Prezident həmkarı ilə geniş tərkibdə görüşdü - Fotolar - Yenilənib

Prezident həmkarı ilə geniş tərkibdə görüşdü - Fotolar - YenilənibNoyabrın 21-də Hanoyda Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikasının Prezidenti To Lam ilə geniş tərkibdə görüşü olub.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

*

Görüşdə çıxış edən Vyetnam Prezidenti To Lam deyib:

- Zati-aliləri İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti.

Zati-aliləri, Vyetnama rəsmi səfərə xoş gəlmisiniz. Mənə məlumat verildi ki, bu, Sizin bizim ölkəyə ikinci səfərinizdir. Bu da Sizin Vyetnama və onun xalqına bəslədiyiniz səmimi münasibətin göstəricisidir. Mən tam əminəm ki, səfəriniz ikitərəfli münasibətlərimizə yeni təkan verəcək, onları daha da dərinləşdirəcək, məzmunlu və səmərəli edəcək.

Ötən ilin mayında Azərbaycana dövlət səfərimiz zamanı Sizin, birinci xanımın, Birinci vitse-prezidentin, ailənizin və Azərbaycan xalqının mənə, Vyetnamın birinci xanımına və Vyetnamın yüksəksəviyyəli nümayəndə heyətinin səmimi şəkildə qəbulundan və qarşılanmasından çox məmnun oldum və bunu yüksək qiymətləndirirəm.

Biz Azərbaycandakı vəziyyəti hər zaman yaxından izləmişik. Mükəmməl rəhbərliyinizlə Azərbaycanın əldə etdiyi mühüm nailiyyətlər münasibətilə Sizi təbrik etmək istərdim. Son illərdə Azərbaycanın ümumi daxili məhsulu artmaqda davam edir. Əhalinin həyat səviyyəsi daim yaxşılaşır və Azərbaycanın beynəlxalq aləmdəki mövqeyi davamlı olaraq güclənib. Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik.

Uzunmüddətli ənənəvi dostluğumuz hər iki ölkədə nəsillər boyu liderlər və xalqlar tərəfindən qorunub-saxlanılıb və inkişaf etdirilib. Vyetnam keçmişdə milli azadlıq və müstəqillik uğrunda apardığı mübarizədə, həmçinin hazırkı milli inkişaf səylərində Azərbaycanın göstərdiyi dəstəyi hər zaman xatırlayır və yüksək qiymətləndirir.

2025-ci ilin mayında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi ikitərəfli əlaqələrimizdə yeni səhifə açan tarixi mərhələdir. Hər iki ölkə qarşısında bütün səviyyələrdə və bütün sahələrdə duran mühüm vəzifə əməkdaşlığımızın məzmununu şaxələndirərək, onu konkret proqramlara, layihələrə və nailiyyətlərə çevirərək xalqlarımıza əhəmiyyətli faydalar qazandırmaqdır.

Bu il AQEM Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Sizi bir daha təbrik edirəm. Ümidvaram ki, bugünkü ikitərəfli danışıqlarımız zamanı gələcəkdə razılaşmaların həyata keçirilməsini davam etdirmək, bütün istiqamətlər üzrə əməkdaşlığı daha da inkişaf etdirmək vasitələri və yolları barədə açıq müzakirələr aparacağıq.

İndi isə cənab Prezident, çıxış üçün sözü Sizə vermək istəyirəm.

*

Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək deyib:

- Cənab Prezident, əziz dostlar. İlk növbədə, ölkənizə rəsmi səfərə gəlmək üçün məni dəvət etdiyinizə, mənə və nümayəndə heyətimə göstərilən qonaqpərvərliyə görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Dost Vyetnamı yenidən ziyarət etməyə və ölkənizin sürətli inkişafına şahid olmağa çox şadam. 2014-cü ildə Vyetnama səfər etmişdim və o vaxtdan bəri Sizin rəhbərliyinizlə ölkənizdə müxtəlif istiqamətlərdə möhtəşəm tərəqqi əldə olunmuşdur. Vyetnam indi çox önəmli beynəlxalq aktordur və təkcə regionunuzda deyil, qlobal miqyasda önəmli rol oynayır.

Sizin sürətli sosial və iqtisadi inkişafınız bütün dünyaya məlumdur. Ölkənizdəki çox yaxşı investisiya mühiti dünyanın müxtəlif yerlərindən olan bir çox şirkətlər üçün çox cəlbedicidir. Sizin də doğru qeyd etdiyiniz kimi, cənab Prezident, münasibətlərimiz strateji əhəmiyyət daşıyır. Ötən il Sizin Azərbaycanda dövlət səfəriniz zamanı biz bu münasibətləri rəsmən strateji səviyyəyə yüksəltdik, lakin bu münasibətlər hətta bundan da əvvəl strateji xarakter daşıyırdı.

