Tokayev 2035-ci ilə qədər MDB-nin İnkişaf Strategiyasını hazırlamağı təklif edib
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev diqqəti iqtisadiyyat, energetika, infrastruktur, yüksək texnologiyalar və insan kapitalına yönəltməklə 2035-ci ilə qədər MDB-nin İnkişaf Strategiyasını hazırlamağı təklif edib.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, o bu barədə MDB Dövlət Başçıları Şurasının iclasında bildirib.
Onun sözlərinə görə, birliyin fəaliyyətdə olan İnkişaf Konsepsiyası 2007-ci ildə təsdiq edilib və altı il əvvəl yenilənib, daha sonrakı proqramlar və sənədlər isə çox vaxt bir-biri ilə uzlaşmır:
"Buna görə də, İcraiyyə Komitəsinə ölkələrimizin hökumətləri ilə birlikdə MDB-nin 2035-ci ilə qədər İnkişaf Strategiyasının hazırlanmasına başlamağı təklif edirəm. Bu, ortamüddətli perspektivdir. Dövlətlərimiz üçün fundamental əhəmiyyət kəsb edən prioritetlərə - iqtisadiyyat, energetika, infrastruktur, yüksək texnologiyalar, insan kapitalına diqqət yetirmək vacibdir".
K.Tokayev, həmçinin iqtisadi əməkdaşlığın dərinləşdirilməsinin və sənaye-texnoloji tərəfdaşlığın təkmilləşdirilməsinin vacibliyini vurğulayıb.
Onun məlumatına görə, Qazaxıstanın xarici ticarət dövriyyəsinin dörddəbirindən çoxu MDB ölkələrinin bazarlarının payına düşür: "Ötən ilin yekunlarına görə, bu göstərici təxminən 40 milyard dollar təşkil edib, cari ilin yeddi ayı ərzində isə 10% artıb".
K.Tokayev dəyişən beynəlxalq vəziyyət şəraitində MDB-nin rolundan danışaraq qeyd edib ki, qeyri-müəyyənlik güclənir, qlobal iqtisadi əlaqələr yenidən qurulur və texnoloji rəqabət kəskinləşir:
"Belə bir vəziyyətdə hər bir dövlətin maraqlarını nəzərə almaqla razılaşdırılmış qərarlar tapmağa imkan verən birbaşa və etibarlı dialoq kritik əhəmiyyət kəsb edir. Əminəm ki, Birliyə olan davamlı tələbat məhz bununla izah olunur".
Qazaxıstan prezidenti, həmçinin MDB ölkələrinin alimlərini, hüquqşünaslarını, tarixçilərini və ekspertlərini Almatı Bəyannaməsinin 35 illiyinə həsr olunmuş beynəlxalq konfransda iştirak etməyə dəvət edib. Tədbir noyabr ayında Almatıda Qazaxıstan Strateji Araşdırmalar İnstitutunun himayəsi altında keçiriləcək.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 126 Tarix: 11 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşOtağa icazəsiz daxil olmaq üstündə mübahisə: Əkiz qardaşlardan biri bıçaqlandı
Şəmkirdə əkiz qardaşlar arasında baş verən mübahisə bıçaqlanma ilə nəticələnib. BİG.AZ APA-ya istinadən xəbər verir ki, rayon sakini, 2008-ci il təvəllüdlü N.Quliyev bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Yaralı dərhal əməliyyat olunub. Onun vəziyyətinin kafi olduğu bildirilir. İlkin məlumat
11:21 188 Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək
Türkiyə Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində gənclərin, xüsusilə texnologiya, iqtisadiyyat və idman sahələrində əməkdaşlığının inkişafına xüsusi əhəmiyyət verir. "Report"un Türkiyə bürosu xəbər verir ki, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini, partiyanın tür
13:40 149 FT: ABŞ Rusiyanın neft zavodlarına zərbələrə görə Ukraynanı məlumat ötürməməklə hədələyib
ABŞ Rusiyanın neft emalı zavodlarına (NEZ) endirilən zərbələri dayandırmağı tələb edib, əks halda, Vaşinqton Kiyevə mühüm kəşfiyyat məlumatları ötürməyəcək. "Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən "Financial Times" (FT) məlumat yayıb. Nəşrin məlumatına görə, cümə gün
19:40 0 Marsın səthində diqqətçəkən görüntü: Ufoloq qədim sivilizasiya izlərindən danışdı
ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) "Perseverance" aparatı Marsın səthində süni strukturlara bənzəyən sirli obyektləri qeydə alıb. xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Marsın səthinin fotosu yerdənkənar həyat nəzəriyyələrinin tərəfdarlar
15:30 143 İranın Azərbaycan uşaqlarına mümkün təsiri: "Zəhərləmə" iddiasının siyasi, informasiya və milli təhlükəsizlik aspektlərində analitik TƏHLİL
"Azərbaycan uşaqlarının təhlükəsizliyi ətrafında yaranan müzakirələrə yalnız ayrı-ayrı hadisələr prizmasından yanaşmaq kifayət deyil. Bu məsələ daha geniş çərçivədə - regional siyasi münasibətlər, informasiya müharibəsi, dini ideoloji təsirlər, ictimai təhlükəsizlik və milli kimliyin qorunması kontekstind
13:35 229 Vahid məktəbli forması təhsildə bərabərliyin, nizam-intizamın və sağlam mühitin təminatıdır
"Təhsil yalnız bilik və bacarıqların mənimsənilməsi ilə məhdudlaşmır. Məktəb həm də uşaqların şəxsiyyət kimi formalaşdığı, mənəvi dəyərləri öyrəndiyi, sosial münasibətlər qurduğu və gələcək həyata hazırlaşdığı mühüm tərbiyə məkanıdır. Bu baxımdan, məktəblərdə vahid məktəbli formasının tətbiqi təkc
13:16 193 Finlandiyada kişi valideynlərinin cəsədlərini 30 ildən çox dondurucuda saxlayıb
Finlandiyada 81 yaşlı kişi valideynlərinin cəsədlərini dondurucuda saxladığına görə istintaqa cəlb edilib. Yle-yə istinadən xəbər verir ki, kişi məzarın toxunulmazlığını pozmaqda iki epizod üzrə ittiham olunur. Polis müəyyən edib ki, kişi valideynlərinin cəsədlərini 30 ildən çox müddət ərzində donduruculard
14:30 160 Tramp administrasiyasından Beynəlxalq Cinayət Məhkəməsinə yeni sanksiyalar
ABŞ Prezidenti Donald Trampın administrasiyası Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) qarşı sanksiyalar tətbiq edib. "Reuters"ə istinadən xəbər verir ki, bu qərar Vaşinqtonla Avropadakı müttəfiqləri arasında diplomatik gərginliyi artırıb. Materialda qeyd olunur ki, qərar məhkəmənin keçmiş hakimlərində
17:30 128 Uşağın həyatına təhlükə yaradan oyuncaqlar müzakirə edildi - Video
Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. "Şimal-Cənub dəhlizi və Orta Dəhliz uğrunda mübarizə: Avazada hansı qərarlar verilə bilər, "Dövlət İmtahan Mərkəzinin müsabiqəsi yeni suallar yaratdı: boş yerlər niyə ilk mərhələdə bölüşdürülmədi, "Uşağın həyatın
18:30 68