Bu filmi izləyəndə göz yaşlarınızı saxlaya bilməyəcəksiniz - 2026-cı ilin yeni romantik dramı

Bu filmi izləyəndə göz yaşlarınızı saxlaya bilməyəcəksiniz - 2026-cı ilin yeni romantik dramıBəzən bir film insanı elə təsirləndirir ki, ekran qarşısında göz yaşlarını saxlamaq mümkün olmur. 2026-cı ilin yeni ekran əsərlərindən olan "The Last Sunrise" ("Sonuncu şəfəq") də məhz belə hekayələrdən bəhs edir. İlk məhəbbət, ağır xəstəlik, ailə sirləri və azadlıq uğrunda mübarizədən bəhs olunan romantik dram tamaşaçıları həm duyğulandırmağı, həm də həyatın dəyəri haqqında düşündürməyi hədəfləyir.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, film məşhur "After" romanlar silsiləsinin müəllifi Anna Toddun eyniadlı əsərinin motivləri əsasında çəkilib.

Filmin süjeti nədən bəhs edir?

Hadisələrin mərkəzində ağır xroniki xəstəlikdən əziyyət çəkən gənc amerikalı tələbə Ray dayanır. Bu obrazı aktrisa Maya Refikko canlandırır.

Rayın anası İzolda qızının sağlamlığına görə onu daim nəzarətdə saxlayır və həyatını ciddi qaydalar əsasında qurmağa çalışır. Ana obrazını isə məşhur aktrisa Eva Lonqoriya ifa edir. Yay aylarında ana və qızı İspaniyanın mənzərəli Mayorka adasına yollanırlar. İzoldanın məqsədi burada böyük hotel tikdirməkdir. Ray üçün isə bu səfər əvvəlcə anasının nəzarəti altında keçəcək növbəti darıxdırıcı tətil kimi görünür.

Lakin hər şey gənc qızın yerli sakin Xulianla tanışlığından sonra dəyişir. Fernando Lindesin canlandırdığı Xulian Rayın həyatına sevgi, azadlıq və yeni ümidlər gətirir.

Sevgi, xəstəlik və çətin seçim

Ray ilk dəfə həyatın gözəlliklərini hiss etməyə, öz istəklərinə uyğun yaşamağa başlayır. Ancaq gənclərin münasibətləri ciddi sınaqlarla üzləşir. Qızın səhhətinin pisləşməsi onların gələcəyini sual altında qoyur. Digər tərəfdən, Rayın anasının biznes planları Xulianın ailəsinin maraqları ilə toqquşur. Hadisələr inkişaf etdikcə ailələrin keçmişinə aid gizli məqamlar da üzə çıxır.

Ray həyatının ən çətin qərarını verməli olur: ABŞ-yə qayıdaraq təhlükəsiz, lakin ciddi qaydalarla məhdudlaşdırılmış həyatını davam etdirmək, yoxsa ilk həqiqi sevgisi və öz taleyini müəyyənləşdirmək hüququ uğrunda riskə getmək?

Film niyə izlənməyə dəyər?

"The Last Sunrise" yalnız romantik münasibətlərdən bəhs etmir. Ekran əsərində valideyn qayğısı ilə həddindən artıq nəzarət arasındakı sərhəd, xəstəliklə mübarizə, azad seçim və ailə münasibətləri kimi mövzular ön plana çıxır. Mayorka adasının günəşli mənzərələri isə qəhrəmanların yaşadığı emosional sarsıntılarla maraqlı təzad yaradır.

Film xüsusilə gözlənilməz hadisələrlə zəngin sevgi hekayələrini və insanı düşündürən ekran əsərlərini sevən tamaşaçılar üçün maraqlı seçim ola bilər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 114   Tarix: 17 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qütb burulğanı vaxtından əvvəl zəifləyir: Avropanı sərt qış gözləyir?

Arktikada şaxtalı hava kütlələrini Şimal qütbü ətrafında saxlayan güclü küləklər sistemi - qütb burulğanı bu il gözləniləndən xeyli tez zəifləməyə başlayıb. Meteoroloqlar bunun Şimal yarımkürəsinin bəzi bölgələrində qışın sonrakı aylarında daha soyuq və quraq hava şəraiti riskini artıra biləcəyini bildirirlər

16.11.2026 342
.