Xalqlarımız arasında əlaqələrin tarixi kökləri var və Sizin milli dəyərləriniz uğrunda müstəqillik mübarizəniz Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənmişdir.

Vyetnamın Prezidenti, böyük rəhbər Ho Şi Minin 1959-cu ildə Azərbaycana tarixi səfəri, həmçinin əlamətdar hadisə olmuşdur və bu səfərlə bağlı xatirələr hələ də bizim qəlbimizdədir. Həmin səfər zamanı Prezident Ho Şi Min Azərbaycanın bəzi sənaye sahələrini, xüsusilə neft sənayesi ilə əlaqəli olan sahələri ziyarət edib. Bundan sonra bir çox azərbaycanlı mütəxəssis neft sənayesinin inkişafına dəstək olmaq üçün Vyetnama göndərilmişdir.

Əməkdaşlığımız bir çox sahələri əhatə edir və biz beynəlxalq aləmdə güclü qarşılıqlı əlaqəyə malik olduğumuz üçün çox şadıq. AQEM Zirvə Görüşündə yüksəksəviyyəli iştirakınız üçün Sizə minnətdarıq.

*

Söhbət zamanı ölkələrimiz arasında yüksəksəviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əlaqələrimizin inkişafında roluna toxunulub, yeni əməkdaşlıq mexanizmlərinin müəyyənləşdirməsi baxımından bu səfərlərin rolu vurğulanıb.

Ölkələrimizin beynəlxalq təşkilatlar, o cümlədən BMT, Qoşulmama Hərəkatı, AQEM və digər təsisatlar çərçivəsində əməkdaşlığından, həmçinin Azərbaycanla ASEAN arasında əlaqələrin inkişaf etdirilməsi məsələlərindən bəhs olunub.

Vyetnamın Xəzər regionu və Cənubi Qafqaz ölkələri ilə əməkdaşlığının qurulmasında Azərbaycanın rolunun və dəstəyinin önəmi qeyd edilib.

Görüşdə enerji sahəsində, o cümlədən neft-qaz və enerji təhlükəsizliyi, bərpaolunan enerji, iqtisadiyyat, investisiyalar, turizm, təhlükəsizlik, müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq, parlamentlərarası münasibətlər, nəqliyyat-logistika, aviasiya və mədəniyyət əlaqələri ilə bağlı məsələlər müzakirə olunub.

Azərbaycanın bərpaolunan enerji, o cümlədən külək və Günəş enerjisi sahələrində böyük potensialının olduğu bildirilib. Həmçinin infrastruktur layihələri, o cümlədən Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb, Trans-Xəzər marşrutunun əhəmiyyəti vurğulanıb.

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Vyetnam Milli Neft və Qaz Şirkəti (PetroVietnam) arasında əlaqələrin dərinləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Görüşdə hər iki ölkənin mina problemindən əziyyət çəkdiyi vurğulanıb, bu xüsusda minatəmizləmə sahəsində də tərəfdaşlığın əhəmiyyəti qeyd edilib.

Prezident İlham Əliyev 2020-ci ildə Vətən müharibəsi dövründə BMT-nin Təhlükəsizlik Şurasında Azərbaycanla bağlı nəzərdə tutulan məhdudiyyətlərə qarşı Vyetnamın göstərdiyi dəstəyi yüksək qiymətləndirdi və bunun heç vaxt unudulmayacağı deyib.

Azərbaycan və Vyetnam xalqlarının müstəqillik və azadlıq uğrunda mübarizədə cəsarət, qəhrəmanlıq nümayiş etdirdikləri vurğulandı, bunun iki xalqı birləşdirən amil olduğu qeyd edilib.

Dövlət başçısının səfərinin nəticələrinin ölkələrimiz arasında tərəfdaşlığın gələcəyi üçün mühüm rol oynayacağına əminlik ifadə olunub.

