Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib - Foto

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib - FotoAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 12-də İran İslam Respublikasının daxili işlər naziri İsgəndər Momenini qəbul edib.

Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı ölkələrimiz arasında bütün istiqamətlərdə olduğu kimi, təhlükəsizlik, ictimai asayişin qorunması sahəsində də yüksək səviyyədə əməkdaşlığın həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Prezident İlham Əliyev İranın Daxili İşlər Nazirliyinin nümayəndə heyətinin səfərinin uğurlu olacağına əminliyini bildirdi və bunu ikitərəfli təmasların davamı kimi qiymətləndirdiyini dedi. Bu xüsusda dövlətimizin başçısı bir müddət əvvəl Azərbaycan nümayəndə heyətinin İrana səfərini və orada önəmli görüşlər keçirdiyini xatırlayıb.

Qəbula görə Prezident İlham Əliyevə minnətdarlığını bildirən İsgəndər Momeni dost və qardaş Azərbaycana səfər etməkdən məmnunluğunu vurğulayıb.

O, Prezident Məsud Pezeşkianın salamlarını dövlətimizin başçısına çatdıraraq qeyd etdi ki, İranın dövlət başçısı Prezident İlham Əliyevlə son dövrlərdə keçirdiyi görüşləri səmimiyyətlə xatırlayır.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Prezident Məsud Pezeşkiana çatdırmağı xahiş etdi. Dövlətimizin başçısı da öz növbəsində İran Prezidenti ilə son dövrlərdə tez-tez görüşdüyünü deyərək, bir neçə gün əvvəl onunla Türkmənistanda keçirdiyi görüşü xatırlayıb.

Nazir vurğuladı ki, İran Prezidenti ölkələrimizin müvafiq qurumları arasında münasibətlərin inkişafına xüsusi əhəmiyyət verir.

Azərbaycanın İran üçün dost və qardaş ölkə olduğunu deyən İsgəndər Momeni İranda müxtəlif zamanlarda baş vermiş hadisələr, o cümlədən güclü zəlzələlər və meşə yanğınları zamanı Azərbaycanın göstərdiyi humanitar yardıma və dəstəyə görə bir daha təşəkkürünü bildirib.

İranın daxili işlər naziri hazırda bölgədə gərginliyin aradan qaldırılması istiqamətində aparılan danışıqlar prosesi barədə dövlətimizin başçısına məlumat verib.

Prezident İlham Əliyev Yaxın Şərq regionunda mövcud gərginliyin danışıqlar yolu ilə həllini tapacağına ümidvar olduğunu deyib.

Söhbət zamanı ölkələrimizin müvafiq qurumları arasında əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib - FotoPrezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib - FotoPrezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib - FotoPrezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib - FotoPrezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib - FotoPrezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib - Foto


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 108   Tarix: 12 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bərabər məktəb mühiti uşaqlardan başlayır

"Bir məktəbin uğuru yalnız yüksək qiymətlərlə və əldə edilən nailiyyətlərlə ölçülmür. Məktəbin əsl uğuru həm də şagirdlərin bir-birinə münasibətində, qarşılıqlı hörmətində və fərqlilikləri qəbul etməsində özünü göstərir. Vahid məktəbli forması bu dəyərlərin təşviqinə kömək edə bilən vasitələrdə

11:40 214
.

Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - Foto

Ötən gecə Masazırda baş verən ağır yol qəzasında həlak olan 2 gəncin şəxsiyyəti müəyyənləşib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, saat 20:40-da Mürsəlli Araz Yusif oğlunun idarə etdiyi "Kia Rio" markalı avtomobillə toqquşan motosikletdə ölən şəxslərin 2005-ci il təvəllüdl

10:20 294
.

Diz ağrısına qarşı yeni üsul: Yerimə tərzinizi dəyişin

Diz ağrısından əziyyət çəkən insanlar üçün yerimə tərzinin dəyişdirilməsi yeni müalicə imkanlarından biri ola bilər. Alimlərin apardığı klinik sınaq göstərib ki, ayağın yeriyərkən hansı istiqamətə yönəldilməsi diz oynağına düşən yükə və ağrı səviyyəsinə təsir edə bilər. BİG.AZ xarici mediaya istinadl

14:00 194
.

Məktəb direktorunun maşını yandırıldı - Fotolar

Qaradağ rayonunda orta məktəb direktorlarından birinin maşını yandırılıb. "Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, yaxınlıqda uşaqlar da olub. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Bu fakt bir daha onu nümayiş etdirir ki, xarici qüvvələrin təhriki ilə Azərbaycanın dünyəvi dövlət modelin

15:08 481
.

Zeytun yağı ilə bağlı maraqlı kəşf - Qan şəkərinə belə təsir edir

Zeytun yağının qidalanmada istifadəsi ilə bağlı yeni araşdırma maraqlı nəticə ortaya qoyub. Alimlər müəyyən ediblər ki, karbohidrat qəbulundan əvvəl zeytun yağı qəbul etmək yeməkdən sonra qan şəkərinin ilkin yüksəlişini zəiflədə bilər. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Yaponiyanın Kyot

11:23 191
.

Məktəb təbliğatın deyil, elmin və tərbiyənin ünvanıdır

Azərbaycanda məktəblərdə vahid geyim formasının tətbiqi çox düzgün qərardır. Çünki məktəb ilk növbədə elm və təhsil ocağıdır. Burada əsas olan uşaqların geyimi deyil, aldıqları bilik, tərbiyə və gələcəyə necə hazırlanmasıdır. Vahid forma şagirdlər arasında geyimə görə fərqləri azaldır, məktəb mədəniyyətin

10:55 192
.

Qanunun aliliyi və məktəbin missiyası: mübahisədən hüquqi həllə

Hər bir cəmiyyətdə dini inanc məsələsi həssas mövzulardan biridir. Bu həssaslıq uşaqlara, müəllimlərə və məktəb mühitinə aid olduqda məsələ daha da böyük əhəmiyyət kəsb edir. Çünki söhbət təkcə geyimdən, baş örtüyündən və ya şəxsi seçimdən getmir. Eyni zamanda dövlətin dünyəvi xarakteri, təhsilin mahiyyəti

13:21 229
.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yeni inkişaf mərhələsi

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ilk dəfə dövlət başçısı seçilməsindən 23 il ötür. 15 oktyabr 2003-cü ildə keçirilən prezident seçkilərində xalq ölkənin gələcək inkişafına, siyasi sabitliyin qorunmasına və Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun dava

13:02 174
.

Vahid forma, vahid məqsəd - keyfiyyətli təhsil

Məktəbin əsas vəzifəsi şagirdlərə bilik vermək, onların düşünmə qabiliyyətini inkişaf etdirmək və gələcək həyata hazırlamaqdır. Bu məqsədə çatmaq üçün məktəbdə sağlam təlim mühitinin yaradılması vacibdir. Vahid məktəbli forması da həmin mühitin formalaşmasına xidmət edən amillərdən biri hesab olunur

11:26 180
.