Məktəblərdə vahid formaya keçid intizam qaydasıdır
Azərbaycan dünyəvi dövlətdir və ölkəmizdə dini etiqad azadlığı təmin olunur. Hər kəs öz dini inancına uyğun yaşamaqda sərbəstdir. Lakin məktəb təhsil müəssisəsidir və burada şagirdlər üçün müəyyən edilmiş vahid geyim forması, daxili intizam və təhsil qaydaları mövcuddur. Şagirdlərin məktəbə gələrkən həmin tələblərə əməl etməsi təhsil mühitinin ümumi prinsiplərindən biridir.
Məktəbli forması ilə bağlı tələbləri dini inanclara qarşı münasibət kimi təqdim etmək və məsələni süni şəkildə başqa müstəviyə keçirmək düzgün deyil. Söhbət dini etiqad azadlığından deyil, məktəbdə hamı üçün müəyyən edilmiş geyim qaydalarına riayət olunmasından gedir.
Təəssüf ki, bu cür həssas məsələlərin siyasiləşdirilməsi və dini qarşıdurma müstəvisinə daşınması cəmiyyətdə gərginlik yarada bilər. Xüsusilə, sosial şəbəkələrdə dini mövzudan istifadə etməklə Azərbaycana qarşı çağırışların və təzyiq ritorikasının yayılması ciddi diqqət tələb edir. Belə hallarda xarici təsir ehtimalları yüksəlir və paylaşımlarda bu hiss olunur. Bəzən belə hallar İran mollaları kimi təxribatçılar tərəfindən idarəolunan prosesə çevrilir. Buna isə qətiyyən yol vermək olmaz. Çünki bizim hamımızın ən böyük sərvəti dövlətimizdir.
Hesab edirəm ki, Azərbaycan dövlətinin maraqları cəmiyyətdə süni qarşıdurma yaratmaqda deyil, qanunlara hörmətin, dini etiqad azadlığının və sağlam təhsil mühitinin qorunmasındadır. Məktəbin qaydası məktəbdə, şəxsi dini seçim isə şəxsi həyatda öz yerini tapmalıdır. Bu məsələləri qarşı-qarşıya qoymaq nə xalqa, nə cəmiyyətə, nə də dövlətə fayda verir.
BƏHRUZ QULİYEV
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 134 Tarix: 12 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAİ Ermənistana iki il müddətinə ticarət güzəştləri tətbiq edəcək
Avropa İttifaqı (Aİ) oktyabrın 10-dan etibarən Ermənistanın kənd təsərrüfatı və alkoqollu məhsullarının ixracına iki il müddətinə ticarət güzəştləri tətbiq edəcək. xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəsmi saytında dərc olunan məlumatda bildirilib. Qeyd olunub ki, güzəştlər müəyyən şərtlərl
11.10.2026 207 Rubio və Moteqi Okinavada ABŞ dəniz piyadasının həbsini müzakirə edib
ABŞ Dövlət katibi Marko Rubio Yaponiyanın xarici işlər naziri Toşimitsu Moteqi ilə telefon danışığında ABŞ Dəniz Piyadaları Korpusunun hərbi qulluqçusunun Okinava adasının sakininin qətlində şübhəli bilinərək həbs olunmasını müzakirə edib. "Report" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentini
11.10.2026 262 Avtomobil bazarında yeni tələblər - Bazarda qiymətlər artıracaq?
Avtomobil bazarında yeni mərhələ başlayır. Son illər münasib qiyməti, müasir texnologiyaları və zəngin komplektasiyası ilə alıcıların diqqətini çəkən Çin avtomobillərinin idxalında azalma müşahidə olunur. İndi isə bazarı daha ciddi dəyişikliklər gözləyir. BİG.AZ Xəzər TV-yə istinadən bildirir ki, idxalı
11.10.2026 303 Vahid məktəbli forması, təhsil siyasəti və İranın mümkün ideoloji müdaxiləsi
"Müasir dövrdə təhsil yalnız biliklərin ötürülməsi prosesi deyil, həm də cəmiyyətin gələcəyini, milli kimliyin davamlılığını və dövlətin informasiya təhlükəsizliyini müəyyən edən strateji sahədir. Məktəblərdə tətbiq edilən qaydalar, şagirdlərə aşılanan dəyərlər və uşaqların informasiya mənbələrin
11:15 129 Azərbaycanın qazandığı qələbələrin memarı - Prezident İlham Əliyev
15 oktyabr 2003-cü il müstəqil Azərbaycan Respublikasının tarixinə yazılmış ən əlamətdar günlərdən biridir. Bu gün Azərbaycan üçün o baxımdan əlamətdardır ki, xalqımız öz dövlətçiliyinin gələcəyi, rifahının yüksəkliyinə doğru inamlı bir addım atdı. Belə ki, müdrik Azərbaycan xalqı 2003-cü il 15 oktyabrd
11:27 113 Vahid məktəbli forması və xarici ideoloji təsirlər: Azərbaycan təhsilinin qarşısında duran strateji çağırışlar
"Təhsil sisteminin inkişafı yalnız dərsliklərin yenilənməsi, müəllimlərin peşəkarlığının artırılması və müasir texnologiyaların tətbiqi ilə məhdudlaşmır. Bu proses eyni zamanda məktəblərdə sosial bərabərliyin təmin olunmasını, uşaqların psixoloji təhlükəsizliyinin qorunmasını, milli-mənəvi dəyərləri
11:13 115 2026-cı ilin ilk doqquz ayında velosiped qəzalarında ölənlərin sayı açıqlandı
"Velosipedçilər yol hərəkətinin müdafiəsiz iştirakçılarıdır və velosipeddə sürücünü qəza zamanı qoruya biləcək konstruktiv təhlükəsizlik elementləri olmadığından, toqquşmalar onlar üçün ağır nəticələnə bilər. Bu səbəbdən velosipedçilərin yol hərəkəti qaydalarına əməl etməsi, velosipedlərinin texnik
11.10.2026 279 Tramp: Ukraynanın yeni prezident seçmək vaxtı çatıb
ABŞ Prezidenti Donald Tramp Ukraynaya yeni prezidentin lazım olduğunu bildirib. "Report" xəbər verir ki, Amerika lideri bu barədə Ağ Evin qarşısında jurnalistlərlə söhbətində bildirib. Trampın sözlərinə görə, Ukrayna lideri Volodimir Zelenski Rusiya-Ukrayna münaqişəsini "dəfələrlə"
11.10.2026 296 Tokayev 2035-ci ilə qədər MDB-nin İnkişaf Strategiyasını hazırlamağı təklif edib
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev diqqəti iqtisadiyyat, energetika, infrastruktur, yüksək texnologiyalar və insan kapitalına yönəltməklə 2035-ci ilə qədər MDB-nin İnkişaf Strategiyasını hazırlamağı təklif edib. "Report"a istinadla xəbər verir ki, o bu barədə MDB Dövlət Başçıları Şurasını
11.10.2026 260