Söhbət əsnasında qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Prezident həmkarı ilə geniş tərkibdə görüşdü - Fotolar - YenilənibPrezident həmkarı ilə geniş tərkibdə görüşdü - Fotolar - YenilənibPrezident həmkarı ilə geniş tərkibdə görüşdü - Fotolar - YenilənibPrezident həmkarı ilə geniş tərkibdə görüşdü - Fotolar - YenilənibPrezident həmkarı ilə geniş tərkibdə görüşdü - Fotolar - YenilənibPrezident həmkarı ilə geniş tərkibdə görüşdü - Fotolar - YenilənibPrezident həmkarı ilə geniş tərkibdə görüşdü - Fotolar - YenilənibPrezident həmkarı ilə geniş tərkibdə görüşdü - Fotolar - YenilənibPrezident həmkarı ilə geniş tərkibdə görüşdü - Fotolar - Yenilənib


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 404   Tarix: 21 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

500 manat qazananın 300 manatı vergiyə gedəcək - Bu şəxslər üçün ŞOK QƏRAR

Gələn ildən banklarda milli valyutada yerləşdirilən əmanətlər üzrə faiz gəlirlərinə tətbiq olunan vergi güzəştinin müddəti başa çatır və onun daha 3 il uzadılması təklif olunur. Deputat Vüqar Bayramov Vergi Məcəlləsində nəzərdə tutulan dəyişikliklərlə bağlı bu təkliflə çıxış edib. Deputat bildirib ki

00:21 76
.

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızıl, gümüş və digər metalların qiymətlərində kəskin eniş müşahidə olunub. xəbər verir ki, noyabrın 20-də qızılın bir troya unsiyasının spot qiyməti 86,98 ABŞ dolları və ya 2,40% azalaraq 3 538,49 ABŞ dollarına düşüb. Nyu-Yorkun COMEX birjasında qızılın 2026-cı ilin dekabr fyuçerslərini

21.11.2026 205
.

Prezidentin Vyetnam səfərindən - Görüntülər

Azərbaycan Prezidenti İlham Əliyevin sosial media hesablarında Vyetnam Sosialist Respublikasına rəsmi səfərinin yekunlarına dair videoçarx paylaşılıb. "Qafqazinfo" paylaşımı təqdim edir:

21.11.2026 126
.

Bu şəxslərin həyat yoldaşlarına 400 manat veriləcək

Hərbçilərin yeni xidmət yerinə köçən həyat yoldaşlarına minimum əməkhaqqı məbləğində müavinət ödənilməsi təklif olunur. -un məlumatına görə, bunu jurnalistlərə açıqlaması zamanı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib. Komitə sədri bildiri

00:19 65
.

Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək

Ermənistan hökuməti sabah "Beynəlxalq sülh və firavanlıq naminə Tramp Marşrutu" (TRIPP) layihəsinin başlanmasını rəsmi şəkildə elan edəcək. "Report" Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Nikol Paşinyan "Digitec" yüksək texnologiyalar forumund

21.11.2026 166
.

İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var

İrandan güclü təsiredici dərmanları qaçaqmalçılıq yolu ilə gətirərək "Vidal" aptekdə narkotik asılılığı olan şəxslərə qanunsuz olaraq satan şəxslər saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıql

21.11.2026 188
.

Ağdamda məktəbli qız sahibsiz itlərin hücumuna məruz qaldı - Foto/Video

Ağdamda məktəbli qız sahibsiz itlərin hücumuna məruz qalıb. -ın məlumatına görə, hadisə rayonun Quzanlı qəsəbəsində baş verib. İtlər qızın ayaq nahiyəsini dişləyərək ona xəsarət yetiriblər. O, yaxınlıqdakı insanların köməyi ilə xəstəxanaya çatdırılıb. Məktəbli qıza həkimlər tərəfindən tibbi yardım göstərilib

21.11.2026 217
.

Estoniyada dronlara görə NATO aviasiyası havaya qaldırılıb

Estoniya Silahlı Qüvvələri İda-Virumaa və Lyaene-Virumaa bölgələrində dronların yarada biləcəyi təhlükə barədə xəbərdarlıq edib - NATO müttəfiqlərinin aviasiyası havaya qaldırılıb. "Report" xəbər verir ki, bu barədə Estoniya mediası ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb. Bununl

21.11.2026 182
.

Əhaliyə şad xəbər: qaz və işıq limitlərinə yenidən baxılması MÜZAKİRƏ EDİLİR

Qış mövsümünə keçidlə əlaqədar Azərbaycanda əhalinin təbii qaz və elektrik enerjisi üzrə mövcud limitlərinə yenidən baxılması məsələsi gündəmə gəlib. Hazırda əhali üçün illik 1200 kubmetrədək qazın hər kubmetri 12,5 qəpik, 1200-2500 kubmetr aralığında 22 qəpik, 2500 kubmetrdən artıq istehlak isə 30 qəpikl

00:27 55
.