Bədən niyə daim enerji xərcləyir? - Alimdən heyrətləndirən açıqlama
"İnsan bədəni heç bir fəaliyyət göstərmədikdə belə, ümumi enerjinin 40%-ə qədərini xərcləyir. Bu enerji hüceyrələri reaksiyaya daim hazır vəziyyətdə saxlamaq üçün istifadə olunur. İstər fiziki hərəkət, istər düşüncə, istərsə də xatirələr olsun - ani reaksiyanın mümkünlüyü hazırlıq prosesinin bir saniyə belə dayanmaması ilə əlaqədardır".
Oxu.Az xəbər verir ki, bunu Gazeta.ru-ya Nyu-York Universitetinin professoru, neyrobioloq Nikolay Kukuşkin deyib.
Mütəxəssisin sözlərinə görə, biz hərəkətlərimizin, fikirlərimizin və yaddaşımızın sürətini adi bir hal kimi qəbul edirik, lakin təbiətdə hər şey fərqli qurulub: canlı orqanizm ətraf mühitdəki dəyişikliklərə insanın verdiyi qədər sürətli reaksiya vermək üçün mütləq şəkildə daim hadisəyə hazır vəziyyətdə olmalıdır. Bu daim sərfiyyat tələb edən bir prosesdir. Mexanizm belə işləyir: natrium-kalium nasosu kaliumu hüceyrənin daxilinə, natriumu isə xaricinə daşıyır. Bununla da membran tərəflərindəki konsentrasiya fərqi qorunur və hüceyrə resurslarla təmin edilir.
Kukuşkin qeyd edir ki, bu bölgü həyatın ilk yarandığı dövrlərə gedib çıxır: ilkin okean mühitində natrium üstünlük təşkil etsə də, o vaxtdan bəri bütün canlı orqanizmlərin daxilində kalium daha çoxdur.
"İonlarla dolmuş hüceyrə şişirdilmiş şara bənzəyir: natrium üçün məsaməni bir qədər açmaq kifayətdir ki, o nəhəng güclə içəriyə doğru axsın. Bütün sinir sistemimiz məhz bu axından asılıdır: neyronlar hadisələrə yalnız ona görə sürətlə reaksiya verə bilirlər ki, nasos qalan vaxtlarda natriumu çölə vurarkən, onlar natrium üçün dəlikləri qismən açmağı bacarırlar. İdrakımızın turbinlərini hərəkətə gətirən məhz bu axındır", - deyə alim izah edib.
Başqa sözlə, hüceyrələrin ani reaksiyası onların uzunmüddətli hazırlığı hesabına əvvəlcədən ödənilir. Söhbət həqiqətən də nəhəng miqyaslardan gedir: bədən istiliyinin istehsalından tutmuş yeriməyə qədər bütün xərclər nəzərə alınmaqla, qidadan aldığımızın 40%-ə qədəri bu ion hazırlığının saxlanmasına yönəlir.
"Hər hansı bir şeyə sürətli reaksiya vermək üçün buna uzun müddət hazırlaşmaq və çox böyük miqdarda enerji sərf etmək lazımdır. Bu, həyatın ümumi prinsipidir: hətta birhüceyrəli orqanizmlərdə hazırlıq mexanizmləri fərqli olsa da, məna eynidir - sürətli reaksiyanın bədəli yüksəkdir", - deyə Kukuşkin vurğulayıb.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSinənizdəki ağrı 20 dəqiqədən çox davam edərsə... - EHTİYATLI OLUN
İnfarkt ürəyi qidalandıran damarların ani tıxanması nəticəsində yaranan və ölümlə nəticələnən ciddi bir təhlükədir. Bəs bu problem özünü hansı əlamətlərlə göstərir? Hansı hallar infarkt riskini artırır? . -a istinadən türkiyəli kardioloq Refik Erdimin bununla bağlı fikirlərini təqdim edir. Soyuq və küləkl
24.08.2021 1827 Həddən artıq arıq olmaqdan bezmisiniz?
