Qayğanağı yumşaq edən sadə sirr
Daha yüngül və havalı tekstura əldə etmək üçün süd əvəzinə adi sudan istifadə etmək olar. Amma yaxşı qayğanağın sirri bununla bitmir.
Lent.az xəbər verir ki, ideal qayğanaq ocaqdan götürüldükdən sonra da yumşaq və havalı qalmalıdır. Yeməyin quru və sıx olmaması üçün yalnız inqrediyentlərin nisbətinə deyil, yumurta qarışığının necə hazırlanmasına və bişirmə temperaturuna da diqqət etmək lazımdır. Bir çox insan qayğanağın daha zərif alınması üçün yumurtaya süd əlavə edir. Lakin südün həddindən artıq istifadəsi əksinə, yeməyi daha ağır və sıx edə bilər.
Süd əvəzinə yumurtaya nə əlavə etmək olar?
Daha yüngül və havalı qayğanaq hazırlamaq üçün adi sudan istifadə etmək mümkündür. Qızdırılma zamanı su buxara çevrilir və yumurta kütləsinin daxilində xırda hava qabarcıqları yaranır. Bunun sayəsində qayğanaq qalxır və daha yumşaq tekstura əldə edir. Optimal nisbət hər bir yumurta üçün təxminən 1 xörək qaşığı soyuq sudur. Bununla belə, çox su əlavə etmək olmaz, əks halda yumurta qarışığı həddindən artıq duru alınacaq.
Qayğanağa duzu nə vaxt əlavə etmək lazımdır?
Yeməyin teksturasına yalnız bişirmə temperaturu deyil, duzun nə vaxt əlavə olunması da təsir edir. Yumurtaları çalmazdan əvvəl duzlamaq məsləhət görülür. Belə olduqda duz qarışıqda daha bərabər paylanır. Yumurtaları bişirməzdən 10-15 dəqiqə əvvəl duzlamaq da mümkündür. Duz yumurta zülalının qızdırılarkən həddindən artıq sıxılmasının qarşısını almağa kömək edir və nəticədə qayğanaq daha şirəli qala bilər. Yumurta qarışığı artıq tavaya töküldükdən sonra duz əlavə etmək isə məsləhət görülmür. Bu halda duz bərabər yayılmaya və qayğanağın bəzi hissələri həddindən artıq duzlu ola bilər.
Yumşaq və havalı qayğanaq necə hazırlanır?
Əvvəlcə yumurtaları qaba sındırın. Üzərinə su, duz və bir çimdik qara istiot əlavə edin. Çəngəl və ya çırpıcı ilə qarışıq vahid və yüngül köpüklü hala gələnədək qarışdırın. Yumurtaları həddindən artıq çalmaq lazım deyil. Tavanı orta odda qızdırın və kiçik bir parça kərə yağı əridin. Yumurta qarışığını tavaya tökün və dərhal qapağını bağlayın.
Təxminən 2-4 dəqiqə bişirin. Qayğanağın kənarları bərkiməli, ortası isə bir qədər kremli qalmalıdır. Daha sonra tavanı ocaqdan götürün, amma qapağı açmayın. Qayğanağı bir müddət qapağın altında saxlayın. Qalıq istilik yeməyin tam bişməsi üçün kifayət edəcək.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 410 Tarix: 03 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşArılar 35 dərəcə şaxtada belə sağ qalırlar
Arılar qışda 35 dərəcə şaxtaya baxmayaraq sağ qala bilirlər. Bunun üçün onlar bədənlərində istilik yaradan xüsusi üsuldan istifadə edirlər. xarici mediaya istinadən xəbər verir ki, yay aylarında hər yerdə rast gəldiyimiz arılar və eşşəkarıları havalar soyuyan kimi sanki birdən-birə yoxa çıxırlar. Laki
15.11.2026 271 Bu qış dəbdə olacaq ayaqqabılar - Stilistdən əsas trendlər
2026-2027-ci ilin qış mövsümündə hündür çəkmələr, 70-ci illərin üslubunu xatırladan zamşa modellər və müxtəlif tokalı botlar dəbdə olacaq. Qaynarinfo xəbər verir ki, bu barədə ukraynalı stilist Qalina Denisük UNIAN-a açıqlamasında danışıb. Onun sözlərinə görə, soyuq mövsümdə dizə qədər uzanan çəkmələ
12.11.2026 494 Əvvəl ağ idi: təkər şinləri niyə qara rəngdə istehsal olunur?
