"Aliment uşağa verilən güzəşt deyil, valideynin qanuni borcudur" - Alimentin artırılması zərurəti gündəmdə

"Aliment uşağa verilən güzəşt deyil, valideynin qanuni borcudur" - Alimentin artırılması zərurəti gündəmdə"Son dövrlər alimentin artırılması məsələsi cəmiyyətdə daha çox müzakirə olunmalı olan sosial problemlərdən biridir. Ölkədə ərzaq, geyim, təhsil, kommunal xidmətlər və digər gündəlik tələbat xərclərinin artması uşaqların maddi təminatı məsələsini daha da aktuallaşdırır. Bu reallıq fonunda illər əvvəl müəyyən edilmiş aliment məbləğinin bu gün uşağın bütün zəruri ehtiyaclarını qarşılaması ciddi suallar doğurur.
Məsələ ondadır ki, valideynlərin boşanması uşağın hüquq və mənafelərinə mənfi təsir göstərməməlidir. Uşaq valideynlər arasındakı münasibətlərin pozulmasına görə maddi və mənəvi çətinliklərlə üzləşməməlidir. Valideyn olmaq yalnız uşağın dünyaya gəlməsi ilə bitmir. Bu, onun yetkinlik yaşına çatmasına qədər davam edən maddi, mənəvi və hüquqi məsuliyyətdir".

Bunu BiG.AZ-a danışan deputat Sevinc Hüseynova bildirib.

Deputat qeyd edib ki, təəssüf ki, bəzi hallarda alimentin ödənilməsi formal öhdəlik kimi qəbul edilir:

"Ödənilən məbləğ uşağın qidalanma, geyim, təhsil, müalicə və digər gündəlik ehtiyaclarını qarşılamaq üçün kifayət etmir. Nəticədə uşağın bütün yükü onunla yaşayan valideynin üzərinə düşür. Bu isə sosial ədalət və valideyn məsuliyyəti baxımından qəbuledilməz vəziyyətdir.

Hesab edirəm ki, alimentin müəyyənləşdirilməsi və artırılması məsələsinə yanaşma zamanı ilk növbədə uşağın maraqları əsas götürülməlidir. Aliment keçmiş həyat yoldaşına verilən pul deyil, birbaşa uşağın saxlanılması üçün nəzərdə tutulan vəsaitdir. Buna görə də aliment ödəyən valideynin real gəlirləri, uşağın artan ehtiyacları, inflyasiya və ölkədəki yaşayış xərcləri nəzərə alınmalıdır.

Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, alimentin müəyyən edilmiş məbləği dəyişmiş ailə və maddi vəziyyət nəzərə alınmaqla məhkəmə tərəfindən artırıla və ya azaldıla bilər. Deməli, uşağın ehtiyacları artdığı, əvvəlki məbləğ real təminat üçün yetərli olmadığı hallarda alimentin artırılması ilə bağlı məhkəməyə müraciət etmək hüququ mövcuddur".

Deputat vurğulayıb ki,.alimentin yalnız məhkəmə qərarı ilə müəyyən edilməsi deyil, onun vaxtında və tam ödənilməsinə nəzarət də mühüm əhəmiyyət daşıyır:

"Aliment borclarının yaranması uşaqların gündəlik həyatına birbaşa təsir göstərir. Bu səbəbdən aliment öhdəliklərinin icrasına nəzarətin gücləndirilməsi, ödənişdən yayınan şəxslərlə bağlı qanunvericiliyin tələblərinin ardıcıl tətbiqi vacibdir.
Düşünürəm ki, aliment məsələsinə yalnız iki keçmiş həyat yoldaşı arasındakı mübahisə kimi baxmaq düzgün deyil. Burada söhbət uşağın konstitusion hüquqlarından, sosial müdafiəsindən və gələcəyindən gedir. Uşağın normal qidalanması, keyfiyyətli təhsil alması, sağlamlığının qorunması və layiqli həyat şəraitində böyüməsi təmin edilməlidir.

Cəmiyyət olaraq da bu məsələdə mövqeyimiz aydın olmalıdır: aliment ödəmək valideynin yaxşılıq etməsi və ya könüllü şəkildə göstərdiyi maddi dəstək deyil. Bu, onun qanunla müəyyən edilmiş borcudur. Uşağın ehtiyacları dəyişdikcə alimentin məbləğinin də real iqtisadi şəraitə uyğunlaşdırılması məsələsi diqqətdə saxlanılmalıdır.

Ən əsası, heç bir uşaq valideynlərinin ayrılığına görə yoxsulluq, ehtiyac və sosial ədalətsizliklə üzləşməməlidir. Alimentin artırılması məsələsində əsas meyar valideynlərin şəxsi münasibətləri deyil, uşağın üstün mənafeyi olmalıdır".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 127   Tarix: 30 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Son Xəbərlər