Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - ARTIRILIR
"Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib".
Bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin keçirilən birgə iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
"Hökumət tərəfindən hazırlanan layihələr yekun versiyada ölkə başçısına təqdim edildikdən, müvafiq fərmanlar imzalandıqdan sonra həmin vəsaitlərin də müvafiq maddələrinin bölgüsü aparılacaq və o rəqəmləri də hər birimiz görəcəyik. Əhalinin, xüsusilə pensiyaçıların rifahının qorunması üçün ölkəmizdə hər il pensiyaların indeksasiyası həyata keçirilir. Bu indeksasiya rəqəmi öncəki il orta əmək haqqının artım məbləğinə uyğun şəkildə həyata keçirilir.
Orta hesabla son 5 ildə indeksasiyalar 9%-in üzərində və ya 9% ətrafında olub. Nəzərə alsaq ki, cari ildə bizim inflyasiya faktımız 10 aylıq göstərici üzrə 5,6%-dir. Gələn il üçün proqnozumuz 5,3%-dir və nəzərə alsaq ki, pensiya indeksasiyası həm ənənəvi olaraq son illərin rəqəmini nəzərə alanda və cari il 10 ayında orta əməkhaqqı artımı rəqəmlərini nəzərə alanda düşünürük ki, bu indeksasiya yenə də həmin inflyasiyadan artıq olacaq və əhalinin gəlirləri birmənalı olaraq artacaq. Rəqəmi bu gün niyə səsləndirə bilmirik, qanuna əsasən bu, illik 12 aylıq orta əməkhaqqı artım məbləğindədir və bu orta illik artım rəqəmini də yanvar ayının sonlarında biləcəyik. Amma cari dövrdə artım səhv eləmirəmsə, 7,8% ətrafındadır. İndi növbəti iki ayın göstəricilərini fakt olaraq görəcəyik və müvafiq indeksasiyalar pensiyaçılarımızın gəlirlərinin real artımını təmin edə biləcək. Yəni həm inflyasiyaya qarşı, həm digər faktorlara qarşı", - nazir əlavə edib.(musavat.com)
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 69 Tarix: 14 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş20 noyabr 2020-ci il Zəfərimizin Şanlı Qələbəsi
44 gün ərzində döyüş meydanında Qələbəyə doğru inamla irəliləyən qorxmaz, cəsur əsgərlərimiz düşmənin işğal olunmuş torpaqlarımızdakı hərbi hissələrini, istehkamlarını, ön xətt mövqelərini, döyüş texnikalarını və infrastrukturunu, canlı qüvvəsini, cəbhənin dərinliyindəki atəş nöqtələrini, bazaların
11:11 175 "Ölkədə iynə vurmağa oyuncaq kimi yanaşırlar"
Evdə özbaşına iynə vurulması və sistem qoşulması Azərbaycanda hələ də geniş yayılmış təhlükəli vərdişlərdəndir. Bir çox insan bunu adi tibbi prosedur hesab etsə də, inyeksiya zamanı yaranan allergik və anafilaktik reaksiyalar ağır nəticələrə, hətta ölümə səbəb ola bilər. Bu günlərdə Lənkəranda evdə vurula
13.11.2026 477 7 alma 100 minə satıldı
Yaponiyanın Hokkaydo prefekturasındakı Hakodate bazarında keçirilən ilin ilk hərracında xüsusi üsulla becərilən 7 alma 100 min yenə (təxminən 1065 manat) satılıb. "Qafqazinfo" xəbər verir ki, Nanae şəhərində yetişdirilən "Nanamitsuki" markalı almaların satış qiyməti ötən ilin rekor
10:38 196 Nazirlik qeyri-sabit hava ilə bağlı - Müraciət yaydı
Fövqəladə Hallar Nazirliyin gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət yayıb. xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, noyabrın 15-i günün ikinci yarısından başlayaraq 16-sı axşamadək respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasınd
11:30 195 Məşhur aktrisaya ərəb şeyxindən 2,5 milyon dollarlıq təklif?
Türkiyəli məşhur aktrisa Devrim Özkan haqqında yayılan milyonluq təklif iddiası gündəm yaradıb. Türkiyə mediasına istinadən xəbər verir ki, "Yeraltı" serialında Ceylan obrazını canlandıran aktrisanın Dubayda ərəb şeyxi ilə bir saatlıq şam yeməyi qarşılığında 2,5 milyon dollar aldığı iddia edilib
13.11.2026 353 NASA iş elanı verdi - Maaş 164 mindir
ABŞ-nin Milli Aeronavtika və Kosmos Administrasiyası (NASA) kosmik tədqiqatlarda yeni mərhələyə hazırlaşarkən astronavt korpusunu genişləndirmək üçün rəsmi müraciətlərə start verib. "Qafqazinfo" xəbər verir ki, proqram çərçivəsində seçilən namizədlər "Artemis" layihəsinin bir hissəs
13.11.2026 421 Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - ARTIRILIR
"Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyy
14:36 0 ADY: Bakı-Tbilisi-Bakı marşrutu ilə 96 mindən çox sərnişin səfər edib
Azərbaycan Dəmir Yolları bu ilin yanvar-oktyabr aylarında 9,8 milyondan çox sərnişin daşıyıb. "APA-Economics" ADY-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19% çoxdur. Qeyd olunan dövr ərzində Abşeron dairəvi dəmir yolu ilə 9,3 milyon (18% artım), rayonlararası marşrutlarl
13.11.2026 327 Quru meyvələrin gizli təhlükəsi - Həkimdən xəbərdarlıq
"Quru meyvələr tez-tez şirniyyatlara tam təhlükəsiz və faydalı alternativ kimi qəbul edilsə də, bəzi hallarda sağlamlığa ciddi zərər vura bilər". "Qafqazinfo" xəbər verir ki, bu barədə rusiyalı dietoloq Maryana Cutova bildirib. Mütəxəssis xəbərdarlıq edib ki, bol miqdarda quru meyv
13.11.2026 360