Prezident Almaniyanın XİN rəhbərini qəbul etdi - Foto

Prezident Almaniyanın XİN rəhbərini qəbul etdi - FotoAzərbaycan Prezidenti İlham Əliyev bu gün Almaniya xarici işlər naziri Yohan David Vadefulun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

"Qafqazinfo" xəbər verir ki, qonaq, ilk növbədə, Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin və Federal Kansler Fridrix Mertsin salamlarını dövlət başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Almaniya Prezidentinə və Federal Kanslerinə çatdırmağı xahiş etdi.

Söhbət zamanı bu ilin iyulunda dövlət başçısının Almaniyaya rəsmi səfəri, səfər çərçivəsində keçirilən görüşlər və aparılan səmərəli müzakirələr məmnunluqla xatırlandı. Həmin səfər zamanı imzalanmış "Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə", həmçinin Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına və fəaliyyətinə dair Birgə Bəyannamənin ikitərəfli əməkdaşlığın möhkəmlənməsində roluna toxunuldu.

Görüşdə ölkələrimiz arasında münasibətlərin uğurla inkişaf etdiyi vurğulandı, siyasi, iqtisadi, sərmayələr, biznes, ənənəvi və alternativ enerji, bağlantılar, nəqliyyat, logistika, turizm və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edildi.

Ölkəmizin Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verdiyi vurğulandı, bu ildən başlayaraq Azərbaycan qazının Almaniyaya ixracı qeyd olundu.

Söhbət zamanı ölkəmizin Orta Dəhlizdə önəmli roluna toxunuldu, Azərbaycan-Avropa İttifaqı əlaqələrinin perspektivləri, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edildi.

Prezident Almaniyanın XİN rəhbərini qəbul etdi - Foto


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 105   Tarix: 17 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bab əl-Məndəb və Hörmüz eyni vaxtda risk altında: Azərbaycan tranzit marşrutları üçün bunun mənası nədir?

Körfəzdə gərginlik yenidən artıb. Noyabrın 13-də İran İnqilab Keşikçiləri Korpusu Bəhreyndəki ABŞ radarına hücum etdiyini açıqladı. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) iki dronun vurulduğunu bildirdi, itki və zərər olmadığını dedi və radar iddiasını təkzib etdi (Al Jazeera, Reuters). Hər iki tərəfin iddias

16.11.2026 331
.

Məzuniyyətlə bağlı yeni qaydalar

Məzuniyyətlə bağlı yeni qaydalar müəyyən edilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb. Müzakirəyə çıxarılan Qanun layihəsində təklif olunan dəyişiklik bu məsələni sistemli şəkildə həll edir:

17:32 0
.

Nigarın yeni avtomobili

"Avroviziya-2011" qalibi Nigar Camal qırmızı rəngli lüks idman avtomobili ilə görüntülənib. Axşam.az xəbər verir ki, müğənni qırmızı rəngli "Porsche" markalı maşın alıb. Qeyd edək ki, maşının qiyməti 150 00-230 00 avro (təxminən 275 00-420 00 manat) arasında dəyişir

11:19 300
.

Mehriban Əliyevadan Milli Dirçəliş Günü paylaşımı - Foto

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial media hesablarında 17 noyabr - Milli Dirçəliş Günü ilə bağlı paylaşım edib. "Qafqazinfo" paylaşımı təqdim edir:

11:01 212
.

Bakıda müşavirələr keçirildi - Qarlı havalara hazırlıq tədbirləri müzakirə olundu

Bakı şəhərinin bütün rayonlarında təsdiq edilmiş tədbirlər planlarına uyğun qış mövsümündə qarlı havalara hazırlıq tədbirləri davam edir. BİG.AZ xəbər verir ki, ilk növbədə şəhər və rayon kommunal xidmətlərinin xüsusi təyinatlı texnikaları hazır vəziyyətə gətirilib, bir sıra yaşayış və qeyri yaşayı

10:38 192
.

Azərbaycanın Fələstinə dəstəyi niyə bəzi dairələri narahat edir?

Prezident İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasa təbrik məktubu ünvanlayıb. Bununla yanaşı, Azərbaycan Xarici İşlər Nazirliyi də Fələstin xalqını və hökumətini Milli Gün münasibətilə təbrik edib. Azərbaycan-Fələstin münasibətləri uzun illərdir dostluq və qarşılıqlı dəstək prinsiplər

12:04 212
.

Ağdamın azad olunması Azərbaycanın tarixi Zəfərinin, siyasi iradəsinin və milli birliyinin təntənəsidir

20 Noyabr Azərbaycan tarixində yalnız bir rayonun işğaldan azad olunması ilə deyil, həm də dövlətimizin milli iradəsinin, siyasi qətiyyətinin və hərbi qüdrətinin nümayişi ilə əlamətdar olan tarixdir. 2020-ci il noyabrın 20-də Ağdam rayonunun Azərbaycana qaytarılması Vətən müharibəsində qazanılmış tarix

12:20 220
.

Yevlaxda ağır qəzada 2 nəfər öldü

Yevlax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, qəza Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Yevlax rayonunun Aran qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Hadisə zamanı Naftalan şəhər sakinləri - 200-ci il təvəllüdlü Pəri Məstəliyeva və Tura

13:39 256
.

Yeni Azərbaycan Partiyası: 34 illik siyasi tarix və güclü dövlətçilik strategiyası

Azərbaycanın müasir siyasi tarixində mühüm yer tutan Yeni Azərbaycan Partiyasının yaranmasının 34-cü ildönümü ölkəmizin dövlətçilik salnaməsinə, siyasi inkişaf yoluna və milli ideologiyasının formalaşmasına nəzər salmaq baxımından xüsusi əhəmiyyət daşıyır. 1992-ci il noyabrın 21-də Naxçıvanda təsis edilə

12:33 209
.