Paytaxtda Zəfər Gününə həsr edilən minifutbol yarışları başa çatdı - Fotolar

Paytaxtda Zəfər Gününə həsr edilən minifutbol yarışları başa çatdı - FotolarBakı Şəhər İcra Hakimiyyəti, "Regional İnkişaf" İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış şanlı qələbənin 6-cı ildönümünə həsr olunan, Bakı şəhər rayonlarını əhatə edən abad məhəllələrarası "Zəfərlə irəli" minifutbol turnirinə yekun vurulub.

BiG.AZ xəbər verir ki, "Bakı 2026 - Dünyanın İdman Paytaxtı" seçilməsi ilə əlaqədar keçirilən silsilə tədbirlər çərçivəsində 2014-2015-ci il təvəllüdlü yeniyetmələr arasında rayon və şəhər olmaqla 2 mərhələdən ibarət futbol yarışmasının əsas məqsədi yeniyetmə və gənclərdə vətənpərvərlik ruhunun gücləndirilməsi, onlarda sağlam həyat tərzinin təşviq edilməsi və idmanla məşğul olmağa cəlb edilməsidir.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə paytaxtın qəsəbə və yaşayış məntəqələrində həyata keçirilən "Bizim həyət" layihəsi çərçivəsində yaradılan abad məhəllələrdəki minifutbol stadionlarında təşkil edilən yarışlar olimpiya sistemi üzrə keçirilib və yarışda ümumilikdə 1300-ə yaxın yeniyetmə idmançının yer aldığı 112 komanda iştirak edib.

Turnirin birinci mərhələsi oktyabrın 30-na kimi paytaxt rayonlarında yekunlaşıb, daha sonra isə rayon turlarının qalibləri Bakı şəhər mərhələsində yarışıblar.

Respublikasəviyyəli hakimlərin iştirakı ilə təşkil edilən turnirə final oyunları ilə yekun vurulub.

Tədbirin əvvəlində populyar müğənni Elnarə Xəlilova və "Döngə" qrupu iştirakçılar qarşısında çıxış ediblər.

Rəsmi açılış mərasimindən sonra final oyunu keçirilib.

Final oyununda Nizami və Qaradağ rayonlarının komandaları görüşüblər. 4:3 hesabı ilə qalib gələn Nizami rayonunun komandası turnirin qalibi olub. Üçüncü yerə Xəzər rayonunun komandası çıxıb.

Turnirin qalibləri "Fəxri fərman" və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Tədbirin sonunda atəşfəşanlıq keçirilib və xatirə şəkli çəkdirilib.

Paytaxtda Zəfər Gününə həsr edilən minifutbol yarışları başa çatdı - FotolarPaytaxtda Zəfər Gününə həsr edilən minifutbol yarışları başa çatdı - FotolarPaytaxtda Zəfər Gününə həsr edilən minifutbol yarışları başa çatdı - FotolarPaytaxtda Zəfər Gününə həsr edilən minifutbol yarışları başa çatdı - FotolarPaytaxtda Zəfər Gününə həsr edilən minifutbol yarışları başa çatdı - FotolarPaytaxtda Zəfər Gününə həsr edilən minifutbol yarışları başa çatdı - FotolarPaytaxtda Zəfər Gününə həsr edilən minifutbol yarışları başa çatdı - FotolarPaytaxtda Zəfər Gününə həsr edilən minifutbol yarışları başa çatdı - FotolarPaytaxtda Zəfər Gününə həsr edilən minifutbol yarışları başa çatdı - FotolarPaytaxtda Zəfər Gününə həsr edilən minifutbol yarışları başa çatdı - FotolarPaytaxtda Zəfər Gününə həsr edilən minifutbol yarışları başa çatdı - FotolarPaytaxtda Zəfər Gününə həsr edilən minifutbol yarışları başa çatdı - FotolarPaytaxtda Zəfər Gününə həsr edilən minifutbol yarışları başa çatdı - FotolarPaytaxtda Zəfər Gününə həsr edilən minifutbol yarışları başa çatdı - FotolarPaytaxtda Zəfər Gününə həsr edilən minifutbol yarışları başa çatdı - FotolarPaytaxtda Zəfər Gününə həsr edilən minifutbol yarışları başa çatdı - Fotolar


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 141   Tarix: 04 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Tarixin ən böyük toylarından biri" - Yetim bəy tanımadığı insanları dəvət etdi - Hamı axışıb gəldi

Çində valideynlərini erkən yaşda itirən gəncin toyuna sosial şəbəkələr vasitəsilə tanımadığı insanları dəvət etməsi böyük marağa səbəb olub. Onun çağırışına yüzlərlə insanın cavab verməsi nəticəsində kiçik bir kənddə keçirilən mərasim ölkənin ən çox danışılan toylarından birinə çevrilib. xarici mediay

03.11.2026 488
.