Bu gün yollarda gördüyümüz avtomobillərin demək olar ki, hamısının təkərləri qara rəngdədir. Lakin maraqlıdır ki, ilk avtomobil şinləri qara deyil, ağ rəngdə istehsal olunurdu. Bəs zamanla onların rəngi niyə dəyişdi?. xarici mediaya istinadən xəbər verir ki, avtomobil şinlərinin qara rəngdə olmasını
15.11.2026 263 Düyü bişirərkən bu səhvi etməyin
Düyü bişirərkən onun dibinin yapışqan, üst hissəsinin isə quru qalması bir çox insanın qarşılaşdığı problemdir. Bunun səbəbi hər zaman suyun miqdarı və ya bişirmə müddəti olmaya bilər. İstifadə edilən qazanın forması da yeməyin keyfiyyətinə təsir göstərir. Ölkə.az yerli mediaya istinadən xəbər veri
12.11.2026 510 Dünyada sahili olmayan yeganə dəniz
Yer kürəsində sahili və limanı olmayan yeganə dəniz mövcuddur. Atlantik okeanının daxilində yerləşən Sarqasso dənizinin sərhədlərini quru sahələri deyil, dörd güclü okean axını formalaşdırır. BİG.AZ -a istinadən bildirir ki, bu qeyri-adi dəniz Floridadan təxminən 950 kilometr şərqdə yerləşir. Ona ə
14.11.2026 317 Ölümdən iki gün əvvəl orqanizmdə nə baş verir?
Həyatın son 48 saatında insan orqanizmi həyati funksiyalarını qorumaq qabiliyyətini tədricən itirir. Həyatın son 48 saatında insan bədəni nəzərəçarpacaq dəyişikliklərə məruz qala bilər. İnsan zəifləyir, daha çox yatır, yeməyə az maraq göstərir və nəfəs alma və qan dövranı tədricən dəyişir. Bu təzahürlə
15.11.2026 444 Qocalmanı gecikdirən ən təsirli qidalar - Siyahı
Sağlam yaşlanmaq, dərinin gəncliyini qorumaq və immuniteti güclü saxlamaq hər zaman diqqət mərkəzindədir. Orqanizmin özünün istehsal etdiyi, lakin qidalar vasitəsilə də dəstəklənməli olan kükürd tərkibli sistein amin turşusu hüceyrələrin yenilənməsində mühüm rol oynayır. Hüceyrələrin qocalmasının qarşısın
13.11.2026 488 Avadanlıq icarəsi Xidmetler.AZ saytında
Xidmətlər saytı -da axtardığınız avadanlıqları icarəyə götürmək imkanınız var!. Eviniz və ya ofisiniz üçün avadanlıqlar icarəyə götürmək istəyirsiniz? Keyfiyyətli avadanlıq olsa, birdəfəlik satın almaq fikriniz var? Elədirsə, saytından faydalanın. Onlayn, pulsuz elanlar platforması olan -da məhz sizi
15.11.2026 923 Kartof qaynadarkən 1 stəkan əlavə edin - dağılmır, qabığı öz-özünə soyulur
Mətbəxdə kartof qaynadarkən dağılmasının və ya isti qabığını soyarkən barmaqlarınızı yandırmağın qarşısını alan sadə bir üsul mövcuddur. Qaynama suyuna əlavə edilən 1 stəkan sirkə kartofun dağılmasının qarşısını alır və qabığının tək toxunuşla soyulmasını təmin edir. xəbər verir ki, kartofun tərkibindək
15.11.2026 472