Azərbaycanda yenidoğulan körpələrin sayı azalır - Səbəb nədir? - VİDEO

Azərbaycanda yenidoğulan körpələrin sayı azalır - Səbəb nədir? - VİDEO2015-ci ildə ölkədə 166 min 210, 2025-ci ildə isə cəmi 95 min 875 körpə doğulub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, son 10 il ərzində doğulan uşaqların sayında 70 min 335 nəfər azalma var.

BiG.AZ Xəzər TV-yə istinadən bildirir ki, mövzu ilə bağlı danışan mama-ginekoloq Mahirə İsmayılova deyir ki, doğuş sayının son illərdə kəskin azalmasının əsas səbəblərindən biri qadınların 30 yaşdan sonra ana olmaq istəyidir.

Mahirə İsmayılova həmçinin qeyd edir ki, 2025-ci ildə dünyaya gələn 96 minə yaxın uşağın cəmi 46 mini qız, 50 mini oğlan uşaqlarıdır. Odur ki, qarşıdakı illərdə dünyaya uşaq gətirəcək qadınların sayında da ciddi azalma müşahidə olunacaq.

Sosiologiya üzrə fəlsəfə doktoru Üzeyir Şəfiyev isə deyir ki, insanlar bu nümunəni Avropa ölkələrindən götürürlər. Bundan başqa, boşanmaların artan dinamikası da uşaq sayına ciddi təsir göstərir.

Sosioloq hesab edir ki, mövcud tendensiyanın ciddi nəticələri ola bilər.

Mütəxəssislər hesab edirlər ki, doğum sayındakı azalma davam edərsə, qarşıdakı illərdə demoqrafik yük daha da artacaq. Bu isə həm əhalinin yaş strukturuna, həm də təhsil və əmək bazarına ciddi təsir göstərə bilər.

Daha ətraflı videomaterialı təqdim edirik.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 788   Tarix: 11 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kəlbəcərin turizm potensialı: təbii sərvətlərdən iqtisadi gücə, dirçəlişdən beynəlxalq turizm məkanına doğru

Kəlbəcərin turizm zonası kimi inkişafı Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi genişmiqyaslı bərpa və quruculuq siyasətinin strateji istiqamətlərindən biridir. Bu qədim diyarın malik olduğu zəngin təbii resurslar, əlverişli dağ iqlimi, mineral su mənbələri, meşələri, çayları, tarixi-mədən

18:35 119
.

Kəlbəcər Günü - Tarixi yaddaşımızın, milli iradəmizin və Böyük Qayıdışın təntənəsi

Kəlbəcər Azərbaycanın tarixində özünəməxsus yeri, zəngin mədəni irsi, əsrarəngiz təbiəti və strateji əhəmiyyəti ilə seçilən qədim yurd yerlərimizdən biridir. Kəlbəcər Günü yalnız bir rayonun azadlığının və tarixi ədalətin bərpasının qeyd olunması deyil, həm də xalqımızın torpağa bağlılığının, milli birliyinin

12:04 284
.

Məktəbi kimlər idarə etməlidir? - Dünya və bizdə bu məsələnin PƏRDƏARXASI

Məktəb direktoru olmaq üçün yaxşı müəllim olmaq kifayətdirmi? Yüksək imtahan nəticəsi göstərən hər bir namizəd yüzlərlə şagirdin, onlarla müəllimin çalışdığı təhsil müəssisəsini uğurla idarə edə bilərmi?. Son illər Azərbaycanda məktəb direktorlarının fəaliyyətində aşkarlanan nöqsanlar, valideynləri

18:15 137
.

İmzaladığı 50-yə yaxın Fərman - Ləğv olundu

Naxçıvanda Vasif Talıbovun Ali Məclisin sədri olduğu dövrdə imzaladığı 47 fərman ləğv edilib. APA-ya istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bir sıra fərmanlarının ləğv edilməsi barədə Naxçıvan Muxtar Respublikasının Baş nazir

12:59 223
.

Ermənistan Rusiyaya dair mövqeyini açıqladı

Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan ölkənin İctimai Televiziyasına müsahibəsində Rusiya ilə münasibətlərdə "körpülərin yandırılması" ehtimalı barədə danışıb. xəbər verir ki, Kostanyanın sözlərinə görə, Baş nazir Nikol Paşinyanın dekabrın 3-də Moskvaya səfəri planlaşdırılır

10:58 200
.

İlham Əliyev Hikmət Çetinin ailəsinə başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin (TBMM) keçmiş sədri Hikmət Çetinin ailəsinə başsağlığı məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Türkiyə Respublikasının görkəmli dövlət və ictimai-siyasi xadimi Hikmət Çətinin vəfatı xəbəri mən

17:07 182
.

Toya yazdırdığımız pul dəyərində yeməliyik? - 20 çeşid yemək məsələsi

Azərbaycan toylarında süfrəyə təqdim olunan yeməklərin çeşidinin çoxluğu zaman-zaman müzakirələrə səbəb olur. Milli Məclisin deputatı Fazil Mustafanın toylarda 20 çeşid yeməyin təqdim edilməsini "vəhşilik" adlandırması bu mövzunu yenidən gündəmə gətirib. Lakin məsələ təkcə israfçılıqla məhdudlaşmır

19:30 76
.

Bakıda iki azyaşlı bacı vəfat etdi

Bakıda iki azyaşlı bacı vəfat edib. "Qafqazinfo"nun məlumatına görə, hadisə Binəqədi rayonu Sulutəpə qəsəbəsində baş verib. 2015-ci il təvəllüdlü Ülkər Asif qızı Hüseynova 7 noyabr, kiçik bacısı 2017-ci il təvəllüdlü Nuranə isə 23 noyabr tarixində dünyasını dəyişib. Yaxınları qızların tibb

13:08 424
.

Leyla Əliyeva Nəbatat bağında - Fotolar

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva instaqram səhifəsində Mərkəzi Nəbatat bağından fotolar paylaşıb. "Qafqazinfo" həmin fotoları təqdim edir:

10:18 304
.