Aİ və Britaniya dəyişən dünyanı nəzərə alaraq münasibətlərə yenidən baxmağa hazırdırlar

Aİ və Britaniya dəyişən dünyanı nəzərə alaraq münasibətlərə yenidən baxmağa hazırdırlarAvropa İttifaqı (Aİ) və Böyük Britaniya daha geniş münasibətlər modelini müzakirə etməyə açıqdırlar, çünki son onilliyin hadisələri beynəlxalq vəziyyəti əhəmiyyətli dərəcədə dəyişib və təhlükəsizlik, müdafiə və iqtisadiyyat sahələrində daha sıx əməkdaşlıq tələb edir.

"Report"un Avropa bürosu xəbər verir ki, Aİ Şurasının sədri Antonio Koşta, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen və Böyük Britaniyanın Baş naziri Endi Börnhem Aİ-Böyük Britaniya sammitinin yekunlarına dair mətbuat konfransındakı bəyanatlarında bu fikirlə razılaşıblar.

"Biz daha geniş fikir mübadiləsinə tam açığıq", - fon der Lyayen Britaniya baş nazirinin bu cür geniş müzakirə və fikir mübadiləsi təkliflərinə cavabında bildirib.

Onun sözlərinə görə, son onillikdə dünya COVID-19 pandemiyasını və Rusiya-Ukrayna müharibəsini yaşayıb, bu da beynəlxalq təhlükəsizlik nizamında və Avropanın müdafiəyə yanaşmalarında dərin dəyişikliklərə səbəb olub.

Fon der Lyayen qeyd edib ki, Aİ müdafiə siyasətinə yenidən baxıb, müdafiə üzrə Avropa Komissarı vəzifəsini, müdafiə fondunu yaradıb və Avropanın yenidən silahlanmasına irimiqyaslı sərmayələr yatırmağa başlayıb.

"Əgər sülhü qorumaq istəyirsinizsə, müharibəyə hazır olmalısınız", - Avropa Komissiyasının rəhbəri deyib.

Aİ Şurasının sədri Antonio Koşta isə bildirib ki, pandemiya və Ukraynadakı müharibə Avropa ölkələrinin birgə fəaliyyətinin zəruriliyini nümayiş etdirib.

Böyük Britaniyanın Baş naziri Endi Börnhem bəyan edib ki, Aİ ilə yaxınlaşma istiqamətində mərhələli addımların öz məhdudiyyətləri var və münasibətlərin uzunmüddətli modelini müzakirə etmək lazımdır.

Onun sözlərinə görə, Böyük Britaniya növbəti Britaniya parlamentinin qərarları üçün zəmin hazırlamaq məqsədilə gələn il ərzində avropalı tərəfdaşlarla gələcək əməkdaşlığın mümkün variantları barədə qeyri-rəsmi müzakirələr aparmaq niyyətindədir.

Baş nazir qeyd edib ki, Aİ ilə münasibətlərin möhkəmləndirilməsi Britaniyanın yenidən sənayeləşmə, iqtisadi artım, regional bərabərsizliyin azaldılması və gənclər üçün yeni imkanların yaradılması planları ilə bağlıdır.

Börnhem, həmçinin, "Financial Times" qəzetinin jurnalistinin əldə olunan razılaşmalar çərçivəsində Britaniya ekspertlərinin Avropa qərarlarının müzakirəsində iştirak mexanizmlərinin Londonun real təsir imkanlarının olmadığını gizlədən formal addım olması barədə ehtimalını rədd edib.

"Mən bunu kiçiltməzdim. Bu, həqiqətən də vacib məqamdır - razılaşmaların həyata keçirilməsi ilə bağlı bəzi böyük məsələlər müzakirə olunarkən britaniyalı ekspertlər yenidən müzakirə masasındadırlar", - o bildirib.

Baş nazirin sözlərinə görə, britaniyalı mütəxəssislərin iştirakı tərəflərə ərzaq ixracı, baytarlıq nəzarəti, iqtisadi dayanıqlılıq, Avropa və Britaniya sənayesinin xarici rəqabətdən qorunması məsələlərini birgə həll etməyə imkan verəcək.