Samyun Wan məhsul haqqında. 1 kurs üçün 4 kiloqramdan 8 kiloqrama qədər çəki əldə edəcəksiniz. 100% zəmanətli nəticə. Samyun wan İndoneziyadan 100% orijinal kapsul. İştaha, metabolizmaya və kilo almağa dərhal təsir edir. Əlavə olaraq, bu kapsulaların bir çox faydalı xüsusiyyətləri və istifadə edilməsini
08.09.2021 1767 Baş ağrılarının ƏSL SƏBƏBİ BU İMİŞ - Məşhur həkim AÇIQLADI
Keçmişdə yaşanan xəsarətlər kəskin baş ağrısının ən çox yayılmış səbəbləridir. Bu barədə Osteopat Vladimir Jivotov "Moskva danışır" radiostansiyasına müsahibəsində açıqlayıb. Onun sözlərinə görə, bütün məsələ diaqnozu çətin olan sümüklərin mikro yerdəyişməsidir: "Heç bir araşdırma bun
05.09.2021 2454 Koronavirus böyrək xəstəliklərini 35 faiz artırır
Koronavirus böyrək problemləri və çatışmazlığı riskini 35 faiz artırır. BİG.AZ "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Vaşinqton Universiteti Tibb Fakültəsində aparılan araşdırmanın nəticəsində qeyd olunub. Bildirilib ki, böyrək xəstəliyi riski koronavirus infeksiyasını
04.09.2021 833 Baş ağrılarının ƏSL SƏBƏBİ BU İMİŞ - Məşhur həkim AÇIQLADI
Keçmişdə yaşanan xəsarətlər kəskin baş ağrısının ən çox yayılmış səbəbləridir. BİG.AZ -a istinadən xəbər verir ki, bu barədə Osteopat Vladimir Jivotov "Moskva danışır" radiostansiyasına müsahibəsində açıqlayıb. Onun sözlərinə görə, bütün məsələ diaqnozu çətin olan sümüklərin mikro yerdəyişməsidir
31.08.2021 1662 Koronavirusa qarşı 7 peyvənd vurdurdu
Kolumbiyanın qərbindəki Kali şəhərində bir kişiyə yeddi dəfə koronavirus əleyhinə peyvənd vurulub. -a istinadla xəbər verir ki, kolumbiyalı fərqli peyvəndləmə mərkəzlərində peyvəndləndiyi üçün dərhal aşkar edilə bilməyib. Şəhərin səhiyyə naziri Mierlandi Torres, kişinin yaşının 60-dan yuxarı olduğun
26.08.2021 986 Dünyanın ən məşhur dietoloqlarının tarixə düşən pəhrizləri
Məşhur dietoloq Pol Breq deyirdi ki, ömrü uzatmağın ən yaxşı yolu onu qısaltmamaqdır. O, hesab edirdi ki, ömrü qısaldan və xəstəliklərin yaranmasına səbəb olan başlıca amil qeyri-sağlam qidalanmadır. -a istinadən bu yazıda oxucuları dünyanın populyar dietoloqlarının pəhrizləri ilə tanış edir. Anri Şeno
20.08.2021 1329 ŞOK ARAŞDIRMA: Koronavirus xəstəlikdən bir neçə ay sonra BU ORQANA KEÇİR
"Koronavirus xəstəlikdən bir neçə ay sonra da bağırsaq divarlarından alınan nümunələrdə aşkar edilə bilər". Bu barədə Rospotrebnadzor Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun klinik və analitik işlər üzrə direktor müavini Natalya Pşeniçnaya TASS-a məlumat verib. O qeyd edib ki, bəzi xəstələrd
29.08.2021 1543 Koronaviruslu insanların peyvənd vurdurması hansı nəticələrə səbəb olur?
"Koronavirus infeksiyası müəyyən edilən şəxslər peyvənd vurdurmalı deyillər". -a istinadən xəbər verir ki, bu barədə biologiya elmlər doktoru, Corc Meyson Universitetinin Sistem Biologiyası Məktəbinin professoru Ança Baranova "Sputnik" radiosuna açıqlamasında deyib. Həmçinin, nəzər
27.08.2021 1409