Günüdür. Bu gün işğalçı Ermənistanla müharibədə qazandığımız böyük Zəfərdən sonra tariximizə yazılmış şanlı günlərdən biridir. 2020-ci ilin noyabrın 10-da cəbhədə işğalçı ordusu darmadağın olmuş Ermənistan kapitulyasiya aktını imzalamağaməcbur oldu. Üçtərəfli bəyanat
12:33 239 Günəş həsrəti ilə böyüyən Cəmilənin saç arzusu gerçəkləşdi - FOTO
Türkiyənin Qaziantep şəhərində xalq arasında "günəşə çıxa bilməmə xəstəliyi" kimi tanınan nadir "Xeroderma Pigmentosum" diaqnozu qoyulan 11 yaşlı Cəmilə Xanım Bozkurtun saçları müalicənin təsiri nəticəsində zamanla tökülüb. "Manifest" qrupunun üzvlərindən Zoktayın saç modelin
14:51 246 Azərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək
Azərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək. -a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlarda dəyişiklik edilməs
16:45 142 "Ukraynada yalnız üç mümkün nəticə var" - Marin Le Pen
Milli Yürüş Partiyasının lideri və Fransada prezidentliyə namizəd Marin Le Pen Ukraynada davam edən münaqişənin üç mümkün nəticəsini açıqlayıb və onun qarşısının alınması üçün təklifini irəli sürüb. xəbər verir ki, siyasətçi bu barədə X sosial şəbəkəsində paylaşım edib. "Ukraynada yalnız üç mümkü
10:54 182