Melaniya Tramp noyabrın 5-də Ağ Evdə Ukrayna və Rusiya nümayəndələrini bir araya gətirəcək

Rusiya və Ukrayna təmsilçiləri Ağ Evdə görüşəcək. APA xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb. Məlumata görə, ABŞ-ın birinci xanımı Melaniya Tramp şəxsən hər iki ölkənin nümayəndələrinin görüşündə rol oynayacaq. Məlumatda oktyabrın 29-da Aleşkidə elan edilən atəşkəsdən də söz açılıb və bunun ABŞ-ı

03.11.2026 388
.

Xiyarı qabığı ilə yeyin - SƏBƏBİ

Qidalanma mütəxəssisləri xiyarın qida dəyərini ətraflı araşdıraraq onun insan orqanizmi üçün faydalarını açıqlayıblar. Onlar təzə xiyarın gündəlik qida rasionuna daxil edilməsinin vacibliyini vurğulayıblar. xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər təzə xiyarın müntəzəm istehlakının sağlamlığ

03.11.2026 384
.

İki nəfərin öldüyü "Şəki Yaylası" istirahət mərkəzi bağlandı - Video

2 nəfərin ölümü ilə nəticələnən hadisənin baş verdiyi "Şəki Yaylası" istirahət mərkəzinin fəaliyyəti tamamilə dayandırılıb. "Qafqazinfo" xəbər verir ki, mərkəzin nümayəndəsinin sözlərinə görə, hazırda istintaq prosesi getdiyi üçün istirahət mərkəzinin fəaliyyəti ilin sonunadək tamamil

11:08 241
.

İsraildən uçan təyyarə Sofiya hava limanında təcili eniş edib

İsraildən Bolqarıstana uçan təyyarə elektron poçt vasitəsilə bomba təhlükəsi barədə məlumat daxil olduqdan sonra Sofiya hava limanında təcili eniş edib. Bu barədə Bolqarıstanın "Nova" telekanalı məlumat yayıb. Bolqarıstan Daxili İşlər Nazirliyinin baş katibinin səlahiyyətlərini icra edən Lyubomi

03.11.2026 365
.

Xırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - Video - Yenilənib

Xırdalanda 12 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Uşağın atası bildirib ki, qızı Mələk İmanova noyabrın 2-də saat 19:35 radələrində evdən çıxıb və geri qayıtmayıb. O, polisə müraciət etdiyini də qeyd edib:. "Həyətdə kameralar var

10:00 298
.

Temperatur 10 dərəcə enəcək

Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

14:53 187
.

Qarabağın dirçəlişi Azərbaycan iqtisadiyyatına hansı töhfələri verə bilər?

Qarabağın dirçəlişi Azərbaycanın müasir tarixində yalnız ərazi bütövlüyünün bərpasından sonra qarşıya qoyulan quruculuq vəzifəsi deyil. Bu proses, eyni zamanda, ölkənin iqtisadi inkişafı, yeni investisiya imkanlarının yaranması və regionların iqtisadi potensialının genişlənməsi baxımından mühüm əhəmiyyə

14:03 209
.

QƏHVƏ 5 DƏQİQƏYƏ STRESİ AZALDIR

Qəhvə qoxusunu 5 dəqiqə ərzində nəfəsə çəkmək stresi azaldır və insana rahatlıq gətirir. Bunun Türkiyə mediasına istinadən bildirib. Araşdırmaya görə, təzə dəmlənmiş qəhvənin ətri narahatlıq, yorğunluq, çaşqınlıq və kədəri aradan qaldırır. Qəhvə ətri insanda qəfil enerji artımı yaratmaqdan daha çox

11:03 227
.