O, əldə olunmuş razılaşmaları münasibətlərin bərpası istiqamətində irəliyə doğru atılmış addım adlandırıb və onların Britaniya və Avropa sənayesinə, kənd təsərrüfatına və ticarətinə fayda verəcəyinə əminliyini ifadə edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 71   Tarix: 22 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda ictimai iaşə dövriyyəsi 8 %-ə yaxın artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin dəyəri 2 milyard 596,9 milyon manat olub. Bu barədə "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 7,9 % çoxdur. On ayda özəl sektorda ictimai iaş

15:10 88
.

Pentaqon rəhbəri ABŞ-ın Kanada ilə hərbi əməkdaşlığını məhdudlaşdırıb

ABŞ-ın müdafiə naziri Pit Heqset Kanada ilə hərbi əməkdaşlığın məhdudlaşdırılması barədə göstəriş verib. "Report" xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, Pentaqon rəhbəri müvafiq göstəriş

21.11.2026 264
.

Uşağına aliment ödəməyən qadın cəzalandırıldı

Gəncədə uşağına görə aliment ödəməyən qadın cəzalandırılıb. -ın əldə etdiyi məlumata görə, Hüseyn Namazov 2011-ci ildə ailə həyatı qurub və 2014-cü ildə övladı dünyaya gəlib. 2019-cu ildə H.Namazovla həyat yoldaşı arasında olan nikah pozulub və məhkəmənin qərarı ilə uşağın 18 yaşına çatana qədər atasında

10:00 226
.

Sosial müavinət və təqaüdlər BU TARİXDƏ ÖDƏNİLƏCƏK

Sosial müavinətlərin və təqaüdlərin bu ayın 25-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub. Bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Qeyd edək ki, noyabrın 6-da Naxçıvan Muxtar Respublikası, noyabrın 13-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, bu gün isə ölkəmizin bölgələrind

00:07 402
.

Əhaliyə şad xəbər: qaz və işıq limitlərinə yenidən baxılması MÜZAKİRƏ EDİLİR

Qış mövsümünə keçidlə əlaqədar Azərbaycanda əhalinin təbii qaz və elektrik enerjisi üzrə mövcud limitlərinə yenidən baxılması məsələsi gündəmə gəlib. Hazırda əhali üçün illik 1200 kubmetrədək qazın hər kubmetri 12,5 qəpik, 1200-2500 kubmetr aralığında 22 qəpik, 2500 kubmetrdən artıq istehlak isə 30 qəpikl

00:27 346
.

Bu xəstələrə şad xəbər - Dərmanlar PULSUZ OLACAQ

Azərbaycanda gələn ilin aprel ayından etibarən ambulator dərman vasitələrinin icbari tibbi sığorta hesabına təmin edilməsi planlaşdırılır. BİG.AZ report-a istinadən xəbər verir ki bunu Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Ramin Rzayev "Dövlət biznes əməkdaşlıq forumu"

00:09 395
.

COP31: İqlim danışıqlarında yekun razılaşma layihəsi təqdim olunub

Türkiyədə keçirilən BMT-nin iqlim danışıqları bazar günü yekun razılaşmaya yaxınlaşıb. COP31-in Türkiyə və Avstraliyadan olan həmsədrləri qlobal istiləşmə ilə mübarizədə növbəti addımlarla bağlı konsensus əldə olunacağına ümid edərək yeni təkliflər paketini təqdim ediblər. "Reuters" agentliyin

16:40 0
.

İlham Əliyev Livan Prezidenti Jozef Aunu təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Livan Respublikasının Prezidenti Zati-aliləri general Jozef Auna təbrik məktubu göndərib. BİG.AZ AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:. "Hörmətli cənab Prezident,. Livan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətil

13:18 159
.

Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin ümumi dəyəri 8 %-ə yaxın artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 13 milyard 487,2 milyon manat olub. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 7,8 % çoxdur. Bildirilib ki, hüquqi şəxslə

14:00 138
.