Kanye Uest məhkəməyə verildi
Opera müğənnisi və bəstəkar Çeyz Teylor reper Kanye Uestə qarşı məhkəmə iddiası qaldırıb. Teylor iddia edir ki, 2019-cu ildə Uest onu ABŞ-nin Vayominq ştatında məktəb orkestrinin məşq otağına kilidləyərək bibliya mövzulu "Navuxodonosor" operası üçün cəmi dörd gün ərzində musiqi yazmağa məcbur edib.
Oxu.Az "Rolling Stone" jurnalına istinadən xəbər verir ki, nəşrin sərəncamında iddia ərizəsinin mətni var.
İddia ərizəsinə əsasən, əvvəlcə Kanye Uest Çeyz Teyloru operada solo partiyanı ifa etməyə dəvət edib. Musiqiçi həmin vaxt operanın artıq tam hazır olduğunu düşünüb.
Çeyz Teylor məşqlərin başlamasına bir həftə qalmış Şimali Karolinadan Vayominqə uçub. Onu orta məktəbə apararaq orkestrin məşq otağına yerləşdirib və qapını bağlayıblar. Yalnız bundan sonra musiqiçiyə operanın hələ hazır olmadığı və musiqi partiyalarının böyük hissəsini cəmi dörd gün ərzində yazmalı olduğu bildirilib.
"Teylorun tabe olmasını təmin etmək üçün cavabdehlər, o cümlədən Uest, ona yüksək qonorar, prodüser kimi adının qeyd olunması və gələcək əməkdaşlıq vəd ediblər", - deyə iddia ərizəsində qeyd olunub.
Sənəddə bildirilir ki, Teylor sərbəst buraxılmasını tələb etsə də, müraciətləri nəzərə alınmayıb.
"Navuxodonosor" operasının premyerası 2019-cu ilin noyabrında baş tutub. Kanye Uest əsərini 40 il ərzində Yeni Babil çarlığını idarə etmiş və Qüdsü ələ keçirmiş II Navuxodonosora həsr edib.
Operanın süjeti Bibliyanın "Daniel peyğəmbərin kitabı"nda təsvir olunan hadisələr əsasında qurulub. Reper öz həyatı ilə Babil hökmdarının taleyi arasında birbaşa paralellər aparıb.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSertab Erener COP31-ə mahnı həsr etdi
Antalyada Türkiyənin ev sahibliyi etdiyi Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) üçün məşhur müğənni Sertab Erener "One home" ("Bir ev") adlı mahnı hazırlayıb. Bu barədə Türkiyə mətbuatın
09.11.2026 411 "Sevgilim 3 il məni aldatdı"
Aktrisa Pərvin Abıyeva şəxsi həyatı ilə bağlı etiraflar edib. Axşam.az xəbər verir ki, aktrisa sosial şəbəkədəki canlı yayım zamanı sonuncu münasibətinin üç il davam etdiyini bildirib. O, həmin müddətdə qarşı tərəfin ona dəfələrlə yalan vədlər verdiyini söyləyib. Pərvin ailə qurmaq və ana olmaq arzusund
07.11.2026 477 "Əsl kişilik bığ, saqqal saxlamaqla olmur"
"Kişi qadının gözəlliyindən, xanımlığından, mədəniyyətindən zövq almalıdır". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Sevilən səhər" proqramında qonaq olarkən deyib. Müğənni bir çox kişilərin ona paxıllıq etməsindən danışıb:. "Mən də analığı, nənəliyi
12.11.2026 395 Tanınmış müğənni Larisa Dolina səhnədən uzaqlaşır
Rusiyanın Xalq artisti Larisa Dolina səhhətini bərpa etmək və yeni musiqi proqramı hazırlamaq məqsədilə konsert fəaliyyətinə təxminən bir il müddətinə fasilə verməyi planlaşdırır. TASS-a istinadən xəbər verir ki, müğənni bu barədə açıqlama verib. İfaçının sözlərinə görə, planlaşdırılan yeniliklər il
13:10 30 "Sevgi naminə arzusundan keçən qadının psixoloji problemi var"
"Sevgi naminə həyatında olanlardan, arzularından imtina edən qadınları qınayıram. Həyatımdakı insana da, rəfiqələrimə də deyirəm ki, bu, iradəsi zəif, psixoloji problemləri olan insanlarda baş verir. Bəlkə də uşaqlıqda hansısa travma yaşayıblar. Səhv anlaşılmasın, heç övladım üçün belə sənətimdə
14.11.2026 217 "Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə qonaq da gedirəm"
"Elə taksi sürücüləri var ki, onlarla evli kimiyəm. Hətta birinin evinə qonaq da getmişəm. Xaçmazda olanda zəng vurdum ki, gəlirəm. Getdim, gördüm ki, bizə gözəl süfrə açıblar". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Kəşfet" proqramında danışıb. Avtomobilini
07.11.2026 438 Konsertindən 1,3 milyard qazanaraq rekorda imza atdı
Kanadalı müğənni The Weeknd solo ifaçılar arasında konsert turundan əldə olunan gəlirə görə dünya rekordunu qırıb. Onun "After Hours Til Dawn" adlı qastrol səfəri bütün zamanların ən çox gəlir gətirən solo turu olub. Axşam.az xəbər verir ki, bu barədə "Variety" nəşri konsertləri
07.11.2026 433 "Dünən övlad idin, bu gün atasan"
Aparıcı Azər Süleymanov oğlu Oğuzun 11 yaşı tamam olması münasibətilə paylaşım edib. Axşam.az xəbər verir ki, aparıcı övladının doğum günündə fotosunu izləyiciləri ilə bölüşərək duyğusal sözlər yazıb. Azər ata olmağın həyatına gətirdiyi dəyişikliklərdən bəhs edib:. "O dünyaya gəldiyi gün anladı
14.11.2026 223 Məşhurların Yeni il gecəsi səhnə qiymətləri
Məşhur müğənnilərin Yeni il gecəsi üçün səhnə qonorarları bəlli olub. 2027-ci ili səhnədə qarşılamağa hazırlaşan sənətçilərin alacağı məbləğ heyrət doğurub. bunu Türkiyə mediasına istinadən xəbər verib. Kiprdən İstanbula, Antalyadan Afyonkarahisara qədər müxtəlif şəhərlərdə konsert verəcək müğənniləri
14.11.2026 277