Rəşid Mahmudovun evində partlayış baş verib?

Sosial şəbəkələrdə tanınmış həkim, tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudovun evində qaz partlayışı baş verməsi ilə bağlı iddialar yayılıb. xəbər verir ki, paylaşımlarda iddia olunub ki, parlayış həkimin Badamdarda yerləşən evində baş verib. Məsələ ilə bağlı Rəşid Mahmudovla əlaqə saxladıq. Həki

14:54 286
.

Yazıçılar Birliyinin üzvü 3-cü mərtəbədən yıxıldı

Sumqayıtda qadın binadan yıxılıb. xəbər verir ki, İlhamə Məmmədova yaşadığı binanın 3-cü mərtəbəsindən yıxılıb. Nəticədə qadın ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib. Qeyd edək ki, İlhamə Məhəmmədqızı Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür

1
.

Yeni Azərbaycan Partiyasının yaranması - Azərbaycanın siyasi tarixində mühüm dönüş nöqtəsi

Azərbaycanın müasir siyasi tarixində Yeni Azərbaycan Partiyasının (YAP) yaradılması dövlətçilik tariximizin mühüm hadisələrindən biri, ölkənin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən əlamətdar siyasi mərhələ kimi xüsusi yer tutur. Bu hadisə yalnız yeni bir siyasi təşkilatın meydana çıxması deyil

12:35 205
.

Rumıniya baş naziri: Qara dənizdə ticarət gəmilərinə hücumlar qəbuledilməzdir

Pilotsuz uçuş aparatlarının Qara dənizdə ticarət gəmilərinə endirdiyi zərbələr qəbuledilməzdir və dəniz təhlükəsizliyi üçün ciddi təhdid yaradır. xəbər verir ki, bu barədə Rumıniyanın baş naziri Luka Nikulesku X sosial şəbəkəsində paylaşım edib. "Qara dənizdə dəniz təhlükəsizliyi yenidən təhdi

11:25 215
.

Niyə istədiyiniz insanı tapa bilmirsiniz? - Problem taledə deyilmiş

Tanışlıq tətbiqləri, dost tövsiyələri və çoxsaylı görüşlər bəzən uzunmüddətli münasibət qurmaq üçün kifayət etmir. Yeni araşdırmaya görə, bunun səbəblərindən biri insanın münasibət qurmaq istəyinin arxasında dayanan motivlərlə bağlı ola bilər. xarici mediaya istinadla xəbər verir ki, Toronto Universitetind

18:15 1
.

Yeni Azərbaycan Partiyasının yaradılmasının 34-cü ildönümü - güclü dövlətçilik və milli birliyin siyasi təməli

Azərbaycanın müasir siyasi tarixində özünəməxsus yeri olan Yeni Azərbaycan Partiyasının yaradılmasından 34 il ötür. 1992-ci il noyabrın 21-də təsis edilən partiya ölkənin olduqca mürəkkəb siyasi, iqtisadi və ictimai böhranla üzləşdiyi bir dövrdə meydana çıxaraq Azərbaycanın müstəqilliyinin qorunması

12:28 216
.

Putin, Tramp və Si Cinpin nüvə silahı ilə bağlı birgə bəyanat verə bilər

Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və Çin Prezidenti Si Cinpin arasında Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində keçirilə biləcək görüş nüvə silahından istifadənin yolverilməzliyi ilə bağlı birgə bəyanatla nəticələnə bilər. xəbər veri

11:33 211
.

Sərgi və forumlarda stend açmaq: Marketinq fürsəti, yoxsa əlavə xərc?

"Sərgi və forumlarda stend açmaq biznes üçün müəyyən mənada düzgün marketinq addımı hesab oluna bilər. Çünki sahibkar öz məhsul və xidmətlərini birbaşa potensial müştərilərə, tərəfdaşlara və investorlara təqdim etmək imkanı qazanır. Bu, həm şirkətin tanınmasına, həm də yeni əməkdaşlıq əlaqələrini

12:19 220
.